Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə69/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   145

 146
tapşırığını eyni vaxtda və ya növbələrə (dəstə, manqa) bölməklə, növbə ilə icra edirlər. Frontal iş forması, 
şagird fəaliyyətinin tədrisin səmərəli təşkilində 4 cəhətdən əhəmiyyə malikdir: 
1)
 
hazırlıq, tamamlayıcı, xüsusən əsas hissədə dərsin intensivliyini xeyli  
artırır,  şagirdlər qısa müddətdə daha çox müxtəlif növ fiziki hərəkətləri yerinə yetirmək və oyunlar 
keçmək imkanı qazanırlar; 
              2) şagirdlər kütləvi toplanış və gəzintilərdə, bayramlarda  eyni vaxtda ritmik və templə, ahəngdar 
surətdə hərəkət etmək, ictimai işə səfərbər olunmaq kimi əxlaqi keyfiyyətlərə yiyələnirlər; 
              3)  frontal  iş formasında tədris tapşırıqlarının icra edilməsi  şagirdləri bir-birinə yaxınlaşdırır, 
birgə hərəkət etməyə ruhlandırır (xüsusən tapşırıq yarış formasında keçiriləndə), onlarda kollektivçilik və 
həmrəylik kimi  mənəviyyatı tərbiyə edir; 
              4)  frontal  iş formasında tapşırıqların icrası  şagirdlərdə müstəqillik, təşəbbüskarlıq, habelə öz 
işinə yaradıcı yanaşmaq kimi keyfiyyətlər tərbiyə edir. 
              Müşahidələrdən məlum olur ki, əksər məktəblərdə, o cümlədən Bakının Səbail və  Xətai 
rayonlarındakı şagird fəaliyyətinin təşkilində xüsusi rol oynayan frontal iş formasından təsadüfi hallarda 
istifadə olunur. Tədris fəaliyyətini frontal iş formasında təşkil edən bir sıra müəllimlər ciddi nöqsanlara 
yol verir və onun pedaqoji-metodiki imkanlarından lazımınca istifadə edə bilmirlər. 
              132 saylı məktəbin III sinfində qaçış öyrədilirdi. Müəllim lazımi şərait olmadığı halda, şagirdləri 
eyni vaxtda qaçırtdı. Nəticədə,  şagirdlər qaçış zamanı bir-birinin qabağına keçir, bir-birini itələyir və 
tutub saxlayırdılar. Halbuki, dərs keçilən sahə kütləvi şəkildə qaçış üçün yaramırdı. Belə olduğu halda, 
müəllim şagirdləri növbələrə bölüb qaçışı növbə ilə keçirsəydi, səs-küy olmazdı, dərs maraqlı və səmərəli 
keçərdi. Çünki qaçış sahəsi dərsin yalnız həmin üsulla keçilməsi üçün əlverişli deyildir. 
              Bakının bir sıra məktəblərində «Cismin atılacağı istiqamətə baxaraq, kiçik topu sağ(sol)  əllə 
dairədən və baş arxasından atmaq» mövzusunun necə tədris olunduğunu müşahidə etdik. Məlum oldu ki, 
şagirdlərin növbələrə bölüşdürülməsinə xeyli vaxt sərf olundu, nöqsanlar isə yeri gəldikcə düzəldilmədi, 
əyaniliyə əhəmiyyət verilmədi. Bundan əlavə, dərs prosesində intizamsızlığın aradan qaldırılması üçün də 
heç bir tədbir görülmədi. Buna görə  də  şagirdlərin dərsə marağı azalır, tapşırıqlar könülsüz yerinə 
yetirilirdi. 
              Frontal  iş formasında və ya şagirdləri növbələrə bölərək  hərəkətləri icra etdirmək üçün ilk 
növbədə  məşğələ keçiriləcək sahə  və  ləvazimatlar nəzərə alınmalıdır,  şagirdlərin hərəkətləri düzgün  
yerinə yetirmələrinə nəzarət edilməli və intizamın pozulmasına şərait yaradılmamalıdır. 
              Tədris fəaliyyətinin  növbə ilə  iş formasında təşkili.  Şagirdlər eyni hərəkəti növbə ilə yerinə 
yetirirlər. Bunun üçün sinifdə şagirdlər I, II, III və yaxud IV növbəyə bölünürlər. Alətdə əvvəlcə I, sonra 
II, nəhayət III və IV növbənin şagirdləri hərəkət edirlər. I növbə hərəkəti yerinə yetirərkən digər növbənin 
şagirləri onları müşahidə edir və ya hərəkətin icrasında onlara kömək göstərirlər. Növbə üsulu zamanı 
hərəkətlər (alətlərdə) müxtəlif də ola bilər. Məsələn, I və II növbə  hərəkəti gimnastika divarında icra 
edirsə, III və IV növbə skamyada məşğul olur. Sonra isə növbələr alətlərdə yerlərini dəyişə bilərlər. 
              İbtidai siniflərdə  şagirdlərin fiziki hazırlığına görə növbələrə bölünməsi və onların fərdi fiziki 
imkanlarını  nəzərə alaraq oyun və  hərəkətlərin öyrədilməsi də  dərsin səmərəliliyini artırır. Bu dörd 
cəhətdən əhəmiyyətlidir: 
1.
 
Bu yolla şagirdlərin dərsə olan marağıfnı artırmaq, diqqətlərini daha  
asan cəmləşdirmək mümkündür; 
              2.  Dərs prosesində qaydaqanun, yüksək intizam, yüksək  şüurluluq yaratmaq imkanı xeyli 
genişlənir; 
              3.  Şagirdlər müxtəlif məqsədli mütəhərrik oyunlarla, gimnastika hərəkətləri ilə, həmçinin  
atletikanın elementləri ilə daha səmərəli məşğul olmaq imkanı əldə edirlər; 
              4. Məşğul olanlar fiziki hərəkətlər və oyunlar üzrə bilik, bacarıq və vərdişlərə lazımi səviyyədə 
yiyələnə bilirlər. 
              Müşahidələr göstərir ki, qabaqcıl müəllimlərimiz  əgər oğlanlarla yeni hərəkət öyrədirlərsə, bu 
zaman qızlara əvvəl öyrənilmiş hərəkətləri icra etdirirlər. Onlar müstəqil (müəllim nəzarət edir) məşğul 
olurlar. Sonra isə  əksinə, qızlara yeni hərəkət və yaxud oyun öyrədilir, oğlanlar isə  əvvəllər öyrənmiş 
olduqları  hərəkətləri sərbəst təkrar edirlər. Dərsin belə  təşkili zamanı müəllim diqqətli olmalı, 
intizamsızlığa qarşı mübarizə aparmalı, həm də oyunun qaydalarının pozulmasına imkan verməməlidir. 


 147
İntizamı pozanlar məzəmmət olunmalı  və «cəzalandırılmalı», yaxşı oyun və  hərəkət nümayiş etdirən 
şagirdlər isə təriflənməlidir.            
Növbələrə bölünməklə hərəkətin tək-tək icrası iş forması ilə şagird fəaliyyətinin təşkilində 3 məsələyə 
diqqət yetirmək lazımdır. Həmin nöqteyi- nəzərdən Bakı  şəhər 1 saylı  dəmiryol məktəbinin müəllimi 
M.Axundovanın iş təcrübəsinə istinad edək. Müəllim dərs keçərkən şagirdlərin fiziki hazırlığını, nə kimi 
vərdişlərə yiyələnmiş olduqlarını  nəzərə alıb, onları 3 dəstəyə bölür. Hər bir şagird hansı  dəstədən 
olduğunu və başçıları kim olduğunu qabaqcadan bilir. Bundan sonra müəllim «Dayaqlı oturuşdan irəliyə 
yuvarlanmaqla aşmaq və əvvəlki vəziyyətə qayıtmaq» mövzusunu tədris edərkən şagirdlərin   fəaliyyətini 
növbə iş forması ilə təşkil edir. Əvvəlcə hərəkəti müəllim özü göstərir, sonra onu bir neçə şagird yerinə 
yetirir. Nəhayət belə komanda verilir: birinci dəstə, qalx, tapşırıq üzrə öz yerini tut! Birinci dəstənin 
uşaqları qalxır, nizamla gəlib gimnastika döşəklərinə yaxın müvafiq yerdə dururlar, «əllər arxada, ayaqlar 
çiyin bərəbərində aralı, azad duruş» vəziyyətini alırlar. Hərəkətə başla! Bir-iki-üç-dörd-beş! 
Komandasında, birinci şagird tapşırığı yerinə yetirməyə başlayır. Bir sıra şagird ayaqlarını yanaşı qoyur 
(dabanlar bir yerdə, pəncələr aralı), iki sayda əllər döşək üzərində, çiyin bərabərində olmaqla çöməlir, üç 
sayda irəliyə mayallaq aşır, dörd sayda arxaya mayallaq aşır, beş sayda qalxır və öz yerinə keçmək üçün 
müəllimin komandasını gözləyir, müəllimin komandası ilə  əvvəlki yerinə qayıdır. Beləliklə, tapşırıqlar 
musiqinin müşayiəti ilə də icra oluna bilər. Bütün bunlar şagirdlərdə öz hərəkətlərində ahəngdar olmağı 
və ritmik icraçılıq qabiliyyətini artırır, onların estetik zövqünü, emosionallığını daha da inkişaf etdirir. 
Fiziki  hərəkətlərin yarış formasında və növbələrə bölünməklə yerinə yetirilməsi  şagirdlərin tədris 
fəaliyyətinə marağını, təşkilatçılıq qabiliyyətini xeyli yüksəldir, tapşırıqlar isə az vaxt içərisində icra 
olunur. Yarış qalibi müəyyənləşdirilərsə  hərəkətin qısa müddətdə, düzgün, ritmik və tempdə yerinə 
yetirilməsi başlıca meyar kimi götürülür. 
              Frontal və növbələrə bölünməklə tapşırıqların icrasında qüsurlu cəhətlərə də rast gəlinir. Burada 
ən böyük qüsur müəllimin  şagirdlərə daha yaxından nəzarət edə bilməməsi ilə  əlaqədardır. Tədris 
prosesində hərəkətlərin şagirdlər tərəfindən düzgün icra edilməsini müəllim diqqət mərkəzində saxlamalı, 
yeri gəldlikcə nöqsanları aradan qaldırmaq məqsədilə düzəliş və məsləhətlər verməlidir. 
              Tədris fəaliyyətinin axın iş formasında təşkili.  Şagird fəaliyyəti axın iş forması ilə  təşkil 
olunarkən, tapşırıqlar bir-birinin ardınca, məsafə saxlanılmaqla yerinə yetirilir. Bu zaman şagirdlər 
üzərində nəzarət nisbətən qüvətlənir, demək olar ki, çox nadir hallarda intizam pozulur. 
              Kiçik məktəbyaşlı şagirdlər bu yaş dövründə daha mütəhərrik olur, onlar bir yerdə dinc dayana 
bilmirlər, daim hərəkətdə olmağa səy göstərirlər. Əlbəttə, bu təsadüf deyil, həmin yaş dövrünün bioloji-
psixoloji qanunauyğunluğudur.  Məsələyə həmin nöqteyi-nəzərdən  yanaşdıqda ibtidai siniflərdə axın iş 
forması ilə  dərs keçmək o qədər də müvəffəqiyyətli olmur. Bu formadan istifadə etdikdə  şagirdlərin 
kifayət qədər fiziki yük almasına  maneçilik törədilir, boş dayanma halları yaranır və beləliklə  dərsin 
sıxlığı  aşağı düşür. Odur ki, ibtidai siniflərdə  şagird fəaliyyətinin axın iş forması ilə  təşkili məsləhət 
görülmür. 
              Tədris fəaliyyətinin «qruplara bölünmə» iş formasında təşkili.  Bədən tərbiyəsi dərsinin 
intensivləşdirilməsində  şagirləri qruplara bölərək, tapşırıqlar üzrə  işlədilməsi  ən zəruri iş formalarından 
biridir. Qruplara bölünmə  iş formasında  şagirdlər növbələrə bölünərkən eyni hərəkəti icra etmək deyil
müxtəlif növ tapşırıqları eyni vaxtda (dırmaşıb aşmaq, qamətin formalaşması üçün hərəkətlər, hədəfə 
cisim atmaq, qaçış, hoppanmalar və s.) yerinə yetirirlər. Qruplar üzrə tapşırıqlar zamanı həmin qruplardan 
biri ilə müəllim özü məşğul olur, digər qruplara isə ümumi nəzarət edir. Məsələn, əgər şagirdlər 3 qrupa 
bölünübsə, I qrupla müəllim, II və III qruplarla isə alətlər üzrə qrup bədən tərbiyəsi təşkilatçıları məşğul 
olurlar. Bu zaman çalışmaq lazımdır ki, qrup bədən tərbiyəsi təşkilatçıları təsadüfən seçilməsin, onlar ən 
fəal idmançı şagirdlərdən olsunlar. Təşkilatçılara mühafizə qaydaları, şagirdlər arasında təbliğat aparmaq 
yolları öyrədilməli və  təşkilatçılıq qabiliyyəti aşılanmalıdır. Qoyulmuş vaxt qurtardıqdan sonra qrup 
bədən tərbiyəsi təşkilatçılarının rəhbərliyi (müəllimin isə ümumi rəhbərliyi, nəzarəti) altında növbəti 
alətlər üzrə yerlər dəyişdirilməlidir. Yəni 1-ci qrup öz yerlərini 2-ciyə,  2-ci 3-cüyə, 3-cü isə 1-ciyə 
verməlidir. Beləliklə, bütün qruplar növbə üzrə müəllimin rəhbərliyi ilə yeni hərəkət texnikasına 
yiyələnməli, yaxud da yeni oyun öyrənməlidirlər. Bədən tərbiyəsi təşkilatçılarının rəhbərliyi ilə şagirdlərə 
yalnız əvvəllər keçilmiş dərslər təkrar etdirilməlidir. Təşkilatçıların köməyi ilə yerinə yetirilən tapşırıqlar 
yüngül və asan icra olunmalı,  şagirdlərin zədə almaları üçün təhlükə törətməməlidir. Qruplar elə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə