Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə70/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   66   67   68   69   70   71   72   73   ...   145

 148
yerləşdirilməlidir ki, müəllim onları görüb, yaxşı  nəzarət edə bilsin. Şagird fəaliyyəti bu iş forması ilə 
tədrisə cəlb edilərkən onların fiziki inkişafını nəzərə almaq lazımdır. 
              Qruplara bölünməklə şagird fəaliyyətinin tədrisə təşkili onların maksimum fiziki yük almasına, 
yeni hərəkət texnikasını daha yaxşı öyrənməsinə, keçilmişlərin lazımi səviyyədə  təkrarlanmasına, 
dərinləşdirilməsinə imkan yaradır. Bu zaman şagirdlərin hərəkət fəallığı yüksəlir ki, bu da uşaqlarda 
cəldlik, çeviklik, dözümlülük və s. fiziki – psixoloji keyfiyyətlərin inkişafına səbəb olur. 
              Tədrisin dairəvi məşq üsulu ilə təşkili. məktəbyaşlı uşaqların hərəkət fəallığının yüksədilməsinə, 
dərsin intensivləşdirilməsində  və  şagirdlərin müstəqilliyinin artırılmasında xüsusilə  əhəmiyyətlidir. Bu 
üsulla dərs keçərkən  şagirdlər 3-4 və daha çox qruplara bölünürlər. Qruplar hərəkətləri müəyyən 
mərhələlərdə qurulmuş alətlərdə növbə ilə yerinə yetirirlər. Müəyyən vaxtdan sonra onlar müəllimin 
komandası ilə alətlərdə yerlərini dəyişirlər. Beləliklə, uşaqlar bir neçə yerdə qurulmuş alətlərdə hərəkət 
edirlər. Dairəvi üsuldan istifadə edərkən şagirdlərin fiziki hazırlığı nəzərə alınmalıdır. Seçilmiş hərəkətlər 
şagirdlərin orta fiziki hazırlıq səviyyəsinə yaxın olmalıdır.  İcraya başlamazdan  əvvəl hər qrupdakı 
şagirdlərin hərəkəti bir neçə dəfə təkrar etmələri onların nəzərinə çatdırılmalıdır. 
              Tədris fəaliyyətinin fərdi iş formasında təşkili. Şagirdlərin fiziki hazırlığını, sağlamlığını nəzərə 
alıb dərs zamanı onlara fərdi tapşırıqlar vermək lazımdır. Fərdi tapşırıqlar qısa və uzunmüddətli ola bilər. 
Həmin tapşırıqlar  şagirdlərin sağlamlığından çox asılıdır.  Əgər müəllim,  şagirddə  zəiflik, qısamüddətli 
başağrısı, ürəkbulanması, yuxusuzluq, iştahsızlıq və s. hissedirsə, o, bu zaman məktəb həkimi ilə 
məsləhətləşib xüsusi hərəkətlər seçir, hərəkət kompleksləri tərtib edib dərs və  dərsdənkənar vaxtlarda 
onun yerinə yetirilməsini şagirdlərdən tələb edir. Hərəkət təxminən bir ay icra olunduqdan sonra  şagird 
öz səhhəti haqqında müəllimə məlumat verir (Müəllim şagirddən soruşa bilər: sən yenədəmi özünü zəif 
hiss edirsən? Ürəkbulanma olurmu? Başın ağrıyırmı? İştahan necədir?). Müəllim və həkimin müşahidəsi 
və şagirdin məlumatı müsbət nəticə verirsə, hərəkət kompleksləri dəyişdirilir və əvvəlki  xarakterli yeni 
hərəkət kompleksləri tərtib olunub şagirdə verilir. Yuxusuzluq, ürəkbulanma, zəiflik və başağrısından 
şikayət edən  şagirdlərin yeriş, asta qaçış, nəfəs alıb-vermə ilə  zəngin olan fiziki hərəkətlər etmələri 
məsləhətdir. 
              Müşahidə olunmuşdur ki, şagirdlərin səhhətində elə qüsurlar da var ki, (qüsurlu yeriş və qamət, 
yastıayaqlılıq, təngnəfəslilik və s.) onu bir neçə ay ərzində aradan qaldırmaq mümkün deyildir. Qeyd 
etdiyimiz bədən qüsurlarının artmaması  məqsədilə profilaktik tədbirlər görmək, qüsurların tam aradan 
götürülməsi üçün uzunmüddətli iş aparmaq lazımdır. Hər iki hal üçün müalicə  bədən tərbiyəsinin fərdi 
olaraq həyata keçirilməsi olduqca vacibdir. Bronxial astma ilə mübarizə aparmaq üçün əsasən tənəffüs 
hərəkətləri etmək və təmiz havada gəzintilər təşkil etmək lazımdır. 
              Yastıayaqlığın qarşısını almaq məqsədilə ayaq əzələlərini, qamətin formalaşması üçün gövdə 
əzələlərini inkişaf etdirmək daha əlverişlidir. 
              Fərdi tapşırıqların  şagirdlər tərəfindən düzgün yerinə yetirilməsində müəllim böyük rol 
oynamalıdır.  Şagird «A» bronxial astmaya qarşı  tənəffüs hərəkətlərini icra edirsə, o, mütləq nə zaman 
tənəffüsü alıb-vermək lazım olduğunu bilməlidir. Buna görə  də müəllim «A» ya bədənin hansı 
vəziyyətlərində nəfəs almağı (döş qəfəsini genişləndirən və bədəni açan zaman, qollar yuxarı ovuclar bir-
birinə baxıb döş qəfəsi irəli  çıxanda və s.) və hansı vəziyyətlərində (irəliyə, arxaya və yanlara əyilmələr 
zamanı) nəfəsi verməyi  şagirdlərə öyrətməlidir. Fərdi tapşırıqlarda  şagirdlərin bəzi nöqsanlara yol 
verməsinə baxmayaraq onlarda müstəqillik, məsuliyyət hissi, özünə inam və  fəallıq kimi əxlaqi 
keyfiyyətlər aşılayır. Bunlar şagirdlərin sağlamlığını möhkəmləndirir və fiziki hazırlığını artırır. 
              Şagirdlərin tədris fəaliyyətini yazılı və həm də şifahi təşkil etmək olar. Müəllim proqramın nəzəri 
məlumat bölməsi ilə  şagirdlərə yazılı  iş tapşırır, iş yerinə yetirildikdən sonra yoxlanılır və 
qiymətləndirilir. 
              Bədən tərbiyəsi üzrə  şifahi fərdi tapşırıqları  təxminən 4 qrupa bölmək olar : 1) məşğələ 
yerlərində sanitariya-gigiyena işlərinin aparılması; 2) oyun və fiziki hərəkətlər keçirilərkən lazım olan 
nişanlama, xətləmə  işlərinin görülməsi; 3) alət və avadanlıqlar üzərində  xırda təmir işləri aparılması, 
tullanma çalalarının qaydaya salınması; 4) yeni tədris idman bazasında sadə əl əməyi işlərinin görülməsi 
(hamarlama, sahənin çınqıllardan təmizlənməsi və s.). 
              Yoxlama üsulu zamanı bir nəfər hərəkəti icra edir, qalan uşaqlar isə onu müşahidə edirlər. 
Yoxlama dərsində bu üsuldan istifadə etmək məqsədəuyğundur. Yoxlama üsulunda dərsin sıxlığı azalır. 


 149
Lakin bu dərsin müsbət cəhəti ondadır ki, hərəkətləri yaxşı yerinə yetirənlər aşkar edilir, buraxılan 
nöqsanların düzəldilməsi üçün geniş imkan yaranır. Dərsin bu formada təşkili, həm də  şagirdlərin 
qiymətləndirilməsi üçün vacibdir. 
 
3.4.
 
Dərsin sıxlığı 
              Dərsin səmərəli keçirilməsində dərsin sıxlığını düzgün təşkil etmək böyük əhəmiyyətə malikdir. 
Müəllim dərsdə  hərəkəti qısa və aydın  şəkildə az vaxt sərf etməklə  uşaqlara  şərh etməli, göstərməli, 
boşdayanma hallarının olmaması, hər bir yarımqrupa (dəstəyə) müvafiq tapşırıq verilməlidir. Müəyyən 
müddətdən sonra yarımqrupların yerini dəyişməklə, icra etdikləri hərəkətləri də dəyişdirməlidir. Müəllim 
bu prosesdə şagirdlərin hərəkətlərinə ciddi nəzarət etməli, onların diqqətini yayınmağa qoymamalı, dərsin 
məqsədinə yönəltməlidir. 
              Bədən tərbiyəsi dərsinin sıxlığının artırılmasında  əsas amillərdən biri şagirdlərin ümumi fiziki 
hazırlığına, fiziki inkişafına uyğun hərəkətlər seçilməsi, onların düzgün tətbiq edilməsi və bu zaman 
anatomik-fizioloji, həmçinin psixoloji xüsusiyyətlərin təlim dövründə nəzərə   alınmasıdır. 
              Dərsin sıxlığınınn təmin olunmasında vacib şərtlərdən biri də idman ləvazimat və 
avadanlıqlarının dərsəqədər müvafiq yerdə yerləşdirilməsi, onların  şagirdlərin sayına, yaşına uyğun 
olması  və yoxlanılıb saz hala gətirilməlidir.  Şagirddlərin eyni vaxtda hərəkətləri yerinə yetirməsi bu 
məqsədlə müxtəlif alətlərdən eyni vaxtda istifadə imkanlarının olması da dərsin sıxlığını  təmin edən 
şərtlərdəndir. Dərsin sıxlığının təmini də müvafiq hava şəraitinin, idman bazasının mövcudluğu da əsas 
şərtdir. 
 
3.5.
 
Dərsdə şagirdlərə verilən fiziki yük 
              Bütün dərs prosesində məşğul olanların orqanizminə təsir fiziki yük kimi başa düşülür.  
              Fiziki  yük  hərəkətlərin dozalaşdırılması ilə müəyyən edilir. Bura hərəkətlərin miqdarı, təkrarı, 
icra olunma müddəti və onun yerinə yetirilmə şəraiti daxildir. 
              Müəllim dərsdə  şagirdlərin fiziki yükünü tənzimləməli, artıq hərəkətlərə yol verməməlidir. 
Həddən artıq fiziki yükün verilməsi yorulmaya və şagirdlərin tədris iş qabiliyyətinə mənfi təsir göstərir. 
Şagirdlərin hərəkətlərlə kifayət qədər təmin edilməməsi isə orqanizmin funksiyasının zəifləməsinə səbəb 
olur. 
              Müəllim fiziki yükü qabaqcadan təxminən müəyyənləşdirir, dərs vaxtı isə lazım gələrsə 
düzəlişlər edir, əhval-ruhiyyə əsas hissədə maksimum həddə çatmalıdır. 
              Dərsin planı tutularkən yeni hərəkətlər maraqlı oyunların keçirilməsinə xüsusi diqqət 
yetirilməlidir. Fiziki yükün artırılması məqsədilə yarış elementlərinin mütəhərrik oyunların seçilməsi də 
vacibdir. Asan və çətin hərəkətlər bir-birini tamamlamalı, tanış hərəkətlərdən tanış olmayan hərəkətlərə 
keçməlidir. 
              Fiziki  yük  tənzimlənərkən  şagirdlərin fiziki hızırlığı  nəzərə alınmalıdır. Fiziki yük (dərsdə) 
şagirdlərin orta fiziki hazırlığına uyğun olmalıdır. Lakin bu zaman güclü və zəif şagirdləri də unutmaq 
olmaz. Daha güclü şagirdlərə əlavə fərdi tapşırıqlar verilməli, fiziki cəhətdən zəiflər üçün isə hərəkətlər 
sadələşdirilərək və təkrarı azaldılaraq verilməlidir. 
              Dərsdə fiziki yükü tənzimləyən şərtlər bunlardır: 
1.
 
Hərəkət və oyunların miqdarının dəyişdirilməsi; 
2.
 
Hərəkətlərin təkrarolunma miqdarı; 
3.
 
Hərəkətlərin icrasına ayrılmış vaxtın artırılması və ya azaldılması; 
4.
 
Hərəkətlərin müxtəlif tempdə icrası; 
5.
 
Hərəkətlərin amplitudasının artırılması və ya azaldılması; 
6.
 
İcra zamanı hərəkətlərin sadələşdirilməsi və ya mürəkkəbləşdirilməsi; 
7.
 
Hərəkət yerinə yetirilən zaman əşya və avadanlıqlardan istifadə. 
 
3.6.Bədən tərbiyəsi üzrə ev tapşırıqları 
              Ev tapşırıqlarının əhəmiyyəti. Bədən tərbiyəsi üzrə vəzifələrin tam surətdə həyata keçirilməsini 
yalnız dərslə  məhdudlaşdırmaq kifayət deyildir. Bədən tərbiyəsi üzrə ev tapşırıqlarının verilməsi bədən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə