Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə71/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   145

 150
tərbiyəsində qarşıya qoyulmuş  vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Ev 
tapşırıqları bədən tərbiyəsi üzrə müstəqil işlərdən sayılır. 
              Ev  tapşırıqları keçilmiş materialların mənimsənilməsini möhkəmləndirir. Fiziki hərəkət 
məşğələləri ilə müntəzəm və ardıcıl olaraq məşğul olmağa vərdiş yaradır. Fiziki tərbiyə üzrə ev 
tapşırıqları  şagirdlərin sağlamlığına, fiziki inkişafına və fiziki hazırlığına müsbət təsir göstərir, hər bir 
şagirdin fiziki hazırlığı, səhhəti nəzərə alınaraq ev tapşırıqları vermək lazımdır. Ev tapşırıqları bütün 
şagirdlər üçün və fərdi şakildə verilə bilər. 
              Təhsil əhəmiyyətli ev tapşırıqları dərsdə öyrənilənlərin möhkəmləndirilməsi məqsədilə onların 
bir növ evdə təkrarıdır. Belə tapşırıqlara  yeriş, qaçış, tullanmalar, dırmaşma, müvazinət saxlama, cisim 
atma və s. daxildir. 
              Gün rejimi üzrə ev tapşırıqları  əsasən  şagirdlərin sağlamlığını möhkəmləndirilməsi, iş 
qüvvəsinin artırılması ilə əlaqədardır. Bura ümuminkişaf hərəkətləri, habelə qamətin formalaşması, ayaq-
pəncə  əzələlərinin inkişafı üçün müəllim tərəfiindən tərtib edilib, şagirdlərə verilən hərəkət kompleksi 
daxildir. 
              Yay tətili üçün verilən tapşırıqlar isə  yayda pioner düşərgəsində, ailədə və ailə ilə birgə qısa 
və uzunmüddətli səyahət, turist gəzintiləri və ekskursiyalarda yerinə yetiriləcək fiziki tapşırıqlardır. Bura 
təbii amillərlə (hava, su, günəş) bədəni möhkəmləndirmək, təbiətə aid müşahidələr aparıb müşahidə 
gündəliyinə qeyd etmək, öz fiziki hazırlıq göstəriciləri haqqında məlumat yazmaq (toplamaq) və s. aiddir. 
              Dərsin tamamlayıcı hissəsində verilən tapşırıqlar  şagirdlərin yaşına, ev şəraitinə, sağlamlığına, 
fiziki hazırlığına müvafiq olmalı, onlara sadə və emosionallıqla çatdırılmalıdır. Ev tapşırıqlarını verməklə 
kifayətlənməməli, onun necə icra olunması vaxtaşırı yoxlanıb qiymətləndirilməli,  şagirdlərin 
gündəliklərinə yazılmaqla valideynlərin nəzərinə çatdırılmalıdır. 
              Ev tapşırıqları verildikdən sonra, lazımi izahat işləri aparıldıqdan, sadə hərəkət və oyunlar icra 
olunduqdan sonra müəllim  şagirdləri sıra ilə  soyunub-geyinmə otağına aparmalı, sonra sakitcə sinfə 
qədər ötürməlidir. 
 
                                   Nümunə üçün ev tapşırıqları 
              a) səhər gimnastikası üzrə kompleks hərəkətləri bilmək və icra etmək; 
              b) qısa iplərlə hoppanmaq; 
              u) raport verməyi öyrənmək; 
              q) sağ və sol əl ilə topun  atılmasını öyrənmək; 
              d) «Bənövşə» oyununun sözünü və qaydasını bilmək; 
              e) 3 fəndlə kəndirə dırmanmağı öyrənmək. 
              Ev  tapşırıqları müvafiq və  təhlükəsiz olmalıdır. Hər bir tapşırıq qabaqcadan planda nəzərdə 
tutulmalıdır. Ev tapşırıqlarını öyrədilən hərəkətlər üzrə  dərsdə verilməsi məqsədəuyğundur. Dərsin 
sonunda müəllim həmin tapşırıqları bir daha uşaqların yadına salır. Tapşırıqların məzmunu və yerinə 
yetirilməsi texnikası şagirdlərə ətraflı izah olunmalı, onun qaydaları, icra yeri göstərilməlidir (ev, idman 
meydançası və s.). 
              Ev  tapşırıqlarının yerinə yetirilməsini mütləq tələb etməli, yoxlamalı  və qiymətləndirilməlidir. 
Yalnız deyilənlər yerinə yetirilərkən, bundan sonra məktəblilərin fiziki tərbiyə üzrə  işlərinin 
müvəffəqiyyətlə icrasından danışmaq olar. 
 
3.7Məktəbdə fiziki tərbiyə işlərinə rəhbərlik 
              Məktəbdə fiziki tərbiyə üzrə  işlər məktəb direktorunun rəhbərliyi altında aparılır. Bu işin 
müvəffəqiyyəti bütün müəllimlərin birgə işindən mühüm dərəcədə asılıdır. Məktəbin bütün işçiləri fiziki 
tərbiyənin məqsəd və  vəzifələrini, onun təşkili formalarını bilməli, praktik olaraq həyata keçirilməsinə 
kömək göstərməlidir. 
              Fiziki  tərbiyənin təşkilinə birbaşa məktəb direktoru və ya onun tərbiyə  işləri üzrə müavini 
cavabdehdir. 
              İbtidai siniflərdə  bədən tərbiyəsi dərslərini ixtisaslı  bədən tərbiyəsi mütəxəssisi və ya sinif 
müəllimi apara bilər. Bütün bunlar məktəbin  şəraitindən asılıdır. Bədən tərbiyəsi dərsi təsdiq edilmiş 
tədris planı və cədvəli üzrə aparılır. 


 151
 
 
3.8Fiziki tərbiyəyə həkim nəzarəti 
              Məktəbdə fiziki tərbiyənin düzgün təşkili həkim nəzarətindən çox asılıdır. 
              Tibbi müayinə məktəbə təhkim olunmuş həkim və ya poliklinikanın müxtəlif ixtisaslı həkimləri 
tərəfindən aparılır. Burada uşaqların fiziki inkişafı və sağlamlıq vəziyyəti müəyyənləşdirilir. 
              Şagirdlər ildə bir dəfədən az olmayaraq tibbi müayinədən keçirilir. Onlar tibbi qruplara 
bölünürlər. Tibbi müayinənin nəticəsinə görə məktəblilər əsasən 3 tibbi qrupa bölünürlər: əsas, hazırlıq və 
xüsusi. 
              Əsas qrupa o şagirdlər daxil edilir ki, onların fiziki inkişafında çatışmamazlıq müşahidə 
olunmasın. Həm də bu şagirdlərin fiziki hazırlığı qənaətbəxşdir. 
              Hazırlıq qrupuna fiziki inkişafında müəyyən qüsuru olan, sağlamlığında çatışmamazlıqlar 
müşahidə olunan, fiziki hazırlığında isə nisbətən zəiflik hiss edilən, lakin orqanizmin funksiyalarında 
dəyişikliyi olmayan məktəblilər daxil edilir. 
              Səhhətində ciddi qüsuru olan kütləvi məktəblərdə tətbiq olunan bədən tərbiyəsi proqramları ilə 
dərs keçirməyən şagirdlər xüsusi tibbi qruplara daxil olunur. Bu şagirdlər onlar üçün hazırlanmış xüsusi 
bədən tərbiyəsi proqramları ilə məşğələ keçirlər. Həmin qüsurlar müvəqqəti və ya daimi ola bilər. Bəzi 
şagirdlər səhhətləri düzələn kimi bədən tərbiyəsi dərslərindən tam azad ola bilər. Şagirdlərin səhhətindəki 
çatışmazlıq qaydaya düşdükdən sonra onların qrupları dəyişdirilməlidir. Onlar hazırlıq və yaxud əsas tibbi 
qruplara keçirilə bilər. Müvəqqəti olaraq bədən tərbiyəsi dərslərindən azad olunan şagirdlər dərsdə mütləq 
iştirak etməlidirlər. 
            Əsas qrupa daxil olan şagirdlərin vəzifələri  b  u n l a r d ı r:  
1.
 
Bədən tərbiyəsi proqram materialları tam yerinə yetirilməli; 
2.
 
Fiziki tərbiyə üzrə təşkil olunmuş dərnək və idman bölmə məşğələlərində iştirak edə bilər; 
3.
 
İdman yarışlarında və tədbirlərində iştirak edə bilərlər; 
              Hazırlıq qrupuna daxil olan şagirdlər isə proqram üzrə  tədbirlərdə  iştirak edə bilərlər. Onlara 
gərginlik tələb edən hərəkətlər vermək məsləhət görülmür.   
              Səhhətinə görə xüsusi tibbi qruppa daxil olan şagirdlərlə  həftədə 2 dəfədən az olmayaraq 
məşğələlər təşkil olunur. Məşğələlər xüsusi proqram  əsasında müəyyən hazırlığı olan tibb işçiləri və ya 
müəllimlər tərəfindən aparıla bilər. 
              Şagirdlər bir qrupdan digərinə ildə 1 dəfə keçirilən növbəti tibbi müayinədən sonra yaxud da 
valideyinin xahişi ilə təşkil edilən tibbi müayinənin nəticəsinə görə keçirilə bilər. 
              Tibbi  müayinənin nəticəsi bir qrupdan digər qrupa şagirdlər keçirilərkən bu barədə müəllimə 
xəbər verilməlidir. 
 
3.9.
 
Müəllimin vəzifələri, dərsdə yer seçməsi 
və dərcə hazırlığı 
              a) Müəllimin vəzifələri: 
              1. Dərsin keyfiyyətini təmin etməli, bədən tərbiyəsi proqramını yerinə yetirməli; 
              2. Həkimlərlə birlikdə şagirdlərin tibbi müayinəsini təmin etməli, müayinənin nəticəsini dərsdə 
sinifdən və məktəbdənxaric tədbirlərdə nəzərə almalı; 
              3.  Məşğələ yerinin sanitariya-gigiyena tələblərinə uyğun təşkilinə qayğı göstərməli; 
              4. Şagirdlərin hamısının idman geyimində olmasına nail olmalı; 
              5. Sinifdən və məktəbdənxaric tədbirlərdə öz sinfindən şagirdlərin iştirakını təmin etməli; 
              6. Uşaqların fiziki tərbiyəsi üzrə valideynlərə bilik verməli, bu sahədə izahat işi aparmalı; 
              7. Fiziki tərbiyə üzrə öz bilik və bacarıqlarının səviyyəsini daim artırmalı; 
              8.  Uşaqların fiziki tərbiyə üzrə müntəzəm məşğul olması üçün onlarda bu sahəyə maraq 
yaratmalıdır. 
              İbtidai sinif müəllimi fiziki tərbiyə üzrə bədən tərbiyəsi müəllimləri ilə məsləhətləşməlidir. 
              İbtidai sinif şagirdləri ilə dərnəklər təşkil olunmalı, bu ictimai əsaslarda, yaxud müəyyən idarə – 
müəssisə  tərəfindən himayə edilməlidir. 
              v) Müəllimin dərsdə yer seçməsi. Dərsin hazırlıq və tamamlayıcı hissələrində olduğu kimi, əsas 
hissədə  də verilən tapşırıqların  şagirdlər tərəfindən lazımi səviyyədə yerinə yetirilməsində müəllimin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə