Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə73/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   69   70   71   72   73   74   75   76   ...   145

 154
3.
 
Köməkçilərin hazırlanması; 
4.
 
Dərs materialı üzrə müəllimin öz şəxsi hazırlığını yoxlamaq. 
 
3.10.
 
Dərsin icmalı və təhlili 
              Dərsin icmalı aşağıdakı ardıcıllıqla tutulur: 
1.
 
Aparıcı vəzifələri müəyyən etmək. Hansı ki, bütün məzmun əhatə edilir.  
Bu həm də hazırkı və gələsək dərslərin vəzifələri ilə uyğunlaşdırılır;         
2.
 
Dərsin hissələri üçün vəzifələrin müəyyən edilməsi
3.
 
Təlim metod və prinsiplərinin müəyyən edilməsi; 
4.
 
Uşaqların fəaliyyətinin dərsdə təşkili; 
5.
 
Dərs proseslərinin alət və avadanlıqlarla təmini, onların yığışdırılması; 
6.
 
Şagirdlərin təhlükəsizliyinin təmini, mühafizə tədbirlərinin  
görülməsi;            
              7. Hazırlıq hissəsinin vəzifələri; 
              8. Əsas hissədə görüləcək işlər
              9. Tamamlayıcı hissədə görüləcək işlər. 
              Dərsin təhlili.  Bədən tərbiyəsi  dərslərinin səmərəliliyinin yüksədilməsində proqram 
materiallarının düzgün planlaşdırılması, müəllimin dərsə hazırlığı, hər bir dərsin məqsəd və vəzifələrinə 
uyğun onun idman ləvazimat və avadanlıqlarla və s. ilə təchizi mühüm pedaqoji şərtlərdən sayılır. Dərsin 
müvəffəqiyyətlə keçirilməsi və  təşkilində yuxarıda göstərilənlərlə yanaşı, dərs icmalının (müəllimin 
gündəliyi) lazımi səviyyədə tutulmasının da həlledici  əhəmiyyəti vardır. Konkret desək, dərsin 
səmərəliliyinin başlıca meyarı dərsin təşkilinə verilən tələblərlə sıx əlaqədardır. Yəni yüksək səviyyədə 
təşkil olunan dərs o dərsə deyilir ki, o dərsin təhlilinə verilən aşağıdakı tələblərə cavab verməlidir: 
1.
 
Müəllimin dərsə hazırlığının qənaətbəxş olması; 
2.
 
Dərsin icmalının düzgün tutulması; 
3.
 
Dərsin qarşısında qoyulmuş məqsəd və vəzifələrin dəqiqliyi; 
4.
 
Məqsəd və vəəzifələrə üyğun fiziki hərəkətlərin və oyunların seçilməsi 
və tətbiqi; 
5.
 
Mövzuya uyğun təlim metodlarının, metodikanın seçilməsi; 
6.
 
Mövzudan asılı olaraq təşkili formaların tətbiqi; 
7.
 
Şəraitə uyğun dərsin keçirilməsi; 
8.
 
Dərsə verilən müasir tələblərin nəzərə alınması; 
9.
 
Şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı gözlənilməklə onların idman 
fəallığının artırılması; 
10.
 
Komanda və göstərişlərin düzgün verilməsi; 
11.
 
Hərəkət icra olunarkən buraxılmış səhvlərin yerindəcə düzəldilməsi
12.
 
Hərəkət icra edilərkən mühafizə üçün yerin düzgün seçilməsi və  
mühafizənin vaxtında və düzgün edilməsi; 
13.
 
Dərsdə şagirdlərin marağının yüksədilməsi; 
14.
 
Fiziki yükün düzgün verilməsi. Fiziki yükün dərsin hissələri arasında  
müvafiq  bölüşdürülməsi. Bədən tərbiyəsi dərsinin xronometrajının nəzərə alınması. 
              15. Əvvəllər keçilmiş tədris materiallarına müəllimin nə dərəcədə istinad edib, yeni mövzunun 
izahını verməsi. Növbəti dərsə istiqamətləndirmə baxımından müəllimin apardığı iş və fəaliyyəti.  
              16. Müəllimin xarici görkəmi,  geyimi və nitq mədəniyyəti. 
 
3.11.Fiziki tərbiyə məşğələlərində musiqi 
              Musiqi  hərəkəti ritmik etməklə yanaşı,  onu eyni vaxtda başlayıb və eyni vaxtda qurtarmağa 
kömək edir, həm də onların müəyyən tempdə yerinə yetirilməsinə şərait yaradır. Musiqi eyni zamanda, 
uşaqların hərəkəti asan və yüngül icrasına da zəmin yaradır. 
              Musiqi uşaqlarda müsbət emosiyalar yaratmaqla, məşğələyə də marağı artırır, hərəki vərdişlərin 
yaranmasına əlverişli şərait yaradır. 


 155
              Yeriş, qaçış, pəncə üzərində yeriş  və qaçışlar, cərgə  və  sıralarda yerişlər, dairə  təşkil etməklə 
yerişlər, ümum inkişafetdirici hərəkətlər, bəzi mütəhərrik oyunlar musiqinin müşaiyəti ilə daha effektli 
icra olunur. 
 
3.12.Dərsdə mühafizənin təmini və zədələnmələrin 
qarşısının  alınması 
              Fiziki  hərəkətlər icra olunarkən zədələnmələrin qarşısı alınmalıdır. Zədələnmələrin qarşısını 
almaqda  ən yaxşı vasitələrdən biri uşaqların mühafizə edilməsidir. Zədələnmənin qarşısının alınması 
şərtləri bunlardır: Məşğələnin müntəzəm olaraq keçirilməsi, tədris materialının müvafiqliyi, hərəkətlərin 
icrasını möhkəm mənimsəmə  və b. Zədələnmələrin qarşısını  uşaqlara verilən fiziki yükün düzgün 
müəyyənləşdirilməsi, uşaqların nizam-intizama əməl etməsi və hərəkətlərin yerinə yetirilməsinin düzgün 
təşkili də böyük əhəmiyyətə malikdir. 
              Bütün  bunlarla  bərabər, hərəkətlər icra olunarkən uşaqların mühafizə olunması xüsusi ilə 
vacibdir (Yıxılarkən onların tutulması, saxlanması və onlara dayaq olmaq). 
              Zədələnmələrin qarşısını məşğələ yerinin yoxlanması, qurğuların təhlükəsiz yerdə yerləşdirilməsi 
yolu ilə də almaq olar. 
 
3.13.İlin müxtəlif vaxtlarında bədən tərbiyəsi 
məşğələsinin keçirilməsi metodikası 
                                     İlin müxtəlif vaxtlarında və müxtəlif şəraitdə keçirilən bədən tərbiyəsi məşğələləri 
özünəməxsus spesifik metodika ilə  təşkil olunur (yayda, qışda idman meydançasında, idman zalında 
keçirilən məşğələlər). 
              Məşğələnin idman zalında təşkili və keçirilməsi daha səmərəli olur. Uşaqların diqqəti tədrisdən 
yayınmır, qarşıya qoyulmuş  vəzifələrin icrasına yönəlir. Zalda məşğələnin təşkili gigiyenik cəhətdən 
sərfəli deyildir. Bu baxımdan məşğələnin həyətyanı sahədə təşkili daha əhəmiyyətlidir. 
              Məşğələnin açıq və  təmiz havada keçirilməsi orqanizmi möhkəmləndirir. Uşaqlar bu zaman 
hərəkətləri böyük həvəslə icra edir, onun texnikasına tez və sürətlə, həm də mükəmməl yiyələnə bilirlər. 
              Qış aylarında isə elə  hərəkətlər seçmək lazımdır ki, onu adətən isti geyimlərdə icra etmək 
mümkün olsun. Belə  hərəkətlərə yeriş, qaçış, yerində  və  hərəkət edə-edə hoppanmalar, müvazinət 
hərəkətləri və s. misal göstərmək olar.  
              Qış aylarında uşaqlar isti idman geyimində olduqda, onlara mürəkkəb hərəkətlərin verilməsi 
məqsədəuyğun deyildir. Bu vaxt hərəkətləri də çox təkrar etmək zərərlidir. 
 
3.14.Şagird müvəffəqiyyətinin hesabaalınması 
                  Şagirdlərin bədən tərbiyəsi üzrə nailiyyətləri, yəni fiziki hərəkətlərin icrası ilə  əlaqədar 
nəticələri müəllim tərəfindən hesabaalınmalı, sinif jurnalında qeyd edilməlidir. 3 cür qeydəalma aparılır: 
1)
 
qabaqcadan aparılan qeyd; 
2)
 
cari qeyd; 
3)
 
yekun qeyd. 
              a)  Qabaqcadan  aparılan qeyd. Qabaqcadan aparılan qeyd ilk dərslərdə aparılır. Burada ilk 
növbədə, şagirdlərin fiziki hazırlığı və sağlamlıq vəziyyəti öyrənilir.  Həmin məlumatları uşaqların şəxsi 
işlərindən, valideynlərindən öyrənmək olar. Tədris ilinin əvvəlində keçirilən tibbi yoxlamaların 
nəticəsində də şagirdlərin sağlamlığı haqqında məlumat toplamaq mümkündür. Bu işdə müəllimin şəxsi 
müşahidələri də az rol oynamır. 
              b)  Cari  qeyd. Cari qeyd bütün dərslərdə aparılır. Hər bir dərsdə  ən azı 3-4 şagirdin 
qiymətləndirilməsi və yaxud onlar haqqında müəllimin müvafiq qeydi olmalıdır. Cari qeyd müəllimin 
müşahidələrinə,  şagirdlərlə aparılan sual-cavaba, ayrı-ayrı  hərəkətlər üzrə göstərilən nəticələrə 
əsaslanmalıdır. Qeydlərin gündəlik aparılmasının çox böyük təlim-tərbiyə  əhəmiyyət vardır.  Bu 
uşaqlarda məsuliyyət hissini də artırır. 
              v) Yekun qeyd. Yekun qeyd tədris ili üzrə aparılan qeydlərə əsaslanır. Lakin üstünlük şagirdin 
tədris ilinin sonundakı müvəffəqiyyətinə verilir. Çünki başlıca nəticələr tədris ilinin axırında  meydana 
çıxır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə