Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş



Yüklə 422,18 Kb.

səhifə1/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18


XLVIII

Musiqi üzrə fənn proqramı

1.Ümumi hissə

a) Giriş

Musiqi şagirdin bədii-estetik tərbiyəsinin ən yaxşı vasitəsidir. Musiqi onun mənəvi aləmini

zənginləşdirir, yaxşılığa, gözəlliyə qarşı onun münasibətini formalaşdırır. Musiqi şagirdin təhsil

dəyərlərini aşkara çıxarır və eyni zamanda milli şüurun formalaşmasına kömək göstərir.

Musiqinin, emosional xüsusiyyəti ilə yanaşı  təfəkkür funksiyası da vardır və onun tədrisi təkcə

assosiasiyalı deyil, həm də məntiqi, analitik təfəkkürün inkişafına da kömək göstərir. Bununla

yanaşı, musiqi şagirdi qrupda işləməyə, intizama, qayda-qanuna alışdırır. Bundan başqa musiqi

özünün yazısına malik ünsiyyət dili kimi şagirdə istənilən ictimaiyyətlə geniş əlaqə imkanlarını

yaradır.

b)Musiqinin tədrisinin məqsəd və vəzifələri

Musiqinin tədrisinin məqsədi :

şagirdi təhsilli, mədəni insan kimi formalaşdırmaq, ona musiqi aləmindən müvafiq bilik



verərək layiqli insan kimi yetişdirməkdir;

xalq və klassik musiqi nümunələri ilə tanışlıq əsasında şagirdin bədii-musiqi tərbiyəsidir;



onu yaradıcılıq işinə cəlb etməkdən və bunun üçün zəruri olan qabiliyyət-vərdişləri

inkişaf etdirməkdir.

Bu təhsil məqsədləri ilə əlaqədar gürcü rəqsinin tədrisi məktəbdə aşağıdakı məsələlərin həllini

nəzərdə tutur:

musiqini dinləmək vərdişinin formalaşdırılması;



musiqi əsərləri ilə əlaqədar öz şəxsi münasibətlərini və musiqi incəsənəti üzrə

mülahizələr yürütmək vərdişlərinin aşılanması;



təsviri-assosiasiyalı təfəkkürün inkişaf etdirilməsi;

musiqi duyumunun və yaddaşının, ritm hissinin inkişaf etdirilməsi;



universal kommunikasiya vasitəsi kimi musiqi yazısının öyrənilməsi.

Ümumtəhsil məktəbində musiqi fənni şagirdə ümumi və qeyri-peşəkar biliyin verilməsini

nəzərdə tutur. Hər bir uşağın fərqli musiqili göstəriciləri vardır. Bunun üçün də kursun müxtəlif

istiqamətləri şagirdin şəxsi maraqlarının inkişaf etdirilməsi və aşkara çıxarılması imkanını verir.

Musiqinin assosiasiyalı təbiəti fənnin başqa fənlərlə, məsələn, vizual incəsənət, teatr

incəsənəti, rəqs, poeziya, bədii ədəbiyyat, tarix, riyaziyyat, informatika, fizika və s. ilə

inteqrativlik imkanını yaradır ki, bu da tədris prosesini cəlbedici edir.



c)Pillələrin xarakteri ilə musiqinin öyrənilməsi

Musiqinin tədris planına əsasən, ümumtəhsil məktəbinin hər üç pilləsində musiqinin tədrisi

nəzərdə tutulur: ibtidai və baza pillələrində icbari, orta pillədə isə seçmə fənni şəklində.

İbtidai pillədə musiqi fənninin əhəmiyyəti xüsusilə böyükdür, belə ki, uşağın anadangəlmə

təbii bacarıqları, meylləri tamamilə özünü büruzə verməmişdir və onları üzə çıxarmaq, idarə

etmək lazımdır. Uşaq üçün yaxın olan müxtəlif həvəsləndirici fəallıqların vasitəsi ilə onu musiqi

ilə maraqlandırmaq mümkün olur. Bu pillədə musiqi fənni şagirdlərin yaradıcılıq

qabiliyyətlərinin hərəkətə gətirilməsini, onların birgə yaradıcılıq proseslərinə cəlb olunmalarını

və verilmiş pillədə nəzərdə tutulan biliyin ötürülməsini nəzərdə tutur.



Baza pilləsində musiqi dərslərində əldə edilmiş bilik və praktiki qabiliyyət-vərdişlər

yeniyetmədə özünü dərketmə və özünü təsdiqetmə prosesini asanlaşdırır. O, yeniyetmənin

inkişafında və maraqlarının düzgün idarə olunmasında ən yaxşı vasitədir və ətraf mühitlə

münasibətdə bu yaş dövrü üçün xarakterik olan tənqidi yanaşmanı əhəmiyyətli dərəcədə

yumşaldır. Onu da nəzərə almaq lazımdır ki, incəsənət əsərlərini dərk etmək qabiliyyəti fərqli

düşüncə və dünyagörüşə qarşı tolerantlığı nəzərdə tutur.



Orta pillədə şagirdə öz maraqlarına uyğun olaraq təklif olunan kurslardan birini seçmək

imkanı verilir.




Musiqinin tədris kursunun yekun nəticələri

İbtidai və baza pillələrində

İbtidai pillədə

Baza pilləsində

Qazanılmlş bilik və qabiliyyət-vərdişlər əsasında

Pr

akt

iki

 qab

ili

yy

ət

-



rdi

şl

ər

Altıilliyin sonunda şagird:

özünüifadə üçün musiqi dilinin elementlərindən,

bədən hərəkətindən istifadə edir;

həm özünün məqsədinə, eləcə də ümumi məqsədə

çatmaq üçün digərləri ilə əməkdaşlıq edir.

Doqquzilliyin  sonunda şagird:

özünüifadə üçün musiqi və

dramatik incəsənətin təsviri

vasitələrindən yaradıcılıqla

istifadə edir;

müxtəlif fərdi və müxtəlif növ

qrup işlərində iştirak edir.

K

om

m

un

ikas

iya

və int

er

pr

et

as

iya

Musiqi əsərləri haqqında özünün fikirlərini söyləyir və

əsaslandırır;

anlayır ki, musiqi kommunikasiya və özünüifadə

vasitəsidir.

musiqili incəsənət nümunəsini

analiz edir və konkret təsviredici

vasitəni nə məqsədlə istifadə

etdiyini izah edir;

anlayır ki, incəsənət dünyagörüşü

və kommunikasiya vasitəsidir.

K

ont

eks

td

ə

m

us

iqi

ni

n  d

ər

ki

Gürcü və dünya musiqi incəsənətinin məşhur

nümunələrini, incəsənətin müxtəlif sahələrini və

onların əlaqələrini müzakirə edir.

Müxtəlif dövrləri və üslubları

müqayisə edir və onlar arasında

oxşarlıq və fərqləri müzakirə

edir; müxtəlif musiqi üslubları,

ardıcıllığı, ifa tərzini bir-biri ilə

müqayisə edir; ictimai həyatda

musiqinin rolu haqqında

mühakimə edir, musiqi

incəsənətinin məşhur

nümayəndələrini tanıyır.






Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə