Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


Yekun tapşırıqlarının növləri



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə3/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   2   3   4   5   6   7   8   9   ...   18

Yekun tapşırıqlarının növləri

Standartın tələblərini yerinə yetirmək üçün yekun tapşırıqlarının rəngarəng formalarından

istifadə etmək tövsiyə edilir. Musiqi üzrə yekun tapşırıqlarının növləri aşağıdakılar ola bilər:

konsert/tamaşa;



viktorina;

məruzə-referat;



mühazirə-konsert;

təqdimat;



testləşdirmə;

imtahan;


layihə.


Şagird tərəfindən yerinə yetirilmiş layihənin ehtimal olunan mövzuları:

tematik tamaşanın/konsertin keçirilməsi, televiziya verilişinin, radio verilişinin, tamaşanın

hazırlanması; qəzet, jurnal, not albomunun hazırlanması; mahnı, musiqi əsəri və ya başqa

mövzuda klip çəkilməsi, tanınmış bəstəkarın, müğənninin, rejissorun məktəbə dəvət olunması,

görüşün təşkili və aparılması və s.

Yekun tapşırıqları ilə təmin olunan tələblər

tapşırığın hər bir tipinə öz qiymətinin ümumi rubrikası əlavə olunmalıdır;



ümumi rubrika konkret tapşırığın şərti və keçilmiş materialın nəzərə alınması ilə

dəqiqləşdirilməlidir;

10 bal rubrikaya daxil olan meyarlara bölünməlidir;



standartın yekun tapşırığın yoxlanışına  xidmət edən nəticələri göstərilməlidir.



Nümunə: sinif yoldaşlarını  musiqi əsəri ilə tanış etmək


Təqdimat hazırlayın və öz sinif yoldaşlarınızı instrumental konsert nümunəsi ilə tanış edin.

Bunun üçün:

1. sadalanmış janrın xoşunuza gələn musiqi əsərlərini axtarın, dinləyin və seçin;

2. sizin məqsədiniz seçilmiş musiqi nömrəsini sinif yoldaşlarınıza təqdim etməkdən və

onların münasibətini müəyyən etməkdən ibarətdir;

3. əsas tematik materialın  həm solo aləti ilə, eləcə də orkestrin partiyasında səslənən

fraqmentlərini, eləcə də musiqi materialının inkişafının xüsusilə maraqlı təəssürat

bağışlayan hissələrini seçin və sinif yoldaşlarınıza tanış edin;

4. seçilmiş əsər barədə faktiki material toplayın – dövr, üslub, bəstəkar, əsərlər (janr, üslub,

solo aləti, ifaçıların tərkibi), ifaçı, dirijor, ifaçılar kollektivi, salon (arzuya əsasən);

çalışın, musiqini və verbal materialı elə bölüşdürün ki, şagirdlər tərəfindən maraq



azalmasın. Tələbata uyğun olaraq vizual materialdan da – video yazılar, foto, not

mətni – istifadə edin;

gözlənildiyi kimi, təqdimat zamanı seçilmiş əsərlərlə əlaqədar bütün məsələləri



xırdalıqlarla müzakirə edə bilməzsiniz. Çalışın, öz dostlarınızı əsərlərlə əlaqədar əsas

informasiya ilə qısaca tanış edin. Təqdimatı hazırlayarkən onların maraqlarını,

biliyini nəzərə alın; sizin dostlarınız tərəfindən əsərlərə maraq oyadan və bu əsərlərin

yaxşı dərk edilməsinə kömək göstərən məsələlərə diqqət yetirin;

təqdimatın axırıncı hissəsi – sual-cavab üçün hazırlaşın. Ehtimal olunan sualları



əvvəlcədən müəyyənləşdirin və cavabları formalaşdırın. Paralellərin yaranmasından

çəkinməyin. Cavab ola bilsin ki, musiqi materialı ilə də verilə bilər. Musiqini nə

qədər mənimsədiyiniz burada aşkara çıxacaqdır;

texniki məsələləri qaydasına salmaq üçün assistentin köməyindən istifadə edin.



Meyarlar

1. materiala yiyələnmək;

2. kommunikasiya;

3. təşkilati məsələlər;

4. yaradıcılıq.



1. Materiala yiyələnmək (bilik və qabiliyyətlər) 0-3

Tələbata uyğun musiqi nömrələrinin  seçilməsi;



əsas tematik materialı (başlıca və köməkçi mövzular) əks etdirən musiqi parçalarının

seçilməsi;

rəngarəng informasiyanın təqdimatı zamanı əsərlə əlaqədar müxtəlif məsələlərin



təqdim olunması;

suallara ətraflı cavabın verilməsi.



2. Kommunikasiya 0-3

musiqi əsərlərinə qarşı öz münasibətini göstərmək;



materialın auditoriya üçün əlçatan şəkildə təqdim edilməsi və maraqlandırma;

informasiyanın aydın, anlaşıqlı şəkildə verilməsi;



suallara cavab verərkən dəqiqlik.

3. Təşkilati məsələlər 0-1

texniki məsələlərin qaydaya salınması.



4. Yaradıcılıq 0-3

əsərlərlə əlaqəli informasiyalar seçmək və sinif yoldaşları ilə onları tanış etmək;



çıxış zamanı material (audio, vizual, verbal) dəyişikliklərin planlaşdırılması;

əsərlərlə əlaqədar öz münasibətlərini əks etdirmək.



XLIX Fəsil

İbtidai mərhələdə fənn kompetensiyaları

I Sinif


Musiqi

Standart

İstiqamətlərə əsasən ilin sonunda nail olunacaq nəticələr

Praktiki qabiliyyət-

vərdişlər

Kommunikasiya,

şərh

Kontekstdə musiqi



nümunələrinin dərk

edilməsi


Mus.I.1. Şagird musiqi

dili ilə öyrəndiyi

elementləri tanıya bilir və

onlardan ritmik-

intonasiyalı məşqlərdə

istifadə edə bilir.



Mus.I.2. Şagird mahnını

tək və ya başqaları ilə

birlikdə ifa edə bilər.

Mus.I.3. Şagird müəyyən

əhval-ruhiyyəni ötürmək

üçün təsvirin müxtəlif

formalarına müraciət edə

bilər.

Mus.I.4. Şagird

dinlənilmiş musiqi

əsərləri barədə öz

münasibətini əks etdirə

bilər.

Mus.I.5. Şagird

öyrəndiyi musiqi

terminlərindən istifadə

edə bilər.



Mus.I.6. Şagird müxtəlif

növ tədbirlərdə iştirak edə

bilər.

Mus.I.7. Şagirdin

başqasının yaradıcılığına

və fikrinə hörmətlə

yanaşmaq qabiliyyəti

vardır.

Mus.I.8. Şagird

dinlənilmiş əsərləri

gündəlik həyatla

əlaqələndirə bilər.



Mus.I.9. Şagird

öyrəndiyi musiqi alətlərini

tanıyır.

Mus.I.10. Şagird ətraf

mühitdə eşitdiyi səsləri

fərqləndirə bilir.

İlin sonunda nail olunan nəticələr və onların indikatorları



İstiqamət: praktiki qabiliyyət-vərdişlər


Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə