Xlviii musiqi üzrə fənn proqramı Ümumi hissə a Giriş


ç) Musiqi fənni tədrisinin təşkili



Yüklə 422,18 Kb.
Pdf görüntüsü
səhifə2/18
tarix21.06.2018
ölçüsü422,18 Kb.
#49874
1   2   3   4   5   6   7   8   9   ...   18

ç) Musiqi fənni tədrisinin təşkili

Musiqi icbari fənn kimi I-IX siniflərdə tədris olunur. Onun tədrisinə I-III və V-VIII

siniflərdə II, IV sinifdə isə - 1 akademik saat ayrılır.  VIII-IX siniflərdə musiqi hər bir semestr

ərzində üç saat müddətində tədris edilir: VIII sinifdə - II, IX sinifdə isə - I semestrdə. Verilmiş

sxem musiqi fənninin siniflər üzrə saat bölgüsünü əks etdirir:

Sinif


I semestrdə saatların

miqdarı


II semestrdə saatların

miqdarı


I

2

2



II

2

2



III

2

2



IV

1

1



V

2

2



VI

2

2



VII

2

2



VIII

3



IX

3



d)Musiqi tədrisinin istiqamətlərinin təsviri

Musiqinin tədrisi üç istiqamətə bölünür:

1) praktiki qabiliyyət-vərdişlər;

2) kommunikasiya, şərh;

3) musiqi əsərlərinin kontekstdə dərk edilməsi.

Tədris bütün istiqamətlər çərçivəsində paralel aparılır və bir-biri ilə sıx qarşılıqlı əlaqədədir.




Praktiki qabiliyyət-vərdişlər

Bu istiqamət çərçivələrində şagirdlərə praktiki vərdişlər aşılanır və formalaşdırılır ki, bu

da onların yaradıcılıq qabiliyyətlərinin üzə çıxmasına və hərəkətə gəlməsinə xidmət edir.

Şagirdlər dinlədikləri musiqi əsərlərinin emosional-növ məzmununu, yaxud da öz aləmində

qəbul etdikləri musiqi təəssüratlarını əks etdirirlər. Bunun üçün onlar musiqi dərsində tanış

olduqları  təsvirin uyğun formalarını və təsviri üsullarını seçir və bunlardan istifadə edirlər.

Bundan başqa, musiqi dərslərində şagirdlər planlaşdırma, təşkil etmə, qrupda işləmək

vərdişlərinə yiyələnirlər.



Kommunikasiya, şərh

Kommunikasiya dili kimi qəbul edilmiş musiqi çoxşaxəli və çoxnövlü şərh imkanını verir.

Bu istiqamət çərçivəsində şagirdlər musiqini dinləməyə, qiymətləndirməyə, fikri aydın ifadə

etməyə, mübahisə, müzakirə zamanı uyğun gələn kitab dili və davranış normalarına əməl

etməklə öz baxışlarını təsdiq etməyə alışırlar, eləcə də qrupda iş metodlarına yiyələnir, onlarda

qiymətləndirmə və özünüqiymətləndirmə qabiliyyəti inkişaf edir. Şagirdlər müxtəlif tədbirlərə

gedir və iştirak edirlər. Öyrənirlər ki, musiqi-incəsənət əsərləri həmişə müəyyən ideyaları ifadə

edir.


Kontekstdə musiqi əsərlərinin dərk edilməsi

Bu istiqamət çərçivələrində şagirdlər dinlənilmiş əsərlərin – gürcü (xalq və peşəkar) və

dünya musiqi mədəniyyətinin tanınmış nümunələri barədə informasiya alır və onları mədəni və

tarixi kontekstdə əlaqələndirirlər. Bu informasiya müxtəlif üsullarla, gündəlik hadisələrlə,

şagirdlərin təcrübəsi ilə əlaqələndirilir. Onlar gürcü və dünya musiqi mədəniyyətinin

nümayəndələri ilə - bəstəkarlarla və ifaçılarla, musiqi alətləri ilə, müxtəlif musiqi kollektivləri ilə

tanış olurlar.



e)Musiqidə qiymətləndirmə

Qiymətləndirmənin komponentləri



Ev və məktəb tapşırıqlarının komponentləri

Aşağıdakı bilik və qabiliyyətlər qiymətləndirilir:

musiqi incəsənətində öyrənilmiş nümunələrin biliyi;



musiqi tarixi və nəzəriyyəsinin ümumi məsələlərinin biliyi;

musiqi yazısı biliyi;



musiqi terminologiyası biliyi;

musiqili-kompüter proqramlarının biliyi;



yaradıcılıq;

improvizasiyalılıq;



musiqi dinləmək qabiliyyəti;

musiqi duyumu;



musiqi yaddaşı;

ritmi hiss etmək;



təqdimat (prezentasiya) qabiliyyəti;

sosial qabiliyyətlər;



öz fikrini əsaslandırmaq qabiliyyəti;

tolerantlıq.



Bilik və qabiliyyət-vərdişlər aşağıdakı fəallıqlarla qiymətləndirilirlər:

Ev tapşırıqları

materialın axtarılması;




referatın hazırlanması;

rəyin yazılması;



mətnin (ədəbi və not) öyrədilməsi;

musiqili-kompüter proqramlarından istifadə etməklə tapşırığın yerinə yetirilməsi və s.



Sinif tapşırıqları

Yaradıcılıq fəaliyyətində iştirak etmək: mahnı, improvizasiya, musiqili-dramatik



kompozisiyalar, musiqili kompozisiyalı proqramları yaratmaq;

konsert, tamaşa məşqlərində iştirak etmək;



layihənin hazırlanması;

musiqinin dinlənilməsi və bununla əlaqəli tapşırıqların yerinə yetirilməsi;



özünün və başqasının ifasının/yaradıcılığının müzakirəsində iştirak etmək;

musiqi əsərlərinin kontekstinin müzakirəsi;



müxtəlif fəallıqların planlaşdırılması və hazırlanması;

öz əsərinin, yaradıcılıq fəaliyyətinin təqdimatı;



müxtəlif tapşırıqların yerinə yetirilməsi zamanı musiqi yazısından istifadə etmək və s.



Yekun tapşırığın komponenti

Yekun tapşırığının komponenti təlim-tədrisin nəticəsi ilə əlaqədardır. Bu komponentdə bir

tədris hissəsinin (mövzu, fəsil, paraqraf, məsələ) öyrənilməsi və mənimsənilməsi nəticəsində

əldə edilmiş nəticələr yoxlanılmalıdır. Şagird konkret tədris vahidi başa çatdırıldıqda musiqi

standartı ilə müəyyənləşdirilmiş bilik və vərdişlərini nümayiş etdirməyi bacarmalıdır. Buna

müvafiq olaraq, yekun tapşırıqlar musiqinin standartlarla müəyyənləşdirilmiş nəticələrini

yoxlamalıdır.



Yüklə 422,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə