Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə72/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   68   69   70   71   72   73   74   75   ...   145

 152
düzgün yer seçməsi, onun icra etdiyi hərəkətləri hamının görməsi vacibdir. Lakin müşahidələrdən aydın 
olur ki, bəzi sinif müəllimləri hərəkətin icra olunma texnikasını göstərərkən özünə düzgün yer seçmir, 
şagirdləri tapşırıq üzrə müvafiq şəkildə yerləşdirmir, nəticədə şagirdlərin müəyyən hissəsi hərəkətin necə 
yerinə yetirildiyini (əl və ayaqlarının hərəkətini, gövdənin vəziyyətini və s.) görə bilmir. Buna görə  də 
onlar ayrılmış vaxt (saat) ərzində hərəkət texnikasını mənimsəməkdə çətinlik çəkirlər. 
              Müəllim sağa və sola dönmələri öyrədirsə, o, nə istiqamətçi, nə də ki, tamamlayıcı tərəfdə durur, 
şagirdlərin sırasının  say etibarı ilə (onlar skamyada oturmuşlarsa) mərkəzinə yaxın bir yerdə, onlardan 3 
– 4 m aralı dayanır, hərəkət isə, əvvəlcə şagirdlərin istiqamətində, sonra isə əks istiqamətdə (güzgü üsulu 
ilə) icra edir. Nəhayət, hərəkət müəllim  və  şagirdlərin birgə  iştirakı ilə yerinə yetirilir. Sağa və sola 
dönmələr öyrədilərkən hərəkətlər əvvəlcə bütöv şəkildə göstərilir, sonra isə hissə-hissə öyrədilir. 
              Qaçış, tullanma, cisim atma, akrobatika, sürünmə    və s. öyrədilməsində  də  hərəkəti birinci 
müəllim özü göstərməli, nəhayət hərəkəti  şagirdlərin kütləvi  şəkildə (frontal qaydada) yerinə 
yetirilməsini təşkil etməlidir. Buna aid bir iş təcrübəsinə istinad edək. 
       Sinif  müəllimi Naibə  Əliyeva qısa məsafəyə qaçışı öyrədərkən  əvvəlcə  şagirdləri start xəttindən 
arxada saxlayır və ya skamyada oturdur. Sonra üzü şagirdlərə olmaqla onlara alçaq startdan çıxmaq 
 texnikasını (bu zaman əl, ayaq, baş və gövdənin vəziyyətlərini) əyaniləşdirir.  Müəllim həmin hərəkəti 
eyni ilə üzü qaçış istiqamətində olmaqla da göstərir. Bundan sonra məktəbyanı idman meydançasında 
alçaq startdan çıxmaq  şagirdlər tərəfindən eyni vaxtda yerinə yetirilir. Müəllim bu vaxt özünə müvafiq 
yer seçərək, şagirdlərin bütün hərəkətlərini müşahidə edir, buraxılmış nöqsanları onların nəzərinə çatdırır 
və hərəkətin düzgün icra olunma  qaydasını bir daha onların gözü qarşısında nümayiş etdirir. Bu zaman 
müəllim fərdi öyrətməyə də geniş yer verir. Hərəkət texnikasının bu cür öyrədilməsi, bir tərəfdən bütün 
şagirdlərin hərəkəti necə yerinə yetirmək texnikasını görməsinə səbəb olarsa, digər tərəfdən hərəkətlərin 
müxtəlif istiqamətlərdə icrası müşahidə olunur. Nəticədə,  şagirdlər hərəkət texnikasını  təyin olunmuş 
müddətdə yerinə yetirə bilərlər.       
              Şəki şəhərindəki 3 saylı məktəbin sinif müəllimlərinin dərsini müşahidə etdik. Müəllimlər irəliyə 
və arxaya mayallaq aşmaları tədris edirdilər. Əvvəla, onu qeyd edim ki, mayallaq aşmaq üçün döşəklər 
şagirdlərdən xeyli aralıda qoyulmuşdu. İrəliyə və arxaya mayallaq aşmanın texnikasını müəllim elə izah 
edirdi ki, onun səsini çətinliklə  eşitmək olurdu. Bu zaman şagirdlər bir-birilə söhbət edir və müəllimin 
izahına qulaq asmırdılar. Müəllim də öz növbəsində  hərəkətin yerinə yetirilməsi texnikası ilə  əlaqədar 
verilən izahata şagirdlərin nə dərəcədə diqqət etdiklərinə məhəl qoymurdu. Müəllim və şagirdlər arasında 
əks-əlaqə yox idi. Elə buna görə  də  bəzi  şagirdlər hərəkətin texnikasını başa düşmədiyi üçün, onu icra 
etmək istəmir, bəziləri isə hərəkəti necə gəldi göstərirdilər. 
              Şagirdlərin tapşırıqlar üzrə tez və sürətlə (az vaxt sərf etməklə) yerdəyişməsi müəllimdən böyük 
təşkilatçılıq qabiliyyəti tələb edir. Tapşırıq üzrə  şagirdlərin tez vaxtda yerləşdirilməsində komandalar 
xüsusi əhəmiyyət kəsb edir. Məsələn, əgər müəllim şagirdləri iki yarımqrupa bölüb gimnastika hərəkətləri 
(kəndirə dırmaşma, hədəfə cisim atma və s.) yzrə işlətmək istəyirsə, o, əvvəlcə 1,2 saydırmaq və yaxud 
şagirdləri meydançanın (zalın) müəyyən hissəsinə iki-iki döndərməklə 2 komandaya (dəstəyə) bölməlidir. 
Komandalara (1-ci və 2-ci kimanda) istiqamətə uyğun olaraq konkret komanda vermək lazımdır. 
Məsələn, 1-ci dəstə geriyə, 2-ci dəstə sola dön! Göstərilən alətlərə doğru (alətlər  əl ilə göstərilə bilər) 
addımla marş! Şagirdlər müəllimin 1-2, 3-4, sol! 1-2, 3-4 sol! Ritmik intonasiyalı sayı ilə addımlayaraq 
(eyni tempdə) göstərilmiş alətə yaxınlaşır. «Yerində!» Komandasında, yerlərində addımlayırlar (bir-iki, 
üç, dörd, sol! və s.). «Dur!»  komandasında isə sol ayağı yerə qoyur və dururlar. Onlar komanda ilə 
skamyada oturur və  hərəkəti yerinə yetirmək üçün müəllimin komandasını gözləyirlər. Hərəkətə 
başlamaq olar! Sözündən sonra dəstənin biri bədən tərbiyəsi təşkilatçısının, digəri isəmüəllimin rəhbərliyi 
və  nəzarəti ilə  hərəkəti yerinə yetirir; 12-15 dəqiqədən sonra, yenə  də komanda ilə alətlərdə yerlərini 
dəyişirlər, bu zaman müəllim belə bir komanda verir: növbəti alətlərə doğru addımla marş! 
              Əvvəlki mərhələdə olduğu kimi bu mərhələnin də gedişi müəllimin dəqiq komandası ilə həyata 
keçirilməlidir (alətlərə yaxınlaşmaq, yerində addımlamaq, skamyada oturmaq, hərəkəti icra etməyə 
başlamaq və s.). Ümumiyyətlə, hər iki alət üzrə tapşırıqlar, habelə skamyadan qalxıb sıraya düzlənmək, 
növbəti alətə doğru sıranın istiqamətini dəyişmək və s. hərəkətlər hamısı komanda ilə icra olunmalıdır. 


 153
              Əsas hissə üçün nəzərdə tutulmuş vaxt qurtardıqdan sonra şagirdlər yenə  də müəllimin 
komandası (işarə) ilə hazırlıq hissədə dayandıqları yerə toplaşır (şagirdləri zalın başqa hissəsinə  də 
toplamaq olar) və bir cərgəyə düzlənib müəllimin növbəti tapşırığını gözləyirlər. 
              Əsas hissənin həmin mərhələsi başqa yolla da keçirilə bilər. Müəllim şagirdləri alətlərdən ayırıb, 
onların diqqətini özünə cəlb etdikdən sonra belə komanda da verə bilər: boy sırası ilə ardımca bir sıraya 
düzlən! (Müəllim harada dayanırsa, uşaqlar da onun ardınca bir sıraya düzlənirlər) və ya qolunu yana, 
sola (sağa) qaldıraraq (qol bu zaman çiyin səviyyəsində yana qaldırılmalıdır), sinif, boy sırası ilə bir 
cərgəyə düzlən! Müəllim  əsas hissədən tamamlayıcı hissəyə daha tez keçmək üçün bu mərhələni yarış 
formasında da təşkil edə bilər. Yəni «Bir sıraya və ya bir cərgəyə düzlən!» komandası  verdikdən sonra 
müəllim 1-2, 3-4 və s. saymalıdır, bu zaman o, kimin gecikdiyini şagirdlərin nəzərinə çatdırmalıdır. Bu 
şagirdlərin daha tez düzlənməsinə, özünəməsuliyyət hissinin inkişafına kömək göstərir. 
              Şagirdlərin alətlər yanında komanda ilə yerləşdirilməsi  3 cəhətdən əhəmiyyətlidir: 
              1)  dərs vaxtına qənaət edilir, boşdayanma hallarının qarşısı alınır, dərsin sıxlığını artırır, 
şagirdlərin hərəkət və fikri fəallığını yüksəldir; 
              2) dərsin tərbiyəvi istiqaməti daha da qüvvətlənir, şagirdlər nizam-intizama ciddi riayət edir, əsas 
diqqət müəllimə cəmlənir; 
              3) əsas hissədən tamamlayıcı hissəyə keçid daha asan, sürətli və daha məqsədəuyğun olur. 
              Yuxarıda deyilənləri nəzərə alıb, dərsin səmərəli keçməsi üçün sinif  müəllimi,  şagirdlərdə 
alətlərə komanda ilə yaxınlaşmaq, alətlərdən istifadə etmək, alətlər üzrə növbə ilə yerlərini dəyişmək, 
nəhayət, bir yerə toplaşmaq (düzülmək) kimi bacarıq və vərdişlər aşılayır. Bütün bunlar  fiziki tərbiyənin 
qarşısında duran təhsil, tərbiyə və inkişaf vəzifələrinin kompleks şəkildə həyata keçirilməsinə, şagirdlərin 
hərəkət fəallığının yüksədilməsinə, tədrisin səmərəli və keyfiyyətlə nəticələnməsinə müsbət təsir göstərir. 
              b) Müəllimin dərsə hazırlığı.  Müəllimin dərsə hazırlığı onun müvəffəqiyyətlə keçməsinin  
rəhnidir. Müəllimin dərsə hazırlığı  tədris ilinin başlanmasından  əvvəl başlanır. Proqram materialları ilə 
tanış olur, proqramın ardıcıllıqla öyrədilməsini planlaşdırır. Planlaşdırma məktəbin  şəraitinə  və iqlim 
xüsusiyyətinə uyğun olmalıdır. Növbəti dərsə hazırlaşarkən bundan əvvəlki dərslərin yekununu nəzərə 
almalı, hansı materialın təkrar olunmasını, hansının isə öyrədilməsini müəyyən etməlidir. 
              Dərsə hazırlaşarkən icmal tutulur. Təhsil vəzifələri konkretləşdirilir. Dərsin vəzifələri dəqiq və 
aydın olmalıdır.  Əvvəlcə sadə  hərəkətlər, sonra isə  çətin hərəkətlər təlim edilməlidir. Məsələn, kiçik 
topların atılması öyrədilirsə, ilk başlanğıcda yerindən çiyin üzərindən, sonra isə qaçaraq atılması 
mənimsədilir. Uzununa tullanmaq öyrədiləndə isə  əvvəlcə yerindən, sonra  isə qaçaraq tullanma 
mənimsədilməlidir. 
              «Möhkəmləndirmə» fiziki tərbiyədə yalnız biliklərə aiddir. Bacarıq və  vərdişləri isə fiziki 
tərbiyədə uzun illər ərzində ardıcıl olaraq təkmilləşdirilməlidir. 
              Bədən tərbiyəsi dərsinin  əsas hissəsinin vəzifələri konkretləşdirildikdən sonra, digər hissələrin, 
yəni hazırlıq və tamamlayıcı hissələrin vəzifələri müəyyən olunur. Tədris materialı seçilərkən fiziki yükə 
diqqət yetirilməlidir. Bu bacarıq və vərdişlərin formalaşdırılmasında həlledici əhəmiyyətə malikdir. 
              Dərsin planlaşdırılmasında qarşıya çıxacaq çətinliklər və onların aradan qaldırılması da nəzərdə 
tutulmalıdır. Planda ev tapşırıqları da  göstərilməlidir. 
              Dərsə hazırlıqda hərəkətlərin icra edilmə metodikası da nəzərə alınmalıdır. Bunun üçün də 
müəllim müxtəlif ümulları  nəzərdən keçirir. Bir hərəkətdən digərinə keçmənin yollarını,  şagirdlərin 
yerləşdirilməsi məsələsini araşdırır. 
              Əgər müəllim yerinə yetirilməsində alət və avadanlıqlar tələb edən hərəkətləri dərsin planına 
daxil edibsə, bunlar dərs başlanana qədər nəzərə alınmalıdır. Həmin alət dərsə  qədər hazırlanmalı  və 
məşğələ yerində yerləşdirilməlidir. Dərs qurtardıqdan sonra isə Alət və ləvazimatlar yığışdırılmalıdır. 
              Dərsə hazırlıq vaxtı  şagirdlərin mühafizəsinin təşkili haqqında ciddi düşünməlidir.  Şagirdlərin 
alətdən yıxılmaması, bir-biri ilə toqquşmaması üçün müvafiq tədbirlər görülməlidir. 
              Bədən tərbiyəsi dərsləri o zaman daha məvəffəqiyyətli ola bilər ki, o musiqinin müşaiyəti ilə 
keçirilsin. Musiqi şagirdlərin əhval-ruhiyyəsini yüksəldir, hərəkətlərin düzgün icrasına  kömək göstərir. 
              Müəllimin dərsə hazırlığına aiddir:  
1.
 
Dərsin plan-icmalının tərtibi;  
2.
 
Məşğələ və avadanlıqların yerinin hazırlanması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə