Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə68/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   64   65   66   67   68   69   70   71   ...   145

 144
– 4 sayda sola dönür,  5 sayda bir addım irəli, 6 sayda sağı sola birləşdirir, 7-8 sayda sağa dönürlər. Tək 
nömrəlilər hərəkəti digər ayaqdan başlamaqla  əks tərəfə yerinə yetirirlər. 9 sayda isə  əvvəlki vəziyyətə 
qayıdıb, zal ətrafında yeriyirlər.                
              «Siqnalla  icra  et». Müəllim yeriş  və qaçış zamanı qabaqcadan müəyyənləşdirilmiş  hərəkətləri 
icra etmək üçün şagirdlərə müxtəlif siqnal və işarələr öyrədir. Siqnal və işarələrlə aşağıdakı hərəkətləri 
icra etmək olar: qollar yanlara, 360 
o
 dönmək, qollar yuxarıya, iki ayaqla təkan vermək, hoppanmalar və 
əllər beldə çöməlmələrlə yeriş və qaçışlar. 
              «Ən yaxşı heykəltəraş».  Şagirdlər 2 – 3 addım məsafə saxlamaqla bir-birinin ardınca sakitcə 
yeriyirlər. Müəllim hər hansı bir idman növünün adını  çəkir. Bu vaxt hamı durur və  həmin idman 
növünün rəmzinə uyğun fiqur (futbolçu, voleyboolçu, qaranquş və s.) göstərirlər. Müəllim idman növünə 
rəmzi fiqur göstərən «heykəltəraş» şagirdin adını çəkir. 
              Tamamlayıcı hissədə  dərsə yekun vurmalı,  şagirdlər qiymətləndirilməli, dərs vaxtı özünü 
nümunəvi aparanların, hərəkəti yaxşı icra edənlərin Adı  çəkilməli və yüksək mədəniyyət nümayiş 
etdirənlər rəğbətləndirilməlidir. Oyun zamanı qaydanı pozan, öz hərəkətləri ilə yoldaşlarını təngə gətirən 
uşaqlar tənbeh edilməli və onlarla qısamüddətli tərbiyəvi söhbətlər aparılmalıdır. 
              Tamamlayıcı hissədə verilən ev tapşırıqları məqsədindən asılı olaraq əsasən 3 istiqamətdə verilə 
bilər: 1) təhsil əhəmiyyətli; 2) gün rejimi çərçivəsində sağlamlıq işləri; 3) yay üçün ev tapşırıqları (həmin 
tapşırıqlar pioner düşərgəsi və ailə şəraiti üçün verilə bilər). 
 
2.4.
 
Dərsin hissələri arasında inteqrasiya 
              Bədən tərbiyəsi tədrisinin səmərəli təşkili, qarşıda duran vəzifələrin yerinə yetirilməsi dərsin 
ayrı- ayrı hissələrində keçilən hərəkətlərin bir-biri ilə əlaqəliliyi ilə bağlıdır. 
              Metodik  yazıların  əksəriyyətində  dərsin hazırlıq hissəsini 5-10, əsas hissəni 25-30 və 
tamamlayıcı hissəni isə 3-5 dəqiqə müddətində keçirmək məsləhət görülür.  Təcrübə göstərir ki, ibtidai 
siniflərdə siniflərdə göstərilən vaxt ərzində dərsin hissələrini təşkil edib başa vurmaq və həmin hissə üçün 
nəzərdə tutulmuş  əsas məqsədə nail olmaq mümkündür, hər bir hissədən ötrü vaxt ayrılması  və buna 
riayət edilməsi bir dərs müddətində  hər üç hissə üçün qarşıya qoyulmuş  məqsəd və  vəzifələri lazımi 
səviyyədə yerinə yetirilməsinə imkan verir. 
              Lakin  müəyyən müddətdə hazırlıq və digər hissələrin başa çatdırılması  çətin və mürəkkəb 
pedaqoji prosesdir. Dərsin ayrı-ayrı hissələrinin vəzifələrini qoyulmuş vaxt ərzində  həyata keçirmək 
müəllimdən yüksək elmi-pedaqoji hazırlıq və metodiki ustalıq tələb edir. Çünki məsələdə, hər  şeydən 
əvvəl, dərsin hissələri arasında məzmun, vəzifə  və forma etibarı ilə uyğunluq yaratmaq ön plana 
çəkilməlidir. Bunun üçün müəllim, əvvəlcə, yarımillik tematik planı dəqiqləşdirməli, yəni hər bir dərsin 
əsas hissəsindən ötrü fiziki hərəkətləri, hər cür mütəhərrik oyunları müəyyənləşdirməlidir. Hazırlıq və 
tamamlayıcı hissələrin vəzifələrini və məzmununu əsas hissədə tədris olunacaq materiallara uyğun aşkara 
çıxarmalıdır. Bu məqsədlə müəllim, ilk növbədə, xüsusi metodik ədəbiyyatla tanış olub, müvafiq 
materiallar seçməli, həmin materiallar üzərində qabaqcadan mütaliə  və  məşq etməlidir. O, mütaliə  və 
məşq sayəsində artıq nəyin çatışmadığını müəyyən etməli, lazımi tədbir görməlidir. Dərsin hissələri 
arasında daha yaxından uyğunluq yaratmaq məqsədilə görüləcək tədbirlər təxminən 5 istiqamətdə ola 
bilər: 1) lüzumsuz materialları  kənar edib, əvəzinə  dərsin  əsas hissəsinə daha uyğun xüsusi materiallar 
daxil edilməsi; 2) dərs materiallarının azadılması, yüngülləşdirilməsi, tədris materiallarının orqanizmə 
təsiri; 3) şagirdlərin diqqətinin dərsə cəmləşdirilməsi; 4) hərəki fəallığının artırılması; 5) tədris prosesinin 
fərdiləşdirilməsi, differensiallaşdırılması və inteqrasiyası. 
              Müşahidə olunmuşdur ki, dəqiq vaxt ərzində  dərsin ayrı-ayrı hissələrinin başa çatdırılması bəzən 
formalçılıqla nəticələnir. Çünki dərs prosesində (dərsin hansı hissəsi olursa-olsun) bəzi hallarda 
gözlənilmədən belə məsələlərlə üzləşirsən: bir neçə şagird yeni materialı öyrənə bilmir, nizam – intizam 
pozulur, zədələnmələr meydana çıxır, qabaqcadan müəyyən edilmiş vaxt ərzində  dərsin bir hissəsini 
qurtarıb, digərinə keçmək mümkün olmur. Belə olduqda bəzi müəllimlər dərsi bir növ başa vurmağa ciddi 
səy göstərir və  tələsikliyə yol verirlər. Onlar bu zaman hərəkətlərin düzgün icrasına lazımi səviyyədə 
diqqət yetirmir, yalnız nəzərdə tutulmuş materialların nəyin hesabına olursa-olsun (sürət, hərəkətlərin 
miqdarca təkrarı  və s.) keçirilməsinə çalışırlar. Nəticədə  tədris prosesi dövründə  tənəffüs müntəzəmliyi 


 145
gözlənilmir, hərəkətlər ritmik icra olunmur, lazımi sayda təkrar edilmir və s. Ümumiyyətlə, tədris 
prosesinin belə təşkilində şagirdlər bir növ müəllimin nəzarətindən kənarda qalırlar. 
              Şübhəsiz, vaxta uyub hər bir hissənin vəzifələrini tələsik yerinə yetirmək tədrisin səmərəliliyinə 
mənfi təsir göstərir. Dərsin plan üzrə aparılmasına mane ola biləcək səbəbləri təxmini də olsa müəllim 
qabaqcadan aşkara çıxarmalı və profilaktik tədbirlər görməlidir. Dərsin normal keçməməsinə aşağıdakılar 
da səbəb olur: 
              İbtidai siniflərdə, xüsusən dərs ilinin əvvəllərində  bəzi  şagirdlər hərəkətlərin icrası  və oyun 
dövründə intizamsızlıq edir, oyunun qaydalarına  əməl etmək istəmir, qalib gəlmək üçün hər  şeyə  əl 
atırlar. Rəqib oyunçunu itələyir, dabanlarını tapdalayır, ayaqlarını ilişdirərək onu yıxır, hətta  oyun 
dövründə öz komanda yoldaşını və yaxud rəqib komandanın üzvünü təhqir edən şagirdlərə də rast gəlinir. 
Belə vəziyyətin yaranmaması üçün həmin şagirdlərə ciddi nəzarət etməli, bunların diqqəti əsas məqsədə 
yönəldilməlidir. Məsələn,  şagird «B» dərsin  əsas hissəsində intizamı pozmuşsa, onunla uzun - uzadı  
deyil, qısa söhbət aparmalı, tutduğu qəbahət işlərin nə ilə  nəticələnə biləcəyini başa salmaq lazımdır. 
Deyilənlərlə kifayətlənməyib, mövcud nöqsanları aradan qalıdrmaq yollarını müəyyənləşdirib konkret 
şəkildə həmin şagirdin nəzərinə çatdırmaq lazımdır. 
              Dərs zamanı intizamın pozulması yeni və çətin hərəkətlərin tədrisi, keçilmiş materialların həddən 
artıq təkrarı  nəticəsində  də meydana çıxır. Çünki yeni və  çətin hərəkətlər keçilərkən  şagirdlərin heç də 
hamısı bu hərəkətlərin eyni səviyyədə, həm də müəyyən bir vaxt ərzində düzgün yerinə yetirə bilmirlər. 
Hərəkəti lazımi dərəcədə icra etməyi bacarmayan şagirdlər, onu yerinə yetirməkdən imtina edir. Həmin 
şagirdlərin verilmiş tapşırığı icra etməməsi bir yana dursun, onlar həm də yoldaşlarına mane olur, onları 
söhbətə tutur, diqqətini yayındırırlar. Buna görə  də müəllim bütün şagirdlərin fəaliyyətini dərsə  cəlb 
etməlidir. Şagird hərəkəti yerinə yetirə bilməsə də, o, öz növbəsində alətə yaxınlaşmalı, müəllimin və ya 
yoldaşlarının yaxından köməyi ilə onu icra etməyə səy göstərməlidir.  
              Müəllimin köməyi ilə edilən hərəkət şagirdlərin inamını artırır, onları tədris fəaliyyətinə daha da 
ruhlandırır. Fiziki hazırlığı zəif olan və intizamı pozan şagirdlər müəllimin nəzarəti altında olmalı, onların 
bütün fəaliyyəti sağlamlıq, tərbiyə  məsələlərinə  və  hərəkətlərin dəqiq yerinə yetirilməsinə 
yönəldilməlidir. Bundan əlavə, yeri gəldikcə  şagirdlərə  fərdi yanaşmalı, müstəqillik xarakteri daşıyan 
tədris yükü verilməlidir. 
              Yuxarı siniflərə nisbətən, ibtidai sinif şagirdlərinin psixologiyası çox cəhətlidir. Məhz buna görə 
də, onların intizamsızlığı  və tapşırıqlardan imtina etmələrinə adi uşaq dəcəlliyi və  şıltaqlığı kimi deyil, 
ciddi qayğı tələb edən didaktika prinsipləri kimi qiymətləndirilməlidir. Çünki vaxtında qarşısı alınmayan 
mənfi xüsusiyyətlər getdikcə  uşaqların xasiyyətində formalaşır və eqoizmlə  nəticələnir. Odur ki, təkcə 
nəzarət etmək onların mənfi xüsusiyyətlərini aradan qaldırmaz, əksinə onları həm də passivləşdirər. 
3.3.
 
Dərsin təşkili formaları 
              Bədən tərbiyəsi dərsləri fiziki tərbiyə üzrə  əsas iş forması olub proqramm əsasında müəllimin 
rəhbərliyi ilə keçirilir. Dərslər təsdiq olunmuş cədvəl üzrə  müvafiq tədris planı əsasında aparılır. Proqram 
şagirdlərin hamısı üçün məcburidir. Səhhətinə görə xəstə uşaqlarla xüsusi proqramlar əsasında məşğələlər 
təşkil olunur. 
              Tədris fəaliyyətinin tapşırıqlar üzrə  təşkili.  Bədən tərbiyəsi dərslərində  şagirdlərin tapşırıqlar 
üzrə təşkili, ibtidai siniflərə aid  indiyə qədər nəşr edilmiş bir sıra vəsaitlərdə öz əksini ətraflı tapmamış, 
təkmilləşdirilmiş proqramla və bu proqram üzrə  işləyən müəllimlərin iş  təcrübəsi ilə  sıx 
əlaqələndirilməmişdir. Həmin məsələyə ümumi şəkildə toxunulmuş və müəllimlərin diqqətini cəlb etmək 
məqsədilə yanaşılmışdır. Biz təkmilləşdirilmiş proqram üzrə işləyən sinif müəllimlərimizin iş təcrübəsini 
öyrənib ümumiləşdirmiş, bu sahədə ədəbiyyatda yaxşı nə varsa, onlardan məqsədəuyğun şəkildə istifadə 
etmişik. Nəticədə  şagirdlərin tapşırıqlar üzrə  fəaliyyətinin səmərəli təşkili yollarını  şərh etməyə  səy 
göstərmişik.  Şagirdlərin tapşırıq üzrə  fəaliyyəti ibtidai siniflərdə  əsasən frontal, axın (potok), qruplara 
bölünmə və fərdi iş formasında icra olunur. 
              Tədris fəaliyyətinin frontal iş formasında təşkili.  İbtidai məktəbdə avadanlıqlar üzrə  tədris 
fəaliyyətinin səmərəli təşkilində frontal iş forması özünəməxsus yer tutur. Frontal iş forması ibtidai 
siniflərdə mütəhərrik oyunların keçilməsində, qaçış, cisim atmaq, tullanmalar və s. aid  tədris materialının 
yerinə yetirilməsində geniş tətbiq olunur. Frontal iş formasında bütün sinif şagirdləri hər hansı  bir tədris 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə