Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   145

 138
qaçış və tullanmaların texnikasına yiyələnməsinə kömək edir, hər hansı bir obyektə (əşyaya) yaxınlaşmaq 
bacarığını və bələdləşmək hisslərinin inkişafına səbəb olur. 
              Şagirdləri fəallaşdıran, lakin fiziki cəhətdən o qədər də gərginlik tələb etməyən tapşırıq xarakterli 
mütəhərrik oyunlara aid bir neçə nümunə verək. 
              «Fiqurlar». Müəllimin siqnal və işarəsi ilə (bu zaman siqnal və işarə bir dəfə verilir) şagirdlər 
sıradan çıxaraq zal və meydançada sərbəst gəzişirlər. 
              İkinci siqnalda (iki dəfə əl çalmaq və fit vermək) uşaqlar yerində durur və müəllimin tapşırığı 
üzrə «fiqurları» yerinə yetirirlər. Məsələn, boksçunun, voleybolçunun, futbolçunun, idman və  bədii 
gimnastika ilə məşğul olanın çıxış vəziyyətini alırlar. 
              Üçüncü siqnalda isə (üç dəfə əl çalmaq, fit vermək) şagirdlər sırada öz yerlərini tuturlar (qaçaraq, 
qoşa və tək ayaqlı hoppanaraq). Bundan sonra müəllim tapşırığın ən yaxşı icraçılarının adlarını çəkir. 
              «Ləkə vurmaq». Bu oyun «Qaçdı-tutdu» oyunu da adlanır.  Şagirdlər musiqinin müşayiəti ilə 
rəqs hərəkətlərini (yanlara, irəli və geriyə) və müxtəlif gəzişləri yerinə yetirirlər. Musiqi kəsilən kimi 
uşaqlar öz yerlərində dayanır, qaməti düzgün saxlamaq şərti ilə  əsas duruş  vəziyyətini alırlar. Aparıcı 
tapşırığın necə icra olunmasını yoxlayır. Kim əsas duruş  vəziyyətini düzgün almamışsa, o «ləkələnir», 
yəni ona əl və ya topla toxunurlar. Oyun bir neçə  dəfə  təkrar edilir. Oyunda ləkələnməyən uşaq qalib 
hesab olunur. 
              Həmin oyunu şagirdlərin   zal və ya meydançada müstəqil gəzişməsi ilə də yerinə yetirmək olar. 
Bu zaman tapşırıqlar müəllimin işarəsi, yaxud siqnalı ilə icra olunur. 
              «Öz  bayrağına doğru».  Şagirdlər 3-5 komanda da sıraya düzülürlər. Komanda kapitanlarının 
bayraqları müxtəlif rəngdə olur. Müəllim «Dağılın!» komandası verir. Bu zaman kapitanlardan başqa 
hamı zalda (meydançada) müəllimin tapşırığı və musiqinin müşayiəti ilə müvafiq hərəkətlər edirlər. 
              «Dur!»  komandasında  şagirdlər dayanaraq gözlərini yumur və yerində gözəl qamət vəziyyəti 
alırlar (qamət üzrə  əvvəl öyrənilmiş  hərəkətlərdən biri yerinə yetirilir). Bu vaxt kapitanlar yerlərini 
dəyişirlər.  
              «Öz  bayrağına doğru!» komandasında isə oyunçular gözlərini açır və öz kapitanlarına doğru 
qaçırlar. Sonra əl-ələ tutub rəqs edirlər. Hərəkətləri düzgün və tez yerinə yetirən komanda qalib gəlir. 
Oyunu 3 dəfə təkrar etmək olar. 
              «Bayquşcığaz». Oyun top və kisəciklərlə keçirilir. Oyunda ediləcək hərəkətlər  şagirdlərə 
qabaqcadan öyrədilir. Hərəkətlər musiqinin müşayiəti ilə yerinə yetirilir. Musiqi dəyişən kimi oyun 
başlanır.  Hamı öz vəzifəsini icra edir. Yəni bayquş (aparıcı) qamətini düzgün tutmayanı, yaxud kisəciyi 
(topu) döşəməyə salanı öz yuvasina aparır. Oyun 4-5 dəfə təkrar olunur. «Bayquşcığaz» tərəfindən heç 
aparılmayan oyunçu oyunun qalibi hesab olunur. 
              Oyunun  təşkili və gedişindən göründüyü kimi, dərsin hazırlıq hissəsində verilən həmin 
mütəhərrik oyunlar şagirdlərin musiqi qabiliyyətini, estetik zövqünü artırır, sürət, çeviklik, dözümlük 
kimi fiziki-psixoloji keyfiyyətləri inkişaf etdirir, onları tədris fəaliyyətinə hazırlayır. 
 
2.2. Dərsin əsas hissəsi 
              a)  Dərsin  əsas hissəsinin mahiyyəti və  vəzifələri.  Dərsin  əsas hissəsi – 25-30 dəqiqə davam 
edir. Dərsin  əsas hissəsində ardıcıl surətdə yeni bilik, bacarıq və vərdişlər öyrədilir. Hərəkət vərdişləri 
formalaşdırılır, həm də hərəkət texnikasının mənimsənilməsi, təkmilləşdirilməsi, öyrədilən materialların 
daha da dərinləşdirilməsi, hərəkətlərin kəmiyyətcə tədricən artırılması və s. işlər həyata keçirilir. Bununla 
bərabər, dərsin  əsas hissəsində güc, çeviklik, davamlılıq artırılır, möhkəm iradə,  əxlaqı keyfiyyətlər 
tərbiyə olunur. Fiziki hazırlıq və fiziki inkişaf yüksəldilir.  Əsas hissədə proqramın aşağıdakı 
materiallarından istifadə olunur: əşyasız və  əşyalarla ümumi inkişafetdirici hərəkətlər, rəqs hərəkətləri, 
yeriş, qaçış, cisim atmaq, tullanmalar, kəndirə dırmaşmaq və dırmaşıb aşmaq, müvafiq rəqs hərəkətləri, 
ümumi inkişafetdirici elementlərə malik oyunlar, sürətlə qaçmaq üçün oyunlar və s. 
              Dərsin əsas hissəsində mövcud sinfin proqramdakı hərəkətlərin hamısından istifadə etmək olar. 
              Dərsin əsas hissəsi aşağıdakı  təhsil, tərbiyə və gigiyenik (sağlamlıq) vəzifələri yerinə yetirilir; 
şagirdlərin sağlamlığını möhkəmləndirir və fiziki inkişafına kömək edir; qaçış, tullanma, cisim atma, 
dırmaşma, müvazinət hərəkətləri üzrə bacarıq və  vərdişləri formalaşdırır, təkmilləşdirir; hərəkətin bu 
növlərinin düzgün əsasını yaradır, yeni hərəkət növləri təlim edir; hərəkət keyfiyyətlərini inkişaf etdirir; 


 139
sakit vəziyyətdə və hərəkət zamanı qaməti düzgün saxlama vərdişlərini formalaşdırır; şagirdləri «Vətənin 
müdafiəsinə hazıram» fiziki tərbiyə hərəkətlərini tədricən yerinə yetirməyə hazırlaşdırır;  bədən tərbiyəsi 
və idman sahəsində  məlumatlar verir; mənəvi – iradi keyfiyyətlər tərbiyə etdirir; mədəni davranış 
vərdişlərini formalaşdırır; bədən tərbiyəsi ilə məşğul olmaq üçün möhkəm vərdiş və maraq tərbiyə edir; 
idman məşğələlərinə həvəs yaradır. 
              Dərsin əsas hissəsinin qarşısında aşağıdakı mühüm vəzifələr yerinə yetirilir: 
              1.  Fiziki  tərbiyə üzrə ardıcıl surətdə yeni biliklər mənimsənilir, yeni bacarıqlar qazanılır və 
vərdişlər aşılanır; 
              2. Mənimsənilmiş hərəki vərdişlər formalaşdırılır. Hərəkətin yerinə yetirilməsi texnikası və onun 
təkmilləşdirilməsi başa çatdırılır; 
              3. Fiziki hərəkətlər üzrə tədris materialları daha da dərinləşdirilir, hərəkətlər tədricən kəmiyyətcə 
artırılır; 
              4. Güc, çeviklik, dözümlülük, cəldlik, sürət hərəki keyfiyyətləri inkişaf etdirilir; 
              5. Şagirdlərin fiziki hazırlığı və fiziki inkişafı yüksədilir; 
              6. Möhkəm iradə, əxlaqi-mənəvi, estetik keyfiyyətlər və əməksevərlik tərbiyə olunur. 
              Əsas hissənin qarşısında qoyulmuş vəzifələrin həyata keçirilməsində fiziki tərbiyənin aşağıdakı 
vasitələrindən – bütün fiziki hərəkətlərdən, o cümlədən, qamət üçün hərəkətlərdən, müvazinət, dırmaşma, 
rəqs, cisim atma, həmçinin müxtəlif növ mütəhərrik oyunlardan istifadə olunur. Bundan əlavə, dərsin əsas 
hissəsində  şagirdlərin müvafiq (əsas hissəsinin tədris materialına uyğun) hərəki bacarıq və  vərdişlərə 
yiyələnməsi, orqanizmin ümumfiziki yükə hazırlanması  məqsədilə xüsusi və ümuminkişaf 
hərəkətlərindən, mütəhərrik oyunlardan da istifadə edilir. 
              Qeyd etməliyik ki, bədən təbiyəsi dərslərinin effektli olması əsas hissəsinin düzgün təşkilindən 
asılıdır. Çünki əsas hissədə qarşıya qoyulmuş başlıca vəzifələr – hərəkət texnikasının öyrənilməsi kimi 
vacib bir proses həyata keçirilir və fiziki hərəkət keyfiyyətləri inkişaf etdirilir. Dərsin  əsas hissəsinin 
düzgün təşkili və keçirilməsində kömək edə biləcək bir sıra pedaqoji – metodik amillər mövcuddur. Biz 
indii yalnız üç məsələni: bədən tərbiyəsi dərsinin  əsas hissəsində  şagirdlərin fəallığının artırılması  və 
onların fəaliyyətinin tapşırıqlar üzrə  səmərəli təşkilini, meydançanın düzəldilməsini, ləvazimat və 
avadanlıqla təmin olunmasını şərh etməyi nəzərdə tuturuq. 
              b)  Dərsin  əsas hissəsində  şagirdlərin fəallığının yüksədilməsi.  Bədən tərbiyəsi dərsinin  əsas 
hissəsinin səmərəli təşkili şagirdlərin məqsədyönlü formalaşması və tədris fəaliyyətinin artırılması ilə sıx 
bağlıdır. Hazırlıq hissədə olduğu kimi, əsas hissədə də qarşıya qoyulmuş vəzifələr konkret olması və onun 
mahiyyəti  şagirdlərin nəzərinə çatdırılmalıdır. Məqsəd və  vəzifənin düzgün seçilməsi, bir-birinə 
uyğunlaşdırılması  şagirdlərin hərəkət fəallığını yüksəldir. Bundan başqa, onların idman göstəricilərinə 
daha tez nail olmasına, hərəkət texnikasına sürətlə yiyələnməsinə kömək edir. Bura şagirdlərin yaş 
xüsusiyyətlərini, bilik, bacarıq və vərdişlərini, fiziki hazırlığını nəzərə almaq lazımdır. 
              Məktəblərdə apardığımız müşahidələr göstərir ki, ibtidai sinif şagirdləri bədən tərbiyəsi dərsləri 
üçün müəyyənləşdirilmiş məqsəd və vəzifəni o qədər də asan və tez anlamırlar. Odur ki,  hər hansı bir 
fiziki hərəkət, ya mütəhərrik oyun verilirsə, mütləq onun məna və praktik əhəmiyyəti  şagirdlərə izah 
olunmalıdır. 
              Yasamal  rayonundakı 52 saylı    məktəbin sinif müəllimi Arifə Quliyeva tədris prosesində bu 
məsələyə həmin baxımdan yanaşır. O, hərəkəti keçməzdən əvvəl onun sağlamlıq və həyati əhəmiyyətini 
ətraflı şəkildə  başa salır. Məsələn, müəllim akrobatika üzrə «Oturmadan əlləri yerə dayaq verib irəli və 
geri aşmaq, arxası üstə uzanmadan bədəni yığcam hala salmaq dayaqlı çöməlmədən irəliyə  və geriyə 
mayallaq aşmaq, dayaqlı çöməlmədən irəliyə mayallaq aşmaq və  bədəni yığcam vəziyyətə  gətirib 
qalxmaq» (II sinif) hərəkətlərini öyrətməzdən  əvvəl, onun insan orqanizmi üçün nə kimi əhəmiyyəti 
olduğunu şagirdlərə aşağıdakı kimi izah edir: 
              O, deyir: «Uşaqlar (oğlanlara) siz yəqin ki, hamınız futbol oynamağı sevirsiniz, bir çoxunuz isə 
həyat və meydançalarda futbol oynamaqdan doymursunuz. Sizlərdən hər biriniz çalışır ki, öz komandası 
qalib gəlsin, özünüz də qol vurmağa ciddi səy göstərirsiniz. Top rəqib komandanın qapısından keçəndə 
şənlənirsiniz. Uşaqlar, kim daha yaxşı futbol oynamaq və sağlam olmaq istəyirsə, bilirsiniz nə etməlidir? 
Bax, o, ilk növbədə, cəldliyini, çevikliyini, habelə  bədənin elastikliyini, daha çox isə fiziki yükə qarşı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə