Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   145

 130
yerinə yetirilən ümuminkişaf hərəkətlərindən, habelə topların bir-birinə ötürülməsindən sıra ilə yerişə 
keçmək olar. Məsələn,  şagirdlər üz-üzə deyil, dörd cərgəyə düzülübsə (istiqamətçi müəllimdən sol 
tərəfdə) onlara aşağıdakı kimi komanda verilir: Soldan boy sırası ilə zal ətrafında tək sıra marş!  Bu vaxt 
istiqamətçi qabaqda olmaqla, əvvəlcə birinci sıradakı dörd şagird, sonra isə digər sıralar bir-birinin 
ardınca göstərilən istiqamətdə hərəkət edirlər. 
              Şagirdlərin zalda lazımi qaydada yerləşdirilməsi və düzləndirilməsi hazırlıq hissəsinin səmərəli 
təşkili üçün əsas şərtlərdən biridir. Bəzi müəllimlər şagirdlərin sıraya və cərgəyə düzülməsinə o qədər də 
diqqət vermirlər. Buna görə dərs elə ilk mərhələdən mütəşəkkil olmaması ilə diqqəti cəlb edir. 
              Düzülmələr vacib şərt kimi şagirdlərə lap tədrisin başlanğıcından  öyrədilməli, getdikcə  vərdiş 
halına salınmalıdır.  Şagirdlərə, ilk növbədə, zalın divar boyu cərgəyə düzülməyi öyrətmək lazımdır. 
Şagirdlər pəncərədən təxminən 1 m aralı olmalı, istiqamətçi zalın yuxarı, tamamlayıcı isə qapı tərəfində 
durmalıdır. Müəllim cərgənin ortasına yaxın,  şagirdlərdən 3-4 m  aralıda dayanmalıdır. Bu zaman 
istiqamətçi müəllimin sağında, tamamlayıcı isə solunda durmalıdır. Cərgəyə yaxud sıraya düzülmələrdə 
iki cəhətə xüsusi diqqət yetirilməlidir. Əvvəla, şagirdlər öz yerlərini yaxşı tanımalı, ikincisi, müəllim sıra 
və ya cərgə qarşısında özü üçün elə yer seçməlidir ki, bütün uşaqlar onu və onun  hərəkətlərini görə 
bilsinlər. 
              Şagirdlərin  bələdləşmə, məkan və zaman vərdişlərinə yiyələnməsində  sıra və  cərgəyə 
düzülmələr xüsusi rol oynayır. Buna görə  də düzülmələri həmişə eyni yerdə deyil, zalın və ya 
meydançanın müxtəlif sahələrində öyrətmək lazımdır. Düzülmələri  əvvəlcə zalda uzununa (cərgə  və 
sıraya), sonra zalın baş  və  aşağı  tərəfində köndələn, daha sonra ortada diaqonal üzrə  və s. öyrətmək 
lazımdır. Düzülmələr zamanı oğlan və qız yarımqruplarının yerlərini dəyişmək faydalıdır. Çünki bu,  həm 
qız, həm də oğlanların bələdləşmə vərdişləri qazanmasına real imkan yaradır. 
              Düzülmələrə bayır şəraitində daha çox diqqət verilməlidir. Çünki şagirdlər bayırda özlərini daha 
sərbəst hiss edir, onların diqqətini tez və asanlıqla yayına bilir. Kənar amillər onların vərdiş etdikləri 
intizamı sarsıdır. Digər tərəfdən, azyaşlı  şagirdlər  açıq havada çevik hərəkətlər etməyə  və oynayıb 
şənlənməyə daha çox meyl göstərirlər. 
              Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fikrət Tağıyev adına 72 saylı məktəb-litseyin sinif müəllimi 
Əliyeva Naibə  şagirdlərin bələdləşməsinə  səy göstərir. Həmin məqsədlə o, düzülmələrin aşağıdakı 
formalarından istifadə edir: 
             - Tapşırıqları yarımqruplar üzrə yerinə yetirdir; axtarıb tapma vərdişlərinə yiyələnməsinə xüsusi 
fikir verir; 
              - Düzülmələrin  yerini və istiqamətini dəyişdirir; 
              - Hərəkətlərin icraolunma müddətini tədricən məhdudlaşdırır; 
              - Hərəkətetmə üsullarını yeri gəldikcə dəyişdirir; 
              - Yarımqruplar arasında tapşırıqların əvvəlcə dəqiq, sonra dəqiq və tez yerinə yetirmək uğrunda 
yarış keçirir; 
              - Düzülmə formasını uşaqların özlərinə seçdirir və onun yaradıcılıqla yerinə yetirilməsinə nəzarət 
edir. 
              Düzülmələr ciddi tələbkarlıqla icra edilməli,  şagirdlərin qarşısında konkret qayda və  tələblər 
qoyulmalıdır. Bura yarımqrupların və ya sinfin zaman, məkan və bələdləşmə üzrə tapşırıqlara düzgün və 
dəqiq yanaşması: hərəkətlərin bir-birinə uyğun və dəqiqliklə icrası; fərdi və kollektiv hərəkətlərin sürətlə, 
düzgün yerinə yetirilməsi, habelə şagirdlərin diqqəti toplamağa, vəziyyəti yaradıcılıqla dəyişməyə hazır 
olması bacarığı və s. daxildir. 
              Müşahidələrdən məlum olur ki, sinifdə şagirdlərin sayı təxminən 25-30 –dan çox deyilsə, onları 
dairə üzrə düzləndirib, xüsusi və ümuminkişaf hərəkətləri, habelə mütəhərrik oyunlar keçmək əlverişlidir. 
Çünki dairəvi düzülmədə yerində  hərəkətdən yeriş  hərəkətlərinə  və  əksinə keçmək asan olur. Eyni 
zamanda,  şagirdlər dairəvi düzülmədə müəllimin və yoldaşlarının hərəkətləri necə yerinə yetirməsini 
yaxşı görə bilərlər. 
              Hərəkətlər dairədə icra olunarkən  şagird nümunəsindən istifadə etmək tədrisin səmərəliliyinə 
kömək edir. Bu zaman hərəkəti səlist yerinə yetirən  şagird mərkəzə (qabağa) çağrılır, hərəkət onun 
tərəfindən nümayiş etdirilir. Belə bir üsuldan istifadə etmək şagirdləri fəallaşdırır və onların dərsə qarşı 
münasibətini yaxşılaşdırır.  Şagirdlər fiziki hərəkətləri dairədə daha məsuliyyətlə icra etməyə  səy 


 131
göstərirlər. Hərəkəti düzgün icra edə bilməyən  şagirdləri dairənin mərkəzinə çağırıb, həmin hərəkəti 
yerinə yetirmələrini təşkil etmək olar. Bu şərtlə ki, yoldaşları onlara gülməsinlər.  İşin belə  təşkili 
müəllimin daha çox təcrübəli olmasından və  dərsin düzgün təşkilindən asılıdır. Dərsdə  həmin  şəraitin 
yaradılmasının həm tərbiyəvi, həm də  tədris  əhəmiyyəti var. Bu vaxt uşaqlar yoldaşı    müşahidə etmək 
qabiliyyətinə yiyələnməklə yanaşı, hərəkətin icrasına dair yarışların keçirilməsi ilə  əlaqədar nöqsanları 
görür, yeri gəldikcə özündə yaranmış həmin istiqamətli qüsurları aradan qaldırmaq bacarığına da malik 
olurlar. Təəssüf ki, bəzi sinif müəllimləri hərəkəti lazımi qaydada icra edə bilməyən şagirdləri yamsılayır, 
onları gülünc vəziyyətdə qoyurlar. Şübhəsiz, müəllimin belə hərəkəti sinfin təlim- tərbiyəsinə mənfi təsir 
edir. Hər  şeydən  əvvəl,  şagirdlərdə müəllimə qarşı nifrət hissi oyanır, dərs onlar üçün cansıxıcı keçir. 
Ümumiyyətlə, düzülmələrin səmərəli təşkili və keçirilməsində müəllim aşağıdakılara nail olmalıdır: 
              1. Ən əvvəl şagirdlərin nizam-intizama riayət etməsini təmin etməlidir; 
              2. Fiziki hərəkətləri və mütəhərrik oyunları tədricən çətinləşdirməlidir; 
              3. Düzülmələrin dəqiq, çevik və sürətlə yerinə yetirilməsinə nail olmalıdır. 
              Bütün bunlar şagirdlərə tərbiyəvi təsir etməklə yanaşı, həm də az vaxt ərzində daha çox hərəkət 
etməyə zəmin yaradır. 
              Bundan  başqa, düzülmələr zamanı gövdənin və başın düz tutulmasına,  əl, qol, ayaq, qıç 
hərəkətlərini ritmik, səlis, bir-birinə uyğun və çevikliklə icra olunmasına da xüsusi diqqət verilməlidir. Bu 
tələblər  şagirdlərin  əhval-ruhiyyəsini, emosionallığını yüksəldir, dərsə  həvəsini artırır, estetik hisslərini, 
zövqünü daha da inkişaf etdirir. 
              Qeyd  etməliyik ki, sıra və  cərgəyə düzülmə  hərəkətlərinin düzgün və musiqinin müşayiəti ilə 
yerinə yetirilməməsi  şagirdlərdə ruh düşkünlüyünə,  tez yorulmaya səbəb olur, dərsə marağı azaldır, 
uşaqlar tapşırığı lazımi fəallıqla icra etmirlər. Buna görə  də ibtidai siniflərin bədən tərbiyəsi dərsləri 
musiqinin müşayiəti ilə aparılmalıdır. 
              Raport  və davamiyyətin yoxlanması. Bədən tərbiyəsi dərsinin tərbiyəvi cəhətlərindən biri də 
raportun verilməsii və  qəbul edilməsidir. Raport şagirdlərin dərsə  həvəsini artırır, estetik hisslərini 
yüksəldir. Raport vermək III sinfin proqramında tələb olunur. Lakin o, I sinifdən başlayaraq verilməli və 
qəbul edilməlidir. Təcrübə göstərir ki, bədən tərbiyəsi dərsində  təbii hərəkət bacarıq və  vərdişləri 
aşılandığı kimi, raport vermək üzrə bacarıq və  vərdişləri də I sinifdən başlayaraq öyrətməyin mühüm 
təlim-tərbiyəvi  əhəmiyyəti var. Raportu əvvəlcə  qız və  oğlan bədən tərbiyəsi təşkilatçılarına – ən fəal 
şagirdlərə, sonra isə       sinfin bütün şagirdlərinə öyrətmək lazımdır. 
              Sual olunur: raporun təlim-tərbiyəvi imkanları hansılardır? Raport zamanı şagirdlər «Düzlən!», 
«Farağat!», «Diqqət!», «Mərkəzə!», «Azad!» komandalarını verməyi öyrənirlər ki, bunlar da tədris 
elementləridir. 
              Raport prosesi nə qədər düzgün,  ciddilik və tələbkarlıqla yerinə yetirilərsə sinfin təşkil olunması, 
şagirdlərin ümumi intizamı  və  dərsin səmərəliliyi bir o qədər yüksək olacaqdır. Raportun verilməsi və 
qəbul olunması prosesi az vaxt içərisində keçsə də, onun aşıladığı rəsmiyyət vərdişi nəticə etibarı ilə uzun 
müddət şagirdlərin təfəkküründə qalır və hərbi mükəlləfiyyət illərində hərbi intizama riayət olunmasında 
çağırışçıların qayda-qanuna tez alışmasına kömək edir. 
              Raport  zamanı  şagirdlər komandanı daha düzgün yerinə yetirməli, intizamı pozmamalı, bədən 
düz tutulmalı, lakin həddindən artıq gərginləşdirilməməlidir. Bu zaman şagirdlərin diqqəti mərkəzə 
yönəldilməli, raportu verən və  qəbul edən (raportu ibtidai siniflərdə müəllim qəbul etməli, lakin yeri 
gəldikcə  şagirdlərə  də raportu qəbul etmək qaydasını öyrətmək məsləhətdir) müşahidə edilməlidir. 
Verilən komandanı  eşitmək və yerinə yetirmək, yəni eyni vaxtda başı sola (sağa) döndərərək düz 
saxlamaq, döş qəfəsini nisbətən irəli vermək, mərkəzə baxmaq, rəsmi məlumata ciddiyyətlə qulaq asmaq, 
sonra «Azad!» komandasına keçmə  və s. həm raport verənin, həm də  cərgədə farağat duranların 
təşkilatçılıq, icraetmə və komanda vermə qabiliyyətini, habelə onların cəldlik, çeviklik və dözümlülüyünü 
artırır. Komandanın eyni bir vaxtda icrası  cərgənin ahəngdarlığını, gözəlliyini və  şagirdlərin 
mütəşəkilliyini, habelə onların  verilən tapşırığa məsuliyyətini yüksəldir. Raport şagirdlərin diqətini 
toplayır, zehni və hərəkət fəallığını artırır, estetik zövqünü inkişaf etdirir. Raport vaxtı şagirdlərin söhbət 
etməsinə, diqqətin yayınmasına imkan verilməməlidir. Çünki bunlar nəinki raportun, hətta dərsin yüksək 
təşkilatçılıq zəminində aparılmasına mənfi təsir göstərir.                


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə