Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   145

 142
sonra işdə də bir çox cəhətdən elə olacaqdır. Ona görə gələcək xadimin tərbiyəsi, hər şeydən əvvəl, oyun 
prosesində keçir»
119

      İbtidai sinif şagirdlərində səmti tapma bacarığının və dözümlüyünün inkişaf etdirilməsində, məkan və 
zaman anlayışları haqqında təsəvvürlərin yaradılmasında,  şagirdlərin qüvvəsi ilə oyun meydançasının 
(zalın) nişanlanması xüsusi əhəmiyət kəsb edir. Nişanlanma əməliyyatı «Sərhədin» çəkilməsində, «Evin» 
tikilməsində və estafet oyunlarında start və finiş xəttinin müəyyənləşdirilməsi zamanı aparıla bilər.  
Şagirdlər çəkilmiş xətlərin məqsəd və mahiyyətinə uyğun hərəkət etməlidirlər. Yəni onlar oyunda, rəqibin 
«evinə» daxil olmadan onu çəkib çıxartmalı, işarə verilməmiş «sərhədi» keçməməli, öz mərhələsini qaçıb 
qurtarmamış estafet ağacını digər komandanın  üzvünə ötürməməli, qısa məsafəyə qaçışda başqasının 
qabağına keçməməli, öz yolu ilə qaçmalıdırlar və s. 
              Oyun  zamanı  bəzən oyun qaydaları (oyun qaydasını bilmədikdə) qəsdən, yaxud təsadüfən 
pozulur.  
              Əgər uşaq oyunun  qaydasını  qəsdən pozursa, o mütləq müvafiq şəkildə  cəzalandırılmalı, ya 
müvəqqəti olaraq oyundan kənar edilməli və ya da töhmətləndirilməlidir. Bilmədən oyunun qaydası 
pozulduqda isə bir daha oyun qaydasını  şagirdə izah etmək lazımdır, onun qıraqda dayanıb nümunəvi 
oyun nümayiş etdirənlərin oyununa baxması təşkil  olunmalıdır. Təsadüfən  oyunun qaydası pozulduqda 
isə xəbərdarlıq edilməlidir. 
              Topla  oyunlarda  şagirdlərə  əvvəlcə topla rəftar etmək qaydasını (topun qəbulu və ötürülməsi 
üzrə elementar texniki fəndləri) öyrətmək lazımdır. Bundan sonra topun sürətlə atılması  və müxtəlif 
vəziyyətlərdə qəbulu (döş qarşısında, baş üzərində, aşağıda və s.), topun bir-birinə iki əllə və ya sağ (sol) 
ələ ötürülməsi, daha sonra yeriş, qaçış, hoppanma və dönməklə topun ötürülməsi öyrənilməlidir. 
              Tədqiqat göstərir ki, şagirdlər bütövlükdə oyun dövründə, həmçinin onun ayrı-ayrı 
mərhələlərində qayda – qanunların və texniki fəndlərin öyrədilməsində  və taktiki variantların həyata 
keçirilməsində formalaşırlar. Məsələn,  əgər müəllim «Ördəklər və ovçular» oyununu keçirsə o
hücumçulara («ovçulara») hücum, «ördəklərə» isə müdafiə taktikasını öyrətməlidir. «Ovçular» 
bilməlidirlər ki, «ördəkləri» vurmaq üçün topu («ördəklərə») yaxın yoldaşa ötürmək lazımdır. Çünki 
qəflətən belə vəziyyətin yaradılması «ördəyin» hədəfdən yayınmasını xeyli çətinləşdirir. «Ördəklər» isə 
hədəfdən qaçmaq üçün bir yerdə dayanmamalı, o tərəf- bu tərəfə hoppanmalı, diqqəti daima topda olmalı, 
onun uçma istiqamətini müəyyənləşdirməli, «təhlükə» zamanı daha da cəldldik və çeviklik göstərməlidir. 
Göründüyü kimi, mütəhərrik oyunun taktikasına yiyələnmək  şagirdlərin hərəkət fəallığını artırmaqla 
yanaşı, həm də onları formalaşdırır, tədris prosesinə olan marağını yüksəldir. Bütün bunlar oyunun 
səmərəli təşkili və keçirilməsini təmin edir. 
                                  2.3.Dərsin tamamlayıcı hissəsi.  
              Dərsin tamamlayıcı hissəsi 3-5 dəqiqə davam edir.  İbtidai siniflərdə bədən tərbiyəsi dərslərinin 
tamamlayıcı hissəsinin qarşısında duran xarakterik vəzifələr bunlardır: 
              - ayrı-ayrı əzələ qruplarını yüksək fiziki yükdən azad edib, gərginliyini azaltmaq və adi normal 
vəziyyətə gətirmək; 
              - dərsin əsas hissəsində verilən fiziki yükü tədricən aradan qaldırmaq, yəni bədəni sakitləşdirmək 
və dərsin başlanğıc vəziyyətinə yaxınlaşdırmaq; 
              - tənəffüs, sinir sistemi və ürək – damar sisteminin fəaliyyətini azaldıb, təxminən dərsəqədərki 
vəziyyətə endirmək; 
              - şagirdlərin səhhətinin emosionallığını nizama salmaq; 
              - dərsə yekun vurmaq və qısamüddətli izahat işləri aparmaq, şagirdlərə ev tapşırığı vermək; 
              -  bədəni  əvvəlki vəziyyətə  gətirmək məqsədilə yeriş zamanı yerində  və  hərəkətdə olarkən 
orqanizmi sakitləşdirici hərəkətlər, həmçinin tənəffüs hərəkətləri icra etmək; 
              - müəllim tərəfindən şagirdlərin müvəffəqiyyətini qiymətləndirmək; 
              -  dərsə aid qeydləri  şagirdlərə çatdırmaq, xüsusən  şagirdlərin nöqsanını  və müsbət cəhətlərini 
onların nəzərinə çatdırmaq. 
                                                 
119
 
А.С.Макаренко. Сечилмиш педагожи ясярляри, «Азярбайъан мяктяби» журналынын няшри, Бакы, 1950-ъи ил, сящ. 
376.
 
 


 143
              Tamamlayıcı hissənin böyük təlim-tərbiyəvi  əhəmiyyəti vardır ki, bu da orqanizmi normal 
fəaliyyətə  gətirməklə  bərabər, həm də zehni yorğunluğu aradan qaldırmaqdan ibarətdir. Bu isə zehni 
əməklə fiziki əməyin növbələşməsi deməkdir. Dərsin tamamlayıcı hissəsində adi yeriş, qaçış (asta), 
diqqəti cəlbedici və qamət hərəkətləri, rəqs hərəkətləri və müxtəlif növ sadə mütəhərrik oyunlar keçirilir. 
Bütün bunlar ürək – dammar, tənəffüs və sinir sisteminin funksional gərginliyinin tədricən aşağı 
düşməsinə, bədənin elastikliyinin artmasına, uşaqların əhval-ruhiyyəsinin yaxşılaşdırılmasına yönəldilir. 
              Tədris keyfiyyətinin yüksədilməsində hazırlıq və əsas hissədə olduğu kimi, tamamlayıcı hissədə 
də  təşkili işlərə xüsusi diqqət yetirmək lazımdır. Dərsin gündəliyinə tamamlayıcı hissə üçün elə fiziki 
hərəkətlər və mütəhərrik oyunlar daxil etmək lazımdır ki, bunlar həm sadə, həm də hazırlıq və  əsas 
hissədə keçilən tədris materialına uyğun olsun, bir növ onları sadə şəkildə tamamlasın. Məsələn, müəllim 
dərsin  əsas hissəsində «Bir-iki saymaq» qaydasını öyrədirsə, o, tamamlayıcı hissədə  həmin qaydanı 
bilavasitə öyrədən oyunlardan, fiziki hərəkət elementlərindən istifadə etməlidir.  Əgər müəllim 
tamamlayıcı hissədə əsas hissədə öyrədilmiş «Bir-iki saymaq» qaydasını bir daha dərinləşdirmək və ya 
təkrarlamaq məqsədini qarşıya qoymuşsa, o, əvvəlcə şagirdlərə bir- iki saydırır, hamı öz nömrəsini yadda 
saxlayır və nömrələr üzrə verilmiş tapşırıqları icra etməyə başlayır: bir sayanlar əllər baş arxasında 
olmaqla – 4 sayda pəncələr üzərində yeriyir; iki sayanlar əllər beldə, yarımçömələrək ikinci sayda 
irəliləyirlər. Növbəti 4 sayda 1-ci nömrələr hərəkəti çömələrək, 2-ci nömrələr isə pəncələr üstə yeriməklə 
icra edirlər. Həmin hərəkətlər əks istiqamətdə (geriyə dönməklə) bir sırada yerişlə də yerinə yetirilə bilər. 
Bir – iki saymaqla icra olunan hərəkətləri sağa (sola) dönüb cərgə ilə  addımlamaqla da yerinə yetirmək 
olar. Göründüyü kimi, tamamlayıcı hissə üçün hərəkətlərin  əsas hissəyə uyğun seçilməsi bir tərəfdən 
tədris məqsədi daşıyır, uşaqların zehnini inkişaf etdirir və onlardan daha diqqətli olmağı tələb edir, digər 
tərəfdən də orqanizmin funksional fəaliyyətini dərsəqədərki vəziyyətə yaxınlaşdırır. Tamamlayıcı 
hissənin materialları  əsas hissənin tədris materiallarına uyğun seçilməsi,  şagirdlərin eşitmə, görmə  və 
hissetmə, düyğu orqanlarını inkişaf etdirir, dərsə marağı artırır, fiziki hərəkətləri könüllü yerinə yetirməyə 
zəmin yaradır. 
              Müşahidələr göstərir ki, bəzi sinif müəllimləri tamamlayıcı hissəni düzgün keçirmir və  həmin 
prosesin təhsil-tərbiyəvi əhəmiyyətini nəzərə almırlar. Şagirdləri əsas hissədə aldığı fiziki yükdən sonra 
birbaşa soyunub-geyinmə otağına, oradan da sinfə göndərirlər. Bunlar tənəffüs dövründə şagirdlərin səs-
küy salmasına, intizamsızlığına və növbəti dərsə marağı və zehni fəallığın zəifləməsinə səbəb olur. 
              Müasir  dərsə verilən tələblərdən biri də onun digər dərslə  əlaqəli təşkili və keçirilməsidir. Bu 
baxımdan tamamlayıcı hissənin digər tədris fənləri ilə  əlaqələndirilməsi xüsusi zərurət  təşkil edir. 
Şagirdlərin zehni fəallığını yüksəltmək, onları təbiət haqqında anlayışlarla tanış etmək və ya bu sahədə 
təsəvvür yaratmaq məqsədilə mütəhərrik oyunlardan istifadə etmək vacibdir. Hərəkətlər cərgədə 
durmaqla icra olunarsa, müəllim  əvvəlcə  uşaqlara meydançada (zalda) cəhətləri təyin etməyi öyrədir. 
Bundan sonra onların nəzərinə çatdırır ki, hansı cəhətin adı çəkilsə, o istiqamətə dönüb, verilən tapşırığı 
yerinə yetirsinlər. Tapşırıq: «şimal» - əllər beldə; «cənub» - əllər boyun arxasında;, «şərq» - qollar 
yuxarıda; «qərb» - qollar aşağı və s. 
              Tamamlayıcı hissənin səmərəli təşkili üçün bir çox maraqlı və müxtəlif növ mütəhərrik oyunlar 
da var. Biz onlardan ən maraqlısını seçib təqdim edirik. 
              «Siqnalı yadda saxla».  Şagirdlər cərgədə dayanmaqla müəllimin verdiyi müxtəlif siqnallara 
diqqətlə qulaq asdıqdan sonra hər bir siqnalın mənasına uyğun hərəkətlər edirlər. Məsələn, bir siqnal 
verildikdə dayaqlı çöməlmə, başqa növ siqnalda isə 360
o
 dönmə  və i.a.  Bu oyunu keçməzdən  əvvəl 
siqnalın mənası üzrə  bir neçə dəfə məşq etmək lazımdır. Siqnallar müxtəlif ola bilər: qısa, uzun və ya 
aramsız (bir neçə saniyə). 
              «Dəqiq vaxt». Şagirdlər bir-birinin ardınca yeriyir və qaçırlar. Müəyyən vaxtdan bir dayanır (60 
və 30 san.), sonra isə yenə  də tapşırıq üzrə  hərəkət edirlər. Müəllim  əlində saniyəölçən,  şagirdlərin 
fəaliyyətini müşahidə edir, hərəkəti müəyyən edilmiş vaxt ərzində icra edənin adını dəftərinə qeyd edir. 
Tapşırıqlar zal ətrafında dizləri yuxarıya qaldırmaqla qaçış; əli hündürdən asılmış əşyaya çatdırmaq; zal 
ətrafında dövrə vurmaq; maneələri keçib finiş xəttinə çatmaq və s. ola bilər. 
              «Ən yaxşı icraçı». Şagirdlər bir sıraya düzlənib sıra nömrəsi ilə sayırlar. Müəllimin sayması ilə 
şagirdlər eyni hərəkəti icra edir, lakin hərəkəti cüt nömrəlilər bir, tək nömrəlilər isə digər tərəfə yerinə 
yetirirlər. Məsələn, cüt nömrəlilər 1 sayda ayaqla sağa bir addım atır, 2 sayda sol ayağı sağa birləşdirir, 3 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə