Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə78/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   74   75   76   77   78   79   80   81   ...   145

 165
təcrübədən keçirmişlər. Təcrübəyə əsaslanaraq onlar belə nəticəyə gəlirlər ki, adi halda nisbətən təlimin 
bu şəkildə qurulması (onlar təcrübədən keçirdiyi təlim materialını elə tərtib etmişlər ki, həmin materialın 
mənimsənilməsi  şagirdlərin mükəmməl mücərrədləşdirməyə yiyələnmələrinə  və sonradan konkret 
hadisələri təhliletmə prosesində elmi anlayışlara  əsaslanmağa imkan vermişdir)  şagirdlərdə mücərrəd 
təfəkkürün, idrak qabiliyyətlərinin daha tez təşkili üçün imkan yaradır, təlim materialları daha şüurlu 
mənimsənilir. 
                
1.2.Nəzəri biliklərin mənimsədilməsi metodları 
              Müşahidələr göstərir ki, hər bir bədən tərbiyəsi hərəkətinin özünəməxsus metodik 
xüsusiyyətləri olduğu kimi, onlara aid nəzəri materialların öyrədilməsi yolları da müxtəlifdir Nəzəri 
məlumatların müvəffəqiyyətlə öyrədilməsi mövzunun məqsəd və məzmun aydınlığından, şagirdlərin yaş 
xüsusiyyətlərinin nəzərə alınmasından çox asılıdır. 
              Təcrübə göstərir ki, bədən tərbiyəsi dərslərində  nəzəri məlumatların  şagirdlər tərəfindən 
mənimsənilməsinə təsir göstərən başlıca amillərdən biri də müəllimin üsul və priyomları düzgün seçməsi, 
onlardan ustalıqla istifadə edə bilməsidir. 
            Təcrübə göstərir ki, bədən tərbiyəsi üzrə  məlumatların verilməsində  şifahi  şərh, müsahibə  və 
illüstrasiyalardan istifadə edilir. Hərəkətlərə aid nəzəri  məlumatlar dərsin  əvvəlində 3-6 dəqiqə  ərzində 
verilir. 
 Nəzəri məlumatların nəqletmə yolu ilə verilməsi. Nağıletmə lazımi səviyyədə  təşkil edildikdə 
verilən məlumatı şagirdlər həvəs və diqqətlə dinləyirlər, sinifdə yüksək fəallıq yaranır. III sinifdə «Sıra 
təlimi» mövzusu üzrə  nəzəri məlumatları  nəqletmə yolu ilə belə vermək olar: Uşaqlar sıra və  cərgədə 
dayanarkən qabaqda duran şagird  istiqamətçi,  ən axırdakı    isə tamamlayıcı adlanır. Sıra və  cərgə 
hərəkətlərinin icrasında istiqamətçinin rolu böyükdür. Şagirdlər sıra və  cərgədə istiqamətçiyə baxaraq 
düzlənirlər, sinifdən geyim otağına, oradan idman zalına və ya meydançaya, habelə geri qayıdarkən 
uşaqlar istiqamətçinin arxasınca irəliləyirlər. Uşaqlar, cərgə  və  sıraya düzlənməyi öyrəndikdə  və buna 
vərdiş etdikdə   dərs və toplanışlar zamanı öz yerinizi daha tez tapa bilərsiniz. Belə olduqda bir-birinizi 
sıxışdırmaz, itələməz, yoldaşlarınızın dabanını tapdalamaz, həmçinin də  səs-küy salmazsınız. Uşaqlar, 
yadda saxlayın ki, sıra hərəkətlərini icra edərkən baş düz tutulur,  bel əyilmir, qarın bir qədər arxaya 
sıxılır, döş  qəfəsi isə bir az  genişlənərək irəli çıxır. Bu cür vəziyyətin yaranması qamətin düzgün 
inkişafına xeyli kömək edir. Belə  hərəkətlər gövdə  və  qıç  əzələlərini, xüsusən arxa əzələlərini nisbətən 
möhkəmləndirir, onun çevikliyini artırır. Həmin  əzələlərin möhkəm olması  və normal inkişafı isə 
onurğanın  əyilməsinin qarşısını alır, həm də qanın damarlarda yaxşı  hərəkət etməsinə müsbət təsir  
göstərir. Uşaqlar, sıra hərəkətləri zamanı tənəffüsün müntəzəm və düzgünlüyünə də xüsusi fikir vermək 
lazımdır. Tənəffüs,  əsasən burunla edilməlidir. Çünki burnunuzun iç tərəfi seliklə örtüldüyündən hava 
oradan keçərkən toz seliyə ilişib qalacaq, ciyərlərinizə isə ancaq təmiz hava daxil olacaqdır… 
              Sıra hərəkətlərini düzgün mənimsədikdə yeriş vaxtı müvazinəti gözləmək asanlaşır. Düzgün 
müvazinət saxladıqda yeriş asan və yüngül olur, adam məsafəni tez qət edir, gec yorulur. Sıraya düzülmə 
hərəkətləri zahiri görünüşün gözəlləşməsinə, yeriş zamanı addımların daha səlis atılmasına müsbət təsir 
edir. 
              Nəzəri məlumatların izahetmə yolu ilə verilməsi. İzahetmə nağıletmə ilə qarşılıqlı əlaqədə olub,  
müəllimin  şifahi şərhinə daxildir. Nəzəri məlumatların verilməsi zamanı izahatdan çox istifadə olunur. 
Məsələn, müəllim II sinifdə «Yeriş» mövzusu üzrə nəzəri məlumatları belə izah edir: 
              -  Uşaqlar, siz hamınız yeriməyi bacarırsınız. Lakin yoldaşlarınızdan bəziləri düzgün yeriyə 
bilmirlər. Düzgün yeriş üçün bədəni düzgün tutmaq əsas şərtdir. Çünki düzgün yeriş gövdə, qol-qıç və 
ürək  əzələlərinin fəallığını artırır. Düzgün yeriş  bədəni icra olunacaq hərəkətə hazırlayır. Siz yeriş 
hərəkətləri etmədən tullanma və qaçış  hərəkətlərinə keçsəniz, ürəyin damarlara vurduğu qanın miqdarı 
birdən-birə artar, qanın damarlara axma sürəti çoxalar. Ürəyiniz tez-tez döyünməyə başlayar, yorula bilər. 
Nəticədə orqanizmin oksigenlə təmin olunması çətinləşər. 
              Tullanma və qaçışa   birdən-birə başlamaq ciyəlrlərə daxil olan havanın miqdarını xeyli çoxaldır. 
Tənəffüsü çətinləşdirir. Yəni köhnə havanın  bayıra buraxılması  və  təmiz havanın vaxtında qəbulu 
pozulur. Bütün bunlar qaçış  və tullanmalardan sonra təngnəfəslik, başağrısı, sancılanma və ürək 
bulanması hallarına səbəb olur. Bu da orqanizmin sağlamlığı üçün zərərlidir. 


 166
              Nəzəri biliklərin  şagirdlər tərəfindən  əsaslı  və  şüurlu mənimsənilməsinə kömək edən, onlarda 
əqli fəaliyyəti inkişaf etdirən mühüm priyomlardan biri də müqayisədir
              Qabaqcıl müəllimlərin iş  təcrübəsi göstərir ki, yeni nəzəri məlumatları keçmiş  məlumatlarla 
müqayisəli  şəkildə öyrətməyin böyük əhəmiyyəti vardır. Məsələn, müəllim II sinifdə «Paraşütçülər» 
oyunu üçün nəzəri məlumatı izah edərkən onu «Dovşanlar bostanında» oyununun tədrisində verdiyi 
məlumatla belə müqayisə edir: 
              -  Uşaqlar, «Paraşütçülər» oyunu qol və  qıç  əzələlərini inkişaf etdirir, onların gücünü və 
çevikliyini artırır, döş  qəfəsini, ayaq əzələlərini, eyni zamanda qol, qıç sümüklərini və oynaqlarını 
bərkidir. Bu oyunun ürək əzələlərinin inkişafı üçün də mühüm əhəmiyyəti vardır. 
              Yadınızdadırmı, «Dovşanlar bostanında» oyununu keçərkən öyrənmişdik ki, həmin oyun başlıca 
olaraq döş  qəfəsi, qol, qıç və  əsasən ayaq əzələlərini inkişaf etdirir, onurğa  əzələlərini müəyyən qədər 
qüvvətləndirir. Deməli, bu oyunların  hər ikisi döş qəfəsi əzələlərinə, qol-qıç və xüsusən ayaq əzələlərinin 
inkişafına kömək göstərir. Lakin «Paraşütçülər» oyununun orqanizmin inkişafına başqa təsiri də vardır. 
Məsələn, bu oyunda siz hündürdən müəyyən bir  sahəyə düzgün və dəqiq tullanmağı öyrənir, müvazinəti 
saxlamağa alışırsınız. 
              Göründüyü  kimi,  müəllim «Paraşütçülər» oyounu üzrə yeni məlumatı verərkən uşaqların 
«Dovşanlar bostanında» oyununa aid keçmiş biliklərini təkrarlayır, həm də yeni məlumatlarla əvvəlkiləri 
müqayisə edərkən onların fərqini uşaqlara başa salır. Bu da yeni verilən məlumatın asanlıqla 
qavranmasına səbəb olur. 
              Nəzəri məlumatların illüstrasiya və demonstrasiya üsulu ilə öyrənilməsi. Nəzəri məlumatların 
şagirdlərə yaxşı öyrədilməsində illüstrasiya və demonstrasiyanın rolu böyükdür. Bunlardan istifadə 
olunması təlimi maraqlı edir, şagirdin diqqət və qavrayışını fəallaşdıraraq yeni biliyin qısa vaxt ərzində 
aydın şəkildə öyrədilməsinə kömək göstərir. Əyani qavranılan biliklər uzun müddət şagirdlərin yadında 
qalır. Bunun əsas səbəbi yeni biliyin qavranılması     prosesinə hiss üzvlərinin, xüsusən görmə üzvünün 
bilavasitə iştirak etməsidir. Bu prosesdə mərkəzi beyin qabığında bir sıra müvafiq qıcıqlar yaranır, həmin 
qıcıqlar beyin mərkəzində nə qədər çox baş verərsə və möhkəmlənərsə, qazanılmış biliklər də hafizədən 
uzun müddət silinməz olur. K.D.Uşinski yazırdı: «…Uşaq hafizəsində  hər hansı  şeyin möhkəm iz 
buraxmasını istəyən pedaqoq bu yadda saxlamaq aktında mümkün qədər daha çox hiss orqanlarının, 
gözün, qulağın, səsin, əzələnin hərəkət hissəsinin və hətta mümkünsə iy və dadbilmə orqanlarının iştirakı 
qayğısına qalmalıdır»
129

              P.F.Lesqaft isə deyirdi ki, adamda heç bir duyğu və ya fikir xarici oyandırıcıların vasitəsi və ya 
dolayı yolla təsiri olmadan əmələ gəlmir. İnsanın zehni fəaliyyətinin oyadıcısı, onun hiss orqanlarına təsir 
göstərən xarici mühitdir. Hiss orqanları xarici aləmdə baş verən hadisə, yaxud cisimləri qavramaqda nə 
qədər çox iştirak edirsə, insanda onlar haqqında bir o qədər təsəvvür yaranır və onlar yadda qalırlar. 
              Qeyd  etməliyik ki, müəllim bu üsulda əvvəlcədən keçəcəyi mövzuya aid əyanilikdən necə 
istifadə  edəcəyini müəyyənləşdirməli və müvafiq didaktik vəsaitlər hazırlamalıdır. Qabaqcıl müəllimlər 
nəzəri məlumatların şagirdlərə çatdırılmasında şəkil, kino-film və diafilmlərdən, habelə əşyanın özündən 
istifadə edirlər. 
              İbtidai siniflərdə  məlumatların verilməsində  ən çox işlədilən illüstrasiya və nümayişetdirmə 
üsullarıdır. 
              Təcrübə göstərir ki, müəllim  əyani və texniki vasitələrdən istifadə edərkən  nağıl, izah və 
müsahibə üsullarına da əl atır. Bəzən o, nəzəri materialı izah və nağıl edə-edə əyani vasitələrdən bəzən də 
əksinə istifadə edir. Bunların birlikdə tətbiq olunması məlumatların təlim keyfiyyətini yüksəldir və biliyi 
daha da möhkəmləndirir. 
              Nəzəri məlumatların şəkillər üzrə verilməsi. Müəllim III sinifdə «Qaçışa» dair məlumat vermək 
üçün «Sən düzgün qaçmağı bacarırsanmı?» şəkillərindən dərsin hazırlıq hissəsində istifadə     edir (3-6 
dəq.). Bu şəkillər iki hissəyə ayrılır. Plakatın bir tərəfindən düzgün yerişlərə, digər tərəfində isə düzgün 
olmayan yerişə aid şəkillər çəkilmişdir. Həmin  şəkillər zahiri görünüşünə görə bir-birindən xeyli 
fərqlənirlər. Müəllim bu şəkilləri göstərərək soruşur: 
                                                 
129
  К.Д.Ушински. Сечилмиш педагожи ясярляри, Бакы, Азярняшр, 1953-ъц ил, сящ.302-303
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə