Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   145

 104
həyata keçirilməsi, habelə bütün sinif şagirdlərinin (xüsusi tibbi qrup şagirdlərini çıxmaq  şərtilə) bu 
məşğələdə iştirakının vacib olması və s. daxildir. 
              Dərs zamanı proqramda nəzərdə tutulmuş materiallar üzrə bilik verilir, zəruri bacarıq və vərdişlər 
aşılanır. Bütün bunlar isə, öz-özlüyündə kiçik məktəbyaşlı  şagirdlərin fiziki cəhətdən inkişafına, fiziki 
hazırlığının artmasına kömək edir. Bundan əlavə, şagirdlər dərsdə müəyyən fiziki bacarıq və vərdişlərə 
yiyələnirlər ki, bu da onların ailədə, uşaq düşərgəsində, turist yürüşlərində, ekskursiyalarda bədən 
tərbiyəsi hərəkətlərini sərbəst icra etmələrinə zəmin yaradır. Nəticədə, dərs prosesində əldə edilmiş bilik
bacarıq və vərdişlər sinifdənxaric və məktəbdənkənar vaxtlarda şagirdlərin gün hərəkət rejimində daha da 
təkmilləşdirilir. 
              Bədən tərbiyəsi dərslərində  şagirdlər fiziki tərbiyə, idman, gün rejimi, sağlamlığın qorunması 
barədə  nəzəri biliklərə yiyələnirlər. Qeyd etmək lazımdır ki, şagirdlərin nə üçün bədən tərbiyəsi ilə 
məşğul olduğunu, bədən tərbiyəsi və idmanın məna və əhəmiyyətini, onun orqanizmə müsbət təsirini başa 
düşməsi böyük təlim-tərbiyəvi  əhəmiyyətə malikdir. Bu, bir tərəfdən bədən tərbiyəsi məşğələlərinə 
şagirdlərin marağını artırırsa, digər tərəfdən onların bədən tərbiyəsi dərslərinə  şüurlu münasibətini 
yüksəldir. 
              Bədən tərbiyəsi dərslərində  həyat üçün vacib olan bir sıra hərəkətlər öyrədilir. Məsələn, yeriş, 
qaçış, müvazinət saxlamaq, tullanmalar, cisim atmalar, qamətin formalaşması üçün hərəkətlər və s. 
Həmin hərəkətlər üzrə bacarıq və  vərdişlərə sahib olmaq şagirdlərin gündəlik həyatı üçün 2 cəhətdən 
əhəmiyyətlidir: 
1.
 
Şagirdlərin gündəlik həyatda, gün rejimində qarşıya çıxan çətinlikləri aradan qaldırmaqla 
yanaşı, həm də bu istiqaməli işdə (yazı yazmaq, məktəbdə ictimai-faydalı  əməklə  məşğul olmaq, 
valideynlərinə  əmək xarakterli işlərdə kömək göstərmək, turist yürüşləri, ekskursiyalar dövründə 
maneələri keçmək, kələ-kötür yerləri gəzmək, dağlara qalxmaq, enmək və s.) xüsusi müvəffəqiyyətlər də 
əldə edirlər. 
2.
 
Bədən tərbiyəsi dərslərində ayrı-ayrı fiziki hərəkət və mütəhərrik oyunlar üzrə qazanılmış 
bilik, bacarıq və vərdişlər ümumtəhsil məktəbi sistemində tədris olunan əmək təlimi, təbiətşünaslıq və s. 
fənlərin təlim keyfiyyətinin yüksədilməsinə kömək edir. Məsələn, məlumdur ki, şagirdlər ibtidai 
siniflərdə ümuminkişaf, dırmaşma və qamət üçün hərəkətlər icra edirlər. Həmin hərəkətlər orqanizmə 
sağlamlaşdırıcı  təsir göstərməklə  bərabər, eyni zamanda, şagirdlərdə mütəhərrikliyi, müvazinət 
hərəkətlərini inkişaf etdirir, bədənin elastikliyini (əyilmə-qalxma və bədənin ayrı-ayrı hissələrinin dairəvi 
hərəkətləri, çöməlmə  və yarımçöməlmələr, qıçları dizdən bükmək  şərti ilə qolların yana, sağa və sola 
yellədilməsi və bir çox hərəkətlər) artırır. Öz-özlüyündə aydındır ki, bədən tərbiyəsi dərslərində 
qazanılmış bu cür qabiliyyətlər,  əmək dərslərində  əl işlərinin qısa vaxt ərzində daha sürətlə yerinə 
yetirilməsi üçün çox vacibdir. Başqa bir misal: bədən tərbiyəsi dərslərində bilək, qol və kürəklərin 
qüvvəsinin artırılması  məqsədilə öyrədilən fiziki hərəkətlər,  zehni iş  tələb edən dərslərin (ana dili, 
riyaziyyat) tədrisində yazı yazarkən, şagirdlərin  vaxtından əvvəl yorulmasının, ruh düşkünlüuyünün və 
əzginliyinin qarşısını alır. 
              Görkəmli pedaqoq A.S.Makarenko bu məsələyə xüsusi diqqət yetirmiş  və oyunların, yerinə 
yetirilən müxtəlif növ fiziki hərəkətlərin kiçik məktəbyaşlı uşaqların ictimai və zəxsi həyatında mühüm 
rolunu dəfələrlə qeyd etmişdir. 
              A.S.Makarenko oyunun, uşaqların həyatındakı mahiyyətini belə səciyyələndirir: «Yaşlı adamın 
həyatında iş, fəaliyyət, qulluq nə kimi əhəmiyyətə malikdirsə, uşağın da həyatında oyun o qədər vacib və 
əhəmiyyətlidir»
114
.  
              A.S.Makarenko  təkcə oyunun əhəmiyyətini söyləməklə kifayətlənmir. O, həmin işin 
müvəffəqiyyətlə  nəticələnməsini bu prosesin necə  təşkil olunmasında görür: «Gələcək xadimin tərbiyə 
olunması oyunu rədd etmək deyil, bu oyunu yaxşı təşkil etməkdən ibarət olmalıdır» 
115

          Müşahidələr göstərir ki, bəzi müəllim-tərbiyəçilər oyunu 
 
                                                 
114
 
А.С.Макаренко.  Сечилмиш  педагожи  ясярляри, «Азярбайъан  мяктяби»  журналынын  няшри, 1950-ъи  ил, 
сящ.376. 
 
115
 
Йеня орада. 
 


 105
düzgün təşkil etmədikləri üçün, bu prosesdə  səs-küy yaranır, intizamsızlıq, narazılıq halları baş verir. 
Buna görə  də bir çox müəllim-tərbiyəçilər oyun keçirməkdən imtina edirlər. Guya, oyun, uşaqların 
tərbiyəsinin pozulmasına səbəb olur. Fikrimizcə, böyük  pedaqoq məhz həmin məsələyə  işarə edərək 
yazır: « Oyunu elə təşkil etmək lazımdır ki, o oyun olaraq qalsın, lakin həmin oyunda gələcək işçinin və 
vətəndaşın  keyfiyyətləri tərbiyə olunsun» 
116

              Müşahidələrdən aydın olur ki,  bədən tərbiyəsi dərslərində təlim-tərbiyə işlərinin keyfiyyəti 
və səmərəliliyinin yüksədilməsində müəllim-şagird fəaliyyəti və bu fəaliyyətlərin əlaqələndirilməsi (əks-
əlaqə), xüsusən birincinin, ikincinin fəaliyyətinə düzgün istiqamət verilməsi, ona daima nəzarət etməsi 
böyük  əhəmiyyətə malikdir. Şagirdlərin tədrisə istiqamətləndirilməsi və  tədris prosesində onların idarə 
olunması sahəsində müəllimin pedaqoji fəaliyyətinə təxminən aşağıdakılar daxildir: 
1.
 
Dərsin qarşısında müəyyən məqsəd qoyulması, onun izah edilməsi. 
2.
 
Tədris prosesində şagirdlərin fəaliyyətinin müşahidə olunması. 
3.
 
Şagirdlərin müvəffəqiyyətinin hesaba alınması və buraxılmış nöqsanların aradan qaldırılması. 
4.
 
Dərs yükünün, onun hissələri arasında müvafiq şəkildə bölüşdürülməsi. 
5.
 
Şagirdlərin davranışının dərsin ümumi məqsədinə yönəldilməsi. 
6.
 
Şagirdlərin arasında münasibətlərin yaxşılaşdırılması. 
7.
 
Sinifdənxaric və məktəbdənkənar işlərə maraq oyadılması. 
İbtidai siniflərdə tədris olunan digər fənlərə şagird fəaliyyətinin (zehni və fiziki) yönəldilməsi və s. 
              Bədən tərbiyəsi dərslərində  tədrisin səviyyəsinin müasir tələblərə çatdırılması,  şagird 
fəaliyyətinin məqsədə düzgün yönəldilməsi ilə  də  sıx bağlıdır. Fiziki tərbiyə prosesində  şagirdlərin 
diqqətini başlıca olaraq aşağıdakı pedaqoji-psixoloji məsələlərə yönəltmək lazımdır: 1) müəllimin 
diqqətlə dinlənilməsinə; 2) göstərilənlərin ciddi müşahidə edilməsinə; 3) materialın  şüurlu 
mənimsənilməsinə  və öyrənilməsinə; 4) özününəzarət və özünü qiymətləndirmə  əsasında müəyyən 
tapşırıqların sərbəst yerinə yetirilməsi və s. 
              Bədən tərbiyəsi dərslərinin məzmununa təxminən aşağıdakılar daxildir: 
1.
 
Təlim-tərbiyə vəzifələrini həyata keçirən konkret fiziki hərəkətlər. 
2.
 
Müəllimin rəhbərlik fəaliyyətinin məzmunu, şagirdlərin hərəkətləri  
şüurlu və effektli yerinə yetirilməsi. 
              3. Dərsin özünün tərbiyə-təhsil məzmunu. 
              Yadda  saxlamaq  lazımdır ki, müəllim-şagird fəaliyyətini qabaqcadan müəyyənləşdirilmiş 
möhkəm pedaqoji çərçivədə  məhdudlaşdırmaq olmaz. Müəllim təlim-tərbiyə  işləri ilə  əlaqədar bütün 
məsələlərə yaradıcılıqla yanaşmalı, şagirdlərin fərdi, psixoloji və anatomik-fizioloji xüsusiyyətlərini yeri 
gəldikcə nəzərə almalıdır. 
              İnkişaf etmiş  cəmiyyətdə  şagirdlərin həyat tərzi dəyişdikcə, məktəbdə təlim-tərbiyə  işlərinin, o 
cümlədən, fiziki tərbiyənin  də  məzmunu dəyişir və yeni məna kəsb edir. Məktəbdə  təlim-tərbiyənin, 
eləcə  də fiziki tərbiyənin məzmunu nə  qədər dəyişilmiş olsa da, onun müvəffəqiyyəti həm də  dərsə 
verilən tələblərlə əlaqədardır. 
              Pedaqogika  elmi  təlim-tərbiyənin ümumi əsaslarına və  məzmununa uyğun metodik tələblərdə 
müəyyənləşdirilmişdir. Bu tələblər ümumtəhsil məktəb sisteminə daxil olan fənlərə, o cümlədən, bədən 
tərbiyəsi dərslərinə aiddir. Hazırda bədən tərbiyəsi dərslərində  nəzərə alınan başlıca tələblər 
aşağıdakılardan ibarətdir: 
              Hər bir bədən tərbiyəsi dərsinin spesifik vəzifələri  şagirdlərə bilik vermək, fiziki bacarıq və 
vərdişlər aşılamaq, onları fiziki fəaliyyətə yönəltmək və s. ilə yanaşı, həmçinin şagirdlərdə əxlaqi-mənəvi 
hisslərin inkişafını istiqamətləndirməkdir. Təcrübə göstərir ki, dərs vaxtı kiçik məktəbyaşlı  şagirdlərdə 
əxlaq tərbiyəsinin aşılanması  məqsədilə  hər bir dərsin qarşısında həmin istiqamətli konkret vəzifələrin 
qoyulmasına o qədər də ehtiyac duyulmur. Hər şeydən əvvəl, dərs elə təşkil edilməli və elə aparılmalıdır 
ki, o, öz-özlüyündə şagird fəaliyyətinin bilavasitə və yaxud dolayı yolla əxlaq tərbiyəsinə yönəldilməsinə 
geniş şərait yaratmış olsun. Burada müəllimin nəzəri hazırlığı, pedaqoji-metodiki ustalığı, nəhayət, dərsin 
əvvəldən axıra kimi məqsədyönlü və mütəşəkkil keçirilməsi xüsusi rol oynayır. Yeni dərs  əvvəlki 
                                                 
116
 
А.С.Макаренко.  Сечилмиш  педагожи  ясярляри, «Азярбайъан  мяктяби»  журналынын  няшри, 1950-ъи  ил, 
сящ.318. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə