Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   145

 96
1.3. Müstəqillik dövründə bədən tərbiyəsi proqramları və 
tədris planları 
 
a) Bədən tərbiyəsi proqramı məktəbdə fiziki tərbiyə üzrə əsas sənəddir. 
Orta ümumtəhsil məktəblərində fiziki  tərbiyə üzrə  tədris işlərinin aparılması respublika Təhsil 
Nazirliyinin bu sahə üzrə metodiki komissiyasının qərarı ilə  nəşr edilmiş  və nazirlik tərəfindən təsdiq 
olunmuş bədən tərbiyə proqramlarına əsaslanır. Xüsusi zərurət kəsb edirsə, fiziki tərbiyə proqramı təhsil 
ocaqlarının şəraitinə, spesifikasına uyğunlaşdırılaraq, elmi- metodiki şuraların qərarı ilə nəşr oluna bilər 
və həmin təhsil müəssisələrinin fiziki tərbiyə işlərinin təşkilində bunu rəhbər sənəd kimi əsas götürürlər. 
Proqram dövlət sənədi kimi onun yerinə yetirilməsi məcburidir. Bundan əlavə, proqramın heç kəs, yəni nə 
müəllim, nə  də ki məktəb rəhbəri onu özbaşına istədiyi kimi dəyişdirə bilməz. Proqramda o zaman 
dəyişiklik etmək olar ki, bu yalnız proqram materialını  tədris etmək üçün iqlim və idman-baza şəraiti 
olmasın. Bunu isə əvvəlcədən rəhbər təşkilatların razılığını aldıqdan sonra etmək olar. 
              Şagirdlərin bədən tərbiyəsi proqramları «Vətənin müdafiəsinə hazıram» bədən tərbiyəsi 
kompleksinin normativlərinə uyğun olaraq tərtib olunur. Proqramın bütün bölmələri «Vətənin 
müdafiəsinə hazıram» kompleksinin hərəkətlərindən ibarətdir. 
              İbtidai sinif şagirdlərinin bədən tərbiyəsi proqramları bağça yaşlı  uşaqların fiziki tərbiyə 
proqramının bir növ davamıdır. Eyni zamanda bu proqram şagirdləri yuxarı siniflərdə  tədris olunan 
proqramların nəzəri  və həm də praktik tələblərinə hazırlayır. 
              Məlum olduğu kimi, şagirdlər ibtidai məktəbdə bədən tərbiyəsi və idman üzrə müvafiq biliklər 
mənimsəyir, həmçinin fiziki hərəkətlər və ayrı-ayrı idman növləri üzrə bacarıq və vərdişlər alırlar. Bütün 
bunlar gələcəkdə yuxarı siniflərdə daha da təkmilləşdirilir. 
              Fiziki tərbiyə proqramı müasir elmi məlumatlara və qabaqcıl müəllimlərin iş təcrübəsinə istinad 
olunmaqla hazırlanır. Bütün bunlar da məktəbli  şagirdlərin fiziki tərbiyəsinin nəzəriyyə  və  təcrübəsini 
təmin edir. 
              b) Bədən tərbiyəsi proqramının quruluşu və vəzifələri. Proqram əsasən 2 hissədən ibarətdir. I 
hissədə proqram tədris işlərinin təşkili və keçirilməsinə aid izahat vərəqi, II hissədə tədris idman işlərinin 
məzmunu verilir
113

              İzahat vərəqində fiziki tərbiyənin mahiyyəti  şərh olunur. Proqram əsasında keçirilən fiziki 
tərbiyə  məşğələlərinin qarşısında qoyulmuş  vəzifələr göstərilir. Proqram materiallarının təlimi ilə 
əlaqədar metodiki töövsiyələr və istiqamətlər verilir. Hər bir şagirdin  ilk günlərdən öz fiziki kamilliyinin 
qayğısına qalmasına, gigiyena və tibbi yardım sahəsində müvafiq biliklərə yiyələnməsinə nail olmaq 
göstərilir. 
              İzahat vərəqində  şagird  şəxsiyyətinin tərbiyə olunmasında fiziki tərbiyənin təsirinə, fiziki 
hərəkətlərlə müstəqil məşğul olmağın qaydalarına, habelə fiziki hərəkətlərin texnikasına, şagirdlərin şəxsi 
gigiyenasına və ən vacib hərəkət keyfiyyətlərinin  
inkişafına dair nəzəri məlumatlar verilməsi nəzərə çatdırılır. Bundan əlavə, tədris prosesində milli 
oyunlardan geniş istifadə edilməsi, dərslərin açıq havada keçirilməsi, uşaqlara fiziki-fizioloji yükün 
düzgün tətbiq edilməsi, təhlükəsizlik qaydalarını gözləmək məsləhət görülür. İzahat vərəqində, həm də 
müvafiq idman bazası olan və ya olmayan məktəblərdə, havası soyuq və ya isti keçən regionlarda fiziki 
tərbiyə vasitələrindən necə istifadə etmək barədə tövsiyələr verilir. Mövsümə uyğun olaraq, şagirdlərin 
geyiminin necə olmasından, müvəqqəti dərsdən azad olan şagirdlərlə  işləmək yollarından və s. izahat 
vərəqində  bəhs olunur. İzahat vərəqində proqramın bölmələri üzrə tədris saatlarının bölgüsü cədvəli də 
öz əksini tapmışdır. Həmin cədvəl aşağıda verilmişdir: 
      
 
İbtidai siniflər üçün bədən tərbiyəsi proqramında aşağıdakı  vəzifələrin yerinə yetirilməsi qarşıya 
qoyulur: 
1.Məktəbliləri gigiyena, tibb, bədən tərbiyəsi və idmana dair zəruri biliklə silahlandırmaq; 
2.Məktəblilərin öz sağlamlığını qorumalarını ictimai borc kimi başa düşmələrini təmin etmək; 
3.Onların öz qabiliyyətini artırmaq;  
                                                 
113
 
Ибтидаи  синиф  мцяллиминин  столцстц  китабы  (бурахылыша  мясул:  Педагожи  елмляр  доктору,  профессор 
Й.Кяримов), Бакы,2001. бядян тярбийяси програмыны профессор М.Нясруллайев ишлямишдир.
 
 


 97
4.Onların hərəkət keyfiyyətlərini yüksəltmək və s. 
 
 
 
Tədris saatlarının proqramın bölmələri üzrə 
                                               bölgüsü  
 
                                                                                         Cədvəl № 2. 
Proqramın                    S     İ     N     İ     F     L     Ə     R 
bölmələri       I                 II                 III                  IV             Cəmi 
1 2 3 4 5 6 
Nəzəri bilik- 
lər                          4                     4                      4                     4                    16 
Gimnastika          18                   20                     20                  18                   76 
Yüngül at- 
letika                    16                   16                     16                   18                   66 
Mütəhərrik 
oyunlar                 18                   20                     20                   10                   68 
İdman oyun- 
ları:voleybol, 
basketbol, 
həndbol, 
futbol         
  -                      -                         -                  10                  10 
Kros ha- 
zırlığı və 
marş yürüşü         8                      8                       8                    8                    32 
C Ə M İ:  
64                    68                    68                    68                 268 
 
 
 
 __________________ 
              QEYD: Üzgüçülüyün öyrədilməsinə şəraitin olduğu məktəblərdə IV sinifdə üzgüçülüyə 26 saat 
vaxtın ayrılması məsləhət görülür. Bunun üçün saatlar başqa hərəkət növlərindən götürülür. 
              
 
 
 Çox təəssüf ki, şagirdlərə fiziki hərəkətlər üzrə bacarıq və vərdişlərin aşılanması, qamətin düzgün inkişaf 
etdirilməsi,  şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsi,  şagirdlərin tibbi müayinəsinə  nəzarət 
ibtidai siniflərdə başlıca vəzifələrdən sayılsa da, bunlar həmin proqramın izahat vərəqəsində öz əksini 
tapmamışdır. 
              v) Bədən tərbiyəsi tədris proqramının məzmunu. Proqramın tədris materialı  uşaqların yaş 
xüsusiyyətinə uyğun olmaqla, tədricən sadədən mürəkkəbə doğru prinsipinə  əsaslanır.  İbtidai siniflərin 
tədris planında bədən tərbiyəsi dərslərinə həftədə 2 saat vaxt ayrılır. Tədris ili  müddətində isə I sinifdə 
cəmi 64 saat, II-III və IV siniflərdə  isə hər bir sinif üçün 68 saat bədən tərbiyəsi dərsləri keçirilir. Həmin 
tədris planlarında göstərilən tədris saatları  və bunların  əsasında tərtib olunan proqram materialları 
müntəzəm və düzgün təşkil olunan dərslər zamanı müvəffəqiyyətlə yerinə yetirilir. 
              Proqramın məzmununu təşkil edən müxtəlif növ fiziki hərəkətlər bir-birinə uyğun tərtib edilmiş
onların qarşısında  şagirdlərin sağlamlığını möhkəmləndirmək, onları  tərbiyələndirmək və fiziki tərbiyə 
üzrə təhsil vermək vəzifələri durur. Sağlamlıq və tərbiyə etmək vəzifələri orta ümumtəhsil məktəblərinin 
bütün fənləri üzrə dərslərdə və məşğələlərdə həyata keçirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə