Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   145

 98
              Proqram  tədris materialı  hər bir sinif üçün ayrılıqda verilməklə  əsas və hazırlıq drupuna daxil 
olan bütün şagirdlərdən ötrü minimumdur və məcburidir. Bu materialı bütün şagirdlər mənimsəməlidirlər. 
              Proqram materialı hər bir sinif üçün ayrılıqda verildiyi kimi, şagirdlərin bu sahədə yiyələnəcəyi 
bilik, bacarıq və vəzifələrdə hər bir sinif üçün nəzərdə tutulmuşdur. 
              Proqramın məzmununa  əsas qrup hərəkətlər və oyunlar daxil edilmişdir. Sinif müəllimi isə 
nümunə kimi verilmiş, oyun və hərəkətlərə uyğun olaraq oyunlar və hərəkətlər seçilməli və dərs zamanı  
keçməlidir. 
              Fiziki tərbiyə proqram tədris materialının bəzi hissələri tədricən mürəkkəbləşdirilməklə ildən-ilə 
təkrar olunur. Proqram materialının konsentrik verilməsini müsbət hal kimi qiymətləndirmək yerinə 
düşərdi. Bu öyrədilən materialın yaxşı  mənimsənilməsinə, hərəkətin texnikasının dəqiq surətdə yerinə 
yetirilməsinə, eləcə də təlim prosesində qazanılmış bacarıq və vərdişlərin təkmilləşməsinə səbəb olur. 
              Mövcud  proqramda  hər bir sinfin şagirləri üçün 5 və 9 bal sistemi üzrə  tədris normativləri 
verilmişdir. Normativlər qız və  oğlanlara ayrılıqda nəzərdə tutulmuşdur. I-III siniflərdə yoxlama sınaq 
hərəkətləri eyni olsa da, normativlər üzrə göstəricilər tədricən artır, yəni müxtəlifdir. Misal üçün, I sinifdə 
yuxarı startdan 30 m qaçış/san.-da 5 qiymət almaq üçün (5 bal üzrə) məsafəni 6,5 saniyəyə oğlanların, 6,8 
saniyəyə isə qızların qaçması tələb olunarsa, bu rəqəm müvafiq olaraq II siniflərdə 6,2 və 6,3 saniyədir və 
s. Lakin burada bir cəhətə  də fikir vermək vacibdir. Əgər I-III  siniflərdə yoxlama sınaq hərəkətləri: 
yuxarı startdan 30 m qaçış/san., orta tempdə 1000 m qaçış/vaxt nəzərə alınmır); cüt ayaqla ardıcıl 8 
tullanış etmək (m), 6 m məsafədən hədəfə 5 dəfə top atmaq, hündür turnikdə dartınmaq (dəfə), alçaq 
turnikdə uzanmış  vəziyyətdə sallanaraq dartınmaq (dəfə), 1000 m məsafəyə kross qaçışı (vaxt nazərə 
alınmadan) və s. ibarətdirsə, IV sinifdə isə 60 m və 2000 m məsafəyə qaçış, qaçaraq uzununa və 
hündürlüyə tullanmaq, üzmək (25 m), həmçinin 2000 m məsafəyə kross qaçışı tədris normativləridir. 
              Qeyd etməliyik ki, proqramda siniflər üzrə şagirdlərin bilik və bacarıqlarına verilən əsas tələblər 
də müəyyənləşdirilmişdir. Buna nümunə kimi I sinifdə verilən tələbləri misal göstərək: 
              Şagirdlər bilməlidirlər: 
              -  fiziki mədəniyyətin, fiziki tərbiyənin və idmanın nə olduğunu; 
             -  sıraya (cərgəyə) düzülməsinin qaydalarını. 
             Şagirdlər bacarmalıdırlar: 
             - sadə gimnastika tipli hazırlıq hərəkətlərini icra etməyi; 
              - topu çiləməyi və çiləyib atmağı; 
              - oyun qaydalarına əməl etməklə oynamağı; 
              - öz sinfinə aid tədris normativlərini praktik şəkildə yerinə yetirməyi. 
              Şagirdlərin müvəffəqiyyətinin qiymətləndirilməsi onların yoxlama sınaq hərəkətləri üzrə  tədris 
normativlərini ödəmələri ilə yanaşı, hərəkətləri düzgün  icra etmələri və fiziki tərbiyə üzrə müvafiq 
bilikləri mənimsəmələrinə əsaslanır. 
              Nəzəri bölmə materiallarına məktəblilərə öyrədiləcək nəzəri biliklər üzrə mövzular verilir. Bütün 
siniflər üzrə  nəzəri biliklər ayrı-ayrılıqda  müəyyənləşdirilmişdir. Nəzəri materiallarda hər bir sinfin  
şagirdlərinin bilik səviyyəsi  nəzərə alınmaqla, onların idman zalında, idman meydançasında davranış 
qaydalarına, fiziki hərəkətlərin insan orqanizminə  təsiri, onun orqanizm üçün faydalılığına həsr 
edilmişdir. Bundan əlavə, proqramın nəzəri bölməsinə Azərbaycanın görkəmli idmançıları haqqında 
mövzular, hərəkətlər icra olunarkən gigiyenik qaydalar, şagirdlərin fiziki tərbiyə sahəsində görəcəyi işlər 
üzrə mövzular və s. daxil edilmişdir. 
              Fiziki  tərbiyə proqramının praktik bölmə  tədris materialları isə hərəki keyfiyyətlərin inkişafına 
xidmət edir. 
              Proqramın təcrübi bölməsinə  əsasən gimnastika, yüngül atletika, mütəhərrik oyunlar, kross 
hazırlığı və idman oyunları elementləri daxildir. 
              Gimnastika bölməsinə – sıra təlimi, böyük və kiçik toplarla hərəkətlər, ümuminkişaf hərəkətləri, 
dırmanmaq və  dırmanıb aşmaq, müvazinət hərəkətləri, akrobatika, sürüşmə, sallanma və dayaqlar, rəqs 
hərəkətləri verilmişdir. 
              Yüngül  atletika  bölməsində yeriş  və qaçışların öyrədilməsi, tullanmalar, cisim atmaq və s. 
nəzərdə tutulmuşdur. 


 99
              Mütəhərrik oyunlar bölməsində ümumi inkişaf, qaçış, hoppanma və tullanmalar üçün, həmçinin 
milli oyunlar verilmişdir. 
              Proqramda müxtəlif relyefli (park, meşə, tarla və cığır) yerlərdə müxtəlif məsafələrə kros, yeriş 
və qaçışlar da öz əksini tapmışdır. Bundan əlavə, proqramda üzgüçülük qaydalarına aid tədris materialı, əl 
topu və basketbol idman oyunları üzrə ayrı-ayrı txniki fəndlərin elementlərinin öyrənilməsi məqsədilə 
müvafiq qaydalar və fəndlər verilmişdir. 
              Həmin tədris materialı o zaman istənilən effekti verir ki, o, fiziki tərbiyə üzrə sinifdən və 
məktəbdənkənar bədən tərbiyəsi işləri ilə tamamlanmış və dərinləşdirilmişdir. 
                       
1.4. Xarici ölkə məktəblərində fiziki tərbiyə üzrə tədris 
planı və proqramları 
              Hər bir ölkənin, eləcə  də onun yaşadığı ictimai-siyasi sistemindən asılı olaraq bunların da hər 
birinin özünəməxsus təhsil, təlim və fiziki tərbiyə sistemi mövcuddur. Göstərilənləri öyrənib təhlil etmək, 
ümumiləşdirmək, bir tərəfdən tədqiqatın dəyərliliyini artırırsa, digər tərəfdən də ümumtəhsil 
məktəblərimizdə fiziki tərbiyənin təkmilləşməsinə, milli zəmində qurulmasına kömək edə biləcək 
materialların toplanmasına zəmin yaranır. Bu baxımdan xarici ölkə  məktəblərinin fiziki tərbiyə 
sahəsindəki bizə məlum olan təcrübəsinə istinad edək. (cədvəl 3) 
              Macarıstan ümumtəhsil məktəblərinin fiziki tərbiyə üzrə proqram və  tədris planlarının, 
sinifdənxaric və  məktəbdənkənar işlərin təkmilləşdirilməsi istiqamətində böyük müvəffəqiyyətlər 
qazanılmışdır. I-III siniflərdə fiziki tərbiyə  dərslərinin gündəlik həyata keçirilməsi, IV-XI siniflərdə isə 
həftədə 3 saata  çatdırılması buna canlı misaldır. 70-ci illərin axırlarında tətbiq olunan proqramlar 
məcburi və  əlavə  tədris materiallarından ibarət olmuşdur.  Əsas material minimum olsa da, onu bütün 
şagirdlərin mənimsəməsi məcburidir. Bu təxminən proqramların 2/3 hissəsini təşkil edir. Əlavə 
materialdan  əsas material keçildikdən sonra istifadə etmək olar. Proqramlarda hərəkətlərlə  bərabər, 
onların nə məqsədlə yerinə yetirilməsi də göstərilir. Gimnastika, ümuminkişafetdirici hərəkətlər (20 s.), 
yüngül atletika və idman oyunlarına üstünlük verilir.  Tədris prosesində başlıca diqqət şagirdlərin hərəki 
fəallığının artırılması və düşüncə tərzinin inkişafına yönəldilmişdir. 
              Bu  ölkənin məktəblərində fiziki tərbiyə maraqlı formalarda təşkil olunur. İdman sinifləri və 
dərnəklərdə  məşğul olanlar arasında öyrədilmiş proqram materialı üzrə  məktəbdaxili, məktəblər və 
şəhərlərarası (proqramın bir hərəkət növü daxil olmaqla) müxtəlif növ kütləvi yarışlar, görüşlər keçirilir. 
İdman cəmiyyətlərində məşğul olanlar arasında isə kubok yarışları və olimpiadalar təşkil olunur. 
              Yeni proqramlar 2 hissədən tərtib olunub. Proqramın I hissəsi adi bədən tərbiyəsi dərslərinə həsr 
edilib. Burada müəllimin qarşısında ayrı-ayrı idman növləri üzrə deyil, müxtəlif növ kütləvi fiziki 
hərəkətlər üzrə biliklər verilməsi konkret vəzifə kimi qoyulmuşdur. Proqramın II hissəsi üçüncü dərsə 
aiddir. Bura uşaqlara boş vaxtlarında müstəqil məşğul olmaları  məqsədilə öyrədilən idman növləri 
daxildir. Buna görə də həmin fənn idman yönümü deyil, ümumi ənənəvi qaydada aparılır. 
              Qeyd  etməliyik ki, Macarıstan məktəbliləri üçün  xüsusi fiziki hazırlıq göstəricisi sistemi 
yaradılmamış, lakin onun yerinə yaş, qruplarına uyğuğn hazırlanmış testlərdən istifadə edilir. 
              Keçmiş ADR IV-VI siniflərdə bədən tərbiyəsi dərslərinə həftədə 3 saat, qalan siniflərdə isə 2 saat 
vaxt ayrılmışdı. Fiziki tərbiyə dərslərinin və tədris idman işlərinin təkmilləşdirilməsi və səmərəli təşkili 
hesabına həmin ölkənin idman nailiyyətləri yüksək olmuşdur. Şagirdlərin hərəki keyfiyyətlərinin inkişafı 
üçün dərsdə  əlavə  hərəkətlərin tətbiqi, dairəvi məşq metodundan və fiziki hazırlıq testlərindən istifadə 
gələcək idmançıların idman peşə yönəminin təməlini qoymuşdu. Bundan əlavə  hərəki-idman hazırlığı, 
habelə sinifdənxaric və  məktəbdənkənar tədbirlər silsiləsində  məcburi idman hazırlığı formalarından 
istifadə, bütün uşaqların idman bölmə məşğələlərinə məcburi cəlb olunması böyük idmana gedən yolda 
güclü təkan verdi. Eyni zamanda, müəllimlər qarşısında konkret vəzifələrin qoyulması, dərsin 3 hissədən 
təşkili və onların vəzifələrinin milli mənsubiyyətə uyğunlaşdırılması fiziki tərbiyənin inkişafına müsbət 
təsir göstərdi. II siniflərdən başlayaraq üzgüçülük dərslərinin təşkili, dərslərin açıq havada meydançada 
keçirilməsi, fiziki tərbiyənin ƏMH kompleksi əsasında qurulması, nəhayət bunların hər bir məktəblinin 
gündəlik həyatına daxil olması bu ölkənin böyük idmanından xəbər verirdi. Məktəb fiziki tərbiyəsinin 
əsasən «məşq», «idman» yönəmində təşkilinin müsbət tərəfləri olsa da, o, fiziki təhsilin təlim prosesində 
ön plana keçməsinə mane olmuşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə