Məsələ №1. Xəstə 21 yaşında kişi. Anamnez vitae



Yüklə 20,8 Kb.
tarix17.09.2017
ölçüsü20,8 Kb.
#121

Məsələ 1.

Xəstə 21 yaşında kişi.



Anamnez vitae:

İrsiyyətində psixi xəstəliklər aşkar olunub: xəstənin atası depressiyadan əziyyət çəkirdi və intihar etməklə vəfat edib.

Qulluqçu ailəsində böyüyüb, iki qardaşı və bir bacısı var. Uşaqlıqda həmyaşlılardan inkişafda geridə qalmırdı. Məktəbə 6 yaşında gedib. Təhsilə maraq göstərirdi, kafi oxuyurdu. Daha çox humanitar fənnlər maraqlandırırdı. Məktəbin 11 sinifini bitirəndən sonra Universitetin coğrafiya fakultəsinə daxil olub. İki dostu var. Bir müddət qaçış ilə həvəskar kimi məşğul olurdu. Tütün çəkir. Spirtli içkiləri tək-tək hallarda və az miqdarda istifadə edir. Universitetin birinci kursundan sonra təhsildə müvəffəqiyyətlər azalmağa başlayıb. Keçirdiyi xəstəliklərdən uşaq infeksiyaları, soyuqdəymələri xatırlayır. Doqquz yaşında appendektomiya əməliyyatı olunub. Vərəm və dəri - zöhrəvi xəstəlikləri aşkar olunmayıb. Məhkum olunmayıb.

Somatik status: orta boylu, düzgün bədən quruluşu. Boğazında köhnə çapıq yeri müşahidə olunur (intihar nəticəsində). Daxili orqanlar tərəfində kobud patologiya aşkar olunmayıb. Diurez və defekasiya patologiyasızdır. A/T -120/80 mm.c.süt. Nəbz – 80 vurgu/dəq.

Laborator müayinələr norma çərçivəsindədir.



Anamnez morbi: şəxsiyyətin strukturasında yüngül depressiv daxilolmalar müşahidə olunurdu.

Üç ildirki psixi xəstəlikdən əziyyət çəkir. Xəstəlik depressiv simptomatikanın üstünlüyü ilə keçirdi. Dəfələrlə bu vəziyyət ilə əlaqədar stasionar və ambulator müalicə alıbdır. Bir dəfə realizə olunmuş intihar cəhdi olub (özünü asmaq istəyib). Son zamanlar depressiv simptomatikasından başqa, paranoid simptomatikası da əlavə olunmağa başlayıb. Vital qəm və qüssə müşahidə olunurdu. Müxtəlif antidepressantlar (amitriptilin, melipramin, essitalopram, venlafaksin, paroksetin və s.), neyroleptiklər (pernisiazin, qaloperidol, triftazin, risperidon, olanzapin və s.) və əhval-ruhiyyənin stabilizatorlar (karbamazepin, natrium valproat və lamotricin) istifadə olunub. Onlara qarşı pis həssaslıq və ya qəbulu çətin keçirib.



Əsas şikayətləri: əhval-ruhiyəsi aşağıdır, maraqların və zövq almaq qabiliyyətini itirib, diqqəti cəmləşdirmək qabiliyyəti enib, özünü günahlandırma ideyaları söyləyir, özünə inamı enib, gələcəyi pessimist şəkildə görür, yuxusu pozulub, qida qəbulundan imtina edir, intihar etməyə inadlıdır.

Suallar:__1.'>Suallar:

1. Kliniki diaqnoz hansıdır?

2. Ən optimal terapiya növü?

3. Terapiya seansların sayı və həftədə neçə dəfə aparılmalıdır?
Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004

Məsələ №2.

Xəstə, 31 yaş. Erkən inkişafı qüsursuz keçib, ali təhsilli, evlidir. Müəllim işləyir. 25 yaşında olarkən, səbəbsiz bir neçə həftə qəmgin və kədərli olmuş, marağı sönmüş, heç kəsi görmək istəməmiş, evdən bayıra çıxmamışdı. Təqribən bir aydan sonra hər şey qaydaya düşmüş, müalicə üçün həkimə müraciət etməmişdi. 6 ay əvvəl tədricən əhvalı dəyişmişdir, ümumi fəallığı günbəgün artmağa başlamışdı. İşdə bütün tapşırıqları cəld və həvəslə icra edirmiş, ən çətin tapşırıqları belə təkbaşına görməyə hazır olduğunu bildirirmiş. Bir neçə gündür ki yuxusu tam pozulub, özünü lüzumsuz tərifləyir, ucadan danışır, qəhqəhə ilə gülür, əvvəllər ona xas olmayan nalayiq zarafatlar edir. Hal hazırda heç bir müalicə qəbul etmir.

Daxili orqanları tərəfindən ilkin tibbi müayinə zamanı kobud patologiya aşkar olunmayıb. Temperaturu 36,80C. A/T -140-80 mm.c.süt.

Psixi status: ətraf mühitə və özünə bələdliyi pozulmamışdır. Həkimin suallarına cavab verir, çox danışır. Söhbət əsnasında tez-tez mətləbdən uzaqlaşır, başqa mövzulara keçir, ara-bir yerindən sıçrayaraq, harasa getmək istəyir, bir yerdə qərar tutmur. Özünü xəstə hesab etmir, ”saglamlığımdan şikayətim yoxdur” deyir. Xəstəxanaya gətirilməsində həyat yoldaşını təqsirləndirir. “Nə olsun ki yatmıram, mənim yuxuya ehtiyacım yoxdur, mən yorulmuram, iş yoldaşlarımdan soruşun mən necə işçiyəm, hamının əvəzinə mən işləyirəm. Xəstə özünü hər şeydən razı kimi göstərir, xahiş edir ki, onu elə bu dəqiqə evə buraxsınlar, çünki onu böyük işlər gözləyir. Şöbədə özünü şən və fəal aparır, ona aid olmayan söhbətlərə qoşulur, heç kəsə məhəl qoymadan təşəbbüsü öz əlinə almağa çalışır, hərəkətlərinə tənqidi münasibət bəsləmir.

Suallar:


  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat:

  1. Psixiatriya. Dərslik. N.V.İsmayılov, 2013

  2. Bipolyar affektiv pozunun diaqnostika və müalicəsi üzrə klinik protokol. Bakı. 2009.

Ədəbiyyat: Nadir İsmayılov Psixiatriya, Bakı 2004



Məsələ №3.

Xəstə, 21 yaş. Erkən inkişafı qüsursuz keçib, doğma əkiz bacısı şizofreniyadan əziyyət çəkir, orta təhsillidir, bir ildir ki ailə qurub. 2 ay əvvəl birinci hamiləlikdən azad olub, doğuş normal keçib, sağlam qız uşağı dünyaya gəlib. Doğuşdan 25-30 gün sonra psixi vəziyyəti və davranışı dəyişib. Belə ki xəstə özünə qapanıb, uşağına qarşı münasibəti qeyri adekvat narahatçılıq hissi keçirirdi, yuxusu pozulmuşdu, özü-özü ilə danışırdı, ara-bir səbəbsiz gülürdü. Hal hazırda heç bir müalicə almır.



Daxili orqanları tərəfindən ilkin tibbi müayinə zamanı kobud patologiya aşkarlanmayıb. Temperaturu 36,80C. A/T - 140-80 mm. c. süt.

Psixi status: düşüncəsi və bələdliyi kobud pozulmayıb. Ünsiyyətə çətinliklə daxil olur. Ətraf mühitdə tədric şəkildə, başını arxaya atmaqla oturur, verilən suallara əhəmiyyət vermir. Xəstə özünə qapanıb, daxili aləmini tam açmır. Obyektiv olaraq eşitmə hallüsinasiyalar aşkarlanır, belə ki, xəstə söyləyir “sol qolumda bir nöqtə var, onu basanda həyat yoldaşım mənimlə danışır, mənə düz yol göstərir. Uşağına qarşı münasibəti ambivalentdir, gah deyir ki doğum evində uşağını dəyişiblər, gah da bildirir ki “uşaq mənimdir, yoldaşıma heç bir aydiyyəti yoxdur”. Söhbət zamanı sayıqlama ideyalar qeyd olunur: “mən burda olarkən evdəki uşağımı ana südü ilə əmizdirirəm, mənim südüm enerji vasitəsi ilə uşağıma çatdırılır”. Öz vəziyyətinə tənqidi münasibər bildirmir. Gələcəyə real planları yoxdur.

Suallar:

  1. Diaqnostika taktikası: Ən optimal diaqnostik və ya əlavə müayinə metodu hansıdır?

  2. Klinik diaqnoz nədir?

  3. Müalicə taktikası: Ən optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat:

  1. Psixiatriya. N.V.İsmayılov, 2013

  2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu il tarixli 29 saylı qərarı ilə təsdiq edilmişdir “ŞİZOFRENİYANIN DİAQNOSTİKA VƏ MÜALİCƏSİ ÜZRƏ KLİNİK PROTOKOL”, Bakı – 2009.

Yüklə 20,8 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə