Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   145

 102
              Ölkədə  bədən tərbiyəsi və idmanı inkişaf etdirmək haqqında qanun və  məktəblər üzrə xüsusi 
ekspert komissiyası vardır. Bunlara baxmayaraq, bədən tərbiyəsi  əsas fənn sayılmır, rəhbərlik bu işə 
nəzarət etmir və  məsuliyyət də daşımır. Buna görə  də  bədən tərbiyəsi dərslərinə  qətiyyən diqqət 
yetirilmir. Gimnastika və idman müəllimi bu işi sərbəst və müstəqil aparır. Ona nəzarət olunmur. 
              İsveçrədə tədris ili 39 həftədən ibarət olub, bu vaxt ərzində 117 saat bədən tərbiyəsi keçilməsi 
planlaşdırılır. Məcburi məşğələlərlə yanaşı, əlavə məşğələlər də təşkil olunur ki, buna da il boyu 20 saat 
həcmində vaxt sərf edilir. Fiziki tərbiyədə qiymətləndirmə ildə 2 dəfə: dərs ilinin ortasında və axırında 
aparılır. Kontrol hərəkətlər  əsasında məktəblilərin fiziki hazırlığını yoxlamaq məqsədi ilə VIII sinifdə 
imtahan keçirilir. 
              Avstriyanın məktəb fiziki tərbiyə proqramlarında I-II siniflərdə  bədən tərbiyəsinə  həftədə 21 
saat, qalan siniflərdə isə  bədən tərbiyəsi dərslərinə 3 saat verilir. Tədris tapşırıqları  əsasən dərsdə icra 
olunur. Məktəbdə  III sinifdən etibarən üzgüçülük təlim edilir. Üzgüçülük hovuz olmadıqda qonşu 
məktəblərin hovuzundan istifadə olunur. Maraqlıdır ki, zəif nəticə göstərənlərə aşağı qiymət yazılmır ki, 
yüksək nəticə göstərənlər onların fiziki hazırlığının zəif olduğunu hiss etməsinlər. 
              1976-cı ildən bədən tərbiyəsi kompleksi təsis olunmuş  və o, yaşa və cinsə uyğun 
differensiallaşdırılmışdır. I sinifdən başlayaraq kompleksin normalarını ödəyənlər bürünc, gümüş və qızıl 
nişanlarla təltif edilirlər. Həvəskar və hazırlıqlı  məktəbli-idmançılar görkəmli məşqçilərin rəhbərliyi 
altında məşq  edir və idman ustalığını artırırlar. Keçirilən kütləvi idman tədbirlərində  təcrübələrini 
zənginləşdirir və gələcək böyük yarışlara hazırlaşırlar. 
              İsveç məktəblərində həftəlik bədən tərbiyəsi dərsləri  I sinifdə -1, II sinifdə -2 saat, III sinifdən 
başlayaraq 3 saat keçirilir. Tədris ilinin sonunda şagirdlər «Gimnastika və idman fənni» üzrə 
qiymətləndirilir. Qiymət kamal attestatına yazılır. Qız və oğlanların yaşı və cinsi nəzərə alınmaqla dərsdə 
məşğulolma proqramı hazırlanır və departament tərəfindən təsdiq olunur. Məsələn, oğlanlar üçün 
proqramda gimnastikaya vaxtın 20-25%-i, topla oyuna 50-60 % və digər növlərə 20 % sərf olunur. 
Qızlarda isə əksinə: gimnastikaya 50 %, topla oyuna 30%  vaxt ayrılır. Məktəblilərin fiziki hazırlığında 
üzgüçülüyə  də xüsusi diqqət yetirilir və bunun təlimi mütləqdir. Müvafiq şərait yoxdursa, onda 
komunanın, ya da cəmiyyətlərin üzgüçülük hovuzlarından istifadə edilir. Üzgüçülük 2 həftədə bir dəfə 
keçirilir. Şagirdlər ilin axırında isə üzgüçülükdən imtahan verirlər. Proqram tələblərini ödəməyənlər üçün 
yayda üzgüçülük məşğələləri təşkil olunur. Ölkə məktəblərində kütləvi sağlamlıq – bədən tərbiyəsinə də 
diqqət yetirilmir. Məktəbdə  və klublarda az da olsa, idman növləri üzrə bölmələr fəaliyyət göstərir, 
müvafiq yarışlar keçirilir.  
 
 
                                Yoxlama-test sualları 
1.
 
Fiziki tərbiyə proqramlarının məqsədi və vəzifələri. 
2.
 
Fiziki tərbiyənin vasitələri. 
3.
 
Çar Rusiyvsı dövründə fiziki tərbiyənin məktəb tədris planlarında qoyuluşu. 
4.
 
Sovet hakimiyyəti zamanı fiziki tərbiyə proqram və  tədris planlarının  mahiyyəti və 
vəzifələri. 
5.
 
Müstəqillik dövründə Azərbaycan Respublikasının məktəb fiziki tərbiyə proqramı və tədris 
planlarının məqsədi və vəzifələri. 
 
 
                               Yaradıcılıq işi üçün təxmini mövzular: 
1.
 
Mövcud bədən tərbiyəsi proqramlarının başlıca xüsusiyyətləri. 
2.
 
Bədən tərbiyəsi proqram materiallarının tədrisi metodikası. 
3.
 
İqlim şəraitindən asılı olaraq proqram idman bölmə hərəkətlərinin təlimi metodikası. 
 


 103
                FİZİKİ TƏRBİYƏ DƏRSLƏRİNİN TƏŞKİLİ VƏ 
          KEÇİRİLMƏSİ METODİKASI 
 
       IV FƏSİL. BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ 
FİZİKİ TƏRBİYƏ ÜZRƏ İŞLƏRİN ƏSAS 
TƏŞKİLİ FORMASIDIR 
P L A N 
              1. Bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri, vəzifələri və tipləri. 
              2. Bədən tərbiyəsi dərslərinin təşkili. 
              3. Bədən tərbiyəsi dərslərinin quruluşu, hissələri, təşkili formaları, sıxlığı, fiziki yükü. 
              4. Dərsdə yer seçmə, ev tapşırıqları, ona nəzarət, rəhbərlik və hazırlıq. 
              5. İqlim şəraitindən asılı olaraq məşğələnin təşkili, müşahidə və mühafizə qaydaları. 
              6.  Müvəffəqiyyətin hesaba alınması, qiymətləndirmə, məşğələ yerinin hazırlanması, onun 
ləvazimat, vəsait və qurğularla təchizi. 
 
                                           Ə D Ə B İ Y Y A T 
              1. B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi. Bakı, «Maarif» nəşriyyatı, 1974-cü il. 
              2. B.Quliyev. İbtidai siniflərdə bədən tərbiyəsi dərsləri. Bakı. «Maarif» nəşriyyatı, 1977-ci il. 
              3.  B.Quliyev,  E.Acalov,  M.Nəsrullayev. Ümumtəhsil məktəblərində  bədən tərbiyəsi tədrisinin 
təkmilləşdirilməsi yolları. Bakı, «Maarif» nəşriyyatı, 1982-ci il. 
              4. H.Qurbanov. Fiziki tərbiyə nəzəriyyəsi və metodikası. Bakı, «Adiloğlu» nəşriyyatı, 2001-ci il. 
              5. G.Quliyev. Çağırışaqədər dövrdə gənclərin güləş üzrə məşğələlərinin təşkili. Bakı, 2005-ci il. 
 
 
 
IV F Ə S İ L.  BƏDƏN TƏRBİYƏSİ DƏRSLƏRİ MƏKTƏBDƏ 
FİZİKİ TƏRBİYƏ ÜZRƏ İŞLƏRİN ƏSAS 
TƏŞKİLİ FORMASIDIR 
 
IV.1. Bədən tərbiyəsi dərslərinin əsas xüsusiyyətləri, 
vəzifələri və tipləri 
 
1.1. Dərsin əsas xüsusiyyətləri 
              Bədən tərbiyəsi dərslərində proqram materialları müntəzəm olaraq, müəyyən ardıcıllıqla 
öyrədilir. Dərs zamanı  bədən tərbiyəsi sahəsində qazanılmış bilik, bacarıq və  vərdişlər də  tədricən 
dərinləşdirilir və möhkəmləndirilir. 
              Kiçik  məktəbyaşlı  şagirdlərin bədən tərbiyəsi - sağlamlıq işləri nəinki dərsdə, həmçinin, 
sinifdənkənar və  məktəbdənkənar (dərsəqədər səhər gimnastikası, bədən tərbiyəsi fasilələri, idman 
bölmələri, ümumfiziki hazırlıq məşğələləri, yürüşlər, hərəkətli ekskursiyalar və s.) kütləvi-mədəni 
tədbirlər zamanı da həyata keçirilir. Bədən tərbiyəsi dərslərində qazanılmış bilik, bacarıq və  vərdişlər 
sinifdən və  məktəbdənkənar aparılan kütləvi fiziki tərbiyə  tədbirləri vasitəsilə tamamlanır və daha da 
möhkəmlənir. Fiziki tərbiyənin hər iki təşkilat formasından səmərəli istifadə bədən tərbiyəsinin qarşısında 
duran vəzifələrin daha müvəffəqiyyətlə yerinə yetirilməsinə zəmin yaradır. Buna görə də bu iş formalarını 
(dərs və dərsdənkənar) bir-birinə qarşı qoymaq olmaz. Əksinə, bu iş formaları üçün müəyyənləşdirilmiş 
tədbirlər müntəzəm və ardıcıl aparılmalı, biri o birini tamamlamalıdır. 
              Lakin  sinifdən və  məktəbdənkənar bədən tərbiyəsi işləri nə  qədər məzmunlu, maraqlı  və 
rəngarəng qurulmuş olsa da, heç vaxt dərsi və onun qarşısında qoyulmuş  vəzifələri bütövlükdə yerinə 
yetirə bilməz. Ümumtəhsil məktəblərinin Nizamnaməsində göstərildiyi kimi, dərs məktəbdə təlim-tərbiyə 
işlərinin  əsas təşkili formasıdır. Dərs formasında aparılan bədən tərbiyəsi məşğələlərinin digər 
məşğələlərdən bir çox üstün cəhətləri vardır. Bura, həmin məşğələlərin qabaqcadan müəyyənləşdirilmiş 
günlərdə dərs cədvəlinə möhkəm surətdə daxil edilməsi (həftədə 2 dəfə, 45 dəqiqə), sinif-dərs formasında 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə