Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   145

 100
              Bolqarıstan ümumtəhsil məktəblərində I-III və VIII siniflərdə bədən tərbiyəsi dərsləri həftədə 3 
saat, qalan siniflərdə isə 2 dəfə keçirilir. Bədən tərbiyəsi dərsləri bu sahədəki işlərin  əsas təşkili 
formasıdır. IV sinifdən etibarən paralel  siniflər birləşdirilir (bu şərtlə ki, hər sinifdə orta hesabla 35 şagird 
olsun) və burada dərsi 2 müəllim aparır, onlardan biri oğlan, digəri isə qız qrupları ilə məşğul olur. III 
sinifdən başlayaraq, 25 m məsafəyə üzmək öyrədilir (şərait vardırsa). Məşğələlər il ərzində  və ya tətil 
günlərində  təşkil oluna bilər. Turizmə, ekskursiya və yürüşlərə ildə 12 gün vaxt ayrılır. Həmin iş  dərs 
vaxtı, istirahət və tətil günlərində keçirilir. 
              Bolqarıstan məktəblərində kütləvi idman məşğələ  və  tədbirləri, səhər gimnastikası (məcburi), 
bədən tərbiyəsi dəqiqələri, fasilələrdə oyun və əyləncələr təşkil edilir. 
              Kuba respublikasında məktəblilərin fiziki tərbiyəsinə qayğı daha böyükdür. Onillik, texnikum və 
peşə-texniki məktəblərində bədən tərbiyəsi dərslərinə həftədə 3 saat, günüuzadılmış qruplarda isə 5 saat 
ayrılmışdır. «Bədən tərbiyəsi» fənni politexnik təhsil,  əmək və ümumi fənlər sistemində III yeri tutur. 
Müxtəlif təhsil müəssisələrinin cədvəlinə  bədən tərbiyəsi dərsləri ilə yanaşı, tədris məşğələsinə  qədər 
səhər gimnastikası, bədən tərbiyəsi dəqiqəsi, seçmə idman növü üzrə bölmə  məşğələləri daxil olunur. 
Nazirlik, təşkilat və müəssisələrdə komissiyalar fəaliyyət göstərir ki,  bunlar da uşaqların fiziki 
tərbiyəsinin məktəblərdə, yerlərdə  təşkilinə nəzarət və yaxından kömək edirlər. I-III siniflərdə mütəhərrik 
oyunlar, III  siniflərdə isə gimnastikaya üstünlük verilir. Bundan əlavə, III sinfin proqramına voleybol  və 
basketbol, IV sinifdən isə futbol üzrə (oğlanlar) elementlər daxil edilir. VII-X siniflərdə komandalı 
oyunlara 51 saat, yüngül atletikaya 27 saat (hər bir sinifdə) verilir. Proqramda fiziki tərbiyənin tədrisi üzrə 
tövsiyələr verilir, şərait olduqda isə üzgüçülüyün şagirdlərə öyrədilməsi şərəf və borc sayılır. 
              Ölkənin  əyalətlərində idman sinifləri, çoxbölməli idman məktəbləri yaradılmışdır.  İdman 
məktəblərinin uşaq və  gəncləri internatda yaşayır, pulsuz yeməklə, idman geyimi və s. təmin olunur. 
Həmin məktəblərin uşaqlardan seçdiyi idman növü üzrə yüksək idman nailiyyətləri ilə  bərabər, yaxşı 
oxumaq da tələb olunur. Əks halda onlar yarışa buraxılmırlar. 
              Rumıniya məktəblərində proqram I-IV, V-VIII, IX-X və XI-XII siniflər üçün ayrıca tərtib 
edilmişdi. I-IV siniflərdə qamətin formalaşması, çevikliyin inkişafı, mütəhərrik oyunlar və estafetlər, 
yuxarı siniflərdə isə yüngül atletika hərəkətləri, gimnastika və akrobatika elementləri və idman oyunlarına 
əsas tədris materialları kimi üstünlük verilir. Məktəbdə sinifdənxaric kütləvi-idman tədbirləri tədris-
tərbiyə  işlərinin tərkib hissəsi hesab olunur. Buna görə  də  məktəblilər istirahət günləri stadion və 
meydançalarda keçəirilən müxtəlif növ idman yarışları və müsabiqələrində iştirak edirlər. Uşaqlar yay və 
qış    tətillərini, adətən dağlarda və  dəniz kənarında təşkil olunmuş sağlamlılq düşərgələrində keçirir və 
yerli iqlim şəraitinə müvafiq kütləvi-idman tədbirlərində iştirak edirlər. 
              Monqolustan  məktəblərində  bədən tərbiyəsi dərsləri həftədə 2 saat keçirilir. Monqol uşaqları 
dərsdə, adətən yüngül idman kostyumunda iştirak edirlər. Əksəriyyət məktəblərdə  hər bir sinfin özünün 
müvafiq rəngdə geyimi olur. Ayrı-ayrı  məktəb, rayon və  şəhərlərin də özünəməəxsus idman geyimləri 
vardır. Həmin geyimləri məktəbin əmək emalatxanasında əmək müəlliminin rəhbərliyi altında uşaqlar və 
valideynlər hazırlayırlar. 
              Vyetnam məktəblərində bədən tərbiyəsi dərslərinə həftədə 2 saat vaxt ayrılır. Yuxarı siniflərdə 
dərsləri ixtisaslı müəllimlər, ibtidai məktəbdə isə sinif müəllimi kçir. Fiziki tərbiyə proqramları II 
hissədən : «Fiziki tərbiyə üzrə  nəzəri məlumatlar» və «Fiziki hərəkətlərin praktik məşğələləri» ndən 
ibarətdir. « Nəzəri məlumatlar» bölməsində fiziki tərbiyənin sağlamlıq,  əməyə  və  Vətənin müdafiəsinə 
hazırlıq əhəmiyyəti, gün rejimində fiziki tərbiyə, hərəkət məşğələlərində özünə müstəqil nəzarət etməklə 
əlaqədardır. Praktik bölmədə isə  əsas gimnastika, yüngül atletika, mütəhərrik oyunlar, üzgüçülük (IV 
sinif), IX sinifdən başlayaraq atıcılıq kiçikçaplı tüfəngdən proqram tədris materialı kimi verilir. 
              Tədris gün rejiminə daxil olan fiziki tərbiyə tədbirləri bütün şagirdlər üçün məcburidir. Şagirdlər 
öz fiziki tərbiyəsini təkmilləşdirmək məqsədilə V sinifdən başlayaraq, əlavə olaraq, hər hansı bir idman 
növü üzrə həftədə 2 dəfədən az olmayaraq mütləq məşğul olmalıdır. Kütləvi-sağlamlıq-idman tədbirləri 
ildə 3 dəfə tədris ilinin əvvəlində və sonunda, tətil günlərində təşkil olunur. 
              İtaliya məktəblərində  bədən tərbiyəsi dərsləri keçirilməsə  də, fiziki tərbiyənin zəruri olduğunu 
hamı  dərk edir. Fiziki tərbiyə  məşğələləri idman ittifaqlarının daima diqqət mərkəzində olub, onların 
gündəlik həyatına daxil olmuşdur.  Əsas məqsəd uşaqların sağlamlığını qorumaq, onlarda insani 
keyfiyyətləri tərbiyə etməkdən ibarətdir. Xalq idman ittifaqları böyük nüfuza malik olsa da, İtaliya 


 101
höküməti yalnız  İtaliya Milli Olimpiya Komitəsini tanıyır. Burada uşaqların kütləvi sağlamlıq-idman 
tədbirlərinə üstünlük verilir. Qalibləri başqa yarış  iştirakçılarından fərqləndirməmək üçün 
mükafatlandırmır, lakin yarış iştirakçılarının hamısına mükafat verilir. İdman İttifaqları peşəkarlığa meyl 
göstərmir, uşaqların ümumi hərəkət mədəniyyətinə, qamətinə, yerişinə, eləcə  də qeyri-normal onurğa 
əyrilikləri ilə mübarizəyə ciddi diqqət yetirirlər. 
              İtaliyanın bir çox məktəblərində fiziki tərbiyə ilə  dərsdən sonra məşğul olurlar. Dərsdən sonra 
uşaqlar evə gedir, nahar etdikdən sonra, yenidən məktəbə qayıdır, idman, musiqi  və s. ilə məşğul olur, ev 
tapşırıqlarını isə oradaca yerinə yetirirlər.  Şagirdlər dərsdə qiymətləndirilmir. Lakin müəllim 
yetişdirmələrinin bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsini özü üçün müəyyənləşdirir. 
              Fransada bədən tərbiyəsi üçüncü pedaqoji fənn hesab olunur. Ölkədə uşaqların fiziki tərbiyəsinə  
heç də digər fənlərdən az diqqət yetirilmir, onun tədrisinə fiziki tərbiyə idman klublarının müəllim və 
nümayəndələri cəlb olunur. Əmək haqqının 4,4 %-i dövlət, qalan hisəsi isə valideynlər tərəfindən 
ödənilir. Sinifdənxaric tədbirlərin təşkili və keçirilməsinə böyük məbləğdə xərc sərf olunur ki, bunu da bir 
çox valideynlərin ödəmək imkanları yoxdur.      
              ÜPF  həftədə 2,5 saatdan 3 saata qədər davam edir. Məşğələlər qaydaya görə dördüncü günü, 
ümumtəhsil fənləri olmayan boş vaxtlarda və şənbə günləri günün II yarısında təşkil olunur. Bu zaman 
onları gəzməyə çıxarır, göbələk yığır, rəqs edir, nəğmə oxuyur, şəkil çəkir və təbiətlə tanış olurlar. Sonra 
isə gördüklərini məktəbdə qeydə alırlar. Gətirdikləri yarpaqlardan, ağaclardan əmək dərslərində müxtəlif 
fiqurlar və  əşyalar düzəldirlər. Ümumiyyətlə, fiziki tərbiyə  məşğələlərinin çox hissəsi  şagirdlərin 
sağlamlığına həsr olunur. Gəzintidə hərəkətlər yerinə yetirilir, kros yerişləri, estafet qaçışları, tullanma və 
atmalar, üzgüçülük öyrədilir. 
              ÜPF  Fransa  tədris sistemində yerli coğrafi  şərait nəzərə alınır, fiziki tərbiyə kompleks surətdə 
həyata keçirilir. Məktəblilərin fiziki tərbiyəsi fakültətiv idman məşğələləri, mövsümvari mərkəzlər 
vasitəsi ilə də aparılır ki, bu zaman tədris prosesini, istirahəti və idman məşğələlərini normal təşkil etmək 
mümkün olur. Məşğələlərin kütləvi hal almaması həmin sistemin nöqsanlarından sayılmalıdır. 
              Yaponiyanın uşaqların fiziki tərbiyəsi üzrə təcrübəsini öyrənməyə dəyər. İbtidai məktəbin fiziki 
tərbiyəsinə tədris ilində 105 saat ((I-VI siniflər həftədə 3 saat) ayrılır və bunun 10 saatı gigiyena dərsinə 
verilir. Kiçik orta məktəbdə isə (VII-X siniflər) fiziki tərbiyəyə 125 saat verilir ki, bunun yalnız 105 saatı 
bədən tərbiyəsi, qalan saatlar isə gigiyena dərslərinə ayrılır. İbtidai məktəbin bədən tərbiyəsi proqramına 
gzyo-do, qılıncoynatma və milli güləşdən (sumo) hər hansı biri əlavə olunur. Məktəb bu növlərdən birini 
seçə bilər. Seçilmiş güləş növünə 20 saat nəzərdə tutulur (125 saatdan). Böyük orta məktəbin (X-XII 
siniflər) proqramına əlavə bədən tərbiyəsinin nəzəriyyəsi də  daxil olur. X sinifdən başlayaraq gigiyena 
sərbəst fənn kimi fəaliyyət göstərir. Burada bədən tərbiyəsinə 295 saat, gigiyena və güləşə hər birinə 70 
saat əlavə saat verilir. Ümumiyyətlə, fiziki tərbiyə üzrə bilik, bacarıq və vərdişlərə 435 saat ayrılır. Bu 
şagirdlərin sərbəst  məşğul olmaları üçün də zəmin yaradır. Lakin orada dərslər oxumlar üzrə, bəzən də 
sıra təlimi  keçmədən birbaşa hərəkətlərdən başlanır. 
              Yaponiya  məktəblərində fiziki tərbiyədən fakultativ məşğələlər və idman dərnəkləri də  təşkil 
olunur. Bədən tərbiyəsi müəllimləri həmin işləri əmək haqqı almadan gördükləri üçün, bu tədbirlər bəzən 
də pozulur. Lakin Yaponiya məktəblərində fiziki tərbiyə və idmana maraq çox böyük olmaqla, möhkəm 
intizam da vardır. 
              İsveçrənin özünəməxsus təhsil sistemi mövcuddur. Uşaqların təlimi  6-7 yaşlarından başlayaraq, 
daxili işlər departamentinin (nazirlər) səlahiyyətində olur. Onlar V-VII sinfi bitirdikdən sonra 
qabiliyyətlərinə, maraqlarına və imkanlarına görə  öz    təhsillərini xalq məktəblərinin (2-4 illik) yuxarı 
siniflərində, məktəblərdə davam edə bilərlər. Uşaqlar həmin müddətdə ümumtəhsil  almaqla            
paralel, müəyyən bir ixtisasa da sahib ola bilər ki, bu da məktəbi bitirdikdən sonra onlara işləmək imkanı 
verir. Ümumtəhsil başa çatdıqdan sonra hazırlıqlı və yaxşı təmin olunmuş gənclər təhsilini gimnaziyanın 
nəzdində, sonra isə gimnaziyada, digər gənclər isə peşə-texniki məktəblərində davam etdirə bilərlər. 
              Fiziki  tərbiyə ixtisasçıları 1460-cı ildə bünövrəsi qoyulmuş ölkənin  ən böyük və  qədim 
universitetinin gimnastika və idman fakültəsini bitirdikləri üçün, onlara gimnastika və idman müəllimi də 
deyirlər. Bədən tərbiyəsi dərsləri imkan daxilində  qız və  oğlan qruplarına bölünməklə keçirilir. Dərslər 
həftədə 3 saat keçirilməklə, bunlardan biri qoşa (90 dəq.), digəri isə 45 dəq. Müddətində aparılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə