Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   145

 90
məsindən sonra bütün təhsil müəssisələri və pansionatlar daha da genişləndi. Pansionatlarda tərbiyə 
xüsusən yeniyetmələrə  əqli  əməkdən sonra bir növ istirahət verməklə  bərabər, onların  əxlaqına təsir 
göstərmək, yeni istedadlar meydana çıxarmaq məqsədilə… gimnastika ...  oyun və musiqi təşkil olundu. 
 1871-ci  ildə yaranan Bakı iki sinifli şəhər ibtidai məktəbin tədris planına gimnastika da daxil oldu. 
Sonralar yaranmış müxtəlif sinifli şəhər məktəblərinin hamısında  gimnastika fənn kimi təsdiq edildi. 
Bunun və başqa görülmüş  tədbirlər nəticəsində  şəhər məktəblərində  şagirdlərin sağlamlığının möhkəm 
olması müşahidə olunmuşdur. 
              Qori seminariyasında da gimnastika fənn kimi tədris edilirdi. Rusiya XMN 1 və 2 sinifli normal 
kənd məktəbləri proqramları  əsasında işləyən xalq məktəblərində ümumtəhsil fənlərindən başqa, 
məktəblərin bəzilərində müəllim istək və arzu etdiyi, həmçinin bacarmasından asılı olaraq gimnastika da 
keçirilirdi.  1895-ci ilin məlumatına görə Gəncə quberniyasındakı kənd məktəblərindən 46-da gimnastika 
təşkil olundu. 
              XIX  əsrin 80-ci illərindən başlayaraq Azərbaycan  ərazisində  dəmir yolu məktəbləri açılmağa 
başlandı. Bu məktəblərin tədris planında vəsait imkanı olarsa, oğlanlar üçün gimnastika və s. məşğələlər 
keçmək tövsiyə edilirdi. 
              Həmin illərdə qadın təhsili nə  qədər mərhumətlər içərisində olsa da, onların sağlamlığına 
müəyyən diqqət vardı. Bakı «Müqəddəs Nina» məktəbi  əsasında 1874cü ildə yaradılmış  qızlar 
gimnaziyasının tədris planına bədən tərbiyəsi və oyun daxil edilməsə  də, o, sinifdənkənar məşğələ 
formasında təşkil olunmuşdur. 1875-ci ildə yaranmış Şuşa qızlar məktəbinin tədris planına gimnastika bir 
fənn kimi daxil edilməsə də, valideynlərin arzusundan asılı olaraq pulsuz keçirilirdi. 
              Göründüyü kimi, XIX əsrdə, habelə XX əsrin əvvəllərində tədris müəssisələrinin tədris planına 
gimnastika tədris fənni kimi daxil olmuşdur. Ondan şagirdlərin tərbiyəsində bir vasitə kimi istifadə edilir, 
zehni işdən sonra isə istirahət növü kimi həyata keçirilirdi. Lakin bu illərdə Azərbaycan məktəblərində 
şagirdlərin fiziki tərbiyəsinə aid xüsusi proqramlar yaranmamış, bəzi məktəblərin tədris planına daxil 
edilməmiş  və yaxud da sinifdənkənar məşğələ formasında müəllimlərin bacarığı  nəzərə alınmaq və 
valideynlərin arzusu ilə  təşkil edilmişdir. Buna görə  də fiziki tərbiyə  həmin dövrdə  məzmunu, təşkili 
forma və təlimi üzrə öz inkişaf səviyyəsini tapa bilməmişdi. 
 
1.2. Sovet hakimiyyəti illərində məktəb bədən tərbiyəsi  proqramları və tədris planları (1920-1991) 
              1920-ci ildən başlayaraq Azərbaycan sovet məktəblərində bədən tərbiyəsi və idman üzrə müsbət 
dəyişikliklər baş vermiş ölkənin müdafiəsi, əməyə hazırlıq və əmək məhsuldarlığının yüksədilməsi üçün 
diqqət mərkəzində olmuşdur. Bu sahədə xüsusi proqramlar tərtib etmək məqsədilə elmi Şura təşkil 
olunmuş və s. tədbirlər həyata keçirilmişdir. Azərbaycanda sovet hakimiyyəti qurulduğu ilk tədris ilində 
(1920-1921-ci tədris ili) I dərəcəli məktəbin qruplarının hər birində  həftədə 2 saat bədən tərbiyəsi dərsi 
keçirilməsi nəzərdə tutulurdusa, sonralar axırıncı II qrupda (IV-V)  1 saat azaldıldı. II dərəcəli 
məktəblərdə tədris yükü isə 1 saat planlaşdırıldı. I-II qruplarda (II dərəcəli məktəb) isə sonralar dərslər 
həftədə 1 saatdan 3 saata qədər çatdırılsa da, qalan qruplarda saatların miqdarı əvvəlki qədər saxlanıldı. 
              1923-cü ildə ilk dəfə olaraq bədən tərbiyəsi proqramları  çap olmuş, təcrübi materiallarla yanaşı, 
müəllimlərə müəyyən istiqamət və göstərişlər verilmişdir. Həmin proqram sabit deyil, müvəqqəti qəbul 
edilmiş, yeri  gəldikdə müəllimə proqram materiallarında bəzi dəyişikliklər etmək tövsiyə olunmuşdu. 
Mərkəzi  İcra Komitəsinin yanında  yaradılmış Ali Bədən Tərbiyəsi Komissarlığı gimnastika və oyun 
dərslərinin geniş yayılması üçün yerli sovetlərə bütün məktəblərin hər bir sinfində belə  dərslərin tədris 
cədvəlinə daxil olunmasını məsləhət görmüşdü. Həmin vaxtda «Məktəbdə fiziki tərbiyənin metodikasının 
əsasnaməsi» təsdiq edildi ki, burada da uşaqların müvafiq yaş xüsusiyyətləri nisbətən nəzərə alınmaqla 
tədris məşğələsi üçün vəzifələr və vasitələr müəyyənləşdirilmişdir. Bunlar 7-9 yaşlı  məktəblilər üçün 
mütəhərrik oyunlar, gimnastika, 9-12 yaşlılar üçün isə qaçış, hopanma və atmalardan ibarət idi. 
              Proqrama  gimnastika, yüngül atletika, futbol, basketbol üzrə  təcrübi materiallar, habelə  «İki 
kor», «Şəhərcik», «Quldurlar», «Bondar» və s. mütəhərrik oyunlar daxil edildi. Bu illərdə kompleks 
məktəb proqramları hazırlanıb nəşr edilsə də, digər fənlərlə fiziki tərbiyə arasında əlaqə yaradılmadı. 
              1923-1924-cü  illərdə müxtəlif tədris fənlərinin məzmununu  əhatə etməklə kompleks təlim 
məktəb proqramları hazırlanmışdır. Lakin vahid təlim kompleksinə digər fənlərlə fiziki tərbiyənin 
arasında  əlaqə yaradılmamışdır. 1924-1925-ci illərdə I vəII dərəcəli məktəblərdə fiziki tərbiyə 


 91
məsələlərini həll etmək məqsədi ilə fiziki tərbiyə üzrə komissiya yaradıldı. Komissiya fiziki tərbiyənin 
bioloji  əsaslarını, gigiyenaya dair təhsil məsələsi və onların gün ərzində rejimi, təbiətin təbii 
qüvvələrindən istifadə etməklə gigiyenik vərdişlərə alışma, oyun və gimnastikanın yeri, istiqaməti və əsas 
məzmunu müəyyən olundu. Bundan əlavə, ibtidai sinif şagirdləri üçün idman əyləncələrinin ritmik 
hərəkətlərin məzmunu və s. aydınlaşdırıldı. Bütün bunların əsasında 1927-ci ildə I dərəcəli
98
, 1928-ci ildə 
isə II dərəcəli
99
 məktəblərin Ümumittifaq üzrə ilk vahid bədən təbiyəsi proqramı qəbul edildi. I dərəcəli 
məktəblərdə bədən tərbiyəsi dərslərinin 6 mərhələdə, II dərəcəli məktəblərdə isə 8 mərhələdə aparılması 
tövsiyə edilmişdir. Həmin proqramlarda nöqsanlar da vardır: məütəhərrik oyunlar yaşa görə seçilməmişdi, 
qruplarda keçiriləcək hərəkətlər göstərilməmiş, müəllimə istədiyi hərəkəti keçmək ixtiyarı verilmiş, 
ritmik hərəkətlər, mahnı, rəqs və s. plansız tərtib olunmuşdu. II dərəcəli məktəbin proqramında təxmini 
dərs sxemi verilmişdi. Təəssüf ki, dərslərin sxeminin  standart olmasını bu proqramların  qüsuru hesab 
etmək olar.  
Onun regional xarakter daşımaması  və Azərbaycan SSR ümumtəhsil  məktəblərində eyni ilə  tətbiqi də 
çatışmaz cəhətlərdəndir. Bu illərdə  məktəblilərin fiziki tərbiyəsi dərs, sinifdənxaric və  məktəbdənkənar 
məşğələlər, ekskursiya, gəzinti, yürüşlər və s. formalarda təşkil olunurdu. 
 İkinci dərəcəli proqramın I dərəcəli proqrama nisbətən üstün  
cəhətləri çoxdur. Təəssüf ki, hər iki proqramda fiziki tərbiyənin ümumi təhsil vəzifəsi 
qiymətləndirilməmiş, Lesqaftın fiziki təhsil irsinə laqeyd münasibət göstərilmişdir. 
        1933/34-cü dərs ilində əvvəlcə I-VII siniflər
100
, 1934-cü ilin mart ayında isə VIII-X siniflər 
üçün yeni bədən tərbiyəsi proqramı  tərtib edilmişdir. Yeni proqram əvvəlki (1927-1928-ci illərdəki) 
proqramdan çox az fərqlənirdi. Proqramda hər sinif üçün ayrıca tədris materialı verilmişdir ki, bu 
məktəbliləri «Əməyə  və SSRİ-nin müdafiəsinə hazıram» nişanı normalarını ödəməyə hazırlayırdı. 
Proqramda ilk dəfə bütün siniflər üçün tədris normaları müəyyənləşdirilmişdir. Tədris normaları «ƏMO» 
və «ƏMH» kompleksi normativlərinə uyğun tərtib edilmiş, normalar siniflər  üzrə, lakin oğlan və qızlar 
üçün ayrıca verilmişdir. Təəssüf ki, onların yerinə yetirilməsi üçün vahid prinsip göstərilmir. I-IV 
siniflərdə tərbiyəedici hərəkətlər və mütəhərrik oyunlara az yer verilməsi də  proqramın qüsurlarındandır. 
Proqramda gigiyena ilə yanaşı, təhsil vəzifələri də qarşıya qoyulmuşdur. Nəzəri məlumatlar ilk dəfə 
olaraq, həmin proqrama daxil edilməklə, fiziki tərbiyənin mühüm vəzifələrindən birinə çevrildi. Lakin 
məlumatların hərəkətin hansı növləri üzrə veriləcəyi, onun vəzifələri, məzmunu konkretləşdirilməmişdir.  
1935-ci ildə bədən tərbiyəsi proqramı
101
 tərtib edildi. Proqramda fiziki hərəkət  bölmə materialları 
ilə  bərabər, oyun və  «ƏMHO» nişanı kompleksi normaları verilmiş  və bu hər bir sinif üçün 
konkretləşdirilmişdir.  
 
 
Lakin 1934-cü ildə azad hərəkətlər və  əleyhiqazdan istifadə etmək normaları  əlavə edilmişdir və s. 
Mütəhərrik oyunlar ibtidai siniflərdə əsas yer tutsa da, bu oyunlar haqqında metodiki göstərişlər, alətlərdə 
hərəkət etmək məqsədilə və hərəkətin yerinə yetirilməsi qaydası haqqında məlumat verilməmişdir.Həmin 
proqrama fiziki tərbiyə üzrə nəzəri məlumatlar daxil edilmişdir.  
 Lakin 
məlumatlar siniflər üzrə bölünməmiş, mövzuların seçilməsinə  və keçirilməsinə ayrılan 
vaxta görə müəyyən nöqsanlara yol verilmişdir. Məsələn, 4 sinifdə  nəzəri məlumata cəmi hər rübdə 2 
dəfə 5 dəqiqəlik vaxt ayrılmışdır ki, bu da il ərzində 40 dəqiqə edir. 
        Bədən tərbiyəsi proqramları
102
 1937-ci ildə yenidən dəyişilmişdir. 1935-ci ildəki tədris normaları 
dəyişmədən saxlanılmışdır. Nəzəri  məlumatlar siniflər üzrə bölünməmiş, bu sahədə  təlimatı-göstəriş 
verilməmişdir. Onun ancaq ikinci və üçüncü rübdə dərslərin    birində verilməsi məsləhət görülmüşdür. 
                                                 
98
 
Программы и методические записки единой трудовой школы. Гос.издателство, 1927 г.
 
99
 
Программы и схемы уроков физ.воспитанийа в школах. 1-П ст.Азгиз-Баку,1928. 
 
100
 Программы началной школы. Азернешр, Баку, 1933. 
101
 Ибтидаи вя орта мяктябляр програмлары. Азярняшр.Бакы,1935 
 
102
   Программы средней школы. Изд-во НКП-проса РСФСР,1937. «Физической культуры». 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə