Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   145

 81
etdirilməlidir. Uşaqlarda  əmək üzrə bacarıq və  vərdişlər  əsasən həyatda qazanılır və  təkmilləşir. Lakin 
həmin bacarıq və  vərdişləri daha da məhsuldar etmək üçün fiziki tərbiyə  ən vacib vasitələrdən sayılır. 
Uşaqlar müntəzəm olaraq fiziki tərbiyə və idmanla məşğul olursa, onun əmək qabiliyyəti (zehni, fiziki) 
daha da artır, eləcə də peşəsinə müvafiq işgörmə imkanları xeyli yüksəlir. Bunun əsas səbəbi fiziki tərbiyə 
və idmanla məşğul olduqda, məşğul olanlar fiziki cəhətdən inkişaf edir, üzv və sistemlərin fiziki cəhətdən 
və funksional imkanları xeyli genişlənir. Yəni ürəyin fəaliyyəti,  ağciyərlərin həyat tutumu yüksəlir, 
maddələr mübadiləsi yaxşılaşır. Üzv və sistemlər lazımi qida və oksigen qəbul edə bilir. FIiziki tərbiyə və 
ayrı-ayrı idman növləri ilə  məşğul olduqda əmək üçün zəruri olan hərəki keyfiyyətlər də inkişaf edir. 
Adımın hərəkətləri daha sürətli, çevik və  cəld olur, iradəsi möhkəmlənir. Hər bir çətin işə qarşı 
dözümlülüyü yüksəlir. Bu baxımdan fiziki tərbiyə  məşğələlərində qüvvənin, cəldlik və çevikliyin, 
dözümlülüyün və iradənin möhkəmləndirilməsinə xidmət edə biləcək hərəkətlərə xüsusi diqqət yetirmək 
vacibdir. Bütün bunlar peşə yönümündə aparılan işin keyfiyyətli  və az vaxt sərf etməklə, qısa müddət 
içərisində icrasına zəmin yaradır. 
              Fiziki tərbiyənin müdafiə təcrübəsi ilə əlaqəsi prinsipi. Məlumdur ki, Vətəni qorumaq, yadelli 
işğalçılara qarşı amansız olmaq hər bir Azərbaycan vətəndaşında xüsusi keyfiyyətlərin olması ilə  sıx 
əlaqədardır. Həmin keyfiyyətlər arasında müdafiə  işinə fiziki cəhətdən hazır olmaq mühüm yerlərdən 
birini tutur. Bura ilk növbədə, sağlam və möhkəm iradəyə malik olmaq, cəldliyi, çevikliyi və gücü inkişaf 
etdirmək daxildir. Həmin keyfiyyətlərin kiçik məktəbyaşı dövründən başlayaraq fiziki tərbiyə və idman 
məşğələlərində inkişaf etdirilməsi hərbi peşəyə yiyələnməkdə, ölkənin müdafiə qabiliyyətinin 
yüksədilməsində həlledici əhəmiyyətə malikdir.  
              Təkrarlanma prinsipi. Fiziki hərəkətlər, oyun və  fəndlər dəfələrlə  təkrarlanmadan hərəki 
keyfiyyətləri inkişaf etdirmək, hərəki bacarıq və  vərdişləri formalaşdırmaq, təkmilləşdirmək mümkün 
deyildir. Hərəkətlərin təkrarı idman sahəsində qazanılmış  vərdişlərin daha da möhkəmləndirilməsinə 
səbəb olur. Təkrarlanmanın düzgün aparılması bu işdə az əhəmiyyət kəsb etmir. Əvvəlcə keçilmişlərin 
təkrar olunması, sonra isə yeni hərəkətləri öyrədib, onların təkrarına başlamalıdır. Təkrarlanma apararkən 
fiziki yükün həcmi, sıxlığı, çətinliyi nəzərə alınaraq dozalaşdırılmalı, yəni asandan çətinə doğru 
mənimsənilməlidir. Yarış dövründə  fəndlərin, ayrı-ayrı  hərəkətlərin icraolunma texnikası  və taktikası 
daha da mükəmməlləşir. Göstərilən təlim-metod və prinsiplərinin müvəfəqiyyətlə  nəticələnməsi yeni 
təhsil islahatının tələblərinin nəzərə alınmasından mühüm dərəcədə asılıdır. Yeni təhsil sisteminin 
yaradılması, islahatın yeni məqsəd və  vəzifələrinin, prinsiplərinin həyata keçirilməsi xüsusən vacibdir 
(demokratikləşmə, humanistləşdirmə, differensiallaşdırma, fərdiləşdirmə, inteqrasiya, humanitarlaşdırma 
və i.a). 
                 
 
II. 6. Fiziki tərbiyənin təlim metodları 
                         
6.1. Fiziki tərbiyə prosesində ümumpedaqoji təlim 
metodlarından istifadə 
              Bədən tərbiyəsi tədrisinin səmərəliliyinin yüksədilməsi qarşıya qoyulmuş  təlim-tərbiyəvi 
vəzifələrdən, öyrədilən materialların xüsusiyyəti,  şagirdlərin fiziki hazırlığı  və yaş xüsusiyyətlərindən, 
idman bazası və şəraitindən, həmçinin bunlara uyğun təlim metodlarının seçilib tətbiq olunmasından çox 
asılıdır. 
              Bədən tərbiyəsinin tədrisi prosesində tətbiq olunan təlim metodları, hər şeydən əvvəl, şagirdlərin 
bilik və bacarıqlarının artmasına, vərdişlərin aşılanmasına, müstəqilliyinin və yaradıcılığının inkişafına, 
dərketmə qabiliyyətinin yüksədilməsinə yönəldilməlidir. Müşahidələr göstərir ki, bədən tərbiyəsi 
müəllimlərinin bəziləri həmin fənnin tədrisində proqram materialının xüsusiyyətinə,  şagirdlərin fiziki 
hazırlığına, idrak qabiliyyətlərinin inkişafına lazımi  əhəmiyyət vermir, təlim metodlarından necə  gəldi 
istifadə edirlər. Halbuki təlim metodlarını düzgün seçib tətbiq etməyi bacarmaq dərsə verilən müasir 
tələblər baxımından xüsusi əhəmiyyət kəsb edir. Bütün bunları nəzərə alaraq bədən tərbiyəsinin tədrisində 
şərh və göstərmə (nümayiş etdirmə) metodlarının tətbiqi imkanlarını nəzərdən keçirək.          
              Bədən tərbiyəsi fənni gərgin zehni fəaliyyət tələb etməyən fənlər sırasına daxildir. Bu fənnin 
qarşısında başlıca olaraq təbii hərəkət keyfiyyətlərini inkişaf etdirmək (qüvvə, sürət, cəldlik, dözümlülük 


 82
və s.) hərəkət fəaliyyətini (idman, əmək, vətənin müdafiəsinə hazırlıq işləri və s.) və b. praktik vərdişlər 
aşılamaq,qazanılmış bilik, bacarıq və  vərdişləri formalaşdırmaq kimi vacib məsələlər qoyulur. Fənnin 
tədrisinə müasir tələblər baxımından yanaşdıqda bu sahədə mövcud olan nəzəri və praktik materialların 
şərhinə çox böyük ehtiyac duyulur. Bütün bunlarsız bədən təbiyəsinin təlim-tərbiyəvi  əhəmiyyətinə, 
sağlamlaşdırıcı mahiyyətinə, fiziki inkişaf və idman göstəricilərinə nail olmaq mümkün deyildir. Buna 
görə də şərh metodu nisbətən geniş tətbiq edilən metodlardandır. 
              Şərh metodu materialın məzmununa uyğun olaraq iki istiqamətdə tətbiq olunur:  
1.
 
Bu metodla müəllim bədən tərbiyəsi və idman məşğələlərinin mahiyyətini, müxtəlif növ 
fiziki hərəkətlərin, oyunların nə məqsədlə yerinə yetirilməsini, bunların bütün yaşlardan olan adamların 
mənəvi zənginliyi,  əxlaqi saflığı  və fiziki kamilliyini ahəngdar surətdə inkişaf etdirilməsini  şagirdlərə   
sistemlə və ardıcıl şəkildə çatdırır. 
2.
 
Müəllim hərəkətlərin yerinə yetirilməsi texnikasını, qanun və qanunauyğunluqlarını, 
habelə oyun qaydalarını şifahi şərh vasitəsilə şagirdlərə öyrədir. 
              Tədqiqat göstərir ki, nəzəri və praktik materialların öyrədilməsi prosesində  şagirdlər müəyyən 
əqli nəticə çıxara bilirlər. Ona görə ki, müəllimin sözü, canlı danışığı şagirdlərə ən güclü təsir göstərən 
qıcıqdır. Bədən tərbiyəsi üzrə bu və ya digər nəzəri məsələni, yaxud hərəkətin yerinə yetirilmə 
texnikasını, oyunların keçirilmə qaydalarını aydınlaşdırmadan,  şagirdlərin yaradıcılıq və müstəqilliyini 
inkişaf etdirmədən onların praktik fəaliyyətini də kifayət qədər istiqamətləndirmək olmaz. 
              Hərəkətlərin öyrədilməsində müvafiq təlim metodlarından istifadə etmənin əhəmiyyəti böyükdür. 
Bədən tərbiyəsi dərslərində şifahi, əyani və təcrübi metodlardan geniş istifadə edilir. Dərslərin səmərəli 
təşkili, şagirdlərin dərketmə qabiliyyətlərinin artırılmasına təsir edən amillərdən biri də təlim metodlarının 
əlaqəli tətbiq olunmasıdır. Buna görə  də müəllim müvafiq hərəkəti göstərərkən onu izah etməyə, digər 
hərəkətlərlə oxşar və fərqli cəhətlərini şagirdlərə öyrətməyə ciddi səy göstərməlidir. 
              Şifahi  şərh metoduna söhbət, nəqletmə  və izahetmə daxildir. Təlim prosesində bu metoddan 
istifadə olunarkən  şagirdlərin diqqətini cəlb etmək, fəallığını artırmaq çox vacibdir. Bunun üçün də 
müəllimin söhbəti, nəqil və izahı  qısa, aydın və ardıcıl olmalıdır. 
              Nəqletmə yeni hərəkətlər və oyunlar keçirilərkən tətbiq olunur. Nəqletmə aydın və konkret 
olmalı, mövzunun mətni ardıcıllıqla nəql edilməlidir. Məsələn,  əgər müəllim qısa məsafəyə  qaçışı 
öyrədirsə,  əvvəlcə o, qaçışın bədənin möhkəmləndirilməsindəki  əhəmiyyətini, sonra isə onun əməyə 
hazırlıqda rolunu, ölkənin müdafiəsində tutduğu yerini  nəql etməlidir. Sonra isə müəllim qısa məsafəyə 
qaçışın icra olunma texnikasını şərh etməlidir. Bu üsulla hərəkət növünün məzmunu, ayrı-ayrı fəndləri, 
əməli və nəzəri tərəfləri   şagirdlərə nəql olunur. 
              İzahetmə şagirdlərə əsasən yeni hərəkət növünün və oyunların öyrədilməsindən qabaq aparılır. 
Mövzunun  əsas məzmunu, hərəkətin icraolunma mexanizmi şagirdlərə izah olunur. Şagirdlər izahetmə 
yolu ilə fiziki hərəkətlər haqqında məlumatları  və  bəzi anlayışları  mənimsəyirlər. Bütün bunlar da 
şagirdlərə müxtəlif fiziki hərəkətlər və oyunlara aid dəqiq təsəvvür yaradır. İzahetmə şagirdlərin dərketmə 
səviyyəsinə uyğun olmaqla yanaşı, eyni zamanda konkret və aydın aparılmalıdır.  İzahetmə  bəzən 
hərəkətləri yerinə yetirərkən, bəzən də hərəkətlərin icrasından sonra aparıla bilər. 
              Söhbət-müsahibə.    Hər bir şagirdin hərəkəti necə  mənimsədiyini, onların bilik səviyyəsini və 
fərdi bacarıqlarını müəyyənləşdirməkdən ötrü müəllim sual-cavab aparır. Belə söhbətlər uzun-uzadı deyil, 
konkret və aydın olmalıdır. 
              Göstərmə  bədən tərbiyəsinin tədrisində  ən çox tətbiq olunan metodlardandır. Bu metodla 
şagirdlərə bədən tərbiyəsinin məzmununu sistem və ardıcıllıqla əyaniləşdirərək öyrətmək olur. Ona görə 
ki, hərəkətin göstərilməklə öyrədilməsində insanın zehni fəaliyyətinin oyadıcısı olan hiss orqanlarının 
fəaliyyətinin təsir qüvvəsi daha da artır. P.F.Lesqaftın dediyi kimi, hiss orqanları xarici aləmdə baş verən 
hadisələri, yaxud cisimləri qavramaqda nə qədər çox iştirak edirsə, insanda bu cisim və hadisə haqqında 
bir o qədər aydın təsəvvür yaranır və onlar yaxşı yadda qalır. Y.Y.Qolant bu münasibətlə yazır: «Dərsdə 
əyani vasitələrdən istifadə etmək nəticəsində xarici hiss orqanlarının köməyi ilə şagirdlər  konkret əşyanı, 
hadisə və prosesləri natural və ya təsvirlərin köməyi ilə dərk etsinlər»
95
.  
                                                 
95
 
Й.Й.Голант. Методы обученийа в советской школе. М.1957,сящ. 75.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə