Dərs vəsaiti kimi təsdiq edilmişdir



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/145
tarix04.11.2017
ölçüsü5,01 Kb.
#8331
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   145

 83
              Bütün  bunlarla  yanaşı, təlim prosesində göstərmə metodundan həddindən artıq geniş istifadə
tədrisdə ona tam üstünlük vermək məqsədəuyğun deyildir. Bu işə iki cəhətdən mənfi təsir edir. Əvvəla, 
şagirdlər  əyaniləşdirmə prosesində  dərinvə  hərtərəfli biliyə yiyələnə bilmirlər. Dərs zamanı göstərməyə 
tam üstünlük vermək, həm də şagirdlərin bir şəxsiyyət kimi yetişməsinə bu və ya digər dərəcədə mənfi 
təsir göstərir. Çünki hərəkətin birbaşa tam şəkildə nümayiş etdirilməsi onun şagirdlər tərəfindən 
mexaniki, zahirən qavranılmasına səbəb olur. Bu isə onların zehni fəallığını  ləngidir, təşəbbüskarlığını 
nisbətən zəiflədir, hərəkət  keyfiyyətinin inkişafına yüksək səviyyədə müvafiq şərait yaratmır.  Əgər 
müəllim qaçaraq hündürlüyə tullanmanın texnikasını tədris edərkən hərəkəti göstərməklə kifayətlənirsə, 
şagirdlər onu ancaq zahirən müşahidə edirlər. Onlar qaçaraq hündürlüyə tullanmanın daxili mexanizminin 
yerinə yetirilməsi texnikasının dərinliyinə (qaçış  məsafəsinin dərk edilməsi, təkan vermə, havada olma 
annı, yerə düşmə vəziyyəti) nüfuz edə bilmirlər. 
  Hərəkətlərin intensiv yerinə yetirilməsi üçün onun hər bir elementinin necə icra olunmasını şərh 
etmək olduqca vacibdir. Şagirdlər bilməlidirlər ki, qaçaraq uzununa tullanmada yaxşı  nəticə göstərmək 
üçün sürətlə qaçmaq qaçışda addımların  bərabər olması, təkanın pəncələr üstə edilməsi, yerə düşdükdə 
bədənin və qolların irəli aparılması və s. əsas şərtdir. Hər bir hərəkət əvvəlcə əyani göstərilmirsə,  onun 
yerinə yetirilmə texnikası göstərilməli və dəqiq izah olunmalıdır. Bunsuz hərəkətlər nə qədər göstərilsə 
də,  şagirdlər səhvlərə yol verəcəklər. Odur ki, hərəkətlər göstərmə metodu ilə icra olunsa da, yerinə 
yetirilmə texnikası  şərh metodu ilə  təsvir edilməli və  şagirdlərə başa salınmalıdır. Yeri gəldikcə 
şagirdlərin idrak fəaliyyətini, yaradıcılıq və  təşəbbüskarlığını artırmaq, fənlərarası  əlaqə yaratmaq 
məqsədilə suallar əsasında  
yarışların təşkili də mümkündür. 
  Kim hərəkəti daha dəqiq yerinə yetirə bilər? Hərəkətin icra olunma texnikasını kim təsvir edə 
bilər? Kim hərəkəti düzgün və sürətlə yerinə yetirə bilər? Hərəkətin icrasında yoldaşınız nə kimi səhvlərə 
yol verdi? Buraxılan səhvləri düzəldə bilərsənmi? və s. Bütün bunlar hərəkətlərin yerinə yetirilməsinə 
şairdlərin marağını artırır və onları əqli əməyə sövq edir.  
              Əyani metod.  İbtilai siniflərdə  tətbiq olunan ən səmərəli metodlardandır. Bu zaman müəllim 
hərəkətləri yalnız nəql və izahetmə metodu ilə deyil, həm də  hərəkətlərin yerinə yetirilməsini  əyani 
metodla başa çalır. Bu məqsədlə o, müəyyən hərəkətlərin icrasına aid diafilmlərdən və mümkün olduqda 
idman kinofilmlərindən, habelə  hərəkətlərin yerinə yetirilməsi texnikasının təsviri verilmiş  şəkillərdən 
istifadə edir. 
              Müəllim yeni hərəkətləri izah etdikdən sonra bu hərəkətləri özü göstərir. Bəzən belə olur ki, 
hərəkət nümayiş etdirilərkən və  bəzən də     sonra izah olunur. Məsələn, müəllim «qaçaraq uzununa, 
yaxud hündürlüyə tullanma»nın texnikasını şagirdlərə öyrədirsə, hərəkəti icra etməzdən əvvəl, yaxud icra 
edə-edə qaçış, təkan, uçuş  və yerə düşməyə dair izahat verir. Bundan sonra hərəkəti  əyani olaraq özü 
göstərir. Hərəkətlər göstərilərkən müəllim  elə yer seçməlidir ki, bütün uşaqlar onu görməklə yanaşı, həm 
də onun icra etdiyi hərəkətləri izləyə bilsinlər. Göstərmənin effektli olması üçün alçaqboylu şagirdlər 
qabaqda dayanmalıdırlar. 
              Əyani vəsait.  Şagirdlərin hərəkətləri daha yaxşı  dərk etməsində tablo, fotoşəkillər və müxtəlif 
texniki fəndlər üzrə nümayiş etdirilən kinofilmlərin böyük əhəmiyyəti vardır. Bu ayrı-ayrı  hərəkətlərin 
texnikasının yaxşı qavranılmasına səbəb olur. Məsələn, qaçış  məsafəsini, havada olma və yerə düşmə 
anlarını yavaş nümayiş etdirən kinofilmlər vasitəsilə göstərilməsi dərsin təlim keyfiyyətini yüksəldir. 
            
6.2. Fiziki tərbiyənin spesifik təlim metodları 
              Təcrübi metod. Bu metodla proqram materialını  təkrar etdirməklə  şagirdlərə lazımi bilik, 
bacarıq və  vərdişlərin aşılanması  nəzərdə tutulur. Buna görə  də, müəllim keçilən hərəkətlər üzərində 
dayanmalı olur, onu dönə-dönə  təkrar etdirir, bununla da şagirdləri hərəkəti düzgün yerinə yetirməyə 
alışdırır. Belə çalışmalar hərəkətin tam və  tərkib hissələrə bölünüb öyrənilməsi ilə aparılır. Yəni 
hərəkətlər hissə-hissə, sonra isə tam şəkildə mənimsədilir. Bu vaxt şagirdlərin bilik, bacarıq və vərdişlərə 
düzgün yiyələnməsinə xüsusi səy göstərilir, onların buraxdığı nöqsanlar yerindəcə düzəldilir. Uşaqların 
hərəkəti öyrənməsini səmərələşdirmək məqsədilə yarış  və oyun metodlarından istifadə etmək faydalıdır. 
              Oyun metodu.  Məlum olduğu kimi, oyun fiziki tərbiyənin başlıca vasitələrindən biri kimi, 
ondan şagirdlərin təlim və tərbiyəsində, hərtərəfli inkişaf etdirilməsində geniş istifadə olunur. Oyun təlim-


 84
tərbiyə və inkişafetdirmə mahiyyəti ilə bərabər, həm ondan öyrətmə prosesində istifadə olunur. Bu şərtlə 
ki, oyunun məzmununa idman və ya mütəhərrik oyunlar daxil edilməsin. 
              Oyun  metodunun  mahiyyəti müxtəlif növ hərəkətlər (maneələrin qət edilməsi, qaçış, yeriş 
hoppanmalar , atmalar- dəqiqliyə yönəltmə, uzağa dəqiq atmalar və s.) tətbiq etməklə yüksək gərginlik və 
qarşıdurma yaratmaq (münasibətləri nizamlayan qaydalar qoyulmaqla və bu qaydalara əməl etmək şərti 
ilə və s.) düzlük, doğruçuluq, vətənpərvərlik, möhkəm iradə tərbiyə etməkdən, həmçinin uşaqların fiziki-
hərbi hazırlığı və fiziki inkişafını artırmaqdan və s. ibarətdir. Bunun üçün də tez-tez məzmun, mahiyyət 
dəyişikliyi etməli, sürət, çeviklik, güc və möhkəm iradə, müsbət emosional hissləri aşılayan və tələb edən 
və s. hərəkətlərdən istifadə olunmalıdır. 
              Oyun metodu üçün insanın hərtərəfli hazırlığına, sağlamlığına, humanistliyinə təsir edən hərəkət 
kompleksləri seçməli, fiziki yükə daim diqqət yetirməli, onu tənzimləməlidir. 
              Yarış metodu. Yarış metodundan istifadə dərs zamanı bu xarakterli aparılan tədbirlərə o qədər 
də bənzəmir. Dərs zamanı keçirilən yarışlarda məsələyə istənilən səviyyədə  dəqiq yanaşmaq ehtimalı bir 
qədər az olur. Yarış metodu tədbiq olunanda isə  əksinə  hərəkətlərin, ayrı-ayrı oyun fəndlərinin, 
priyomların düzgün və  dəqiq icrası daha diqqət mərkəzində olmaqla, həm də bu zaman yüksək texniki 
ustalıq, nəticə göstərmək və  gərgin mübarizə aparıb qalib gəlmək tələb olunur. Bu da oyun metodu 
prosesində olduğu kimi deyil, yəni fiziki yük, şagirdlərin  imkanları  nəzərə alınmır – məhdud olmur. 
Yarış metodunda fiziki yük, yarışın keçirilmə müddəti məhdudiyyət kəsb etmir, yarışda qalib gəlmək 
məqsədilə bütün fiziki yükdən, enerjidən, psixoloji imkanlardan tam şəkildə istifadə edilir, heç nəyə 
məhdudiyyət qoyulmadan yarışda qalib gəlmə anına kimi davam edir. Məhdudiyyət yalnız  əsasnaməyə 
əməl etmək və oyun qaydalarına ciddi riayət etmək üçün qoyulur. 
               Yarış metodunun əhəmiyyəti yarış iştirakçılarının hərtərəfli  fiziki  keyfiyyətlərini,  psixoloji və 
texniki  hazırlığını  
  yoxlamaq və məktəbin yığma komandasının tərkibini müəyyənləşdirməkdən ibarətdir. 
 
                        6.3. Təlim metodlarının qarşılıqlı tətbiqi 
              Müəllimin  şərhi nəqletmə  və izahetmə növlərinə malikdir. Bədən tərbiyəsi materiallarının 
tədrisində müəllimin nəql və izahından ayrılıqda, həm də qarşılıqlı istifadə etməyə geniş imkanlar vardır. 
Təcrübədən aydın olur ki, bədən tərbiyəsinin tədrisində bunlardan qarşılıqlı, əlaqəli şəkildə istifadə etmək 
iki cəhətdən zəruridir.  Əvvəla, tədris materialları müntəzəm və ardıcıl olmaqla nəql edilir, ikincisi 
izahetmə  nəticəsində  şəgirdlərin fikri fəallığı xeyli yüksəlir. Hər hansı xal mütəhərrik oyununun 
məzmunu müəllimin nəqlinin köməyi ilə əvvəldən axıra kimi müəyyən bir ardıcıllıqla, sistemlə şagirdlərə 
çatdırılırsa, izahetmə zamanı isə oyun qaydaları, oyuna verilən tələblər, xalların hesablanması, qaliblərin 
müəyyənləşdirilməsi və oyunun yekunlaşdırılması başa salınır. Məsələn, əgər müəllim qolların, ayaqların, 
gövdənin və başın  əsas vəziyyətlərini  şagirdələrə öyrətmək istəyirsə o, əvvəlcə  həmin  əsas duruş 
vəziyyətlərini aydın və səlis bir dildə onlara aşağıdakı kimi nəql etməlidir: 
              -  Uşaqlar,  əsas duruş  vəziyyətində  bədən düz tutulur, həddindən artıq gərginləşdirilmir. Bu 
zaman dabanlar bir yerdə, pəncələr aralı olur, diz bükülmür. Əsas duruş  vəziyyətlərini düzgün yerinə 
yetirmək üçün baş düz, çiyinlər bir qədər sərbəst saxlanılır, qollar gövdəyə sıxılır. Əl barmaqları isə yarım 
bükülür. 
              Şərh nə  qədər aydın, konkret, inandırıcı  və düzgün olarsa da, bəzən bədən tərbiyəsinin  
tədrisində, xüsusən ayrı-ayrı  hərəkətlərin yerinə yetirilməsində, mütəhərrik və idman oyunlarının 
keçirilməsində lazımi effekt vermir. Buna görə  də  bədən tərbiyəsi hərəkətlərinin tədrisində cürbəcür 
oyunların təşkili və keçirilməsində şərhin əyanilikdən təcrid olunmuş halda tətbiqi mümkün deyildir. Şərh 
daim  əyaniliklə  vəhdətdə aparılmalıdır. Bununla əlaqədar bədən tərbiyəsinin tədrisində  aşağıdakıları 
nəzərə almaq lazım gəlir: 
1.
 
Mövzu  şərh olunur, sonra isə  əyaniliyin köməyi ilə daha da aydınlaşdırılır. Başqa 
sözlə, hər hansı bir hərəkətin yerinə yetirilmə texnikası  təsvir edilib qurtardıqdan sonra şagirdlərin onu 
daha yaxşı başa düşmələri üçün müəllim həmin hərəkətləri mütləq göstərir. Bunun üçün şagirdlər cərgə 
və ya sıraya düzülməli, bütün əsas vəziyyətlər əyaniləşdirilməlidir. Dərsdə belə bir metoddan istifadənin 
özünün də müəyyən qüsuru vardır. Bu zaman görmə, eşitmə, duyğu üzvləri eyni vaxtda fəaliyyət 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə