Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə1/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
  1   2   3   4   5   6   7   8   9   ...   21


Mühazirə 1-2 

G   R   Ş 

 

nsan özü üçün nə varsa – hava, su, maddi nemətlər, sənaye üçün xammal və 

s.-ni  təbiətdən  alır  və  istifadə  edir.  Bu  sərvətlərdən  yüz  illərdən  bəri  kortəbii 

istifadə  olunması  nəticəsində  ətraf  mühit  dünya  miqyasında  dəyişilməyə  məruz 

qalmışdır.  Bu  vəziyyət  müasir  elmi-texniki  tərəqqi  dövründə  daha  da 

kəskinləşmişdir.  Belə  ki,  dünya  əhalisinin  sayının  artması,  onun  tələbatının 

genişlənməsi,  Yer  sərvətlərinin  istifadəsinin  durmadan  çoxalması,  energetika, 

sənaye,  kənd  təsərrüfatı,  nəqliyyat  sahələrində  yeni  texnologiyanın  tətbiqi  və 

istehsalının genişlənməsi, dünya landşaftlarının antropogen dəyişməsi, beynəlxalq 

təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi göz qabağındadır. Bu və 

ya  digər  amillər  ətraf  mühitlə  bəşəriyyətin  qarşılıqlı  əlaqəsinin  güclənməsinə  və 

insanı əhatə edən mühitə antropogen yükün (təzyiqin) artmasına səbəb olmuşdur.  

Hazırda  ekoloji  tarazlığı,  onun  mürəkkəb  və  bir-biri  ilə  sıx  bağlı 

mexanizmlərini  bilmədən,  yəni  ekoloji  biliyə  dərindən  yiyələnmədən  təbiətdən, 

onun ehtiyatlarından səmərəli istifadə etmək, təbii mühiti həyat üçün yararlı halda 

saxlamağı  proqnozlaşdırmaq  mümkün  deyildir.  Bu  baxımdan  ekologiya  və  ətraf 

mühiti  mühafizə  elminə  tələbat  və  maraq  günü-gündən  artır.  Müasir  dövrdə 

ekologiya  elmi  bütün  sənət  adamlarının,  alimlərin,  mütxəssislərin,  müəssisə  və 

dövlət rəhbərlərinin diqqət mərkəzindədir. 

Ekologiya yunan sözüdür (oykos-ev, yaşayış məskəni, logiya-elm). Bu sözü 

ilk dəfə zoologiya elmində (1866) alman bioloqu Ernst Hekkel işlətmişdir. 

Cəmiyyətlə  təbii  mühitin  qarşılıqlı  təsiri  indiyə  kimi  əsasən  kortəbii  baş 

vermişdir.  Bu  gün  məlum  olmuşdur  ki,  cəmiyyət  təbiətin  gələcəyi  üçün 

məsuliyyəti  öz  üzərinə  götürməli,  kortəbii  qarşılıqlı  təsirdən  şüurlu 

istiqamətləndirməyə  keçməlidir.  Bəşəriyyət  indi  daha  başa  düşür  ki,  təbiətin 

imkanları,  indiki  və  gələcək  nəsillərin  maraqları  nəzərə  alınmadan  biosferin 

ehtiyatlarını və yerin başqa sərvətlərini intensiv və kortəbii mənimsəmək olmaz.  

Behruz Melikov

Behruz Melikov



Son illərdə ekologiyaya həsr olunmuş elmi ədəbiyyatda antropogen amillərin 

insan, bitki və heyvan orqanizminə təsirinin məhdudlaşdırılması və normativləşdi-

rilməsi məsələlərinə ciddi fikir verilir.  

Son  dövrlərdə  bütün  bəşəriyyəti  narahat  edən  ekoloji  problemlərə 

Azərbaycan  Respublikasında  da  böyük  diqqət  verilir  və  onların  həlli  üçün 

hərtərəfli tədbirlər görülür. Bu gün ətraf mühitin mühafizəsi və ekologiya elminin 

ə

həmiyyəti  konstitusiyada,  prezident  fərmanlarında,  hökumət  qərarlarında  öz 



ə

ksini  tapmışdır.  Sözsüz  ki,  Azərbaycanın  sabit  inkişafı  ekoloji  problemlərin 

həllindən də çox asılıdır.  

Behruz Melikov

Behruz Melikov



I F Ə S   L 

 

FƏNN N PREDMET , MƏQSƏD VƏ VƏZ FƏLƏR  

 

1.1.

 Ekoloji anlayışların təhlili və coğrafi ekologiyanın yaranma mərhələləri 

 

Müasir  dövrdə  ekologiya  canlı  orqanizmlərin  bir-biriylə  və  ətraf  mühitlə 

qarşılıqlı  əlaqəsi  haqqında  elmdir.  Başqa  sözlə  Ekologiya  cansız  təbiətlə  canlı 

orqanizmlər  arasında  və  canlıların  öz  aralarındakı  qarşılıqlı  əlaqəsini,  təsirini, 

münasibətini öyrənən sintetik elmdir. «Ekologiya» terminini ilk dəfə elmə gətirən 

alman  zooloqu  E.Hekkel  olmuşdur.  O,  «Orqanimlərin  ümumi  morfologiyası» 

ə

sərində ilk dəfə yeni elmin mənasını izah etməyə cəhd etmişdir. Ekologiya sözü 



yunan sözü olub «oykos» yaşayış yeri, sığınacaq deməkdir. E.Hekkel ekologiyanı 

«orqanizmlərin  ətraf  mühitlə  əlaqəsindən  bəhs  edən  ümumi  elm»  kimi  də 

qiymətləndirirdi.  Alimin  fikrincə  ekologiya-canlı  orqanizmləri,  mühiti,  insanların 

«ev  həyatı»nı  təşkil  edir.  Bu  elmi  «Darvin  şərti  olaraq  «yaşamaq  uğrunda 

mübarizə» adlandırırdı. XIX əsrdə elmin bu sahəsi qismən «təbiətin iqtisadiyyatı» 

kimi  də  adlandırılırdı.  Bu  termin  təbii  balansın  problemi,  «növlərin  bərabərliyi» 

kimi də qeyd olunur.  

Bir  çox  elmlərdə  olduğu  kimi,  ekologiya  elmi  də  uzun  bir  tarixi  yol 

keçmişdir.  Həyat  fəaliyyəti  haqqında  məlumatların  toplanması,  onun  xarici 

şə

raitdən  asılılığı,  canlıların  və  bitkilərin  yer  üzərində  paylanması  xarakteri  kimi 



məlumatlar  çox  əvvəllər  məlum  idi.  Bu  məlumatların  ilk  yekunlarını  biz  antik 

filosofların  əsərlərində  görürük.  Aristotel  (384-322  b.e.ə.)  500  növdən  artıq  ona 

məlum  olan  heyvanların  təsvirlərini  vermiş,  onların  davranışı,  mənşəyi, 

miqrasiyası,  balıqların  qışda  yuxulaması,  köçəri  quşların  mühit  yaratmaq 

fəaliyyəti,  özlərini  qorumaq  bacarığı  və  .a.  haqda  məlumat  vermişdir.  Aristotelin 

tələbəsi  botanikanın  «atası»  Eroziyalı  Teofrast  (371-280  b.e.ə.)  bitkilərin 

müxtəlifliyi, onların torpaq və iqlimin forma və xüsusiyyətlərindən asılılığı barədə 

məlumatlar vermişdir.  

Behruz Melikov

Behruz Melikov




Dirçəliş  dövrünə  təsadüf  edən  Böyük  coğrafi  kəşflər,  yeni  ölkələrin 

müstəmləkəyə  çevrilməsi,  sistematikanın  inkişafına  böyük  təkan  verdi.  Bitkilərin 

və  heyvanların  təsviri,  onların  xarici  və  daxili  quruluşları,  müxtəlif  formaları 

biologiya elminin ilk inkişaf mərhələlərində əsas istiqamət idi. 

Jan Batist Lemark (1744-1829), təkamül nəzəriyyəsinn müəllifi kimi, hesab 

edirdi ki, «Xarici şəraitin» təsirində orqanzmlərin uyğunlaşmasında heyvan və bit-

kilərin təkamülü ən vacib səbəblərindən biridir. 

Aleksandr  Humboltun  (1807)  əsərləri  bitki  coğrafiyasının  yeni  ekoloji 

istiqamətini  müəyyənləşdirdi.  A.Humbolt  elmə  yeni  fikir  gətirdi  ki,  landşaftın 

«fizionomiyası» bitkinin xarici görünüşü ilə təyin olunur. 

1859-cu  ildə  Ç.Darvinin  «Təbii  seçmə  yolu  ilə  növlərin  əmələ  gəlməsi  və 

yaxud  həyat  uğrunda  mübarizədə  sağlam  növlərin  qorunması»adlı  kitabı  çapdan 

çıxdı.  Ç.Darvin  göstərirdi  ki,  «yaşamaq  uğrunda  mübarizə»  təbiətdə  onun  başa 

düşdüyü kimi, növlərin mühtlə bağlı təsir və əks təsirləri təbii seçməyə gətirir, yəni 

təkamülün hərəkətverici amili hesab olunur.  

XX  əsrin  əvvəllərində  artıq  hidrobioloqlar,  fitosenoloqlar,  botaniklər  və 

zooloqların  hər  biri  ekologiya  elminin  müəyyən  istiqamətlərinin  inkişaf  etməsinə 

təkan verdilər.  

30-cu  illərdə  ekologiya  elminin  yeni  istiqaməti  –  populyasiyaların 

ekologiyası yaranmağa başladı. Bu elmin banisi ingilis alimi Ç.Eltonu qəbul etmək 

olar. «Canlıların ekologiyası» adlı kitabında Ç.Elton (1927) diqqəti orqanizmlərin 

populyasiyasına  istiqamətləndirir.  Belə  ki,  bu  səviyyədə  ekoloji  adaptasiya  və 

düzəlmənin öz xüsusiyyətləri aydınlaşır. Populyasiya ekologiyanın əsas problemi, 

növdaxli yaranma və say dinamikası hesab olunur.  

Onurğalıların  ekologiyasının  təkamül  problemləri  S.S.Şvartsın  əsərlərində 

öz əksini tapmışdır.  

XX  əsrin  40-cı  illərindən  ekologiya  elmində  təbii  ekosistemin  tədqiq 

olunmasında  prinsipcə  yeni  yanaşma  yarandı.  1935-ci  ildə  ingilis  alimi  A.Tensli 

«ekosistem»  anlayışını  verdi,  1942-ci  ildə  isə  V.N.Sukaçev  «biogeosenoz» 

haqqında  təsəvvürləri  əsaslandırdı.  Bu  anlamda  abiotik  əhatə  ilə  birliyi, 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə