Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   ...   21

Müasir  ekoloji  böhranı  ancaq  insanın  təbiəti  idarə  edə  bilməməsi,  onun 

ixtiyarından  kənar  proses  kimi  qələmə  vermək  düzgün  deyildir.  Bütün  canlıların 

ekoloji  mühitinin  əsasını  təbiətdə,  daha  doğrusu  biosferdə  gedən  proseslər  təşkil 

edir. Biosferin formalaşması və varlığı isə bütün kosmik aləmin, kainatın hərəkəti 

və dinamikliyi ilə əlaqədardır. Təbiətlə cəmiyyətin qarşılıqlı əlaqəsinin inkişafında 

təbii şəraitlə yanaşı antropogen, yəni insanın fəaliyyəti ilə yaranmış sosial mühit də 

xüsusi əhəmiyyət kəsb edilir. Hər iki proses həyatın ekoloji şəraitini formalaşdırır. 

Təbii  şərait  əsasən  tədriclə,  sosial  mühit  isə  sürətlə  dəyişərək  təbii  prosesləri 

qabaqlayır, bəzən də ona qarşı durur. Sosial mühit bir çox halda sıçrayışla hərəkət 

edir, bununla da bəzi yerlərdə təbiətin rejimi pozulur və gərginlik yaranır. Təbiətin 

qanunları  ilə  hər  zaman  uzlaşdırılmayan  insan  fəaliyyəti  təbiətə  qarşı  çevrilir. 

Qədim  dünyanın  ən  qədim  şəhərlərinin  maddi  mədəniyyət  abidələrinin  yerində 

səhralıqlar yaranması deyilənlərə əyani sübutdur. Təbiətin qanunlarını dərk etmək 

təbiətdə  baş  verə  biləcək  bir  çox  dəyişiklikləri  qabaqcadan  müəyyənləşdirmək 

üçün  kompleks  tədbirlər  hazırlamağa  imkan  verir.  Bəşəriyyət  tarixində  bir  çox 

hallarda ekoloji böhranlar ayrı-ayrı dövrlərdə də yaranmış və müxtəlif regionlarda 

təbii tarazlığı pozmuşdur. 

nsan  cəmiyyətləri  bütün  tarixi  dövrlərdə  istehsal  alətləri  və  vasitələrini, 

istehsal  münasibətlərini  təkmilləşdirməklə  özlərindən  sonra  qalan  meşələri 

qırılmış,  dağıdılmış  sahələr,  eroziyaya  uğramış  torpaqlar,  ehtiyatları  çıxarılmış 

ş

axtalar  qoyulmuşlar.  Müasir  dövrdə  ictimai  quruluşundan  asılı  olmayaraq,  bütün 



ölkələr  yerli  və  qlobal  ekoloji  böhranlara  məruz  qalmışlar.  Təbii  səhralaşma 

prosesi bütün ölkələrdə olduğu kimi bizim əraziləri də əhatə etmişdir. Antropogen 

təsir  nəticəsində  bu  proses  sürətlənməkdədir.  Bütün  təbii  zonalardakı  torpaqların 

təbii  məhsuldarlığı  aşağı  enməyə  başlamışdır.  Rusiyanın  Mərkəzi  qaratorpaq 

rayonunda torpaqların sıradan çıxması hamıya məlumdur. 

Cənubi  Ural,  xüsusilə  Çelyabinsk  vilayətinin  ətraf  mühiti  dünyanın  ən 

gərgin  ekoloji  rayonlarından  biri  sayılır.  Azov,  Aral,  Xəzər  problemlərinin  yaxın 

zamanlarda həll edilə biləcəyinə güman yoxdur. 

Behruz Melikov

Behruz Melikov




Azərbaycanda  ətraf  mühitə  göstərilən  antropogen  təsir  nəticəsində 

respublikaya hər il 4  milyard  manatdan çox ziyan dəyir. Əlavə ölüm zonaları son 

50-60  ildə  yaranmışdır.  Həmin  əraziləri  yaxın  vaxtlarda  sağlamlaşdırmaq  çətin 

olacaq.  

 

Behruz Melikov



Behruz Melikov


Mühazirə 4 

 

Təbiət və cəmiyyətin qarşılıqlı əlaqələrinin ekocoğrafi nəticələri 

 

Təbiətlə-cəmiyyətin  qarşılıqlı  fəaliyyəti  mürəkkəb  və  əks  mənalı  xarakter 

daşıyır.  Bu  qarşılıqlı  fəaliyyət  insanın  yarandığı  ilk  gündən  yaranmış  və  hazırda 

özünün  ən  yüksək  pilləsindədir.  Elmi-texniki  inqilab  cəmiyyətin  təbiətə  təsirini 

gücləndirmişdir  ki,  bu  da  təbii  geosistemlərin  bir  çox  sahələrinin  dəyişməsi  və 

onların  antropogen  modifikasiyası  əsasında  yaranması  ilə  müşahidə  olunur.  Bu 

halda  əks  təsirin  mənası  artır,  yəni  təbiətdəki  dəyişmələr  və  yeniliklər  nə  qədər 

dərin  olsa  və  onlar  təbii  proses  və  hadisələri  daha  geniş  dairədə  əhatə  etsə  ,  bu 

dəyişmələr  insana  bir  o  qədər  geniş  təsir  edər.  Təbii  şəraitin  antropogen  təsirlə 

dəyişdirilməsi  insan cəmiyyətinin  ekoloji  və  iqtisadi  cəhətdən təbiətdən  asılılığını 

daha da sürətləndirir. 

Son onilliklərdə təbii ehtiyatların elə növünün mühafizə olunması zəruri olub 

ki, yaxın vaxtlara kimi onların ehtiyatı tükənməz və dəyişməz hesab olunurdu. 

Atmosfer  havasının  keyfiyyətinə  antropogen  təsirin  sürətlənməsi  nəinki 

ekoloji,  həm  də  təsərrüfatlar  vasitəsilə  izlər  qoya  bilər.  Son  zamanlara  qədər 

atmosfer  havasının  keyfiyyəti  ilə  əlaqədar  problemə  qarşı  yalnız  ayrı-ayrı  sənaye 

mərkəzlərində və şəhərlərdə müəyyən ekoloji tədbirlər görülürdü. Hazırda yüzlərlə 

şə

hərlərdə  və  sənaye  mərkəzlərində  texnoloji  proseslər  yenidən  qurulur  və  çox 



qiymətli 

təmizləyici 

qurğular 

sistemi 


yaradılır. 

Texnoloji 

proseslərin 

mürəkkəbləşməsi  və  nəqliyyatın  texniki  göstəriciləri,  sənaye  və  kənd  təsərrüfatı 

istehsalın  təbii  ehtiyatlarla  qarşılıqlı  əlaqələrinin  mürəkkəbləşməsi  nəticəsində 

coğrafi mühitin keyfiyyətcə vəziyyətinə istehsal tələbləri artır. Belə ki, bəzi az rast 

gəlinən mineralların, elektron və optik aparatların, antibiotiklərin və bəzi kimyəvi 

maddələrin istehsalı yüksək təmizliyə malik hava və su olan şəraitdə mümkündür. 

Hava  və  suyun  azacıq  çirkli  olması  və  çirklənməsi,  ciddi  texnoloji  çətinliklər 

yarada bilər. 

Biosferin  çirklənməsinin  sürətlənməsi  yerli,  regional  (məhəlli)  və  geniş 

Behruz Melikov

Behruz Melikov



miqyaslı ekoloji şəraitin pisləşməsi ilə keçir və insan həyatı üçün əlverişli mühitin 

parametrlərini qorumaq və bərpa etmək üçün xüsusi tədbirlər görməyi zəruri edir. 

nsanların  fəaliyyəti  əvvəllər  təbiətdə  baş  verməyən  və  məlum  olmayan  bəzi 

mənfi  proses  və  hadisələrin  yaranmasına  şərait  yaratmışdır.  ndi  daha  tez-tez  bu 

mənfi  proses  və  hadisələrin  qarşısını  almaq  və  ya  yumşaltmaq  üçün  və  ona 

uyğunlaşmaq  üçün  xüsusi  tədbirlər  tətbiq  edirlər.  Beləliklə  elmi-texniki  inqilab 

insanın  təbiətdən  asılılığının  bir  formasını  azaldır  və  ya  yox  edir.  Lakin  onun 

ə

vəzinə yeni, adətən daha kəskin və mürəkkəb formalar irəli sürür.  



Təbiətlə insanın əlaqəsi qədim və sonsuzdur.  nsan cəmiyyətinin tarixi təbiətin 

inkişaf  tarixinin  davamıdır.  nsan  ümumi  ekoloji  dövrana  daxil  edilmiş  biosferin 

ayrılmaz  hissəsi  olaraq  qalır.  nsanın  mövcudluğunun  atmosferdə  oksigenin 

miqdarının kifayət qədər olmasından, günəş işığından, sudan asılılığı onun təbiətin 

qanunlarından nə qədər asılı olduğunu göstərir. 

nsanın  yarandığı  ilk  gündən  onun  başlanğıc  bioloji  mahiyyəti  və  həyat 

fəaliyyətinin  sosial  amilləri  əsasında  olan  qarşılıqlı  münasibətləri  dəyişib. 

Sonuncular  insan  ehtiyaclarını  (sosial  uyğunlaşmanın  artırılması)  ödəmək  üçün 

təbii  mühitin  daha  dərindən  şəklini  dəyişməsinin  zəruriliyini  sürətləndiriblər.  Bu 

proseslər müasir dövrdə onunla xarakterizə olunur ki, təbiət qanunauyğunluqlarını 

nəzərə  almadan  ona  total  müdaxilə  biologiya,  psixologiya  və  insanın  özünün 

irsiyyətinə  mənfi  təsir  göstərən  proseslər  yaradıb.  nsanı  əhatə  edən  və  ona  təsir 

edən mühit (biotik, abiotik və sosial amillərin məcmusu) getdikcə onun adaptasiya 

imkanları  çərçivəsindən  çıxan  xüsusiyyətləri  daha  çox  əhatə  edir.  Bu  imkanlar 

kifayət  qədər  məhduddur.  Çünki  insan  ən  yüksək  ixtisaslaşmış  bioloji  növdür. 

Onun  yaratdığı  süni  yaşayış  mühiti  müəyyən  zamana  qədər  ekoloji  baxımdan 

gərginləşmiş təbiətin  birbaşa  təsir  amillərini  nisbətən ört-basdır  edir.  Bu təsirlərin 

artması  nəticəsində  əhalinin  ümumi  xəstələnmə  dərəcəsinin  yüksəlməsini  biruzə 

verməyə  başlayır.  nsanla  təbiət  arasında  mövcud  qarşılıqlı  əlaqə  bir  çox 

minilliklər  boyu  davam  edir.  Təbii  mühit  dəyişkənliyinin  hər  bir  mərhələsinə 

bəşəriyyətin maddi-mədəni inkişafının müəyyən bir tarixi pilləsi uyğun gəlib.  

 

Behruz Melikov



Behruz Melikov


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə