Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   13   14   15   16   17   18   19   20   21

dövrlü  dalğalardır.  Onlar  Sakit  okeanın  hər  iki  sahili  boyu  Kamçatkanın,  Kuril 

adalarının,  Saxalin  adasının,  Havay  adalarının,  Çilinin,  Alyaskanın  əhalisi  üçün 

çox böyük təhlükə yaradır.  

1996-cı ildə  Yaponiyada  hündürlüyü 29 m  olan sunami  dalğaları  San Riqo 

şə

həri  sahillərinə  çırpılmış  və  nəticədə  28  min  adam  həlak  olmuşdur. 



Ümumiyyətlə,  sunami  yaponlara  yaxşı  məlum  olsa  da  1993-cü  ildə  baş  vermiş 

sunami  nəticəsində  əhali  qaçmağa  macal  tapmamış  və  Yapon  adaları  sahillərində 

200  nəfər  ölmüş,  500-dən  çox  ev  dağılmışdır.  Ölənlərin  əksəriyyəti  uşaqlar  və 

yaşlılar olmuşdur. 1933-cü ildə Akudzizi adasının cənub qurtaracağından 320 km 

cənubda Toro şəhərində dağıdıcı sunami baş vermiş və xeyli insan tələfatına səbəb 

olmuşdur.  ndi həmin şəhər ətrafında sunami dalğalarının qarşısını almaq məqsədi 

ilə  10  m  40  sm  eni,  24  m  hündürlüyü  olan  divar  tikilmişdir.  Yayda  divar  qızır, 

evlər  bərk  isti  olur.  Toro  şəhərində  də  Havay  adalarında  olduğu  kimi  tədqiqat 

obyekti  vardır  ki,  orada  gecə-gündüz  nəzarət  aparırlar.  Toro  şəhəri  ətrafındakı 

divarlarda  6  iri  qapı  vardır.  Həmin  qapılar  nəzarət  postlarından  verilən  xəbərlərə 

ə

sasən  sunami  dalğalarından  4  dəqiqə  əvvəl  bağlanmışdır.  Hazırda  Akudzizi 



adasında da bənd tikilir. 

1-ci  cədvəldə  ayrı-ayrı  illərdə  Dünya  okeanında  baş  vermiş  sunamilərin 

fəlakətli  dalğalarının  bəşəriyyətə  vurduğu  ziyanlar  haqqında  bəzi  məlumatlar 

verilmişdir.  Burada  göstərilir  ki,  bunun  nəticəsində  100  minlərlə  insan  tələf  olur, 

dəyən  zərərin  miqdarı  milyardlarla,  dağılan  evlərin  sayı  minlərlə,  batan  gəmilərin, 

yaralananların  sayı  minlərlə  hesablanır.  Sunami  dalğalarının  fəlakətlərindən  ölən 

insanların  xatirəsini  yad  edərək  həmin  ölkələrin  bəzilərində  (xüsusilə  Amerika 

qitəsi sahillərində) suya içi yanan kağız fənərlər buraxılır və bu böyük bir ərazidə 

qəribə bir mənzərə yaradır.  

1946-cı il aprelin 1-də Havay adaları ətrafında Xila buxtasına saatda 640 km 

yol qət edən, hündürlüyü 30 m olan sunami dalğaları hücum etmişdir. Bu dalğalar 

3800 km yol qət edərək sahilə çırpılıb. Nəticədə buxta ətrafındakı bütün rayonlar 

dağılmışdır.  159  insan  tələf  olmuşdur,  onlardan  95-i  Xila  buxtasında  həlak 

olmuşlar. Bu dalğaların gücü bəzən 960 km-ə çata bilir (cəd.1). 

Behruz Melikov

Behruz Melikov




1960-cı  il  mayın  22-də  Çili  ətrafında  əmələ  gəlmiş  sunami  dalğaları, 11  m 

hündürlükdə  su  bombası  kimi  Havay  adalarına  çırpılır.  Nəticədə  31  nəfər  tələf 

olub.  Ölkəyə  30  milyon  dollar  ziyan  dəymişdir.  Ümumiyyətlə,  keçən  əsrdə  hər 

yeddi ildən bir orada sunami baş verib.  kinci dünya müharibəsindən sonra Havay 

adalarında sunamidən ölənlərin sayı zəlzələdən ölənlərdən çox olub.  

1964-cü ildə Alyaskadakı zəlzələ sunami yaradır. Dalğanın hündürülüyü 24 

m  olmuşdur  (şəkil  5,6).  Mart  ayının  27-də  dalğalar  Alyaska  sahillərindəki  (Sakit 

okeanın Şimal-Qərb sahillərində) Kreysen Siti şəhərinə çatır və şəhər suyun altında 

qalır.  11  nəfər  həlak  olur,  ölkəyə  7  milyon  dollar  zərər  dəyir.  Qaçıb  xilas  olmuş 

insanlar şəhərə qayıtdıqda orada şəhər yox idi. Tarixdə Vaşinqton ətrafında 300 il 

bundan əvvəl sunami olması məlumdur. Alimlərin fikrincə Amerikanın şimal-qərb 

sahillərində 50 ildən bir güclü sunami olur.  

Kenon Biç şəhəri kurort şəhəridir. Yay aylarında burada turistlərlə birlikdə 20 

minə  qədər insan  olur.  Orada  sunamilərdən  qorunmaq  üçün  müasir hazırlıq  işləri 

görülüb.  Sunami  təhlükəsi olan  hallarda sirena  (siqnal)  çalır və  məktəb  şagirdləri 

təcili  çölə  çıxaraq  bir  neçə  dəqiqəyə  yaxınlıqdakı  hündürlüyə  çıxırlar  və  xilas 

olurlar. Orada axırıncı sunami 30 il bundan əvvəl baş verib. Az insan tələfatı olub.  

Vaşinqton  Ştatındakı  Lonq  Biç  şəhəri  sunami  dalğaları  üçün  daha 

təhlükəlidir.  Məs.  orada  1994-cü  ildə  baş  vermiş  sunami  vaxtı  əhali  təhlükəli 

ə

raziləri operativ tərk etmiş və insan tələfatı olmamışdır.  



Ayrı-ayrı illərdə dünya okeanında baş vermiş sunamilərin 

bəşəriyyətə vurduğu ziyanlar 

Ölkələ

Məntəqələ

Baş vermə 

tarixi 

Ölənlərin 

sayı, min 

nəfə

Dəymiş zi-

yanın miq-

darı, mln. $ 

Dalğaların 

hündürlüyü, 

m-lə 

Dağılan 

evlərin 

sayı, min 

Batan 

gəmilərin 

sayı, ədə

Yaralanıb, 

min nəfə

Yaponiya 

SanRiqas 

1296 


22 

– 

29 



– 

– 

 



Yaponiya 

Tonankoy 

1944 

1,2 


– 

– 

– 



– 

 

Yaponiya 



– 

1993 


0,200 

– 

30 



0,500 

– 

 



Yaponiya 

Xonkkaydo-

Xonsuyu ad. 

1960 


0,250 

– 

– 



5,0 

 

 



ndoneziya 

Krakatau 

1883 

36 


– 

– 

– 



5000 

 

ndoneziya 



Sumatra ad. 

24.XII.2004 

400 

675,0 


– 

– 

– 



 

Toqo şəh. 

Akudzizi 

adası 


1933 

– 

– 



24 

– 

– 



 

ABŞ 


Havay.xilas 

1946 


0,159 

– 

30 



– 

– 

 



ABŞ 

Alyaska 


9.VI.1958 

– 

– 



50 

– 

– 



 

ABŞ 


Alyaska 

27.III.1964 

0,11 

7,0 


24 

– 

– 



 

ABŞ 


Hibas 

1960 


0,61 

– 

11 



5,0 

– 

300 



Havay 

(ABŞ) 


Hilo şəh. 

1960 


0,200 

– 

– 



5,0 

– 

 



Keç.SSR  

Kamçatka 

5.XI.1952 

13 


– 

10-15 


– 

– 

 



Çili 

Havay (SSA) 

22.V.1960 

0,31 


30,0 

11 


– 

– 

 



 

 

27.III.1964 



– 

– 

24 



– 

– 

 



 

 

Cəmi

510 

712,0 


 

15,500 


5000 

300 


Behruz Melikov

Behruz Melikov




Hazırda  Dövlət  qoruyucusunda  qurulmuş  6  metrlik  qurğu  qabaqcadan 

sunaminin hündürlüyünü, gücünü və vaxtını xəbər verməyə imkan verir.  

Tektonik  hərəkətlər  nəticəsində  Havay  adalarında  96  km  uzunluğu  olan 

nəhəng  çat  əmələ  gəlmişdir  ki,  o  istənilən  vaxt  adanı  iki  yerə  bölə bilər.  Bundan 

başqa  meteoridlərin  düşməsi  nəticəsində  sunami  yarana  bilər.  50  il  bundan  əvvəl 

belə bir sunami qeydə alınmışdır. 

Keçmiş  ittifaq  ərazisində  güclü  sunamilər  1737,  1780,  1898,  1918,  1923, 

1953-cü  illərdə  qeyd  edilmişdir.  Sunamilərin  qorxusu  müxtəlifdir  və  dalğanın 

hərəkət  yolundakı  okeanın  dərinliyi  ilə  müəyyən  olunur.  Keçmiş  ttifaqda 

sunamilərin  yerləşməsini  müəyyənləşdirmək  üçün  iki  əsas:  seysmik  və 

hidroakustik üsuldan istifadə edən xəbərdaretmə xidməti mövcud idi. Seysmik və 

hidrostatik dalğaların yayılma sürəti sunamilərin sürətindən xeyli çox olduğundan, 

xəbərdarlıq xidməti əksər hallarda həyəcan siqnalını 30-40 dəqiqə qabaqcadan verə 

bilər. 


1952-ci  il  noyabrın  4-dən  5-nə  keçən  gecə,  səhər  saat  4-ə  yaxın  Şimali  Kurilsk 

şə

hərinin  sakinləri  7  ballıq  zəlzələ  ilə  yuxudan  oyanırlar.  Qorxmuş  insanlar 



evlərdən  çıxırlar.  Təkanlar  dayandıqdan  sonra  insanlar  evlərinə  qayıtmağa 

başlayırlar.  Yalnız  sunamilərlə  keçmişdə  tanış  olanlar,  o  cümlədən  balıqçı-

koreyalılar baxmayaraq ki, sakit dəniz var idi, onlar birinci təkanı hiss edən kimi 

dağa qaçmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən bərk uğultu eşidildi və 

bir neçə saniyəyə şəhərə yüksək dalğalar çırpıldı. Dalğa qüvvətli sürətə malik idi 

və 5 m yüksəkliklə şəhərin mərkəzinə doğru irəliləyir və şəhərin içərisindən keçən 

çayın dərəsinə qədər çatır. Bir neçə dəqiqədən sonra dalğa öz yolunda dağıtdığı hər 

ş

ey  ilə  birlikdə  dənizə  çəkilir.  Dalğının  geri  çəkilməsi  o  qədər  intensiv  idi  ki, 



dənizin dibi bir neçə yüz metrlərlə çılpaqlaşır, sakitlik başlayır.  

 15 dəqiqədən sonra şəhərə  yüksəkliyi  daha hündür  10  m  olan  ikinci  dalğa 

çırpılır.  Bu  dalğa  qabağına  çıxan  hər  şeyi  dağıdaraq  daha  çox  ziyan  vurur. 

Dalğaların  ardınca  yalnız  evlərin  sement  bünövrəsi  qalmışdı.  Şəhərin  içindən 

keçən  bu  dalğa  ətrafındakı  dağların  yamaclarına  qədər  qalxaraq  şəhərdəki dərəyə 

tökülür.  Burada  dəhşətli  bir  su  dövranı  baş  verir.  Bu  suyun  tərkibində  tikinti-

Behruz Melikov

Behruz Melikov




töküntülər  və  kiçik  gəmilər  də  sürətlə  fırlanır.  Bir  neçə  dəqiqə  ərzində  bu  su 

dövranında çoxlu insan məhv olmuşdur.  

Geriyə qayıdan dalğa arxadan sahil valını vurur və dağın ətrafına fırlanaraq 

Kuril  boğazına  soxulmuşdur.  Sahil  valı  və  dağ  bir  neçə  dəqiqəyə  adaya  çevrilir. 

kinci dalğadan bir neçə dəqiqə sonra daha zəif üçüncü dalğa gələrək, sahilə çoxlu 

tör-töküntü gətirir. Səhər saat 9-da okeanın səthi qüvvətli hərəkətə gəlir və bütün 

gün  ərzində  yavaşıyır.  1737-ci  ildə  Avaçidə,  Kuril  Lopatasında  və  adalarda  baş 

vermiş  zəlzələ  zamanı  dəhşətli  subasma  olmuşdur.  Oktyabrın  6-da  gecə  yarı  15 

dəqiqədə bir neçə təkan olur və bunun nəticəsində çoxlu kamçatkalıların obaları və 

köçlərini yuyub aparmışdır.  

 

Günəş sunamiləri. Günəşin səthində ləkələrin olması hamıya bəllidir. Onlar 

Günəşdə  fiziki  proseslər  nəticəsində  yaranırlar,  yanacaq  yanarkən  termonüvə 

prosesləri  zəifləyir.  Alimlər  belə  fikirləşirlər  ki,  ləkələr  səsin  sürətinin  kəskin 

azalması  ilə  əlaqədar  olan  kosmik  yaranmadır.  Belə  ki,  bu  ləkələrin  yaxınlığında 

səsin  sürəti  adi  haldan  xeyli  azdır.  Məlumat,  rabitə,  idarəetmə,  elm,  cəmiyyət 

(MAUSU)  Beynəlxalq  Akademiyasının  prezidenti  Y. .Borovkov  bu  fikirləri 

çoxdan söyləsə də, 2003-cü ildə Los Anjelesli (ABŞ) fiziklər özlərinin günəşətrafı 

«Coxo» zondunun köməkliyi ilə ölçülər apararaq həmin fikirləri təsdiqləmişlər. 

Ləkə-Günəş  ətrafında  daima  yaranan  günəşətrafı  «qara»  dəlikdir.  Bu  dəlik 

Günəşdən  2-10  mln.  km  məsafədə  yaranır.  Bu  «qara  dəliklərin»  (deşiklərin)  Yer 

səthinə istiqamətlənməsi Yerdə çoxsaylı katoklizmaların: tayfunların yaranmasına 

şə

rait  yaradır.  Bundan  əlavə  bu  «qara»  ləkələr  Yer  səthindəki  havada  daha  xırda 



dəyişikliyin  yaranmasına  səbəb  olur.  Bu  ona  görə  baş  verir  ki,  Yer  Günəşin 

fokusunda  dayanmışdır.  Fərz  etsək  ki,  Günəş  iri  uzunfokuslu  linzadır,  onda  Yer 

planeti onun fokusunda olur.  

Alimlər  hesablamışlar  ki,  L/GD  -Günəşdən  yerə  qədər olan  orta  məsafənin 

Günəşin  diametrinə  (GD-1,39  mln.km)  nisbəti  (L-149,  5  mln.  km),  sonra  isə 

Günəşin diametrinin Yerin diametrinə nisbəti (YD-12,756 min km), yəni GD/YD 

eyni  qiymət-108  alırsa  da,  belə  münasibət  Ay  üçün  də  alınır:  LA/GD=108  olur. 

Günəş şüalarının fokuslaşmasından qızır. Bizim Günəş sisteminin başqa planetləri 

Behruz Melikov

Behruz Melikov




isə Günəşin fokusunda deyillər və ona görə də onlarda həyat yoxdur və ola bilməz.  

26 dekabr 2004-cü il sunamisi xüsusilə qüvvətli olmuşdur, çünki, o gün Ay 

tam görünürdü. Ona görə də okeanın suyu sahildən 500 m-ə qədər uzaqlaşır, sonra 

bu  nəhəng  su  kütləsi  qüvvətlə  sahilə  çırpılaraq  qarşısındakı  hər  şeyi  dağıdır. 

Təsəvvür oyanırdı ki, qovulan dalğa 4000 m dərinlikdə baş vermiş sualtı zəlzələnin 

nəticəsində  yaranmışdır.  Bu  Sumatra  adası  yaxınlığında  Birma  və  ndoneziya 

plitələrinin  tərpənməsindən  baş  vermişdir.  Əslində  isə  sualtı  qayıqla  enib  baxsaq 

heç  bir  tərpəniş  olması  görünmür.Şri-Lanka  adasında  çəkilmiş  şəkildə  əyri-üyrü 

dəmir  yol  relslərin  olması  göstərir  ki,  bu  böyük  su  kütləsinin  sahilə  hidravlik 

qüvvəsi  vasitəsilə  çırpılması  nəticəsində  baş  vermişdir.  Bu  zərbə  isə  Yerə  gələn 

Günəşətrafı  «qara  dəliyin»  proyeksiyasının  Cənub-Şərqi  Asiyanın  ekvatorial 

vilayətlərinə düşməsindən baş verir. 

2004-cü  ilin  26  dekabrında  baş  verən  zəlzələ  bilavasitə  Günəşin 

ləkəəmələgətirən  aktivliyi  vaxtına  düşmüş,  həm  də  ki,  bu  ayın  tam  bədrlənmiş 

vəziyyətinə təsadüf edirdi.  

Buna  oxşar  mənzərə  2004-cü  ilin  yanvar  ayının  9-da  Sankt-Peterburqda 

olmuşdur.  Günəşətrafı  «qara  deşiyin»  proyeksiyası  yüksək  təzyiq  zonası  - 

antisiklon yaratmış və şəhərdə az rast gəlinən qış subasması baş vermişdir.  

Nəzəri olaraq belə kataklizmaları əvvəlcədən hesablamaq mümkün deyil. Birincisi 

ona görə ki, Günəş üzərindəki ləkənin fizikasını bilmirik.  kincisi, həm Günəş, həm 

də  Yer  fırlanır.  Ona  görə  də  hansı  ləkənin  bilavasitə  Yerə  istiqamətlənməsini 

demək  çətin  olur.  Bundan  əlavə  Yerin  peyki  olan  Ay  da  Yerin  kosmosdakı 

vəziyyətinə  təsir  edir.  Amma  hər  halda  alimlər  Günəşdə  ləkəyaradan  aktivliyin 

monitorinqini  apara  bilərlər.  Rusiyada  kristalların  böyüdülməsi  indikatoru 

yaradılmışdır.  Bu  cihazın  içərisindəki  xüsusi  məhsul  Günəşdəki  təzyiqin 

temperaturun və lazer şüalarının dəyişilməsini hiss edir.  

2004-cü il dekabrın 4-də Moskva vaxtilə saat 14

25

-də Günəş səthində birinci 



partlayış başlayaraq, Yer səthinə doğru yüklənmiş hissəciklərin böyük kütləsi atılır. 

Bundan  8  dəqiqə  sonra  Amerika  süni  peyki  GOES  rentgen  şüalarının  zərbəsini 

qeydə alır. Rentgen şüaları adətən C, M və X adlı üç sinfə bölünür. Hər bir sinif 

Behruz Melikov

Behruz Melikov



özündən əvvəlkindən 10 dəfə qüvvətli olur. Elə buna görə də dekabrın 5-də rentgen 

ş

üalanması şkalanın ən yuxarısına, 9-10 bala çatmışdır.  



Belə  rentgen  şüalarının  partlayışı  tarixdə  çox  nadir  hallarda  baş  verir. 

Xoşbəxtlikdən partlayış dalğası birbaşa Yer səthinə yönəlməmişdi. Dekabrın 7-də 

baş  vermiş  ikinci  partlayış  daha  ciddi  olmuşdur.  Bu  zərbə  Günəş  üzərində  3,5 

milyard km

2

 ərazidə yayılmışdır. Bu ərazi isə Yerin ərazisindən 85 dəfə çoxdur. 



Bu iki partlayışdan gələn maqnit dalğaları, əgər 2004-cü il dekabrın 10-13-ü 

arasında olsaydı, onda o dalğalar birbaşa Yerə istiqamətlənmiş olardı. Bu partlayış 

dalğaların  Yer  səthinə  bir  başa  istiqamətlənmədiyinə  görə  bəşəriyyət  əziyyət 

çəkməmiş,  bir  neçə  süni  peyklərdə  olan  elektron  cihazların  korlanması  ilə 

nəticələnmişdir.  Qüvvətli  sunami  1952-ci  ilin  payızında  Kuril  adaları  və 

Kamçatkanın  şərq  sahillərini  tutmuşdur.  Sualtı  zəlzələnin  ocağı  nisbətən  uzaq 

deyildi  (Kuril–Kamçatka  dərinliyi  ərazisində).  Dalğa  tezliklə  Kuril  adalarına  və 

Paramuşir adasına yaxınlaşaraq, ən çox 18 m yüksəkliyə qalxmışdır.  

Paramuşir  adasında peçlər uçmuş,  ev  əşyaları  tökülüb sınmış,  insanlar  çölə 

qaçmışlar. 

Paramuşirdə noyabrın 4-dən 5-nə keçən gecə əhali zəlzələ nəticəsində tələsik 

oyanaraq  evlərdən  çölə  çıxmışlar.  Peçlər,  qab-qacaq,  ev  əşyaları  dağılmış  və 

qırılmışlar. Bir neçə dəqiqədən sonra məlumatsız əhali evlərinə dönmüşlər. Amma 

sunamilər  haqda  məlumatı  olanlar,  əsasən  balıqçılar  dənizin  sakit  olmasına 

baxmayaraq, dağlara qalxmışlar. Zəlzələdən 45 dəqiqə sonra okean tərəfdən güclü 

uğultu eşidildi və bir neçə saniyə sonra Şimali Kurilə böyük sürətlə nəhəng dalğa 

irəlilədi.  Dalğaların  ən  hündür  hissəsi şəhərin  mərkəzi  hissəsində  olmuş  və  çayın 

dərəsinə qədər çatmışdır.  

Bir neçə dəqiqədən sonra dalğa dənizə doğru geri qayıdır və özü ilə dağıtdığı 

hər  şeyi  aparmışdır.  Boğazın  dibi  bir  neçə  yüz  metr  məsafədə  boşalır,  sakitlik 

yaranır.  15-20  dəqiqədən  sonra  şəhərə  daha  qüvvətli  10  metr  hündürlükdə  olan 

ikinci  dalğa  gəlir.  Bu  dalğa  daha  böyük  dağıdıcı  qüvvəyə  malik  olmuş,  bütün 

tikililəri dağıtmışdır. Dalğanın arxasında yalnız evlərin bünövrəsi görünürdü.  

Dalğa  şəhərdən  keçərək,  dağın  yamacına  çatmış,  sonra  isə  geri-çökəkliyə 

Behruz Melikov

Behruz Melikov




çəkilmişdir. Burada su dövrəsi yaranmış və dövretmədə tikililərin qalıqları və kiçik 

gəmilər iştirak edirdilər. Geri çəkilərkən dalğa sahil zonanı arxadan vurur. Orada 

arxada qalmış bir neçə evi də dağıdaraq Kuril körfəzinə dolur.  

kinci dalğadan bir neçə dəqiqə sonra üçüncü daha zəif dalğa gəlir ki, bu da 

özü ilə sahilə çoxlu qırıntılar gətirir.  

1960-cı  ildə  Çili  yaxınlığında  baş  vermiş  sunami  də  dəhşətli  olmuşdur.  Bu 

sunami  nəticəsində  nisbətən  az  adam  ölsə  də,  əsasən  Maulin  çayının  mənsəbində 

təqribən  1000-ə  yaxın  adamın  batması  güman  olunur.  Çili  sahillərinə  bir  neçə 

nəhəng  dalğa  hücum  edir.  Dənizdən  ilk  qabarma  çox  hündür  olmur.  4-5  m 

hündürlüyə  qalxan  dalğa  5  dəqiqə  sakit  qalır.  Sonra  isə  dalğa  geri  çəkilir.  Geri 

çəkilmə sürətli olmaqla bərabər, sovrulan su səsinə oxşar qüvvətli səslə müşahidə 

olunur.  kinci dalğa 20 dəqiqə sonra sahilə çırpılır. Sürət 5-200 km/s, hündürlük isə 

8 m olur.  

Beləliklə  yuxarıda  yazılanlarda  göründüyü  kimi  təbiətdə  elə  təbii  fəlakətlər 

vardır  ki,  onlar  insanların  fəaliyyətindən  asılı  olmayaraq  yaranır  və  bunların 

qarşısını almaq mümkün olmur, həm də ki, böyük itkilərlə başa gəlir.  

Sunamilərə  qarşı  qismən  müdafiə  olunmaq  üçün  tədbirlərə:  süni  sahil 

qurğularının  (dalğakəsən,  tökmələr  və  s.),  okean  sahili  boyu  meşə  zolağının 

salınması, 40-50 ci illərdə ABŞ, Yaponiya və Keçmiş SSR -də əhalini qabaqcadan 

xəbərvermə  qulluğu  yaradılıb  ki,  onlar  sunamilərin  yaxınlaşması  haqda,  sahil 

seysmoqrafları ilə təchiz olunur. 

 

Yer kürəsinin bütün tarixi boyu vulkan püskürmələ-ri, zəlzələlər, sunamilər 



və başqa tektonik hadisələrlə əlaqədar baş verən başqa təbii fəlakətlər dövrü olaraq 

insanlar və heyvanlar arasında böyük tələfatlara səbəb olmuşdur.  

Bu  fəlakətli  proseslər  nəticəsində  sunami  dalğalarının  törətdiyi  təzadlarla 

ə

laqədar apardığımız araşdırmalar aşağıdakı nəticələri söyləməyə imkan vermişdir:  



1.

  Sunamilər  okean  və  başqa  su  hövzələrində  suyun  təlatümə  gəlməsi  nəticəsində 

yaranan  uzun  dalğalardır.  Əksər  sunamilərin  yaranmasına  səbəb  qüvvətli  sualtı 

zəlzələlər  hesab  olunur.  Sunamillərin  80%-dən  soxu  Sakit  okeanın  hər  iki 

sahillərində baş verir.  

Behruz Melikov

Behruz Melikov



2.

  Qüvvətli sunamilərlə müşahidə olunan daha çox dağıdıcı zəlzələlər o ərazilərdə baş 

verir ki, orada bir litosfer tavası o biri litosfer tavasının altına girməkdə olur.  

3.

  Dağıdıcı  sunamilərin  yaranmasının  əsas  şərtlərindən  biri  okeanın  həmin 



sahələrində  dərin  çatın  olmasıdır  ki,  onun  uzunu  boyunca  zəlzələ  ocağı  yaranır, 

belə ki, onlar seysmik zona hesab olunur.  

4.

  Adətən dalğanın gəlməsindən bir az əvvəl gözlənilmədən dənizin sürətli çəkilməsi 



baş  verir.  Su  sahildən  min  metrlərlə  dənizə  doğru  çəkilir  və  yaxud  suyun  sürətlə 

sahildən  uzaqlaşması  və  dibin  çılpaqlaşması  baş  verir.  Bu  zaman  dalğanın  səsi 

kəsilir.  Bir  neçə  dəqiqə  sonra  sahil  zonasındakı  şəhərlərə  və  başqa  balıqçı 

qəsəbələrinə divar kimi su dalğası gəlir ki, bu dalğa da öz yolunda hər şeyi yuyub 

aparır.  

5.

  Sunamilərin  gəlməsini  xəbər  verən  sistemlər  əsasən  seysmik  məlumatların 



azaldılması  nəticəsində  mümkün  olur.  Xəbərdaredici  sistemlərin  əsas  əhəmiyyəti 

ə

hali  arasında  aktual  informasiyanın  yayılmasıdır.  Ən  mühümü  odur  ki,  əhali 



sunamilərin necə təhlükəli olmasını təsəvvür etmiş olsun. 

6.

  Günəşin  səthində  ləkələrin  olması  hamıya  bəllidir.  Ləkə-Günəş  ətrafında  daima 



yaranan  günəşətrafı  «qara  dəliklərdir».  Bu  «qara  dəliklərin»  Yer  səthinə 

istiqamətlənməsi  Yerdə  çoxsaylı  katoklizmaların-tayfunların,  tornadonun, 

sunamilərin, siklon və antisiklonların yaranmasına səbəb olur.  

7.

  Nəzəri cəhətdən belə kataklizmaları əvvəlcədən hesablamaq mümkün olmasa da, 



belə ehtimal olunur ki, alimlər Günəşdə ləkəyaradan aktivliyin monitorinqini apara 

bilərlər.  



 

Behruz Melikov



Behruz Melikov

Document Outline

  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1
  • Microsoft Word - Document1

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə