Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə17/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   ...   13   14   15   16   17   18   19   20   21

Zəngi  (Razdan)  çayı  əhalisi  milyon  nəfərdən  artıq  olan,  sənaye  və  inkişaf  etmiş 

şə

hərin  çirkab  axınını  Araza  gətirir  və  nəticədə  onu  fəlakət  mənbəyinə  çevirir. 



Çirkab  axnla  yanaşı  Razdan  çayı  vasitəsilə  Araza  Yerevan  atom  stansiyasından 

(Mutsomor)  isti  sular  axıdılır  ki,  bu  da  canlılara  öldürücü  təsir  göstərir.  Bundan 

ə

lavə bu isti sularla həm də radionukleidlər Araza tökülür. Bu azmış kimi, Qafan-



Qacaran  mis  yataqlarının  istismarı  prosesində  bütün  zəhərli  maddələr  Oxçuçay 

vasitəsilə  Araza  atılır  və  bütün  hallarda  Araza  tökülən  çaylardan  Ermənistan 

demək olar ki, istifadə etmir. 

Respublikamızda kənd təsərrüfatının intensiv inkişafı nəticəsində ərazinin su 

hövzəsi  yararsız  vəziyyətə  gətirilmiş  və  müvafiq  olaraq  içməli  su  ehtiyatı  kəskin 

azalmışdır. 

Su təbiətin ən lazımlı və nəcib hissəsidir. Susuz həyat yoxdur, buna görə də su 

insanın həyatının varlığını təmin edən vasitə kimi əvəzedilməzdir. 

 

Sunamilərin törətdikləri fəlakətlər və onlardan qorunmaq tədbirləri  

2004-cü  il  dekabrın  26-da  Asiyanın  cənub-şərqində,  Sumatra  adası 

yaxınlığında  Andaman  dənizində  baş  vermiş  sualtı  zəlzələ  nəticəsində  yaranmış 

sunami  dalğalarının  hərəkətini  göstərən,  müxtəlif  telekanalların  fantastik  və 

dəhşətli  kadrlarını  yaddan  çıxarmaq  mümkün  deyil:  «Sahilə  doğru  18-20  metr 

hündürlükdə  sürətlə  nəhəng  sunami  dalğası  yaxınlaşır.  Bu  vaxt  sahildə  Cənub-

Şə

rqi  Asiyanın  gözəl,  mənzərəli  sahilindəki  çimərlikdə  müxtəlif  yaşlarda  olan, 



minlərlə  istirahət  edən  insanlar  görünür.  Qəfildən  yaxınlaşmaqda  olan  nəhəng 

sunami  dalğasını  görən  insanlar  çaşaraq,  hər  şeyi  unudaraq  tam  fəlakətin  qanun-

larına  tabe  olurlar.  Çaşğınlıqdan  və  özünü  itirmiş  minlərlə  insan  olduqları 

vəziyyətdə,  kim  necə  bacarsa  dalğanın  caynağından  canlarını  qurtarmaq  üçün, 

uzağa  qaçmağa  çalışırlar.  Bir  anda  ən  dəhşətli  hadisə  baş  verir,  insanlar  arxaya 

baxmayaraq,  bir-birinə  kömək  etmədən  qaçırlar.  Bir  an  telekadrlarda  nəsə  çox 

dəhşətli  bir  hadisə-mənzərə  baş  verir:  ən  cavan  və  qüvvətli  insanlar  geriyə 

baxmadan  lap qabaqda qaçırdılar,  onların  arxasınca  nisbətən  az  sağlamlığa  malik 

insanlar  həyatlarını  xilas  etmək  arzusu  ilə  qaçırdılar.  Onların  ardınca  qocalar, 

Behruz Melikov

Behruz Melikov



xəstələr, əlillər və ata-anaları özlərini itirib qabaqda qaçanların körpə uşaqları var 

qüvvələrilə  sahildən  uzaqlaşmağa  çalışırdılar.  Ana  uşaqsız,  ər-arvadsız,  sağlam 

insanlar isə qocalara, xəstələrə, əlillərə, hətta uşaqlara məhəl qoymadan qaçırdılar. 

Onların ardınca sürətilə nəhəng sunami dalğaları yaxınlaşırdı. Ən dəşhətlisi isə bu 

idi ki, arxadan yaxınlaşan nəhəng dalğalar əjdaha kimi ağzını nəhəng açaraq qaçan 

insanların hamısını udurdu…  

Son  nəticədə  hamını  ağuşuna  alan  dalğaları  təsvir  edən  bu  dəhşətli,  təsadüfi 

və  tarixi  kadrlar  dünyanın  müxtəlif  ölkələrinin  müxtəlif  letekanallarında  cəmisi 

bircə  dəfə  göründü,  çünki  çox  dəhşətli  və  ürəkağrıdıcı  idi.  Sunamilərin  dəhşətli 

nəticəsi  belədir.  Bu  əsil  təbii  fəlakətdır.  Onun  təsir  dairəsi  çox  böyük  əraziləri 

ə

hatə edir. Vurduğu maddi, mənəvi, ekoloji ziyanları aradan qaldırmaq çox böyük 



vəsait və vaxt tələb edir.  

 

Yer  kürəsində  biosferanın  tarixinin  öyrənilməsi  göstərmişdir  ki,  Yer 



planetinin  bioloji  həyatında  dəfələrlə  qlobal  hadisələr  baş  vermiş,  qısa  tarixi 

müddət ərzində bir qrup canlılar məhv olmuş, ümumiyyətlə, az bir fasilədən sonra 

tamamilə yeni, keçmişdəkinə tamam oxşamayan həyat şəraiti əmələ gəlmişdir. Yer 

kürəsinin  bütün  tarixi  boyu  vulkan  püskürmələri,  zəlzələlər,  sunamilər  insan  və 

heyvanlar  arasında böyük tələfatlara səbəb olmuşlar.  Amma  sivilizasiya  tarixində 

elə fəlakətlər də baş vermişdir ki, bütün planetin tarazlığı pozmuşdur.  

Son  200  ildə  planetimizdə  qlobal  dəyişikliklər  yaratmış  iki  təbii  fəlakəti 

misal  göstərmək  olar.  Onlardan biri  XIX əsrin sonlarında  ndoneziyada  Krakatau 

vulkanının  püskürməsi  və  qüvvətli  zəlzələlərin  baş  verməsi,  ikincisi  isə 

ndoneziyada  26  dekabr  2004-cü  ildə  baş  vermiş  11  ballıq  zəlzələ  və  bunun 

nəticəsində  nəhəng  sunami  dalğalarının  əmələ  gəlməsi  olmuşdur.  Hər  iki  fəlakət 

nəticəsində 400 minə yaxın insan tələf olmuşdur.  

Qeyd  etmək  lazımdır  ki,  ndoneziyada  zəlzələnin  qlobal  nəticələri  dərhal 

dünya  alimlərinin  və  ictimaiyyətinin  diqqətini  cəlb  etmişdir.  Birincisi,  NASA  – 

ABŞ-ın  Milli  Aerokosmik  Agentliyinin  məlumatlarına  əsasən  bu  Yer  planetinin 

formalaşmasının  sürətinin  dəyişilməsinə  və  sutkanın  uzunluğunun  2,68 

mikrosekund çoxalmasına səbəb olmuşdur. Yerin coğrafi oxu 2,5-dən 6 sm-ə qədər 

Behruz Melikov

Behruz Melikov



öz  yerini  dəyişmişdir.  Alimlər  hesab  edirlər  ki,  bu  yerdəyişmə  bir  neçə  metr 

olmuşdur.  Nəhəng  litosfer  tavasının  mantiyanın  altına  sürətlə  keçməsi  Yerin 

deformasiyasına və onun Orta Radiusunun dəyişilməsinə səbəb olmuşdur.  

Yuxarıda  göstərilənlərdən  aydın  olur  ki,  bu  proseslər  qısa  vaxt  ərzində 

nəinki  dünya  okeanın  sularında  böyük  dəyişikliklər  əmələ  gətirə  bilər,eyni 

zamanda  Yer  kürəsində  qlobal  iqlim  dəyişikliyinə  və  atmosferin  tərkibini  ciddi 

dəyişə bilər.  

Bundan  əlavə  hazırda  Günəş  sunamilərinin  də  baş  verməsi  artıq  hamıya 

bəllidir.  Günəşin  üzərində  ləkələr  Günəşdə  gedən  fiziki  proseslər  nəticəsində 

yaranır,  yanacaq  yanarkən  termo  üzrə  prosesləri  zəifləyir.  Ləkə-Günəş  ətrafında 

daima  yaranan  günəşətrafı  «qara»  dəlikdir.  Bu  qara  dəliklərin  (deşiklərin)  Yer 

səthinə  istiqamətlənməsi  Yerdə  çoxsaylı  katoklizmlərin:  tayfunların,  tornadonun, 

sunamilərin, siklon və antisiklonların yaranmasına şərait yaradır.  

Yuxarıda  qeyd  etdiyimiz  belə  qlobal  hadisələr,  onların  yaranma  səbəbləri, 

Yer  kürəsinə  etdiyi  təsirlər,  törətdikləri  fəlakətlər,  insan  tələfatı,  dəyən  maddi 

ziyanlar, sosioloji sarsıntılar göstərilməklə, onların tarixi ardıcıllığı gözlənilmişdir. 

Fikrimizcə 

belə 


təbii 

katoklizmlərin 

geniş 

izahı, 


araşdırılması 

və 


proqnozlaşdırılması günün ən aktual vəzifələrindəndir.  ndi hamıya  məlumdur ki, 

hansı  ölkələrdə  ki,  vulkanlar,  zəlzələlər,  sunamilər,  fırtına  və  tornado  haqqında 

geniş məlumtalar var (Yaponiya, ABŞ və s.) və onlar xalqa təbliğ olunursa, orada 

bu  fəlakətlərə  qarşı  xeyli  hazırlıq  olur  və  nəticədə  həmin  ölkələrdə  maddi  və 

mənəvi itgilər xeyli az olur. 

nsanlar öz həyatlarında çoxsaylı təbii katoklizmlərlə üzləşmişlər. Onlardan 

biri - ən təhlükəlisi, geniş yayılmışı, çoxlu bəlalar gətirən, çoxsaylı insan tələfatı ilə 

nəticələnən sunami dalğalarıdır. 



Sunami  (yunan  sözüdür,  «iri  dalğa»  deməkdir)  -  bu  okean  və  başqa  su 

hövzələrində suyun təlatümə gəlməsi nəticəsində yaranan uzun dalğalardır. Əksər 

sunamilərin  yaranmasına  səbəb  qüvvətli  sualtı  zəlzələlər  hesab  olunur.  Zəlzələ 

nəticəsində  bir  neçə  dalğa  yayılır  ki,  onlardan  birincisi  həmişə  ən  güclü  olmur. 

Sunamilərin 80%-dən çoxu Sakit okeanın hər iki sahillərində baş verir.  

Behruz Melikov

Behruz Melikov



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə