Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə20/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------75------------------------------------ 
 
təbiətdə  və  cəmiyyətdə  gedən proseslərin qeyri-
müəyyənliyini daha adekvat nəzərə  almağa  imkan 
yaradır.  Aparıcı  dünya  şirkətləri tərəfindən tətbiq 
olunan bu nəzəriyyə 1965-ci ildə işlənib hazırlanmışdır. 
Nəzəriyyə  uzun müddət Amerika elmi ictimaiyyəti 
tərəfindən qəbul edilməsə də, ötən əsrin 80-ci illərində 
yapon alimlərinin diqqətini cəlb  etmiş  və  yaponlar bu 
unikal  (nadir)  nəzəriyyədən yararlanmaq qərarına 
gəlmişlər. Lütfi Zadə  nəzəriyyəsinin tətbiqi  gündoğan 
ölkəyə  milyardlar  qazandırmışdır.  Bu  gün Yaponiyanın 
"Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", 
"Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyri-səlis 
məntiq nəzəriyyəsinə 
əsaslanan foto ve 
videokameralar,  paltaryuyan  maşınlar,  vakum  kimyəvi 
təmizləyiciləri  istehsalında,  avtomobillərin,  qatarların, 
sənaye proseslərinin idarə  olunmasında  geniş  istifadə 
edirlər. Lütfi Zadə 1989-cu ildə  qeyri-səlis  məntiq 
nəzəriyyəsinin sənayedəki uğurlarına görə Yaponiyanın 
elm  adamlarına  verdiyi  ən yüksək mükafat –  "Honda" 
mükafatı  ilə  təltif  olunub.  Amerikalılar  da  bu 
nəzəriyyənin qiymətini anlamağa, ondan yararlanmağa 
başlayıblar.  Bu  gün  bu  nəzəriyyə  Amerikanın  "General 
Motors", "General Electric", "Motorola", "Dupont", 
"Kodak" və  başqa  şirkətləri tərəfindən istehsalatda 
geniş  tətbiq  olunur.  Hazırda  bu  nəzəriyyədən 
iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, 
fəlsəfədə, sosiologiyada, dini məsələlərdə,  münaqişə 
problemlərində  də  istifadə  olunur. Qeyri-səlis məntiq 
nəzəriyyəsindən  əlavə  Lütfi Zadə  5 fundamental elmi 
nəzəriyyə  təklif  etmişdir:  "Təəssüratlar nəzəriyyəsi", 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------76------------------------------------ 
 
"Sistemlər nəzəriyyəsi", "Sözlə  işləyən kompüter 
nəzəriyyəsi", "Optimal süzgəclər nəzəriyyəsi" və  "Soft 
kompyutinq". Lütfi Zadənin elmdə Z-çevirmə kimi 
tanınan işi diskret və rəqəmli idarəetmə, informasiya və 
kommunikasiya sistemlərinin  yaradılmasının  əsasını 
qoymuş  elmi  nəzəriyyədir. Onun məşhur  vəziyyətlər 
fəzası,  dinamik  sistemlərin idarə  olunma və  müşahidə 
olunma nəzəriyyələri müasir idarəetmə  elminin  əsasını 
təşkil 
edir. 
ABŞ-ın Milli Kosmik Tədqiqatlar 
Mərkəzi (NASA) bu nəzəriyyələr  əsasında  idarəetmə 
sistemlərini tədqiq edir, layihələndirir və  tətbiq edir. 
Lütfi Zadənin qeyri-səlis məntiqini obrazlı  şəkildə  belə 
izah etmək olar: "Aristotel məntiqi" ilə  mühakimə 
yürüdən  beyin  dünyanı  yalnız  ağ  və  ya qara rəngdə 
qavrayır, "Zadə məntiqi" isə dünyanı bütün çalarları ilə 
qavramağa  imkan  verir.  Çünki,  "Aristotel  məntiqi" ikili 
(binar) məntiqdir, "Zadə  məntiqi" çoxmənalı  (kəsilməz 
qiymətli) məntiqdir. Aristotelə  görə, bir müddəa ya 
doğru, ya da yalan ola bilər. Lütfi Zadəyə görə, hər bir 
müddəanın  doğruluq  dərəcəsi  doğru  və  ya yalan 
arasında (və ya sıfırla bir arasında) kəsilməz qiymətlər 
alır.  "Zadə  məntiqi"ndə  real həyatı  daha  dürüst  inikas 
etmək qabiliyyəti var, bu məntiqdə  tolerantlıq  daha 
çoxdur. Lütfi Zadə  nəzəriyyəsi 
riyaziy-
yatın, kibernetikanın, informatika və hesablama  texno-
logiyasının inkişafı  tarixində  yeni  bir  dövr  açmışdır.  Bu 
nəzəriyyə  bütün dünyada elmə, texnika və 
texnologiyaya  geniş  nüfuz  etmişdir.  Paltaryuyan 
maşınlardan  tutmuş,  avtomat  sürücüyə  kimi yüzlərlə, 
minlərlə  sistemdə,  qurğuda  öz  tətbiqini  tapmışdır. 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------77------------------------------------ 
 
Getdikcə  həmin nəzəriyyənin  əməli gücü onun 
mücərrəd mahiyyətini üstələmişdir.  2013-cü ilin 19-20 
iyun tarixlərində  Madrid  şəhərində  İspaniyanın BBVA 
(Banco Bilbao Vizcaya Argentaria) fondunun elm və 
mədəniyyət sahəsi üzrə  təsis  etdiyi  mükafatların 
təqdimetmə  mərasimi keçirilib. Fond tərəfindən 
İnformasiya-Kommunikasiya  Texnologiyaları  kateqori-
yasında  Lütfi  Zadə  böyük məbləğdə  mükafata layiq 
görülüb. 
 
        
        Əliyev  Rafiq  Əziz  oğlu (10 fevral 1942  -  ci ildə 
Ağdam  şəhərinin  Novruzlu  kəndində anadan  olmuşdur, 
texnika elmləri doktoru, professor, AMEA-nın müxbir 
üzvü, 
Azərbaycan Dövlət Neft Akade-



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------78------------------------------------ 
 
miyasının “Avtomatlaşdılmış 
idarəetmə 
sistemləri 
kafedrasının  sabiq  müdiri,  MBA  proqram  direktoru, 
ADNA, Corciya Dövlət Universiteti,  Atlanta,  ABŞ,  BBA 
Proqram direktoru,  "Zadə  irsi və  süni intellekt" 
Assosiasiyasının  prezidentidir.  1998-ci ildən indiyə  kimi 
Azərbaycan Dövlət Neft Akademiyası və Corciya Dövlət 
Universitetinin 
(Atlanta, 
ABŞ) 
MBA 
proqram 
direktoru, 2001-dən indiyə  kimi isə  bu universitetlərin 
BBA proqram direktorudur. Azərbaycan və bir sıra xarici 
ölkələrdə  informatika və  idarəetmə  sahəsində  elmi-
tədqiqat  işlərinin təşkilində  böyük rolu vardır. 
Azərbaycanda, Rusiyada, Almaniyada və  İranda  130-
dan çox elmlər namizədi, 25 elmlər doktoru 
hazırlamışdır.  Tələbələri  hazırda  təkcə  Azərbaycanın 
elm mərkəzlərində  deyil, digər ölkələrdə  də  (ABŞ, 
Almaniya, Türkiyə,  Rusiya,  İran  və  s.) fəaliyyət 
göstərirlər. Bilavasitə  rəhbərliyi və  iştirakı  ilə  1994-cü 
ildən  başlayaraq  hər iki ildən  bir  Avropanın  bir  sıra 
ölkələrində  ″Qeyri-səlis sistemlərin tətbiqi″,  2000-ci 
ildən  başlayaraq  hər iki ildən bir Özbəkstan 
Respublikasının 
Daşkənt 
şəhərində 
″Qeyri-səlis 
sistemlərin tətbiqi və  Soft  Kompyutinq″,  2000-ci ildən 
başlayaraq  hər iki ildən bir Türkiyənin Antalya 
şəhərində  ″Sistem  təhlilində, qərarqəbuletmə  və 
idarəetmədə  sözlə  işləyən kompüter və  Soft 
Kompyutinq″ üzrə beynəlxalq elmi konfranslar keçirilir. 
İnformatika  və  idarəetmə, süni intellekt, qeyri-səlis 
məntiq və  Soft Kompyutingə  həsr  olunmuş  70-ə  yaxın 
kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. 
  


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə