Dərs vəsaiti kimi tövsiyyə edilmişdir. B a k I 1



Yüklə 3,8 Mb.
Pdf görüntüsü
səhifə18/60
tarix23.08.2018
ölçüsü3,8 Mb.
#63981
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   60


İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------68------------------------------------ 
 
Əslində isə nə baş verir? 
Nümunə üçün şahmatı seçək.  
Şahmatçı  situasiyanı  qiymətləndirib  gediş  seçərkən 
presedentə  (presedent;  misal  (keçmişdə  olmuş  və  sonra 
olan eyni tipli hadisələr üçün),  keçmiş  təcrübəyə, 
bacarığa,  intuisiyaya  (duyuma),  gümana,  rəqibin 
gələcəkdə  edə  biləcəyi  gedişlərin  variantlarını  nəzərə 
almağa, yoxsa tamamilə başqa şeyə,  nəyə əsaslanır? Bir 
sözlə,  biz  şahmatçının  fikirləşmə  prosesi barədə  olduqca 
az bilirik. 
Lakin biz dəqiq bilirik ki, EHM-də nə baş verir. Maşın 
şahmat  ”oynayarkən”  baş  verənlərin təfəkkürə  heç bir 
dəxli  yoxdur.  Çünki  EHM  üçün  hansı  gedişi necə seçmək 
barədə  təlimat-proqramı  insan  tərtib  etmişdir.  Odur  ki, 
əslində,  şahmatı  nə  maşın,  nə  də  proqram  oynayır. 
Şahmatı  oynayan  həmin  proqramı  yazmış  olan  insandır. 
Məhz o, EHM-in  imkanlarından  istifadə  edərək  şahmat 
sahəsində  topladığı  bilikləri  maşın  proqramlarına 
çevirmişdir.  Maşın  oyunun  gedişində  yaranmış  vəziyyətə 
uyğun olaraq lazımi məqamda lazımi proqramı işə buraxır. 
Bu  baxımdan,  proqramların  şahmat  turniri,  əslində, 
şahmat  proqramları  yazmış  riyaziyyatçı-proqramçılar 
arasındakı yarışdan başqa bir şey deyildir.  
Beləliklə, EHM-in  qurulması  və  istifadəsi sahəsində 
hansı  problemi  nəzərdən keçirsək, görürük ki, hər  şeyin 
arxasında insan dayanır. 
Süni intellektin gələcək  inkişafından  danışarkən 
xüsusi olaraq qeyd edilməlidir ki, bu gün artıq bəşəriyyəti 
daha çox invariant idarəetmə sistemlərinin nəzəriyyəsi və 
tətbiqi,  süni  intellekt  üsullarının,  ekspert sistemlərin 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------69------------------------------------ 
 
yaradılması, 
idarəetmə 
proseslərinin 
intellektuallaşdırılması,  qeyri-səlis məntiq, qeyri-səlis 
neyron sistemlər və  s.  daha  çox  düşündürür.  Real 
həyatda qərar qəbuletmə  və  idarəetmə  məsələlərini həll 
edərkən mövcud qeyri-müəyyənlik nəzərə alınmalıdır.  
1960-cı  illərə  qədər idarəetmə  və  qərar qəbuletmə 
nəzəriyyələri tam müəyyənlik  şəraiti  üçün  yaranmışdı. 
Lakin real həyat məsələlərində  həmişə  bu və  ya digər 
dərəcədə informasıya çatışmazlığı mövcud olur. Bu və ya 
digər dinamik sistemə  həyəcanlandırıcı  təsir edən amillər 
barədə  informasiya  azdırsa,  elə  idarəetmə  qanunu 
tapmaq lazımdır ki, idarə olunan sistem həmin təsirlərdən 
asılı olmasın, başqa sözlə, sistem invariant olsun.  
Mütəxəssislərin fikrincə  artıq  klassik  idrak,  klassik 
elmi üsullar öz əvvəlki qüdrətini itirib. Onların fikrincə, bir 
dildən  başqa  dilə  tərcümə  problemi, persepsiya əsasında 
ətraf  mühitin  qavranılması  problemi,  canlıların  sərbəstlik 
dərəcəsinə  və  çevikliyinə  malik  olan  robotların 
yaradılması,  lazımi  adekvatlığa  malik  olan  iqtisadi 
modellərin  yaradılması  və  s. klassik elm, o cümlədən, 
klassik riyaziyyat tərəfindən həllini tapa bilməzdi. Çünki 
klassik  riyaziyyat  deterministik  riyaziyyatdır.  Qeyri-
müəyyənliyi nəzərə  ala bilmir. Yeni elmi və  fəlsəfi 
yanaşma  tələb olunur. Bu isə, mahiyyətcə, hesablama 
intellekti yanaşmasıdır. Hesablama intellekti süni intellekt 
və onun daha inkişaf etmiş formasıdır. Süni intellekt (ing. 
Artificial intellegence)  -  informatikanın  hesablama 
sistemələri və  digər  süni  qurğuların  köməyi ilə  fikir və 
hadisələrin təminat  imkanlarını  öyrənən  şöbəsidir. Süni 
intellekt dedikdə  insanın  proqramlaşdırılmış  şəkildə, süni 



İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR 
 
 
---------------------------------70------------------------------------ 
 
yollarla  yaratdığı  və  digər köməkçi vasitələrlə  üzə  çıxan 
qeyri-ənənəvi intellekt, tamamilə  yeni bir idrak 
kateqoriyası  başa  düşülür.  Məsələn,  insan  robot  yaradır 
və onun bəşər övladına adekvatlığından bəhs edir. Robot 
insana çay gətirirsə  və  yaxud bir neçə  sualın  cavabını 
verirsə  bu hələ  süni intellekt deyil, bu sadəcə  həmin 
robotun  proqramlaşdırılmadan  irəli gələn  funksiyalarıdır. 
Süni intellektə  malik  robotsa  insanın  əsəbi  olduğunu 
görüb  artıq  hərəkətlərə,  yersiz  davranışa  yol  verməyən 
robotdur ki, bu da hələ mövcud deyildir.  
Son illər dünya ölkələrində  olduğu  kimi, 
Azərbaycanda da, soft kompütinq, hesablama intellekti 
məsələlərinə  diqqət  artırılıb,  bu  sahədə  sanballı  elmi 
tədqiqtlar meydana gəlib. Professor Lütfi Zadə  və  Rafiq 
Əliyev  bu  sahənin öncülləri kimi qəbul  edilir.  R.Əliyevin 
invariantlıq  nəzəriyyəsi sahəsindəki  işləri  neft  emalı, 
neftkimya sənayesində, intellektual robotlar 
istiqamətindəki  işləri metallurgiya və  əlvan metallar 
sənayesində, 
banisi 
olduğu 
böyük 
sistemlərdə 
koordinasiya nəzəriyyəsi müxtəlif iqtisadi və  istehsal 
sistemlərinin  qurulmasında,  süni  intellekt,  hesablama 
intellekti, soft kompütinq sahəsində  aldığı  elmi  nəticələr 
neftçıxarma,  neftemalı,  təbabət, təhsil, konfliktologiya, 
biznes, iqtisadiyyat sahələrində,  ALİ-1,  ALİ-2,  ALİ-3 
məntiqləri isə  kosmik obyektlərdə  tətbiq olunub. 
Coğrafiya  baxımından  bu  tətbiqlər Azərbaycan, Rusiya, 
Özbəkistan, Ukrayna, Almaniya, İran, Türkiyə, Bolqarıstan 
və s. ölkələri əhatə edib. ALİ-1, ALİ-2, ALİ-3 məntiqlərinin 
yeniliyi ondadır ki, onlar qeyri-müəyyənlik şəraitində insan 
təfəkkürünü, nəticə  çıxartmaq  mexanizmini  başqa 


Yüklə 3,8 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə