.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------197------------------------------------
edə bilir. Bir çox istehsal prosesində verilənlərin avtomatik
qəbulu, emalı və idarəetmə üzrə əks əlaqə vasitələri lazım
olur. Bilik mühəndisi ilə intellektual sistemlər, adətən,
biliklər bazasının komponentlərini almağa və modifikasiya
etməyə icazə verən quruluş redaktorlarının köməyi ilə
əlaqələndirilir.
İntellektual sistemlərin tətbiqi proqram təminatı ilə
qarşılıqlı əlaqəsi xüsusi hesablamalar vaxtı hiss olunur.
Belə ki, tez-tez verilənlərin emalı üzrə standart
əməliyyatların alt məsələ qismində istifadə edilmə
məcburiyyəti yaranır.
İstehsalın idarəetmə sistemi ilə inteqrasiya edilən
intellektual sistemlər, həmçinin, İnternetlə paylanmış
verilənlər bazalarının birgə fəaliyyəti, verilənlər və
biliklərin tədarükü sistemləri idarəetmənin müxtəlif
ierarxiyalarında istifadə olunur.
Adətən istehsalın idarə edilməsi məsələlərində
ekspert tərəfindən biliklərin üç səviyyəsindən istifadə
edilir:
•
Reflektiv, yəni qeyri-iradi reaksiyaların səthi
biliklərinə uyğun “qabiliyyət”;
•
Standart mühakimə halları üçün qaydalar;
•
Qeyri-adi və çətin hallar üçün qaydalara deyil,
konkret prinsiplərə əsaslanan dərin biliklər.
Biliklər bazasının layihələşdirilməsi zamanı intellektin
daha çox dərin biliklərə əsaslanmasına cəhd edilməlidir.
İntellektual sistemlərin layihələşdirilməsi və onların
arxitekturasının seçilməsində yalnız mövcud istehsal
obyektini qiymətləndirən müstəqil proqram təminatı
hazırlamaq lazım deyildir. İntellektual sistemlərin prosesin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------198------------------------------------
müxtəlif elementlərinə daha çox yaxınlaşmasına,
idarəetmə və təşkilatın texnoloji zəncirinin əsas həlqəsi
kimi çıxış etməsinə cəhd etmək lazımdır.
İntellektual sistemlərin yaradılması zamanı predmet
oblastı haqqında biliklərin təqdim olunma üsulu və insanın
xəyalının modelləşdirilməsi, düşüncə metodları və qərar
qəbulunda seçimlər mühüm əhəmiyyət kəsb edir.
İntellektual sistemin yaradıcısı (biliklər mühəndisi) uzun
müddət biliklər bazasının yaradılması üçün informasiya
mənbəyi rolunu oynayan mütəxəssis-ekspert ilə həmin
sahə üzrə birgə işləyir. Bir neçə iterasiya (təkrar)
nəticəsində sistemdə biliklərin təqdim olunma sxemi və
məntiqi nəticəçıxarma strategiyası seçilir.
Biliklərin biliklər bazasında yerləşdirilməsi və
nəticəçıxarma mexanizminin, düşüncələrin və seçimin
təşkili problemlərindən başqa izahetmə qərarlarının
funksiyaları və çıxarılışları mühüm əhəmiyyət kəsb edir.
Bir qayda olaraq intellektual sistemlər istifadəçilərin
onlara olan inamının artmasından sonra öz nəticə və
məsləhətlərini izah edir və təsdiqləyirlər.
Mövcud intellektual sistemlərdən heç biri sadalanan
komponentlərin hamısını özündə birləşdirmir. Bununla
yanaşı, bu elementlərin varlığı abstrakt (mücərrəd) deyil,
tətbiqi aspektdə intellektuallığa iddia edən sistemin
müxtəlif funksiyalarının reallaşdırılmasını əks etdirir. Bu və
ya digər komponent və əlaqələrin intellektual sistemə
qoşulması müəyyən səviyyədə onun təyinatından,
funksiyalarından, tədqiqat sahəsindən və istehsal
prosesindəki qarşılıqlı əlaqə formasından asılı olaraq
müəyyən edilir. Məsələn, izahetmə funksiyalarının
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------199------------------------------------
nizamlama intellektual sistemlərinin bazası əsasında
texnoloji proseslərin idarə
edilməsi sistemində
reallaşdırılması əlverişli deyil.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------200------------------------------------
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------201------------------------------------
BİLİKLƏR BAZASININ
LAYİHƏLƏŞDİRİLMƏSİ
İstənilən intellektual sistemin özəyini biliklər bazası
və sistemə qoyulmuş həllin çıxış mexanizmi təşkil edir.
Ümumiyyətlə, bu komponentlər sistemin iki əsas
intellektual xarakteristikasını təyin edir: istənilən bir şey
haqqında biliklərin saxlanması bacarığı və bu biliklər üzrə
əməliyyatların aparılması.
Biliklərə əsaslanan qismən inkişaf etmiş sistemlərə
öyrənəbilən, yeni bilikləri qavrayan, biliklər bazasını
genişləndirən, tədqiqat sahəsində dəyişən şərtlər və
hadisələrdə biliklərin korrektə edilməsini təmin edən
sistemlər aiddir. İntellektual sistemlərin layihələşdirilməsi
zamanı daha çox vaxt və əmək sərfi biliklər bazasının
yaradılmasına gedir. Belə ki, biliklərin yığılması, biliklərin
təqdim olunma modelinin təşkili, onun quruluşunun
verilməsi, biliklər bazasının tam dolğunluğu ilə
tamamlanması və onun daha sonra da aktual vəziyyətdə
saxlanılmasını təmin etmək çox mürəkkəb məsələdir.
Biliklər
bazasının
layihələşdirilməsi
və
reallaşdırılmasına keçməzdən əvvəl sistemi işləyib
hazırlayanlar biliklər bazasının və intellektual sistemlərin
ümumilikdə hazırlanması prosesi ilə bilavasitə bağlı olan
bir neçə məsələni həll etməlidirlər.
İntellektual sistemlərin hazırlanmasının ilkin
mərhələsində həll ediləcək tapşırıqların əhatə dairəsinə
aşağıdakılar daxildir:
Dostları ilə paylaş: |