.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------206------------------------------------
İstehsal informasiyalarının əsasını biliklərin iki tipi –
əsas (dərin) və ekspert bilikləri təşkil edir. Əsas biliklər
fundamental prinsiplərə əsaslanan iqtisadi proseslər və
onun funksiyalarının hissəvi anlayışını əks etdirir.
Mühəndislər riyazi əməllər vasitəsi ilə istiliyin ötürülməsi,
maye axını, kimyəvi reaksiyalar, qarışıqların parçalanması
və s. prosesləri təsvir edə bilirlər. Riyazi həllərin bərabərlik
və qaydaları biliklər üçün ardıcıllıq və ya təşkilat
quruluşunu müəyyən edir. Dolğun və hərtərəfli istismar
prosesləri prosedur məsələləri üçün əsas biliklərlə eyni
qiymətləndirilir.
Ekspert bilikləri təcrübə və ya müşahidələrdən alınır.
Prosesin ölçülmə şərtləri keyfiyyət terminlərində asan
verilir və asan da təsvir olunur. Prosesin gedişi çoxlu
müxtəlif vəziyyətlərdə özünü biruzə verir. O, keyfiyyət
xarakteristikalarının istifadəsi ilə müşahidə və proqnoz
oluna bilər. Lakin proses fundamental prinsiplər
terminində heç də hər zaman başa düşülən olmur. Bir çox
göstəricilərin keyfiyyət təbiəti, bərabərliklərin məntiqi
formada ifadəsi riyazi əməllərin köməyi ilə birlikdə təsvir
olunan mütəmadi olmayan münasibətlər və nəticələri
şərtləndirir.
İntellektual sistemlərin biliklər bazası təcrübədə
adətən ekspert və əsas biliklərin kombinasiyasını
birləşdirir. Biliklərin bir hissəsi tamamilə keyfiyyət, digər
hissəsi isə kəmiyyət xarakteri daşıya bilir.
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------207------------------------------------
BİLİKLƏRİN TƏQDİMATI VƏ
MODELLƏŞDİRİLMƏSİ
Süni intellekt nəzəriyyəsində biliklərin təqdimatı
mühüm əhəmiyyət daşıyır.
Biliklər nəyi ifadə edir və onların verilənlərdən fərqi
nədir?
Biliklər, mühit (konkret predmet oblastı, obyekt və
ya obyektlər qrupu) haqqında, obyektlərin xüsusiyyətləri
barədə informasiyaları, hadisə və proseslərin qanuna-
uyğunluqlarını, qərar qəbulu üçün informasiyadan istifadə
qaydalarını özündə birləşdirən məlumatlar çoxluğunu
ifadə edir.
İlk hesablayıcı maşınlar verilənlərin emalına
yönləndirilmişdi. Bu, texniki və proqram təminatlarının
inkişaf səviyyəsi və həm də həll edilən məsələlərin
xüsusiyyətləri ilə əlaqədar idi. Sonrakı inkişaf
mərhələlərində həll edilən məsələlərin mürəkkəbləşməsi,
onların intellektuallaşdırılması, hesablayıcı texnikanın
inkişafı bilikləri emal edən maşının yaradılması zəruriliyini
doğurdu. Biliklərin verilənlərdən ən böyük fərqi, şübhəsiz
ki, biliklərin interpretasiyalı (izahlı) olmasıdır.
Verilənlərin izahı (interpretasiyası) üçün proqramın
olması vacibdir və verilənlərin özləri dolğun informasiya
daşımırlar, lakin biliklər həmişə dolğun informasiya
daşıyırlar. Biliklərin digər fərqləndirici xüsusiyyəti
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------208------------------------------------
münasibətlərin mövcudluğu, məsələn, “tip-yarımtip”,
“element-çoxluq” və s. formada olmasıdır.
Biliklər, ayrı-ayrı hadisə və faktların birgə vəziyyətə
uyğun əlaqələrinin mövcudluğu ilə xarakterizə olunur.
Süni intellekt sistemlərində təqdim edilən biliklərin
aşağıdakı tipləri fərqləndirilir:
•
Obyektin quruluşunu, formasını, xüsusiyyətlərini,
funksiyalarını, imkanlarını, vəziyyətini təsvir edən
biliklər;
•
Obyektlər arasındakı əlaqələri və bu obyektlərin
iştirakı mümkün olan əlaqələri və hadisələri təsvir
edən biliklər;
•
Fiziki qanunları təsvir edən biliklər;
•
İş və fəaliyyətin mümkün effektlərini, hadisə və
vəziyyətlərin yaranmasının səbəb və şərtlərini
təsvir edən biliklər;
•
Məqsəd, plan, razılaşma, mümkün niyyət və s.
təsvir edən biliklər.
Feygenbaum isə aşağıdakı biliklər tipini ayırır:
•
Ətraf mühitin obyekt və kateqoriyaları haqqında
olan biliklər;
•
Müvəqqəti ardıcıllıq və səbəb-nəticə əlaqələrini
müəyyən edən hadisələr haqqında olan biliklər;
•
Fəaliyyəti, yəni hər hansı bir işi yerinə yetirmək
qabiliyyəti haqqında olan biliklər;
•
Metabiliklər.
Bütün sistemlər üçün ümumiliyi olan biliklərin
təqdim edilməsi dili (BTD) vardır. Növbəti aspektlər bütün
biliklərin təqdim edilməsi dilinə xasdır: bütün biliklərin
.
İNTELLEKTUAL SİSTEMLƏR VƏ TEXNOLOGİYALAR
---------------------------------209------------------------------------
təqdim edilməsi dili iki mühitlə, təqdim edilən və təqdim
edənlə bağlıdır.
Əgər aşağıdakı məsələlər həll edilərsə, birlikdə
biliklərin təqdim edilməsi dili təqdimatın əsasını təşkil
edər:
-təqdim edilən mühit nədir?
-təqdim edən mühit nədir?
-təqdim
edilən
mühitin
hansı
aspektləri
modelləşdirilib?
-bu mühitlər arasında hansı uyğunluq var?
Biliklərin təqdim edilməsi dili üçün ümumi olan bir
sıra problemlər vardır.
Bu problemlərə aşağıdakıları aid etmək olar:
•
Yeni biliklərin əldə olunması və onların əvvəlki
biliklərlə qarşılıqlı münasibəti;
•
Assosiativ əlaqələrin təşkili;
•
Təqdim olunan elementlərin həcminə görə
diapazonun seçilməsi “Obyekt və hadisələr nə
dərəcədə ətraflı təsvir edilə və daxili mühitin hansı
hissəsi konkret süni intellekt sistemində təqdim
oluna bilər?”- sualı ilə əlaqədardır;
•
Semantik primitivlərin birmənalı olmaması və
seçimi;
•
Modulluq və başa düşülənlik;
•
Biliklərin aşkarlığı və əlverişliyi;
•
Təqdim olunanların deklarativ və prosedur
əlaqələrinin seçilməsi, sistemin səmərəliliyinə,
tamlığına, şifrələmənin asanlığına və başa düşülmə
səviyyəsinə nə təsir edir.
Dostları ilə paylaş: |