Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə57/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   53   54   55   56   57   58   59   60   ...   83

N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P aşayeva
zamankı  Azərbaycan-türk  ədəbi  dili  ilə  eyniyyət  təşkil  edir. 
Məsələn,  1783-cü  ildə  general  P.S.Potyomkinə  və  başqalarına 
göndərilmiş  219  sənəddən  195  (89%-i)  Azərbaycan-türk  dilində 
yazılmışdır.  Bu  sözləri  sonrakı  illərin  yazışmalan  haqqında  da 
söyləmək olar.
Peterburqda  1848-ci  ilin  dekabnnda  təsdiqlənmiş  "Qafqaz 
təhsil  dairəsi...  haqqında  "Əsasnamə"nin  100-cü və  1853-cü  ilin 29 
oktyabnnda  imzalanmış  "Əsasnamə"nin  89-cu  maddələrində 
göstərilir ki,  "Tiflis və  Kutais  qubemiyalannın gürcü  qəzalannda — 
gürcü  dili;  Zaqafqaziya  ölkəsinin  digər  qəzalannda  və  Stavropol 
quberniyasında  isə  tatar  dili  (Azərbaycan-türk  dili.  -  M.Ç.)  yerli 
dillər  sayılır".  Bu  sənədlərdən  başqa,  Qafqaz  canişinliyindən 
ölkənin  Maarif  nazirliyinə  120  saylı  18  fevral  1855-ci  il  tarixli 
rəsmi 
məktubunda 
kadrlar 
hazırlamaq 
üçün 
gürcü 
və 
Azərbaycan-türk  dillərinin  öyrənilmə  vacibliyindən  bəhs  edilərək 
yazılmışdır ki,  "Gürcü  dili  Tiflis  və  Kutais  qubemiyalannın  yalnız 
müəyyən  yerlərində  çinovniklər  üçün  əlverişli  ola  bilər;  tatar  dili 
(Azərbaycan-türk  dili.  -  M.Ç.)  isə  Qafqazın  digər  hissələrində  və 
bütövlükdə Qafqaz ölkəsində yararlıdır".
Yeri  gəlmişkən  burada  bir  məqamı  da  qeyd  etmək  yerinə 
düşərdi.  Gürcüstanın  Dövlət  Arxivində  saxlanılan  minlərlə 
əlyazmalan  və  mədəniyyət  xəzinələri  arasında  1739-cu  ildə 
Azərbaycan-türk  dilinə  tərcümə  olunmuş  və  gürcü  əlifbası  ilə 
yazıya  alınmış  "İncil"  əsəri  də  vardır.  405  səhifədən  ibarət olan bu 
əsər  1881-ci  ildə  gürcü  əlifbası  ilə  yenidən  köçürülmüş  və  indi  də 
Tiflis  arxivində  saxlanmaqdadır.  Bundan  başqa,  Tiflis  arxivlərində 
Azərbaycan-türk  dilində  yazılmış  və  gürcü  əlifbası  ilə  yazıya 
alınmış  onlarla ədəbi-mədəni  abidələr vardır.  Bütün  bunlar göstərir 
ki, Azərbaycan-türk dili XVIII-XIX əsrlərdə gürcü dilinə də az-çox
228
A zərb a yca n şü n a slığ ın  əsa sla rı
dərəcədə təsir etməyə başlamış və hətta, həm öz sözlərinin, həm də 
ərəb  və  fars  sözlərinin  də  gürcü  dilinə  keçinəsinə  vasitəçilik 
etmişdir.
Yuxarıdakı  mülahizələrdən  aydın  şəkildə  göründüyü  kimi, 
Qafqaz ölkəsində istər xalqlararası  ədəbi-mədəni  əlaqələrdə,  istərsə 
ticarət-alver  və  məişət  münasibətlərində,  istərsə  də  rəsmi 
yazışmalarda  Azərbaycan-türk  dilindən  geniş  şəkildə  istifadə 
olunmuşdur.
229


N. 
C əfərov,  M.  Ç obunov,  Q.  P aşayeva
"Dil birliyi olmasa,  milli vəhdətin həqiqi 
mahiyyəti və gücü ola bilməz ”.
C.Əfqani
AZƏRBAYCAN-TÜRK DİLİNİN TƏDQİQATA CƏLB 
OLUNMASI TARİXİ
Tarixi  mənbələrin  verdiyi  məlumatlara  görə,  dünyanın 
ayrı-ayrı  ölkələrində  Azərbaycan-türk  dili  təxminən  XI-XIV 
əsrlərdən  ауп-ауп  tədqiqatçıların,  lüğətşünaslann  diqqətini  cəlb 
etməyə başlamışdır.  Məhz bunun nəticəsidir ki, bu dil hələ XI-XIV 
əsrlərdən  etibarən,  yəni  Azərbaycan-türk  dilinin  ilk  yazılı 
nümunələri  yaranandan  sonra,  nəinki,  bədii  əsərlərdə,  həmçinin, 
müxtəlif  məqsədlər  üçün  hazırlanmış  lüğətlərdə  də  öz  əksini 
tapmışdır.  Bu  dövrün  ikidilli,  üçdilli  və  s.  lüğətlərinin  bir  tərəfini 
Azərbaycan-türk dili  materialları  təşkil  etmişdir.  Məsələn, XI  əsrdə 
Mahmud  Kaşğarlının  bütün  türk  dillərinin  müştərək  tarixi 
abidəsi-ensiklopediyası 
hesab 
olunan 
"Divani-lüğət-it-türk" 
lüğətində  də  Azərbaycan-türk  dili  materialından  az-çox  dərəcədə 
istifadə olunması şübhəsizdir.  Çünki bu divanda yüzlərlə elə sözlər, 
ifadələr,  cümlələr  vardır  ki,  onları  müasir  Azərbaycan-türk  dilinin 
lüğət tərkibindən fərqləndirmək olmur.
Həmçinin, XII əsrdə Əl Zəməxşarinin  "Müqəddimət ül-ədəb"i, 
"Kitabi-məcmueyi  -tərcümani-türki  və  əcəmi  və  moğoli  və  farsi", 
XV  əsrdə  Cəmaləddin  ət-Türkinin  "Kitab bulğat əl-müştaq  fı  lüğat 
ət-türk və əl-qıf-qaç"ı, XIV əsrdə Hüsaminin "Töhfeyi-Hüsam" adlı 
farsca-türkcə,  Cəmaləddin  ibn  Mühənnanın  "Hilyət-ül  insan  və 
həlbət-ül 
lisan" 
adlı 
ərəbcə-türkcə, 
Hinduş 
Naxçıvaninin
230
A zərb a yca n şü n a slığ ın  əsa sla rı
"Sihahül-əcəm-bilisan-əl-farsi"  adlı  türkcə-farsca  lüğətlərin  lüğət 
materiallarının  bir  tərəfi  Azərbaycan-türk  sözlərindən  ibarət 
olmuşdur.  Yalnız  onu  da  qeyd  etmək  lazımdır  ki,  "Siha- 
hül-əcəm-bilisan-əl-farsi"  lüğətində  4  mindən  çox  türk  sözləri 
işlədilmişdir.
Yuxarıda qeyd olunan  faktorlardan  göründüyü kimi,  "XII-XIII 
əsrlərdən  etibarən  türk  dilinin  müxtəlif etnokulturoloji  regionlarda 
(Şərq,  yaxud  Türküstan,  Cənub-Qərb,  yaxud  Oğuz  və  Şimal-Qərb, 
yaxud  Qıpçaq)  təzahürü  özünü  həmin  lüğətlərdə  hiss  etdirsə  də, 
türk  dilinin  ümumiliyi,  bütövlüyü  barədəki  təsəvvür  hələ  uzun 
müddət  pozulmamış,  ərəb,  fars,  monqol,  Qərbi  Avropa  dilləri  türk 
dilinin  bu  və  ya  digər  regional  təzahürü  ilə  deyil  (ayrı-ayrı  türk 
dilləri  ilə  deyil.  -  M.Ç.)  ümumən  türk  dili  ilə  müqayisə 
olunmuşdur"  (Nizami  Cəfərov,  Türkologiya  tarixinə  iiımımi  hir 
baxış,  Bakı,  2000, səh.  8-9).
Yuxarıdakı qeydlərdən göründüyü kimi,  istər Azərbaycanda və 
ya  Türk  dünyasında,  istərsə  də  dünyanın  ayn-ayn  ölkələrində 
Azərbaycan-türk  dilinin  öyrənilməsinə  və  ya  tədqiq  edilməsinə 
maraq  hələ  bir  neçə  yüz  il  bundan  əvvəl  olmuşdur.  O  cümlədən, 
Fransada  Azərbaycan-türk  dilinin  öyrənilməsi  və  yayılması  hələ 
XVI  əsrin  birinci  yarısından  başlanır.  Bu  da  təsadüfi  deyil.  Çünki, 
artıq,  Azərbaycan-tiirk  dili  Şərqdə  geniş  yayılmış  dillərdən biri  idi. 
Fransız  alimlərinin  qeyd  etdiklərinə  görə,  "1530-cu  ildə  Parisdəki 
"Kolec  de  Frans"  şərqşünaslıq  məktəbində  başqa  şərq  dilləri  ilə 
yanaşı,  Türk  dilləri  üzrə  də  mütəxəssislər  hazırlanmış,  həmçinin, 
Azərbaycan-türk dilinin  öyrənilməsinə də  mühüm  yer verilmişdir". 
XIX  əsrdə  isə,  Fransada  Azərbaycan-türk  dilinə və mədəniyyətinin 
öyrənilməsinə  olan  maraq  daha  da  artmışdır.  XIX  əsrin  80-ci 
illərində  fransız  şərqşünası  Baronye  de  Meynar  Azərbaycan
231


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə