Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə56/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   52   53   54   55   56   57   58   59   ...   83

/V . 
C  i)far ov,  M.  Ç obaııov,  Q.  P a şa yeva
əsərlərini  daha geniş yaymaq  üçün həmişə tatar -  (Azərbaycan-türk 
- M.Ç.) dilində yazırlar".
B.MENYAR:  XIX  əsrin  80-ci  illərində  fransız  şərqşünası 
Baronye  de  Meynar  Azərbaycan-türk  dilinin  geniş  yayılması  ilə 
əlaqədar  olaraq  yazmışdır:  "Təbrizdən  Tiflisə  qədər,  Ermənistan 
sərhədlərindən  Kaspi  dənizi  sərhədlərinə  qədər"  geniş  bir regionda 
yayılmış, böyük əhəmiyyəti olan bir dildir.
A.A.BESTUJYEV-MARLİNSKİ:  Rusiyanın  görkəmli  inqi­
labçı-demokratı,  tənqidçisi  A.A.Bestujyev-Marlinski  Qafqazda 
olmuş,  Qafqaz xalqlarının  həyatı  və mədəniyyəti  ilə yaxından tanış 
olduqdan  sonra  Azərbaycan-türk  dilinin  geniş  ünsiyyət  dairəsinə 
malik olmasından  bəhs  edərək yazmışdır:  "Zaqafqaziya  tatarlarının 
(Azərbaycan türklərinin -  M.Ç.)  dili  türk (Osmanlı -  M.Ç.) dilindən 
az  fərqlənir və onunla,  Avropada  fransız dili  ilə olduğu kimi, bütün 
Asiyanı başdan-başa gəzib dolaşmaq olar".
M.Y.LERMONTOV:  XIX  əsrin  görkəmli  rus  şairi  M.Y.Ler- 
montov  Qafqazda,  o  cümlədən,  Azərbaycanda  olmuş  və  1837-ci 
ildə  S.A.Rayevskiyə  göndərdiyi  məktubunda  yazmışdır:  "Tatarca 
(Azərbaycan  -  türk  dilində.  -  M.Ç.)  öyrənməyə  başlamışam. 
Avropada  fransız  dilini  bilmək  nə  qədər  zəruridirsə,  burada  və 
ümumiyyətlə, Asiyada da bu dili bilmək bir o qədər vacibdir".
L.BUDAQOV:  XIX  əsrin  görkəmli  türkoloqu  L.Budaqov 
1857-ci  ildə  çap  etdirdiyi  kitabında  "...  bütün  Qafqaz  ölkəsində  və 
İranda işlənən Azərbaycan  ləhcəsi"  (Azərbaycan-türk dili -  M.Ç.) - 
deyə Azərbaycan-türk dilinin  ümumişlək əhəmiyyətini  xüsusi  qeyd 
etmişdir.
L.M.LAZARYEV:  XIX  əsrin  tanınmış  rus  türkoloqlarından 
L.M.Lazaryev 
Azərbaycan-türk 
dilinin 
geniş 
bir 
bölgədə 
xalqlararası  ünsiyyətə  xidmət  etməsi  ilə  əlaqədar olaraq yazmışdır:
224
A za rb a yca n şü n a slığ m   əsa sla rı
"...Azərbaycan  -  (türk  -   M.Ç.)  dili  bütün  Asiyada,  fransız  dilinin 
Avropada  işləndiyindən  daha  çox  işlənir;  zira  sonuncunu  (fransız 
dilini  -   M.Ç.)  Fransadan  kənarda  ali  zümrə  və  orta  təbəqənin  az 
qismi danışdığı halda, Asiyada əhalinin bütün təbəqələri  uşaqlıqdan 
türk  dilində  danışırlar;  eləcə  də,  bu  dilin  köməyi  ilə  bütün  Asiyanı 
və Avropa Türkiyəsini gəzmək mümkündür".
QRUBER:  Zaqafqaziya  məktəblər  direktoru  Qruber  1883-cü 
ildə  Rusiya  Xalq  Maarifi  Departamentinə  göndərdiyi  məktubla­
rından birində yazmışdır: "...bu dil (Azərbaycan-türk dili -M.Ç.) Za­
qafqaziya  əyalətlərindəki  yerli  dillərdən  ən  mühümüdür".  Bu  fikir­
dən  aydın  olur ki,  Zaqafqaziyada  ən  geniş yayılmış  və  xalqlararası 
ünsiyyətə xidmət edən dil Azərbaycan-türk dili olmuşdur.
M.Q.BELTADZE:  Gürcü əlifbası  ilə yazıya alınmış XVIII  əsr 
abidələrindən  (mətn  Azərbaycan-türk dilindədir -  M.Ç.) bəhs  edən 
gürcü alimi  M.Q.Beltadze də, yeri gələndə, Azərbaycan-türk dilinin 
əhəmiyyətini  qeyd  etmiş  və  onu  o  dövrdə  Zaqafqaziyada  işlənən 
beynəlxalq dil adlandırmışdır.
Yuxarıda  qeyd  olunan  mülahizələrdən  göründüyü  kimi, 
Azərbaycan-türk  dili  hələ  orta  əsrlərdən  xalqlararası  ünsiyyət 
vasitəsi kimi geniş dairədə işlənmə imkanlarına malik olmuşdur.  Bu 
fikri  xalqımızın  dostları  da,  hətta,  tarixi  düşmənləri  olan  erməni 
xalqının tanınmış alimləri və yazıçıları da təsdiq və etiraf etmişlər.
X.ABOVYAN:  Azərbaycan-türk  dilinin  beynəlxalq  rolunu, 
hətta, düşmənlərimiz də etiraf etmişlər. "Azərbaycan - (türk -  M.Ç.) 
dilinin  ...  geniş  yayılma  səbəblərindən"  bəhs  edərkən,  xalqımızın 
tarixi  düşməni  ermənilərin  ədibi  X.Abovyan  yazmışdır:  "Özünün 
səlisliyinə,  ahəngdarlığına,  lətifliyinə,  şeriyyətliyinə  görə,  tatar 
(Azərbaycan-türk  -  M.Ç.)  dili  qrammatik  cəhətdən  başqa  dillər 
arasında,  demək  olar  ki,  yeganədir".  X.Abovyan  Azərbaycan-türk
225


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva
dilinin  "hətta,  qadınların  və  uşaqların  belə  başa  düşdüyünü",  onun 
"xalqın  bəzi  hissələri  üçün  tam  bir  zərurətə"  çevrildiyini, 
Azərbaycan-türk dili  sözlərinin  "erməni  dilinin  əsas hissəsini  təşkil 
etdiyini" 
göstərirdi, 
"...yeni 
erməni 
dili 
isə 
türk 
(Azərbaycan-türk.-M.Ç.) dilinə bənzəyir", - deyə qeyd etmişdir.
X.Abovyan  davam  edərək  yazmışdır:  "Ona  görə  də,  istedadlı 
erməni  şair  və  aşıqlarının  improvizatorlannın  türk  (Azərbay­
can-türk -  M.Ç.) dilində mahnı-şeir qoşması və bədahətən onları  ifa 
etmələri  tamamilə  adi  haldır".  O,  öz  mülahizələrini  onunla  izah 
edirdi  ki,  Azərbaycan-türk  dili  özünün  ahəngdarlığı,  şairanəliyi 
(təsadüfi  deyil  ki,  Azərbaycan-türk  xalqını  şair xalq  adlandırırlar  - 
M.Ç.)  və  qrammatik  quruluşunun  sadəliyi  ilə  digər  Zaqafqaziya 
dillərindən  fərqlənir.  X.Abovyan  Azərbaycan-türk  dilinin  bütün 
Zaqafqaziya  ölkəsində,  Azərbaycanda  və  bütövlükdə,  İranda 
danışıq dili olmasından da bəhs etmişdir.
X.Abovyan  Azərbaycan-türk  dilinin  ermənilər  arasında  geniş 
yayıldığından  bəhs  edərək  yazmışdır:  "Yeni  dilimizin  (XIX  əsr 
erməni  ədəbi  dilinin  lüğət  tərkibi  nəzərdə  tutulur  -  M.Ç.)  yarısı 
Azərbaycan  -  (türk  -  M.Ç.)  və  farsca  kəlmələrdir.  O,  dillərin  adı 
(sözləri  -  M.Ç.)  bizim  millətin  dilinə  o  qədər  düşübdür  ki,  öz 
dillərini  buraxıb,  məsəl,  nağıl,  hekayə  və  lətifələri  azərbaycanca 
(Azərbaycan türkcəsincə. - M.Ç.) demişlər".
Məhz bunun nəticəsidir ki, X.Abovyanın əsərlərində də  1500-ə 
qədər Azərbaycan-türk söz və ifadələri işlənmişdir.
Q.ANTONYAN:  X.Abovyanın  irsini  dərindən  tədqiq  edən 
düşmən  xislətli  erməni  professoru  Q.Antonyan  yazmışdır: 
"X.Abovyan yeni ədəbi dilin yaradılmasında çoxsaylı Azərbaycan - 
(türk  -  M.Ç.)  sözləri  ilə  yanaşı,  elə  xarici  sözlərdən  də  istifadə
226
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
etmişdir  ki,  bunlar  Azərbaycan  -  (türk  -  M.Ç.)  dili  vasitəsilə 
müvəffəqiyyətlə erməni danışıq dilinə keçmişdir".
M.ABECYAN:  Məlumdur  ki,  erməni  dilinin  lüğət  tərkibində 
zəngin  və  rəngarəng  semantik  mənaya  malik  olan  yüzlərlə 
Azərbaycan-türk  söz  və  ifadələri  işlənmişdir.  Bu  münasibətlə 
M.Abecyan yazmışdı:  "Qarşımızda müxtəlif variantlı  1700-ə qədər 
bayatı  vardır.  Təəssüf  ki,  bizim  dilimizdə  çoxmənalı  sözlər,  eyni 
məna daşıyan  ifadələr çox az miqdardadır.  Buna görə də, bizə tanış 
olan türkcəyə (Azərbaycan türkcəsinə - M.Ç.) müraciət edirik".
M.ŞAGİNYAN:  Azərbaycan  ədəbiyyatından  bəhs  edən
bədxah  erməni  xalqının  nümayəndəsi  M.Şaginyan  XX  əsrin  30-cu 
illərində  "Azərbaycan  nəsri  haqqında"  adlı  məqaləsində  yazmışdır: 
"Şərq dilləri ailəsində Azərbaycan dili ən çox imkanlara və yayılma 
perspektivlərinə  malik  olan  dillərdən  biridir.  Ecazkar  dərəcədə 
aydın,  asan  və  lakonik  olan  bu  dil  şərq  nitq  mədəniyyətinin  bütün 
gözəlliklərini  özündə cəmləşdirmişdir, bu dili  öyrənmək o qədər də 
çətin  deyildir.  Onu  öyrəndikdən  sonra  isə,  demək  olar  ki,  bütün 
Şərq dillərini başa düşmək olar".
Azərbaycan-türk dilinin tarixən geniş işlək bir ünsiyyət vasitəsi 
olmasını  məşhur  şəxslərin  mülahizələri  ilə  yanaşı,  həmin  illərin 
rəsmi  dövlət  sənədləri  də  təsdiq  edir.  Həmin  sənədlərdən  bir 
neçəsinə nəzər salaq.
"Qafqaz  xalqları  Azərbaycan  (türk.  -   M.Ç.)  dilindən  vaxtı  ilə 
yazılı  ədəbi  dili  kimi  idarə,  dəftərxana  və  şəxsi  yazışma  vasitəsi, 
bəzən  də  dövlətlərarası  diplomatiya  dili  kimi  də  istifadə  etmişlər". 
Bu  mülahizəni  arxivlərdə  saxlanılan  bir  sıra  rəsmi  sənədlər  də 
təsdiq  edir.  XVIII  əsrin  80-ci  illərində  Şimali  Qafqazdan  Rusiya 
çarına  və  onun  yüksək  vəzifəli  məmurlarına  ərəb  əlifbası  ilə 
Azərbaycan-türk  dilində  yazılmış  müxtəlif  sənədlərin  çoxu  o
227


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə