Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə52/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   48   49   50   51   52   53   54   55   ...   83

N.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
ifadələr,  cümlələr,  mətnlər  və  bədii  parçalar  da  yazıya  alınmışdır. 
Bütün  bunlar  açıq-aydın  şəkildə  göstərir  ki,  artıq,  1X-XI  əsrlərdə 
(hələlik,  əlimizdə  yazılı  mənbə  yoxdur,  bəlkə,  əvvəllər  də) 
ümumxalq  dili  əsasında  Azərbaycan-türk  yazılı  ədəbi  dilinin 
sabitləşməsi  üçün  zəngin  bir bünövrə,  zəmin  yaranmışdır.  Deməli, 
Azərbaycan-türk  yazılı  ədəbi  dilinin  tam  təşəkkülü,  artıq,  IX-XI 
əsrlərdə  başa  çatmış  və  sonrakı  dövrlərdə  cilalana-cilalana, 
səlisləşə-səlisləşə,  zənginləşə-zənginləşə,  dəqiqləşə-dəqiqləşə  və 
təkmilləşə-təkmilləşə bugünkü müasir səviyyəyə gəlib çatmışdır.
Yuxanda  qeyd  edildiyi  kimi,  Azərbaycan-türk  dili,  artıq,  öz 
varlığını  təsdiq  etmişdir.  Bu  fikri  Nizami  Gəncəvinin  1188-ci  ildə 
yazmış  olduğu  məşhur  "Leyli  və  Məcnun"  poemasının  ayrı-ayrı 
epizodları  da  təsdiq  edir.  Artıq,  XII  əsrin  70-ci  illərində  şöhrəti 
aləmə  yayılmış  Nizami  haqqında  məlumatlar  Şirvan  şahı  Əxsitana 
gəlib  çatır.  O,  Nizamiyə  müraciətlə  "Leyli  və  Məcnun"  dastanını 
yazmağı  xahiş  edir.  Lakin  Nizami  şahın  bu  sifarişini,  heç  də,  ruh 
yüksəkliyi  ilə  qəbul  etməsə  də,  oğlu  Məhəmmədin  xahişi  ilə  bu 
əsəri  yazmağa  razılıq  verir  və  1188-ci  ildə  həmin  poemanı 
tamamlayıb şaha təqdim edir.
Bir gün  Şirvanşahın qasidi  Gəncəyə Nizaminin yanma gəlir və 
hökmdarın  məktubunu  ona  təqdim  edir.  "Hökmdar  dünyanı  söz 
sehri  ilə  fəth  edən  şairi  "qulluq  halqasına  məhrəm"  adlandırır  və 
bundan  sonra  "Leyli  və  Məcnun"  haqqında  eşqnaməni  fars  və  ya 
ərəb dilində yazmağı xahiş edir.  Həmin məktubda şah yazırdı:
" B
u
  m
ö
v z u
  ş a
h
ı d
ı r   b
i i t i i n
  s ö z l ə r i n ,
L
a
y i q
d
i r   b
u
  s ö
z ə   s ə n
i n
  h
ü
n
ə r i n
.
B
u
  t ə z ə   g
ə l i n
ə   ç ə k ə n
d
ə   z ə h ı ı ı ə t ,
F
a r s ,   ə r ə b
  d i l i l ə   v u
r   o
n
a
  z i n
ə t
208
A zərb a yca n şü n a slığ ın   əsasları
K
a
m
a
l   c ö
v h
ə r i n
i n
  x ə z i n
ə s i n
d
ə n
 
G
ö
r   k i m
i n
  s a
p
ı n
a
  i n
c i   d
ü z ü r s ə n .
T
ü
r k   d i l i  y a
r a
ş m
a
z   ş a
h
  n
ə s l i m
i z ə ,
Ə
s k i k l i k   g
ə t i r ə r   t i i r k   d
i l i   b i z ə .
Y
ü
k s ə k   o
l m
a
l ı d
ı r   b i z i m
  d i l i m
i z ,
Y
ü
k s ə k  y a
r a
n
m
ı ş d
ı r   b
i z i m
  n
ə s l i m
i z ! "
Şah  bu  ifadələri  də  əbəs  yerə  deməmişdir.  Çünki,  o  görürdü 
ki,  Azərbaycan-türk  dili  yalnız  məişətdə  yox,  eyni  zamanda  şah 
sarayına,  əslizadələr  sarayına  daxil  olmuş,  fars  və  ərəb  dilləri  ilə 
eyni  səviyyədə  ümumişlək  hüququ  qazanmışdır  və  Azərbay­
can-türk  dilinin  işlənmə  dairəsi  günü-gündən  genişləndiyi  halda, 
ərəb və  fars dillərinin keçmiş nüfuzu get-gedə məhdudlaşırdı.  Məhz 
bunu  hiss  etdiyi  üçün  şah  əvvəlcədən  şairə  xəbərdarlıq  edir ki,  bu 
dastanı türk dilində yox, bilavasitə fars dilində yazsın...
Şahın  məktubundan  oxuduğu  bu  ifadələr,  şahın  şairin  doğma 
ana  dilinə  təhqiranə  yanaşması,  Azərbaycan-türk  dilinin  milli 
varlığına  və  həmin  xalqın  ana  dilinə  yuxarıdan  baxması,  bir  növ, 
onu inkar etməsi şairi  həddindən artıq əsəbiləşdirir və qəzəbləndirir. 
Elə bu yerdə şair öz kin və nifrətini beləcə ifadə edir:
" Q
t ı l l ı ı q   h
a
l q
a
s ı n
a
  d
ü
ş d
ü
  q
u
l a
ğ
ı m
,
Q
a n   v u
r d
u
  b
e y n
i m
ə ,   ə s d
i   d
o
d
a
ğ
ı m
 
" .
-  deyən  Nizami  açıq-aydın  şəkildə  bildirir  ki,  şahın  onun  ana 
dilinə 
təhqiranə 
münasibəti 
onun 
qəlbini 
yaralamış 
və 
əsəbiləşməsinə  səbəb  olmuşdur.  Şairin  doğma  Azərbaycan-türk 
dilinə  olan  münasibətini  onun  "Xəmsə"sində  400  dəfəyə  qədər 
işlənmiş  "türk"  etnonimi  və  doğma  dilindən  fars  dilinə  çevirib, 
əsərlərinin  münasib  epizodlannda  işlətdiyi  atalar  sözləri  və 
zərbül-məsəllər də təsdiq edir.


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
Artıq,  XIII-XIV  əsrlərdə  Azərbaycan-türk  yazılı  ədəbi  dili  öz 
axarına  düşür.  Poeziya  səhnəsinə  türk  və  fars  dillərində  yazıb 
yaradan  Həsənoğlu,  Şərq  poeziyasının  məşəli  Nəsimi;  XVI  əsrdə 
isə  dünya  poeziyasının  korifeyi,  "Türkcə  şeir  mənim  əslimin 
səliqəsinə  uyğundur"  deyən  M.Füzuli  aləmə  səs  salır.  Bu  dövrün 
görkəmli  dövlət  xadimi  və  məşhur  şairi  Xətai  Azərbaycan-türk 
dilini  rəsmi  dövlət  dili  elan  edir,  şairlər  məclisinin  yaranmasına 
şərait  yaradır,  özü  də  doğma  ana  dilində  -  Azərbaycan  türkcəsində 
yazıb-yaradır və digərlərinə nümunə göstərir.  Elə həmin dövrdən də 
Azərbaycan-türk dili  milli  dilə doğru  ilk inkişaf istiqaməti götürüb, 
bugünkü səviyyəyə gəlib çatmışdır.
Azərbaycan-türk  yazılı  ədəbi  dilinin  inkişaf  tarixini  aşağıdakı 
mərhələlərə bölmək olar:
1.  IX-XIİ  əsrlərə  qədər  -  "Kitabi-Dədə  Qorqud"  dövrü  yazılı
ədəbi dil.
2. XIII-XIV əsrlər - Həsənoğlu və Nəsimi dövrü yazılı ədəbi dil.
3. XV-XVI əsrlər - Ş.İ.Xətai və M.Füzuli dövrü yazılı ədəbi dil.
4.  XVII-XVIII  əsrlər  -  M.V.Vidadi  və  M.P.Vaqif dövrü  yazılı
ədəbi dil.
5. XIX əsr - Q.Zakir və M.F.Axundzadə dövrü yazılı ədəbi dil.
6.  XX  əsr  -  N.Nərimanov,  C.Məmmədquluzadə,  Sabir,
S.Vurğun, M.İbrahimov, X.Rza dövrü yazılı ədəbi dil.
Buraya  kimi  deyilənlərdən  aydın  olur  ki,  dilimizin  inkişafında 
özünü  göstərən  hər  bir  mərhələnin  özünəməxsus  müəyyən  rolu 
olmuş,  onun  əsrlərdən-əsrlərə,  nəsillərdən-nəsillərə  keçdikcə  daha 
da  səlisləşməsinə  və  təkmilləşməsinə  böyük  imkanlar yaratmışdır. 
Məhz bu  imkanlar da son  minillikdə Azərbaycan-türk ədəbi  dilinin 
özünəməxsus  şəkildə  inkişafına  və  Şumer-Altay  dilləri  ailəsinə 
daxil  olan  dillər  arasında  xüsusi  mövqeyinin  artmasına  daha 
münasib şərait yaratmışdır.
210
A zərb a yca n şü n a slığ ın  asasları
"Vətənin  bir  ovuc  torpağını  bir  ovuc  altundan, 
dilimizin bir kəlməsini bir ölçü mücəflıərdən  üstün bitdim. 
Dilimizin  və  Vətənimizin  əbədiyyən  yaşaması  iiçiin 
əlimdən gələni etdim. Məni lənətlə yad etməyin...  Yaxşı 
nə etdimsə,  davam etdirin, xətalarımı  təkrar etməyin... 
Atalar  Sizə  üç  ƏMANƏT  qoyubdur:  DİLİMİZ, 
QEYRƏTİMİZ,  VƏTƏNİMİZ!".
Şah İsmayıl Xətai
AZƏRBAYCAN-TÜRK DİLİNİN DÖVLƏT STATUSU 
HAQQINDA
Azərbaycan-türk  dilini  digər  Şumer-Altay-Türk  dillərindən 
fərqləndirən  əsas  xüsusiyyətlərdən  biri  də  tarixən  ulu  babalarımızın 
dilimizin  inkişafı, zənginləşməsi  və təkmilləşməsi  qayğısına  qalması 
və  ondan  rəsmi  dövlət  dili  kimi  istifadə  edilməsinə  geniş  şərait 
yaratmasından ibarətdir. Tarixdən məlumdur ki, Azərbaycan-türk dili 
özünün varlığı  ərzində  bir neçə  dəfə rəsmi  dövlət dili  kimi  tanınmış 
və dövlət dili elan olunmuşdur.
Azərbaycan-türk  dili  ilk  dəfə  XV-XVI  əsrlərdə,  xüsusilə, 
Azərbaycan  Səfəvilər  dövrünün  əvvəllərində  rəsmi  dövlət  dili  elan 
edilmiş  və  bu  dilin  inkişaf etdirilməsi  məqsədilə  bir  sıra  tədbirlər 
görülmüşdür.  Ölkənin siyasətinin, iqtisadiyyatının və mədəniyyətinin 
inkişafına  yönəldilmiş  belə  tədbirlərdən  biri  də  əsrlərlə  ulu 
babalarımıza  ünsiyyət  vasitəsi  kimi  xidmət  edən  Ana  dilimizin 
inkişaf etdirilməsi üçün lazımi şəraitin yaradılması idi. Məhz, belə bir 
şəraitin  yaradılması  nəticəsində  Xətai  "Azərbaycan  -  (türk  -   M.Ç.)
211


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə