Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə49/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   45   46   47   48   49   50   51   52   ...   83

N.  C əfərov,  M .  Ç obaııov,  Q.  P a şa yeva
II. 
İkinci  qrup  tarixçilər  isə,  "tarix"  anlayışını  geniş  mənada 
dərk  edir,  xalqın  tarixi  ilə  bilavasitə  bağlı  olan  ən  mötəbər 
mənbələrə  istinad  edir,  həm  elmilik,  həm  də  məntiqilik  cəhətdən 
düzgün nəticələrə gəlirlər.  Bu isə, hər şeydən əvvəl, tarixçilərimizin 
"tarix"  anlayışına  tamamilə  geniş  mənada  yanaşması  ilə  bağlıdır. 
Geniş  mənada,  tarix  elmi-xalqın  siyasi,  iqtisadi,  mədəni  həyatını; 
xalqın  tarixən  yaratmış  və  yaşatmış  olduğu  elmi-fəlsəfi, 
elmi-hüquqi,  etik  və  estetik  görüşlərini;  adət-ənənələrini;  xalqın 
açıq  səma  altında  yaratmış  olduğu  etnoqrafik  muzeylərini 
(qəbiristanlıqları,  künbəzləri  və  kurqanları)  və  onların  özündə 
qoruyub  saxladığı  gizlin  səhifələri;  xalqın  tarixi  möhürü  hesab 
etdiyimiz  antroponimik  (şəxs  adlarını),  toponimik  (yer  adlarını), 
hidronimik  (su  aləminin  adlarını)  və  digər adlarını;  həmçinin,  istər 
xalqımızın  bizə  irs  qoyduğu  mənbələrdə,  istərsə  də  tarixən  qonşu 
xalqların yazılı mənbələrində özünə yer tapmış xüsusi adların və ya 
sözlərin nəzərə alınması; Azərbaycan tarixinə dair xüsusi və ümumi 
mənbələrin  saf-çürük  edilməsi;  həmçinin,  qonşu  xalqlann  tarixi 
mənbələrinə  dərindən  nəzər  salınması  və  həmin  mənbələrdən 
xalqımızın  tarixinə  dair  mövcud  faktlann  araşdırılması  və  elmilik 
baxımdan 
sistemə 
salınması; 
qədim 
və 
zəngin 
folklor 
materiallarının,  arxeoloji  qazıntılar  nəticəsində  əldə  edilmiş  tarixi 
məlumatların  həm  elmi-məntiqi,  həm də  tarixi-linqvistik baxımdan 
araşdırılmasını  tələb  edir.  Başqa  sözlə  desək,  Azərbaycan  xalqının 
təşəkkülü  tarixinə  bir  prizmadan  yox,  ən  böyük  və  ən  müxtəlif 
prizmalardan  baxmaq,  onun  vasitəsilə  tarixin  bizə  irs  qoyduğu 
mənbələrdəki  gizlin  sirlərini  açmaq  lazımdır...  Bu  sahədə 
tarixçilərimizin  və  filoloq  alimlərimizin  qarşısında  çox  böyük 
vəzifələr durur...
196
Л zərb a yca n şü n  as lığın   ə sa sla n
Bütün  dünya  dillərinin  inkişaf  tarixində  olduğu  kimi, 
Azərbaycan-türk  dili  də  müasir  mərhələyə  gəlib  çatana  kimi  bir 
neçə  mərhələ  keçmiş,  nəhayət,  ümumxalq  dili  üzərində  seçmə  və 
əvəzetmə  əməliyyatı 
apannaqla  dilini  tədricən  cilalanmış, 
səlisləşdirmiş,  təkmilləşdirmiş  və  müəyyən  dərəcədə  orfoepik, 
orfoqrafik  və  üslubi  normaya  salınmış ədəbi  dil  ünsiyyəti  meydana 
gəlmişdir.  Məlumdur  ki,  hər  bir  ədəbi  dil  hamının  anladığı,  başa 
düşdüyü  vahid  normalar  əsasında  tarixin  müəyyən  pilləsində 
təşəkkül  tapır və  inkişaf edir.  Bu baxımdan,  Azərbaycan-türk ədəbi 
dilinin  inkişafı  da  uzun  bir  tarixi  dövr  keçmiş  və  bugünkü 
səviyyəyə  gəlib  çatmışdır.  Azərbaycan-tiirk  dilinin  qaynaqlarının 
verdiyi  məlumatlara  görə,  onun  təşəkkül  tarixi  erkən  orta  əsrlərə 
təsadüf edir.  Bunu  bir  çox  linqvistik  mənbələr,  o  cümlədən,  şifahi 
ədəbiyyat  nümunələri,  toponim  və  antroponimlər,  yazılı  ədəbiyyat 
nümunələri və tarixi sənədlər də təsdiq edir.
Dünyanın bütün dillərində olduğu kimi, Azərbaycan-türk ədəbi 
dilinin  da  tarixən  təşəkkül  tapmış  iki  qolu  vardır:  şifahi  ədəbi  dil, 
yazılı ədəbi dil.
AZƏRBAYCAN-TÜRK  ŞİFAHİ  ƏDƏBİ  DİLİ  VƏ  ONUN 
TƏŞƏKKÜLÜ  TARİXİ.  Azərbaycan  xalqının  əsil  tarixinin 
yazılmasında 
ən 
mötəbər 
mənbələrdən 
biri, 
xalqımızın 
ümumtəfəkkürünün  məhsulu  kimi  təşəkkül  tapan,  xalqımızın 
tarixən  həm  yol  yoldaşı,  həm  də  bu  qədim  və  uzun  yolun  əks 
etdiricisi,  onu  bədii  təfəkkürün  ümumi  məhsulu  kimi  qoruyub,  bu 
günə  çatdıran  folklor  materiallarının  da  (şifahi  xalq  ədəbiyyatı, 
musiqi,  rəqs)  böyük  elmi  əhəmiyyəti  vardır.  Çünki  hər  bir  folklor 
nümunələri  xalqımızın  tarixinin  bu  və  ya  digər  gizlin  səhifələrini 
özünün  ayrı-ayrı  misralarında,  beytlərində,  bəndlərində  və  yaxud 
elmi-fəlsəfi  xarakterli  atalar  sözü  və  zərbül-məsəllərində,  ümumi
197


N.  C əfərov,  M .  Ç obatıov,  Q.  P a şa yeva
məişət  xarakterli  ifadə  və  cümlələrində  qoruyub  saxlayır,  onu 
büllurlanmış,  cilalanmış  və  təkmilləşmiş  şəkildə  nəsildən-nəslə, 
əsrlərdən-əsrlərə ötürür.  Beləliklə  də,  bütün  bunlan  bu günə gətirib 
çıxarmışdır.
Ümumiyyətlə,  dünya  dillərinin  hamısında  olduğu  kimi, 
Azərbaycan-türk  ədəbi  dilinin  şifahi  qolu  da  tarixən,  yazılı  ədəbi 
dilə 
nisbətən, 
bir 
neçə 
əsr 
əvvəl 
təşəkkül 
tapmışdır. 
Azərbaycan-türk  şifahi  ədəbi  dilinin  təşəkkülü  qədim  tarixə 
malikdir.  Şifahi  mənbələrin  verdiyi  məlumatlara  görə,  artıq, 
VII-VIII  əsrlərdə Azərbaycan-türk  ədəbi  dilinin  şifahi  qolu,  demək 
olar ki, tam mənası ilə təşəkkül  tapmış və ümumxalq xarakteri kəsb 
etmişdir.
Bunu  əsrlərlə  xalqımızın  yaddaşına  hopmuş  şifahi  xalq 
ədəbiyyatının  ayn-ayn  nümunələri  açıq-aydın  şəkildə  göstərir. 
Başqa  sözlə  desək,  qədim  şifahi  xalq  ədəbiyyatı  nümunələrində 
xalqımızın  dili,  adət-ənənələri,  etik  və  estetik  normaları,  məişəti, 
məşğuliyyəti və. s. geniş şəkildə öz əksini tapmışdır. Məsələn, 
S
a
d
a
ğ
ı   t ə r ,   o
x u
  t ə r ,
S
a
d
a
q
  s o
x l a
r ,   o
x u
  t ə r .
K
i r p
i k l ə r i n
  t ə r p ə t m
ə ,
Q
ə m
  t ü
n
l ü
k d
ü
r ,   o
x   i s t ə r .
Bu  xalq  qoşqusunun  qədim  dövrlərdə,  xüsusilə  xalqımızın 
silah  kimi  nizə  və  oxdan  (yay  oxundan)  istifadə  etdiyi  zaman 
yarandığına  heç  bir  şübhə  yeri  qalmır.  Bu  xalq  qoşqusunun 
məzmunu  keçmiş  dövrlə  bağlı  olduğu  halda,  onun  dili  də, janrı  da 
müasir dilimizdən heç  də  fərqlənmir.  Bu  qoşquda  işlədilmiş yalnız 
bir  söz  müasir  dilimiz  üçün  arxaik  sayılan  "sadaq"  sözüdür. 
Məlumdur  ki,  ulu  babalanmız  tarixən  "oxu  sadaqda",  "qılıncı  isə
198
A zərb a yca n şü n a sltğ ın  ə sa sla n
qında"  saxlamışlar.  Deməli,  bu  qoşqudakı  "sadaq"  sözü  ox  qabı 
mənasında işlədilmişdir.
Yaxud:
V
e r m
ə   x ə - y t r ə   m
ə n i ,
Ç
ə k ə r   b
a
z a r a
  m
ə n i .
Y a d a   k ə n
i z   v e r i n
c ə n ,
S
a
l l a
  m
ə z a
r a
  m
ə n i .
Ə
z i z i n ə m
  h
ə r   a y l a r ,
K
e ç ə r   g
ü
n
l ə r ,   h
ə r   a y l a r .
Q
u
l   q a
r d a
ş ı m
  B
a ğ
d
a d d
a
 
G
ə n c ə   d
e y i b
  h a r a y l a r .
A
t d
ı h
ı r   o d a   m
ə n i ,
Q
a t d ı l a r   ş a
m
a
  m
ə n i .
Q
u
l   e d i b   b a z a r l a r d a  
S
a
t d
ı l a
r   o
d a   m
ə n i .
Tarixi  sənədlərdən  məlumdur  ki,  Şimali  Qafqazda  və  Volqa 
çayının  aşağı  axarında  sakin  olmuş  xəzərlər  395-396-cı  illərdə 
sürətlə  axışıb  Azərbaycana  gəlirlər.  Xalq  bu  tarixi  hadisəyə biganə 
qalmamış,  onu  yaddaşlarda  yaşatmaq  məqsədilə  həmin  hadisənin 
konkret  məzmununu  kiçik  bir  bədii  parçada  gələcək  nəslə  təqdim 
etmişdir.  Bu  bədii  parçanın-bayatının  da  məhz  xəzərilərin 
Azərbaycana  gəlişinin  ilk  dövrlərində yaranmasına  söz  ola  bilməz. 
Bayatının  məzmunundan  aydın  olur  ki,  bu  bayatı  yarandığı 
dövrlərdə  hələ  quldarlıq  cəmiyyəti  davam  etməkdə  imiş.  Bu 
mülahizəni  bayatıdakı  "Çəkər  bazara  məni"  misrası  açıq-aydın 
şəkildə  sübut  edir.  Tarixdən  məlumdur  ki,  insanların  bazarda
199


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə