Dərs vəsaiti m £


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə45/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   41   42   43   44   45   46   47   48   ...   83

N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
möhkəmləndirilməsi,  xalqının  xoşbəxtliyi  üçün  çırpınmışdır. 
Azərbaycanın  ən  çətin  anlarında  Vətəni  xilas  etmək  üçün  misilsiz 
fədakarlıqlar göstərmişdir.
O,  fırtınalı  həyatının  hər  dövründə  Azərbaycanı,  türklüyünü 
unutmayan  böyük  bir  şəxsiyyətdir.  Ölkəsini  bəlalardan  qurtaran 
dövlət başçısıdır.
İnsan DOGRAMACI, 
Türkiyə
180
A zərb a yca n şü n a slığ ın   asasları
«Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Hər cür rütbədən biliniz, fəqət,
Alimin liitbəsi ucadır əlbət».
Nizami
II  BÖLMƏ
AZƏRBAYCANŞÜNASLIĞIN ATRİBUTLARI 
Ü
M
U
M
İ   M
Ə
L
U
M
A
T
XX  əsrin  sonuncu  onilliyinin  əvvəlində  xalqımız  öz  tarixi 
dövlətçiliyini  bərpa  etmiş,  yeni  müstəqil  dövlət  qurmuşdur. 
Müstəqilliyimizin  ilk  illərində  isə,  dövlətimizin  əsas  ideyası  - 
metodologiyası  tam  şəkildə  işlənməmiş  qalırdı.  Bu  da,  hər  şeydən 
əvvəl,  pedaqogikanın  -  tərbiyə  nəzəriyyəsinin  əsas  strateji 
sahələrinin  və  həmçinin,  elmi  tədqiqatlarımızın  metodoloji 
prinsiplərinin  dəqiq  şəkildə  müəyyən  edilməməsi  ilə  bağlı 
olmuşdur.  Hətta, humanitar elm sahələrinin alimlərinin bir qrupu öz 
tədqiqatlarında  keçmiş  sovet  metodologiyasına  əsaslanır  və 
beləliklə  də,  müstəqil  dövlətimizin  əsas  ideyasının  -   metodoloji 
prinsiplərinin  mahiyyətinin  açılmasında  çətinlik  çəkir  və  bəzən 
milli  mənafelərimizə tamamilə cavab verə bilməyən dolaşıq  fikirlər 
və  mülahizələr  söyləyir,  bəzən  öz  yerlərində  sayıb  qalırdılar.  Elmi 
ictimaiyyətimizin  qarşılaşdığı  bu  problemləri  görən  və  hiss  edən 
sabiq  və  əbədiyaşar  prezidentimiz,  görkəmli  strategiyaçı  Heydər 
Əliyev  keçən  əsrin  sonuncu  onilliyinin  ortalarında  ölkəmizin
181


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
ümumi  strategiyası  ilə  yanaşı,  dövlətimizin  əsas  ideyasını  və  elmi 
metodologiyasını  da  hərtərəfli  işləyib,  birdəfəlik  bəyan  etdi  ki, 
“Müstəqil  Azərbaycan  dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır”. 
Heydər  Əliyev  proqram  xarakterli  bu  kəlamı  ilə  ölkəmizin 
ziyalılarının  və  alimlərinin  elmi  metodologiyası  yoluna  yeni  yaşıl 
işıq  yandırmış  oldu  və  bununla  da,  görkəmli  strategiyaçı  istər 
alimlərimiz,  istərsə  də  elm  və  təhsil  müəssisələri  qarşısında  böyük 
vəzifələr qoymuş  və həmin  vəzifələrin  həyatda  yerinə yetirilməsini 
ciddiliklə,  təkidlə  tələb  edirdi.  Bu  tələb  isə,  hər şeydən  əvvəl,  milli 
soykökümüzə,  tariximizə  və  tarixi  mədəniyyətimizə,  adət-ənənələ­
rimizə,  dini  görüşlərimizə,  tarixi  dövlətçilik  ənənələrimizin  inkişaf 
etdirilməsinə əsaslanırdı.  Başqa sözlə desək, bu tələblər Azərbaycan 
türklərinin - milli  etnik tariximizin,  tarixi coğrafiyamızın,  maddi  və 
mənəvi  abidələrimizin,  folklorumuzun,  ümumilikdə  isə,  ulu 
babalarımızın irs qoymuş olduğu milli mədəniyyətimizin və mənəvi 
dəyərlərimizin,  incəsənətimizin  və  ədəbiyyatımızın  dərindən 
öyrənilməsi  və  hərtərəfli  təbliğ olunmasından  ibarətdir.  Əlbəttə,  bu 
sahədə  bütün  təhsil  müəssisələrinin,  o  cümlədən,  ümumtəhsil 
məktəblərinin,  tabeçiliyindən  asılı  olmayaraq,  orta  ixtisas  və  bütün 
ali  məktəblərin  və  tədris  akademiyalarının  üzərinə  çox  böyük 
vəzifələr  düşür.  Bu  vəzifələr,  əsasən,  «Azərbaycanşünaslığın 
əsasları» fənninin müasir səviyyədə tədrisi ilə yaxından bağlıdır.
Ümummilli  liderimiz  və  görkəmli  strategiyaçı  Heydər 
Əliyevin  bu  müdrik  kəlamında  müstəqil  Azərbaycan  Dövlətinin 
əsas ideyası, azərbaycançılıq -  strategiyasının bütün sahələri qısa və 
yığcam halda öz əksini tapmışdır.
Bəs,  strateji  baxımdan,  azərbaycançılığın  atributları  nədən 
ibarətdir?  Strateji  baxımdan,  azərbaycançılığın  atributlarına  aşağı­
dakılar aiddir:
182
A zərb a yca n şü n a slığ ın  ə sa sla n
1.  Xalqımızın  tarixən  təşəkkül  tapmış  və  inkişaf  etmiş  milli 
sərvəti  -   Ana  dilimizin  tarixi  nöqteyi-nəzərdən  dərindən  araşdırıl­
ması və mükəmməl öyrənilməsi.
2.  Xalqımızın  tarixi  ünvanı  -   Azərbaycanın  tarixi  ərazisinin 
(500 min kv.  km.) -  toponimlərinin mükəmməl öyrənilməsi.
3.  Xalqımızın  tarixi  tərcümeyi-halı  və  ya  həyatnaməsinin  -  
etnik tarixinin araşdırılması və dərindən öyrənilməsi.
1. Milli sərvətimiz -  Ana dilimiz. Xalqımızın tarixən təşəkkül 
tapmış  və  inkişaf  etmiş  milli  sərvəti  -  Ana  dilimizin  tarixi 
nöqteyi-nəzərdən  dərindən  araşdırılması  və mükəmməl  öyrənilməsi 
müasir  elmin  əsas  vəzifəsi  olmalıdır.  Bu  mənada,  Ana  dilimizin 
müasir və gələcək inkişafına qayğıkeşliklə yanaşılmalıdır.
Müasir  elmin  inkişaf  səviyyəsini  məntiqi  baxımdan 
dərindən  və  hərtərəfli  təhlil  etdikdən  sonra  belə  nəticəyə  gəlmək 
olur  ki,  xalqımızın  milli-etnik  tarixinin  yaradılması  üçün,  hər 
şeydən  əvvəl,  xalqımızın  Milli  sərvəti  olan  Ana  dilimizin, 
Vətənimizin tarixi  ünvanı olan coğrafiyasının və Tərcümeyi-halı və 
ya  həyatnaməsi  olan  Etnik  tariximizin  lap qədim  zamanlardan  üzü 
bəri  tarixşünaslıq  və  azərbaycançılıq  nöqteyi-nəzərdən  tarixi 
reallıqla  bağlı  olaraq,  dərindən  araşdırılmalı,  öyrənilməli,  tədqiq 
edilməli və xalqımıza təqdim olunmalıdır.
Azərbaycançılığın birinci atributu dedikdə, ilk növbədə, tarixin 
lap  qədim  dövrlərindən  təşəkkül  tapmış  və  xalqımıza  ünsiyyət 
vasitəsi  kimi  xidmət  etmiş  milli  sərvətimiz  -  Ana  dilimiz  nəzərdə 
tutulur.  Məhz buna  görə  də,  ümummilli  liderimiz  Heydər Əliyevin 
azərbaycançılıq  strategiyasında,  hər  şeydən  əvvəl,  xalqımızın  milli 
sərvəti  olan ana  dilimizin  tarixi  aspektdə öyrənilməsi  və dövlət dili 
kimi  onun  statusunun  genişləndirilməsi  və  inkişaf  etdirilməsi  ön 
plana çəkilmişdir.
183


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə