Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə43/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   39   40   41   42   43   44   45   46   ...   83

N.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
quruculuğunun,  həm də  xarici  siyasətin  mühüm  tərkib  hissəsi  kimi 
qiymətləndirirdi.
Yuxanda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olur  ki, 
Azərbaycançılıq 
ideologiyası 
xarici 
ölkələrdə 
yaşayan 
soydaşlanmızla  dövlət  səviyyəsində  müxtəlif sahələrdə  əlaqələrin 
gücləndirilməsi,  həmçinin,  onlann  ölkəmizdə  apanlan  iqtisadi 
inkişaf layihələrinin,  həyata  keçirilməsi  işinə  cəlb  edilməsi,  şübhə­
siz  ki,  hamımızın  ümumi  Vətəni  olan  Azərbaycana  bağlılığının, 
əlaqələrinin daha da genişlənməsinə yeni  imkanlar verəcəkdir...
Azərbaycan  Dövlətinin  əsas  ideyası  azərbaycançılıqdır  və  biz 
azərbaycançılığı  -   Azərbaycan  dilini,  mədəniyyətini,  milli-mənəvi 
dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq»
Ümummilli  liderin bu  müdrik  kəlamında  qeyd olunduğu kimi, 
dünyanın  bütün  azərbaycanlıları  bir-birilə  Azərbaycançılıq  ideolo­
giyasının  bütün  incə  telləri  ilə  (dili,  mədəniyyəti,  milli-mənəvi  də­
yərləri,  adət-ənənələri  və  s.)  yaxından  əlaqə  saxlamalı,  bir-birinin 
sevincinə,  xoşbəxtliyinə  və  qəm-kədərinə  ortaq  olmalı,  hamımızın 
xoşbəxt gələcəyi naminə bir qurumda  birləşməli  və birgə mübarizə 
aparmalıyıq.  Bu  baxımdan,  Azərbaycan  Respublikasının  Dövlət 
siyasətinin əsas atributu olan «azərbaycançılıq»  Dünya azərbaycan­
lılarının  bu  günün  və  gələcəyinin  ideoloji  proqramı  kimi  fasiləsiz 
olaraq, daim gündəmdə olmalıdır.
Deməli,  bizə-hamımıza  (Dünya  azərbaycanlılarının  hamısına) 
yuxanda  qeyd  olunan  müdrik  kəlamların  keşiyində  durmaq  və on- 
lan  tarixilik və müasirlik baxımdan  inkişaf etdirib gələcək nəsillərə 
təqdim etmək qalır...
Odur ki, Dünya azərbaycanlılannm ictimai-sosial, mədəni fəal­
lığını  sistemləşdinnək  üçün  aşağıda  qeyd  olunanlar nəzərə  alınma­
lıdır:
172
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
-   Xaricdə  yaşayan  azərbaycanlılann  azərbaycançılğın  bütün 
atributlanna yiyələnməsini təmin etmək;
-   Xaricdə  yaşayan  azərbaycanlılann  məskunlaşdıqları  ölkə­
lərin  mədəniyyətinə  və  Dünya  mədəniyyətinə-elminə  və  incəsənə­
tinə verdiyi töhfələrin araşdınlması və onun təbliği;
-   Xaricdə  yaşayan  həmyerlilərimizin  Azərbaycanla  mənə­
vi-mədəni əlaqələrinin fasiləsiz olaraq canlandınlması;
-   Diaspor  nümayəndələrinin  mədəniyyət  və  elm  sahəsindəki 
nailiyyətlərinin  araşdırılması  və  ölkəmizdə təbliğini  daim  gündəm­
də saxlamalı;
Odur  ki,  diaspor  quruculuğu,  lobbiçiliyin  təşkili  ilə  bilavasitə 
bağlı  olan  bu  problemlərin  həllində  ideoloji  zəmin,  məhz, 
Azərbaycançılıq ideologiyası əsas olmalıdır.
TÜRKOLOGİYADA SİYASİLƏŞDİRMƏ 
MEYLLƏRİNİN GÜCLƏNDİRİLMƏSİ
Qədim  tarixə  və  zəngin  mədəniyyətə  malik  olan  türk  xalqla­
rının tarixinin tədqiqinə və araşdırılmasına müəyyən dövrlərdə elmi 
prizmadan  yox,  siyasi  maraqlar  və  mənafelər  nöqteyi  -nəzərdən 
baxılmışdır.  Başqa  sözlə  desək,  tarixşünaslıq  elmi,  bir  növ,  siyasi 
maraqlardan  asılı  vəziyyətə  salınmışdır.  XX  əsrin  əvvəllərindən 
etibarən  bu  vəziyyət  Sovet  türkologiyasında  özünü  daha  geniş 
miqyasda büruzə verirdi...
Tarixdən  məlum  olduğu  kimi,  Azərbaycan  türk  dili- 
nin-ümumxalq  dilinin  təşəkkülü  dövrünün  sonlarına  doğru 
Azərbaycanda  (və  həmhüdud  bölgələrdə)  yazılı  dil  olaraq, 
Azərbaycan  türk  dili  geniş  miqyasda  fəaliyyət  göstərirdi.  ХШ 
əsrdən  başlayaraq,  Nəsimidən  Füzuliyə  qədər  Azərbaycan
173


N .  C əfəro v,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
ədəbiyyatının  ən  görkəmli  nümayəndələri,  həmçinin,  etnik  elm 
adamları  məhz  bu  dildə  yazıb  yaratmışlar...  Hətta,  rəsmi  dövlət 
sənədləri  də  bu  dildə  aparılmışdır...  Ümumtürk,  eləcə  də, 
Azərbaycan  dili  barədə  aparılmış  araşdırmalar  (xüsusilə,  XX  əsrin 
50-ci  illərindən  sonra)  min  ildən  çox  tarixi  olan  mükəmməl  bir dil 
təzahürünün  mənzərəsini  göz  önündə  canlandırır...  Həmin  dil  orta 
əsrlər  türk  bədii,  elmi,  ictimai-siyasi...təfəkkürünün  əsas  ifadə 
forması  olmuş,  XVII-XVIII  əsrlərdə  isə  milli  (müasir)  türk  ədəbi 
dillərinin  təşəkkülünə  əhəmiyyətli  dərəcədə  təsir  göstərmişdir. 
Beləcə  də,  ümumtürk  ədəbi  dili  bölgələşir  və  ayrı-ayn  türk  ədəbi 
dillərinə  çevrilir.  Lakin,  türk  ədəbi  dillərinin  təşəkkülü  arasında 
müəyyən  fərqli  cəhətlər  olsa  da,  türk  dillərinin  hamısı  get-gedə 
sabitləşir və səlisləşir...
Burada yeri gəlmişkən ümumtürk mədəniyyətinin tarixinə qısa 
nəzər  salmaq  yerinə  düşərdi...  Eramızın  ikinci  minilliyinin 
əvvəllərində  ümumtürk  dilində  yaradılmış  Y.Balasaqulunun 
“Kutadqu  biliq”,  Ə.Yüqənkinin  “Atibət-ül-həqaiq”,  Ə.Yasəvinin 
“Divani-hikmət”;  həmçinin,  XVII-XVIII  əsrlərdə  aid  olan... 
Əbülqazi  xanın  “Şəcəreyi-tərakiməsi”,  bir  sıra  rəsmi  -   işgüzar 
sənədlərə  və  minlərlə  yazılı  mükəmməl  əsərlərə  nəzər  salmaq 
kifayətdir  ki,  Türkologiyanı  müasir  elmi  səviyyəyə  qaldırmaq 
mümkün olsun...
Yuxanda  qeyd  olunanlara  baxmayaraq,  sabiq  Sovet  məka­
nında -  Türk  Respublikalannda,  eləcə  də,  Muxtar  Respublikalarda 
müəyyən  cəhdlərə  (türklərin  cəhdlərinə)  baxmayaraq,  Ümumtürk 
ədəbi  dili son vaxtlara qədər tarixilik və müasirlik-linqvistik baxım­
dan,  hələ  də,  ətraflı  araşdırılmamışdır.  Bunun  səbəbləri  aşağı­
dakılardır:
1.  XX  əsrin  20-ci  illərindən  etibarən  Sovet  (əslində  Rusiya) 
Türkologiyasında  hər  bir  müasir  türk  dilinin  (eləcə  də,  türk 
xalqlannın)  tarixini  “milliləşdirmək”  məqsədilə  (siyasi  mənafe
174
A zərb a yca n şü n a slığ ın   əsasları
-maraq  baxımdan)  faktiki  olaraq,  ümumtürk  konsepsiyasından 
çıxarmaq  (əslində,  mənşə  və  ümumkökə  malik  olan)  türk  dillərini 
və  xalqlarını  bir-birindən  ayınnaq,  parçalamaq  və  onlann  genetik 
qohumluğunu saxtalaşdırmaq idi, hər bir türk xalqı üçün “müstəqil” 
genezis uydurmaq ənənələrinin mövcud olması idi.
2. Sabiq “Sovet türkologiyası”, ümumiyyətlə, Türklərin tarixini 
canlı  funksional  bir proses kimi,  geniş  mənada,  dünya mədəniyyəti 
tarixinin üzvi tərkib hissəsi kimi deyil, əlaqəsiz hadisələr yığımı, bir 
növ,  “muzey  materialı”  kimi  təqdim  etmiş  (10-12  minillik  tarixə 
malik  olan  Şumer-türk  xalqlarının  tarixini  və  onların  dünya 
mədəniyyəti 
tarixində 
intibahın 
ilk 
müəllifləri 
olduqlarını 
unutmuşlar...), linqvistik baxımdan, “tarixi qrammatika” bölməsinin 
araşdırılması  ilə  məhdudlaşdırılmış,  hər  yerdə  (sabiq  SSRİ 
məkanında) və hər vaxt “Ədəbi dilini tarixi” bölməsini üstələmişdir. 
Çünki  “Ədəbi  dilin  tarixi”  bölməsinin  tədqiqi,  əslində,  xalqın 
tarixini  ədəbi  və  linqvistik  materiallarla  daha  dəqiq  və  ətraflı  şərh 
etmək demək idi...
3.  SSRİ  məkanında  ümumtürkoloji  miqyasda  işləməyə, 
araşdırmalar aparmağa qadir olan elmi-pedaqoji kadrların yetişməsi 
və  təkmilləşməsi  üçün  (xüsusilə,  Milli  Türk  Respublikalarında), 
nəinki,  şərait  yaradılmış,  əksinə,  bu  cür  araşdınnalar  Moskva 
tərəfindən 
ardıcıl 
olaraq 
məhdudlaşdırılmış 
(pantürkizm 
repressiyaları tətbiq edilirdi) və ciddi nəzarətə götürülürdü...
4. 
“Lakin  bu  bir  həqiqətdir  ki,  ümumtürk  ədəbi  dili 
(türkilər)düzgün  elmi  metodologiya  ilə  (və  hərtərəfli)  öyrənilməsə, 
müasir (milli) türk ədəbi dillərinin mənşəyi-kökü, tipologiyası barədə 
az-çox  elmi  xarakterli  bir  söz  demək  çətindir”  (Moskvanı  da  elə  bu 
xarakterli “elmi araşdırmalar” təmin edirdi)...
175


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə