Dərs vəsaiti m £


N   Cəfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə39/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   35   36   37   38   39   40   41   42   ...   83

N   Cəfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
«Siz ata-babalarımızın müqəddəs yerlərinə o 
vaxt  Vətən  deyə  bilərsiniz  ki,  onıın  sahibi 
olasınız» (qonıyasmız).
N.Nərimanov
AZƏRBAYCAN XALQININ MİLLİ  BİRLİK, ƏRAZİ 
BÜTÖVLÜYÜ VƏ DÖVLƏT MÜSTƏQİLLİYİ  UĞRUNDA
MÜBARİZƏSİ
Azərbaycan  xalqının  tarixinə  nəzər  saldıqda  məlum  olur  ki, 
eramızın  II  minilliyinin  ortalarından  başlayan  tarixini  milli  birlik, 
ərazi bütövlüyü və müstəqilliyi  uğruııda mübarizə tarixi olub.  Məhz 
XV əsrin son  illərindən milli dövlətçilik uğrunda mübarizə get-gedə 
daha  da  güclənir.  Və  nəhayət,  1501-ci  ildə  Şah  İsmayıl  Xətainin 
başçılığı  ilə  Azərbaycan  Səfəvilər  dövlətinin  əsası  qoyulur.  Bu 
dövlətin  başında,  əsasən,  türk  hökmdarları  olmuşlar.  Dövlət 
Fənnanlan  dövrün  beynəlxalq  dilləri  ilə  yanaşı,  Azərbaycan 
türkcəsində  də  verilirdi.  Milli  mədəniyyətin  inkişafı  üçün  böyük 
islahatlar  verilir  və  həyatda  tətbiq  edilirdi...  Dövlətin  və  ölkənin 
inkişafına  bir  tərəfdən  xarici  müdaxilələr,  digər  tərəfdən  isə  milli 
mütəşəkkilliyin zəifliyi  ucbatından Azərbaycan  Səfəvilər dövləti öz 
tarixi  vəzifəsini  axıra  qədər davam  etdirə  bilmədi.  Nəhayət,  XVIII 
əsrin  ortalarında  başda  Azərbaycan  türk  hökmdarı  Nadir  şahın 
Müstəqil  Azərbaycan 
dövlətini 
möhkəmləndirmək 
uğrunda 
mübarizəsi  də  uğursuzluğa  düçar oldu.  Beləcə  də,  500  min  kv.  km 
əraziyə  malik  olan  Azərbaycan  çox  kiçik  dövlətlərə-xanlıqlara 
parçalandı...
156
A zərbaycan şü rtasltğın   ə sa sla n
Yuxanda  qeyd  olunanlara  baxmayaraq,  XVI-XVIII  əsrlərdə 
Azərbaycan  xalqı  öz  mədəniyyətinin  intibah  dövrünü  yaşadı.  Bu 
dövrdə  Azərbaycan/olkloru,  xüsusilə,  dastançılıq  (“Koroğlu”  və 
digər  dastanlar  yarandı)  və  yazılı  ədəbiyyatın  poeziya  sahəsinin 
(M.P.Vaqif,  M.V.Vidadi)  sürətli  inkişafı  milli  intibahın  təzahürü 
idi.  Bu  mənada,  XVH-XVIII  əsrlər  Azərbaycan  xalqının  tarixinin 
ən parlaq dövıü  sayıla bilər...  Lakin ölkədə ümumi  sabitlik çox zəif 
idi.  Bu  da  ölkədə,  təxminən,  iki  ictimai-sosial  cəbhənin 
formalaşmasına gətirib çıxarmışdır:
-  Ölkədə  xalq  arasında  ümummilli  ruhun,  mənəvi-mədəni 
birlik  ideyasının  və  müstəqillik  hisslərinin  güclənməsi  özünü 
göstərirdi:
-  Ölkədəki  mövcud  siyasi  dağınıqlığın  baş  vennəsi,  Mərkəzi 
dövlətin olmaması... ölkənin hərtərəfli  inkişafına mənfi təsir edirdi...
-  Ölkədə  qeyri  -  sabitliyin  mövcudluğu,  demək  olar  ki,  bütün 
sahələrdə hərc-mərcliyə gətirib çıxarırdı.
-  Bütün  bunları  yaxından  izləyən  tarixi  düşmənlərimiz  olan 
“xalqlar həbsxanası”  adlanan  Çar  Rusiyası  və  tarixən  Azərbaycana 
münasibətdə  onun  strateji  müttəfiqi  olan  İran  şahlığı,  həmçinin, 
Osmanlı  sultanlığı  Azərbaycan  ərazisinə,  onun  münbit  və  təbii 
sərvətlərlə zəngin olan torpaqlarına göz dikirdilər...
Beləcə  də,  XVIII  əsrin  sonlannda  və  XIX  əsrin  ilk  20-ci 
illərində  Rusiya,  İran  və  Osmanlı  sultanlığı  tərəfindən  tarixi 
Azərbaycan  əraziləri  yadelli  Ordularının  müharibələr  meydanına 
çevrildi.  Beləliklə də,  Böyük  Azərbaycan  dövlətinin  tarixi  əraziləri 
işğal  edildi və hətta, özəlləşdirildi də ...
Onu  da  qeyd  edək  ki,  “xalqlar  həbsxanası”  adlanan  Çar 
Rusiyası  Azərbaycanın  şimal  ərazilərində  “üstüörtülü”  halda 
“ruslaşdırma”,  İran  şahlığı  isə  Azərbaycanın  cənub  ərazilərində
157


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a
“farslaşdırma”  siyasəti  yeridir,  xalqımızın  etnik  mədəniyyətinin 
inkişafının  qarşısını  almaqla,  xalqı  daim  kölə halında  saxlayırdılar. 
Osmanlı  sultanlığının tabeliyində  yaşayan  xalqımızın  etnik mədəni 
mühiti isə Türkiyə mədəni mühiti  ilə qaynayıb qarışdı...
Azərbaycan  xalqının  dövlət  müstəqilliyi  uğrunda  mübari­
zəsinin  yeni  mərhələsi.  XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində 
Azərbaycan  ictimai-siyasi  şüuru  xalqın  ümummilli  düşüncəsinin 
yekunu  olaraq,  azərbaycançılıq  ideologiyası  fonnalaşdınldı  ki,  bu 
da,  tarixi  türklüyünü,  islam  dininə  məxsusluğunu  və  müasirləşmək 
istəyini dərk edən bir millətin ideologiyası  idi.  Azərbaycan xalqının 
o  dövrdə  yetişmiş  elm,  mədəniyyət  və  siyasi  xadimlərinin,  demək 
olar ki, hamısı müstəqillik uğrunda mübarizə meydanında bütöv və 
güclü  bir  qüvvəyə  çevrilmişdir.  Məhz  bu  mübarizənin  -  
Azərbaycançılıq  ideologiyasının  ilk  siyasi-praktik  nəticəsi  isə  28 
may  1918-28 aprel  1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq 
Cümhuriyyəti  oldu.  Bu  dövr  Azərbaycan  xalqının  siyasi-ideoloji 
baxımdan,  təşəkkülünün  ilk  zirvəsi  və  ıninillər  boyu  məskun 
olduğu  və  onu  qorumaq  uğrunda  əsrlərlə-illərlə  mərhələ-mərhələ 
qan  tökdüyü  ərazinin-coğrafi  məkanın  təxminən  beşdə  biri  -   114 
min  kv.  km  ərazi  idi  (500  min  kv.  km  ərazinin).  Lakin  yenicə 
yaradılmış  Azərbaycan  Xalq  Cümhuriyyəti  öz  varlığının  ilk 
aylarından  ermənilərin  və  gürcülərin  ərazi  iddialan  ilə  qarşılaşdı... 
Xüsusilə,  Türkiyədən  qovulan  ermənilər  Azərbaycan  ərazilərində 
özlərinə  dövlət  qunnaq  istəyirdilər...  Belə  bir  şəraitdə  Osmanlı 
dövlətinin  Qafqaz  İslam  Ordusu  adı  altında  göstərdiyi  hərbi 
yardım-müdaxilə 
olmasaydı, 
əlbəttə, 
Azərbaycan 
Xalq
Cümhuriyyəti yalnız elan edilməklə kifayətlənə bilərdi...
Çünki İmperialist Rusiyası kimi Sovetlər Rusiyası da Qafqazda 
Azərbaycan  türklərini  həm  siyasi,  həm  iqtisadi,  həm fiziki, həm də
158
A zərb a yca n şü n a slığ ın  əsasları
mənəvi  baxımdan  sıxışdırmaqla  “xristian  qardaşlarf’na  geniş 
meydan  açırdılar.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  varisi  olan 
Azərbaycan SSR-in bütün  idarəçiliyini öz əlində saxlayır və Paytaxt 
Bakı  şəhərini  isə  ermənilərin  hesabına  “beynəlmiləlləşdinnəyə” 
çalışırdı...  Beləcə  də,  Azərbaycanın  Şimalı  ilə  Cənubu  arasında 
əlaqələr tamamilə kəsilmişdir...
Bununla  belə,  Moskvanın  idarə  etdiyi  “Azərbaycan  SSR 
dövləti”  nə  qədər  ideoloji  təzyiqlərə  məruz  qalsa  da,  milli  şüurun 
daşıyıcısı  olan  ziyalılar  məhv  edilsə  də  (1920-1940-ci  illərdə  50 
min  nəfərdən  çox  tanınmış  ziyalılar  və  2  min  nəfərə  yaxın 
hərbçilər-generallar,  baş  zabitlər,  zabitlər  məhv  edilmişdir.),  xalq 
çox  məhdud  imkanlar  daxilində  öz  varlığını  nümayiş  etdirə 
bilmişdir...  və  Heydər Əliyev  kimi  bir  dahini,  Mirzə  İbrahimovlar, 
Şıxəli Qurbanovlar yetişdirmişdir...
159


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə