Dərs vəsaiti m £


TV.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə42/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   38   39   40   41   42   43   44   45   ...   83

TV. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
Heydər  Əliyev  və  Azərbaycan  Diasporçuluğu.  Azərbaycan 
müstəqillik  qazandıqdan  sonra  ümummilli  lider  Heydər  Əliyevin 
təşəbbüsü  ilə Azərbaycan  Diasporu  aşağıda  qeyd  olunan  prinsiplər 
əsasında yenidən formalaşmış və dünyada tanınmışdır:
-  Dünya azərbaycanlıları Müstəqil Azərbaycan Respublikasına 
özlərinin  Ata  yurdu  kimi  baxmalı,  onun  inkişafı,  beynəlxalq 
mövqeyinin 
möhkəmlənməsi 
üçün 
əllərindən 
gələni 
əsirgəməməlidir:
-  Azərbaycanlılar  yaşadıqlan  ölkənin  ictimai  həyatında  fəal 
iştirak  etməli,  tarixən  mənsub  olduqlan  milli-mənəvi  dəyərləri 
qoruyub  saxlamaqla  yanaşı,  həmin  ölkənin  qayda-qanunlan 
çərçivəsində öz istədikləri kimi yaşamalıdırlar;
-  Azərbaycanlılar  dünyanın  harasında  yaşamalarından  asılı 
olmayaraq,  Azərbaycançılıq  ideologiyası  ətrafında birləşməli,  milli 
mütəşəkkilik göstərməlidirlər:
-  Azərbaycanlılar  ümumbəşəri  dəyərlərə  yiyələnməli,  müasir 
dünya birliyində, inkişaf etmiş xalqlar arasında özünəməxsus yerini 
tutmalıdır;
-  Azərbaycan  dövləti  Dünya  azərbaycanlılarının  birliyi, 
Azərbaycan  Diasporunun  formalaşması,  xarici  ölkələrdə  yaşayan 
azərbaycanlılarla  əlaqələrin  genişlənməsi  üçün  öz  xidmətini 
göstərməlidir.
Ümummilli  lider  Heydər  Əliyev,  hələ,  1991-ci  ildə  Naxçıvan 
MR  Ali  Məclisində  31  Dekabnn  Dünya  Azərbaycanlılannın 
Həmrəyliyi  Günü  kimi  hər  il  qeyd  olunması  təşəbbüsünü  qaldırdı. 
Naxçıvan  MR  Ali  Məclisinin  bu  qəranndan  sonra  Azərbaycan 
Respublikası  Ali  Sovetinin  Milli  Şurası  bu  barədə  Qərar  qəbul 
etdi...
168
A zərb a yca n şü n a slığ ın   əsasları
27  dekabr  1997-ci  ildə  Dünya Azərbaycanlılannın Həmrəyliyi 
Gününə  həsr  olunan  toplantıda  Azərbaycan  prezidenti  Heydər 
Əliyev  demişdir:  “Bugünkü  Müstəqil  Azərbaycan  Respublikası 
bütün  Dünya  azərbaycanlılarının  1  Qurultayının  keçirilməsini  təşkil 
etdi  və  bıı  bütün  Dünya  Azərbaycanlılan  üçün  örnəkdir”. 
Həmçinin,  Azərbaycan  Prezidenti  Heydər  Əliyev  9-10  noyabr
2001-  ci  ildə  Bakıda  Dünya  Azərbaycanlılarının  1  Qurultayının 
keçirilməsini 
təşkil 
etdi. 
Bu 
möhtəşəm  Qurultay  Dünya 
azərbaycanlılarının  Azərbaycançılıq  ideologiyası  ətrafında daha sıx 
birləşməsi  yolunda  ilk  addım  idi...  Bu  Qurultaydan az  sonra  5  iyul
2002-  ci  ildə  Prezident  Heydər  Əliyevin  Fərmanı  ilə  Xarici 
ölkələrdə  Yaşayan  Azərbaycanlılarla  iş  üzrə  Dövlət  Komitəsi 
yaradıldı.  Həmçinin,  27  dekabr  2002-ci  ildə  isə,  Azərbaycan 
Respublikasının  Milli  Məclisi  “Xaricdə  yaşayan  azərbaycanlılarla 
bağlı Dövlət Siyasəti haqqında” Qanun qəbul etdi.
Onu  da  qeyd  edək  ki,  yuxanda  qeyd  olunan  tədbirlər 
nəticəsində Azərbaycan  Diasporu ilə iş öz qaydasına düşdü.  Heydər 
Əliyevin  Milli  Diasporun  yaradılması  sahəsindəki  uğuıian  yeni 
Prezidentimiz  İlham  Əliyev  tərəfindən  də  uğurla  davam  etdirilir. 
Məhz,  onun  təşəbbüsü  ilə  16  mart  2006-ci  ildə  Bakıda  Dünya 
Azərbaycanlılarının  11  Qurultayı  keçirildi.  Bu Qurultay Azərbaycan 
Diasporunun təşkilatlanması prosesində növbəti mərhələ oldu...
Məhz  bu  növbəti  mərhələdə  Azərbaycan  -Almaniya 
Cəmiyyətləri  Federasiyası  (1996),  Ukrayna  Azərbaycanlıları 
Konqresi,  Ümumdünya  Azərbaycanlılar  Konqresi  (5  mart  2001), 
Türkiyə  -  Azərbaycan  Dəməkləri  Federasiyası  (2004)  və  s. 
Azərbaycan Diaspor hərəkatının güclənməsi və onun davamı idi.
Azərbaycan 
Diasporunun 
təşkilatlanma 
problemləri 
aşağıdakılardır:
169


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
-  Azərbaycanlıların  məskunlaşdıqları  bütün  xarici  ölkələrdə 
və şəhərlərdə onların qurumlarının yaradılması;
-  Mövcud  qurumların ölkə,  yaxud  bölgə  (bir neçə qonşu  ölkə) 
miqyasında Konqres, yaxud Federasiyalarda birləşdirilməsi;
-  Müxtəlif  ölkələrdə  məskunlaşmış  Şimali  və  Cənubi 
Azərbaycan 
mühacirət 
təşkilatlarının 
mədəni, 
sosial-siyasi 
maraqlarının  birləşdirilməsi,  vahid  fəaliyyət  istiqamətlərinin 
müəyyənləşdirilməsi;
Müxtəlif 
ölkələrdəki 
Türk 
Diasporu, 
eləcə 
də, 
azərbaycanlılarla  etnik-mədəni,  siyasi  maraqlan  uyğun  olan  digər 
Diasporlarla əməkdaşlıq münasibətlərinin yaradılması;
-  Azərbaycan  Respublikasının  müvafiq  dövlət  qurumlan  ilə 
Azərbaycan  Diaspor  təşkilatları  arasında  əlaqələrin  çevikliyini 
təmin edən tədbirlərin ardıcıl olaraq davam etdirilməsi;
Hal-hazırda  55  milyonluq  Azərbaycan  xalqının  beşdən  dördü 
öz  tarixi  vətənində,  beşdən  biri  isə  doğma  Vətənlərindən  kənarda 
yaşayır.  Şübhəsiz  ki,  bu  da  Diasporun  təşkilatlanma  hərəkatı  üçün 
geniş  imkanlar verir.  Bizə  isə,  yalnız  bu  imkanlardan bəhrələnmək 
qalır...
170
Л zərb a yca n şü n a slığ ın   əsasları
«Bizim  hamımızı  -   azərbaycanlıları  birləşdirən 
Milli  mənsubiyyətimizdir,  tarixi  köklərimizdir,  Mil­
li-mənəvi  dəyərlərimizdir,  milli  mədəniyyətimizdir; 
ədəbiyyatımız,  incəsənətimiz,  musiqimiz, şeirlərimiz, 
mahnılarımız, xalqımıza mənsub olan adət-ənənələ­
rimizdir».
Heydər Əliyev
«XARİCDƏ YAŞAYAN AZƏRBAYCANLILARLA 
BAĞLI DÖVLƏT SİYASƏTİ  HAQQINDA QANUN» VƏ 
AZƏRBAYCANÇILIQ İDEOLOGİYASI
«Azərbaycançılıq» ideologiyasının nailiyyətlərindən və müasir 
dövrdəki  rolundan  danışarkən,  ilk  növbədə,  xaricdə  yaşayan 
azərbaycanlıların  diaspor  halında  təşkilatlanması  və  onlara  qayğı 
göstərilməsi  nəzərdə tutulur.  Bu mənada,  «Milli  dövlətçilik  ideyası, 
dövlət  müstəqilliyimizin  əbədiliyi  və  dönməzliyi,  Azərbaycan 
Respublikası  harada  yaşamasından 
asılı 
olmayaraq,  bütün 
azərbaycanlıların  milli  sərvəti,  bütün  azərbaycanlıların  Mənəvi 
Vətəni  kimi  dərk  edilməsi  azərbaycançılığın  mühüm  meyarların- 
dandır.  Bu  konseptual  ideya  özlüyündə  əhəmiyyətli  olmaqla 
bərabər,  xaricdə  yaşayan  soydaşlarımızın  ölkəmizlə  əlaqələrinin 
inkişafı,  onların  müxtəlif maraqlaıının  hüquqi  müstəvidə  təminatı 
üçün  də  fəlsəfi  əsas  yaradır».  Onu  da  qeyd  edək  ki,  Ümummilli 
lider  Heydər  Əliyev  dövlət  idarəçiliyinə  və  xarici  siyasətin  bütün 
istiqamətlərinə, 
xüsusi 
ilə, 
Azərbaycan 
diasporunun 
təşkilatlanmasına  xüsusi  diqqət  yetirirdi.  O,  bu  sahəni  həm  dövlət
171


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə