Dərs vəsaiti m £


N.  Ся f a r  ov,  M.  Çobarıov,  Q.  P a şa y e v a



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə38/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   34   35   36   37   38   39   40   41   ...   83

N.  Ся f a r  ov,  M.  Çobarıov,  Q.  P a şa y e v a
oynamış,  müasir  Azərbaycan  dilinin,  ədəbiyyatının  əsaslannı 
yaratmışlar...
Burada  yeri  gəlmişkən  bir  məsələni  qeyd  etmək  də  zəruri 
olardı...  Məlum  olduğu  kimi,  1969-cu  ilin  14  iyulunda  Heydər 
Əliyev  Azərbaycanda  hakimiyyətə  gəlmişdir.  Onun  hakimiyyətə 
gəlişi  ilə  Azərbaycan  dilinin,  ədəbiyyatının,  mədəniyyətinin  və 
incəsənətinin  qarşısında  yeni  parlaq  səhifələr  açıldı.  Bu  mənada, 
Azərbaycanda  sovet  dövrünün  son  on  illəri  Heydər  Əliyev 
epoxasının  başlanması  ilə  milli  şüurun  inkişafı  baxımdan  daha 
məhsuldar  olmuşdur.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  XX  əsrin 
60-ci  illərinin  sonu  və  70-ci  illərinin  əvvəllərindən  etibarən  Azər­
baycan  mədəniyyəti  görünməmiş  bir  sürətlə  irəliləmiş,  ədəbiyyat, 
incəsənət  milli  özünüdərkin  ən  çevik  komponentlərindən  birinə 
çevrilmişdir.  Ümummilli  lider  Heydər  Əliyev  həmin  illərdə  sabiq 
SSRİ  Mərkəzi Hökumətinin və Əlaqədar Təşkilatlarının qarşısında, 
eləcə  də,  SSRİ  Yazıçılar  Birliyinin,  SSRİ  Mədəniyyət  Nazirliyi 
qarşısında sübut etdi  ki, Azərbaycan yazıçılan da, incəsənət ustalan 
da,  mədəniyyət  xadimləri  də  sabiq  SSRİ  ideologiyasına  sadiq  qal­
maqla  və  sovet  dövrünün  ideoloji  məhdudiyyətlərinə  baxmayaraq, 
azərbaycançılıq  düşüncəsini  və  ideologiyasını  və  azərbaycanşü­
naslıq  elminin  əsaslannı  da  inkişaf etdirmək  məqsədilə  əllərindən 
gələni  əsirgəməmişlər.  Məhz bütün  bunlar isə,  şübhəsiz ki,  Ümum­
milli  lider  Heydər  Əliyevin  daim  diqqət  mərkəzində  olmuşdur. 
Məhz bu dövrdə Heydər Əliyevin təşəbbüskarlığı  ilə onlarla yazıçı­
ya,  bəstəkarlara,  incəsənət  ustalanna  “Xalq  yazıçısı”,  “Xalq  şairi", 
“Xalq artisti, “Əməkdar incəsənət xadimi” fəxri adlan verilmişdir...
Azərbaycan dili, ədəbiyyatı  və mədəniyyətinin  üçiincü döv­
rü.  “Müraciət”də  qeyd  olunduğu  kimi,  Azərbaycan  xalqı  üçüncü 
dövrə  60-80-ci  illərdə  fonnalaşmış,  kifayət qədər yüksək (və milli)
152
Л zərb a yca n şü n a slığ ın  ə sa sla n
inkişaf etmiş  siyasi  dünyagörüşü və  milli  ruhla  gəldi.  Bu  dövr XX 
əsrin  80-ci  illərinin  sonu  və  90-cı  illərinin  əvvəllərini  əhatə  edir. 
Lakin bu dövr tarixilik baxımdan qısa olsa da, Azərbaycan xalqının 
tarixində hərc-mərclik,  dağınıqlıq,  xalqın  müxtəlif bölgələrə  parça­
lanması,  siyasi  hakimiyyət  uğurunda  ayrı-ayrı  səriştəsiz  qrupların 
mübarizəsi,  milli  ədavət  dövrü,  Xalq  Cəbhəsinin  hakimiyyətə  gəl­
məsi  və  tezliklə Vahid  Xalq  Cəbhəsinin  ауп-ауп  siyasi  partiyalara 
parçalanması,  vətəndaş  müharibəsi  ərəfəsinin  yaxınlaşması,  Gən­
cədə  Sürət  Hüseynovun  komandir  olduğu  hərbi  hissələr  arasında 
toqquşmanın  baş  vennəsi,  qardaş  qanının  tökülməsi  ilə  yadda  qa­
lır...  AXC  liderlərinin  yeni  bolşevizm  hərc-mərcliklərdən  istifadə 
edib, dövlət qurumlarının  idarəetmə sistemində heç bir təcrübəsi ol­
mayan  səriştəsiz,  mənsəbpərəst  “rəhbərlərin”  hakimiyyət  başına 
gətirilməsi  onillər,  yüzillər  boyu  yaradılmış,  yaşadılmış  mədəniy­
yəti  bir anda gözdən  salmaqla yüzlərlə yaradıcı  insanları, yazıçıları, 
musiqiçiləri,  rəssamları,  alimləri  və  başqalarını  taleyin  ümidinə 
buraxdı.  Həmin  illərdə  ən  çox  əziyyət  çəkən,  mənəvi  sarsıntılar 
keçirənlər məhz ədəbiyyat, incəsənət və elm xadimləri olmuşdur...
Nəhayət,  elə  bu  dövrdə,  Azərbaycan  xalqının  avanqard  dəs­
təsi-alimlər, yazıçılar,  incəsənət xadimləri və başqaları xalqın  iradə­
si  ilə  Naxçıvan  Muxtar  Respublikasının  Ali  Məclisinin  sədri 
Heydər Əliyevə müraciət edərək,  onu  yenidən  Azərbaycana  rəhbər 
vəzifəyə  dəvət  edirlər.  Odur  ki,  Heydər Əliyev  Bakıya  gətirilir  və 
15  iyun  1993-cü  ildən  etibarən  Azərbaycan  Respublikasının  Milli 
Məclisinin  Sədri  seçilir.  Aradan  bir  neçə  gün  keçdikdən  sonra 
Azərbaycanın  sabiq  prezidenti  Əb'ilfəz  Əliyev  Kələkiyə  gedir  və 
hakimiyyətinin  Heydər  Əliyevin  icra  etməsinə  öz  razılığını 
bildirir...  Beləcə  də,  zəngin  idarəetmə  təcrübəsinə  malik  olan 
Heydər  Əliyev  Azərbaycanda  baş  alıb-gedən  daxili  və  xarici
153


N.  C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva
basqınlara  qarşı  çox  ciddi  mübarizə  apara-apara  ölkədə  daxili 
çəkişmələrə  və  hərc-mərcliyə  bir neçə  ay  ərzində  son  qoya bildi... 
Həyat yenidən öz məcrasına qayıtdı.  Ölkədə siyasi sabitlik yarandı, 
iqtisadiyyat tədricən də olsa, inkişaf etməyə başladı...
Heydər  Əliyevin  yenidən  Azərbaycana  rəhbərliyə  gəlməsi  ilə 
Müstəqil Azərbaycanın mədəniyyəti qarşısında yeni  inkişaf üfüqləri 
açıldı.  Böyük  mütəfəkkir gördü  ki,  “Müstəqilliyi  elan  etmək, onun 
qorunması  və  möhkəmləndirilməsi  istiqamətində  dövlət  tədbirləri 
həyata  keçinnək nə qədər vacib  olsa da,  əsl  müstəqilliyi  qazanmaq 
üçün  bu,  hələ,  azdır.  Gərək  hər  bir  insan  və  xüsusən  gənc  nəsil 
müstəqilliyin  nə  qədər  müqəddəs  olduğunu  bütün  varlığı  ilə  dərk 
etsin,  onu  qorumaq  və  möhkəmləndirmək  üçün  hər  cür  qurban 
verməyə  hazır  olsun.  Bunun  üçün  isə,  o,  ilk  növbədə,  yüksək 
mənəviyyata  malik  olmalıdır,  xalqımızın  milli-mənəvi  dəyərləri 
onun  şəxsiyyətinin  mahiyyətini  təşkil  etməlidir.  O,  azərbaycan- 
çılığın,  mənsub  olduğu  Azərbaycan  xalqının  mədəniyyətinin, 
ədəbiyyatının,  incəsənətinin,  elminin  nə  olduğunu  dərindən 
bilməlidir.  Bu,  çox  mühüm  məsələdir.  Bizim  bu  gün  təhsilimiz də, 
incəsənətimiz də məhz Azərbaycanın  Dövlət Müstəqilliyinə xidmət 
edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir’’.
“Müraciəf’də  qeyd  olunduğu  kimi  Azərbaycanın  dövlət 
müstəqilliyi  qazandığı  illərdə,  “biz  əslində  milli-mədəni  irsimizi, 
tariximizi,  milli  sənətimizi  bir  daha  təhlil  edərək,  onu  ideoloji 
buxovlardan  və  qadağalardan  xilas  edirik.  Bununla  yanaşı,  biz 
Azərbaycan  mədəniyyətinin  dünya  incəsənət  xəzinəsinə  verdiyi 
töhfələrlə başqa xalqların nümayəndələrini tanış edirik”.
Bu  mənada,  Azərbaycanın  dahi  şairi  M.  Füzulinin  500,  böyük 
Oğuz-Azərbaycan  eposu  “Kitabi-Dədə  Qorqud”un  1300  illik 
yubileyləri  yalnız  Azərbaycanda  deyil,  mədəni  dünyanın,  demək
154
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
olar  ki,  hər  yerində  bu  və  ya  digər  dərəcədə  qeyd  edildi...  Bu, 
əslində,  tarixi  mədəniyyətimizin  bugünkü  qələbəsi  idi...  Bütün 
dünya  Müstəqil  Azərbaycanın  qədim  tarixə  malik  olan  böyük  və 
zəngin  mədəniyyəti,  yaradıcılıq  imkanları  və  müdrik  kəlamları  ilə 
daha geniş miqyasda tanış oldu...
Ən nəhayət,  onu  da  qeyd  etmək  yerinə  düşər ki,  Ümummilli 
lider  Heydər Əliyev -  yeni  ilin, yeni  əsrin  və  yeni  minilliyin  asta­
nasında “Azərbaycan  xalqına  Müraciəf’ində  demişdir:  “...biz  nadir 
bir  irsin  varisləriyik.  Hər  bir  Azərbaycan  vətəndaşı  bu  irsə  layiq 
olmağa  çalışaraq,  böyük  bir  tarixi  keçmişi,  zəngin  mədəniyyəti, 
yüksək mənəviyyatı olan ölkəmizin həm dünəninə, həm bu gününə, 
həm də gələcəyinə dərin bir məsuliyyət hissi ilə yanaşmalıdır”.
155


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə