Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə37/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   33   34   35   36   37   38   39   40   ...   83

N.  C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
yığıncaqlardakı,  müzakirələrdəki  siyasi-sosial,  ideoloji  məzmunlu 
nitq,  çıxış  və  söhbətləri,  müsahibələri  yalnız  müdrik  bir  dövlət 
xadiminin  xalqın  dilinə,  ədəbiyyatına  və  mədəniyyətinə  verilən 
qiymət  və  qayğısının  parlaq  ifadəsi  deyil,  eyni  zamanda  həmin 
sahələrin  hər  birinin  inkişafı  üçün  peşəkar  strateji  göstəriş, 
gələcəyin  mükəmməl  hazırlanmış  proqramıdır.  Odur  ki,  bu 
müraciəti  böyük  mütəfəkkirin  təxminən  yanməsrlik  həyatı 
müşahidələrinin 
və 
təcrübəsinin, 
araşdınnalannın,  müxtəlif 
istiqamətli  siyasi-ictimai,  elmi-məntiqi  təhlilinin  nəticəsi  kimi 
qiymətləndirmək olar... Onu  da qeyd edək ki, görkəmli  strategiyaçı 
Heydər  Əliyev  hər  bir  problemin  həllində  tarixilik  və  müasirlik 
məsələlərini daim diqqət mərkəzində saxlayırdı...
Ümummilli  lider  həmin  “Müraciəti”ndə  Azərbaycan  dili, 
ədəbiyyatı  və  mədəniyyətinin  ümumi  problemlərinin  biri  digərinin 
davamı olan, əsasən, üç dövründən söhbət açmışdır:
Azərbaycan  dili,  ədəbiyyatı  və  mədəniyyətinin  təşəkkülü­
nün  birinci  dövrü.  Bu  dövr  bir  neçə  minillik  uzun  bir  mərhələni 
əhatə  edir:  “Azərbaycan  insanın,  bəşəriyyətin  beşiyi  olan  nadir 
ölkələrdən  biridir.  Burada  həyat  çox  erkən  yaranmışdır  və  Azıx 
mağarasından tapılmış azıxantrop Azərbaycanın qədim ibtidai insan 
məskənlərindən  biri  olmasını  sübut  edir.  Qobustandakı  və 
Gəmiqayadakı  qayaüstü  təsvirlər  və  petroqriflər,  Kür-Araz  və 
Xocalı  mədəniyyətlərinə aid maddi-mədəniyyət nümunələri, turqan 
tapıntılan  sübut  edir  ki,  hətta,  miladdan  əvvəlki  minillərdə  də 
Azərbaycanda  inkişaf  etmiş  mədəniyyət  mövcud  olmuşdur". 
Həmin  “Müraciəf’də  deyildiyi  kimi,  Azərbaycan  coğrafi-siyasi 
mövqeyinə  görə,  “həmişə  sivilizasiyaların  qovuşuğunda  olmuş  və 
istər  Qərbin  ,  istərsə  də  Şərqin  çox  güclü  təsirini  öz  üzərində  hiss 
etmişdir”.
148
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
Şübhəsiz  ki,  bu  da  Azərbaycanın  tarixəqədərki  və  ondan 
sonrakı  mədəniyyətinin  beynəlmiləl  xarakter  daşımasına  müəyyən 
dərəcədə  təsir  göstərmişdir.  “Məhz  bunun  nəticəsində  tarixən 
ölkəmizdə  müxtəlif  dinlərə  münasibətdə  yüksək  tolerantlıq, 
dözümlülük  mühiti  yaranmışdır.  Yunan-roma  mədəniyyətinin, 
bütün  antik  sivilizasiyanın  güclü  təsiri  altında  inkişaf  edən  elm, 
ədəbiyyat  və  incəsənətimiz  çox  erkən  dövrlərdə  özünəməxsus 
forma  və  məzmuna  malik  olmağa  başlamışdır.  Bununla  yanaşı, 
sözsüz  ki,  bizim  zəngin  mədəniyyətimizin  formalaşmasının 
özünəməxsus müxtəlif mərhələləri olmuşdur”.
Ümummilli 
lider  Heydər  Əliyevin  qeyd  etdiyi  kimi, 
Azərbaycan mədəniyyətinin tarixi özünəməxsus (milli!) əlamətlərlə 
ümumbəşəri  əlamətlərin  dialektikasını,  qarşılıqlı  əlaqəsini  nümayiş 
etdirir...  Azərbaycan  mədəniyyəti  həmişə  dünyaya  açıq  bir  xalqın 
mədəniyyəti  olmuşdur...  Bu  mülahizələri,  dünya  mədəniyyətinin 
zəngin  xəzinəsi  sayılan  “Kitabi-Dədə  Qorqud”  eposu,  Qətran 
Təbrizinin,  Əfzələddin  Xaqaninin  divanları,  Nizami  Gəncəvinin 
“Xəmsə”sinin  “ümumbəşəri  ideyaların  tərənnümünə,  haqqın, 
ədalətin,  humanist  ideyaların  bərqərar  olmasına  xidmət  etməsi” 
açıq-aydın şəkildə göstərir...
Bu  mənada,  eramızın  ilk  əsrlərindən  Azərbaycanda  etnokul- 
turoloji  proseslərə  nəzarət  edən  Hun-qıpçaq  türkləri  beynəlmiləlçi 
dünyagörüşünün, ümumbəşəri ideyaların, dini plüralizmin genişlən­
məsində,  heç  şübhəsiz  ki,  həlledici  rol  oynamışlar.  Sonra  onların 
ənənələrini Oğuz türkləri davam etdirmişlər...
Azərbaycan  dili,  ədəbiyyatı  və  mədəniyyəti  tarixinin  ikinci 
dövrü.  Ümummilli  lider  Heydər  Əliyev  bu  dövrü  birbaşa  birinci 
dövrün davamı  kimi  təhlil edərək, göstərir ki, “Azərbaycanda məhz 
bu  dövrdə  demokratik  mətbuat,  anadilli  məktəb,  dünyəvi  teatr
149


N.  C əfərov,  M.  Ç o b a n o v,  Q.  P a şa y e v a
yaranaraq,  milli  şüurun  formalaşmasına  güclü  təkan  verdi”... 
Deməli,  Azərbaycanda  milli  şüurun  formalaşmasına  təsir göstərən 
hadisələr 
XIX 
əsrin 
əvvəllərində 
maarifçilik 
ideyalannın 
çiçəklənməsi,  həmin  əsrin  ortalarında  M.F.Axundov  kimi  müasir 
düşüncəli  mütəfəkkirin yetişməsi, “Əkinçi” qəzetinin nəşr edilməsi, 
XIX  əsrin  sonu  və  XX  əsrin  əvvəllərində  müxtəlif  ideya-estetik 
məktəblərin genişlənməsi və s.  başlıca rol oynamışdır. Həmin “Mü- 
raciəf’də  qeyd  olunduğu  kimi,  “maarifçilik  hərəkatının  genişlən­
məsi,  Azərbaycandan  xarici  ölkələrə  ali  təhsil  almağa  gedənlərin 
sayının  get-gedə  artmasına  gətirib  çıxardı.  Xaricdə  ali  təhsil aldıq­
dan  sonra  Vətənə  qayıdan  ziyalılar  Azərbaycanda  maarifləndirmə 
meyllərini  dəstəkləyən  qüvvələri  öz  ətrafında  birləşdirdilər,  milli 
mətbuat və milli teatrın yaranması üçün zəmin yaratdılar”...
Azərbaycan  Prezidenti  həmin  “Müraciəf’də  ədəbiyyatımızın 
ikinci  dövrdəki  vəziyyətini  təhlil  edərək  qeyd  etmişdir  ki,  “yeni 
dövrün  ədəbiyyatının  formalaşmasında  Nəcəf  bəy  Vəzirovun, 
Əbdürrəhim  bəy Haqverdiyevin,  Mirzə Ələkbər Sabirin,  Süleyman 
Sani  Axundovun,  Üzeyir  bəy  Hacıbəyovun,  Nəriman  Nərimano­
vun,  Haşım  bəy  Vəzirovun,  Cəlil  Məmmədquluzadənin,  Abbas 
Səhhətin,  Məhəmməd  Hadinin,  Abdulla  Şaiqin,  Əhməd  Ağaoğ- 
lunun,  Əli  bəy  Hüseynzadənin,  Hüseyn  Cavidin,  Əhməd  Cavadın 
və başqalarının əvəzsiz xidmətləri  var idi”.
Burada  yeri  gəlmişkən  onu  da  qeyd  etmək  lazımdır  ki, 
xalqımızın  taleyüklü  tarixində  70  illik  Sovet  dövrünün  də 
özünəməxsus  yeri  vardır.  Odur  ki,  bəzi  ziyalıların  mütəxəssislərin 
qeyd  etdiyi  kimi,  “Sovet  dövrünü  Azərbaycan  xalqının  tarixindən 
sıxışdırıb  çıxarmağa  çalışanlar  səhv  edirlər-xalqımız  bu  dövrü 
bütün  mürəkkəbliyi,  uğurları,  qüsurları  ilə  birlikdə yaşamışdır. Biz, 
heç  də,  bəzilərinin  düşündüyü  kimi,  milli  müstəqillik  dövrünə
150
A zərh aycan şiin aslığın  ə sa sla n
birbaşa  XX  əsrin  əvvəllərindən  Azərbaycan  Xalq  Cümhuriyyəti 
dövründən  gəlməmişik.  Sovet  dövrü  Azərbaycana  minlərlə  orta, 
onlarla  ali  məktəb,  teatrlar,  muzeylər,  sərgi  salonları  vermişdir. 
Sovet  dövründə  Azərbaycan  dili,  ədəbiyyatı,  mədəniyyəti  böyük 
sürətlə inkişaf etmişdir...  Bununla belə, yüksəlişdə olan milli hisslər, 
ideyalar  boğulmuş,  repressiya  illərində  Azərbaycanın  50  mindən 
artıq övladı güllələnmiş,  100 mindən çox  insanı Qazaxıstana,  Sibirə 
sürgün edilmişdir. Hüseyn Cavid, Mikayıl  Müşfiq, Salman Mumtaz 
kimi  böyük  ədəbiyyat,  mədəniyyət  xadimləri  məhz  həmin  illərdə 
sovet kommunist ideologiyasının qəzəbinə tuş gəlmişlər”.
Yuxanda  qeyd  olunanlardan  belə  qənaətə  gəlmək  olar  ki, 
“Müraciət”  Azərbaycan  tarixinin  sovet  dövrünə  obyektiv  metodla 
yanaşmağın  gözəl  təcrübəsini  göstərir.  Ümumiyyətlə,  düşünmək 
olar  ki,  həmin  təcrübə  humanitar  sahələr  (ədəbiyyat,  mədəniyyət) 
üzrə  mütəxəssislərin  gələcək  araşdırmaları  üçün  geniş  perspektivli 
metodoloji (ideoloji) əsas olacaqdır.
“Müraciəf’də  qeyd  edildiyi  kimi,  Azərbaycan  xalqına,  onun 
milli  mədəniyyətinə  qarşı  mərhələlərlə  müxtəlif xarakterli  qəsdləri 
unutmamaqla  (öyrənməklə  -   M.Ç.)  yanaşı,  etiraf  etməliyik  ki, 
Azərbaycanda  milli  şüurun  inkişafında  sovet dövrü  xüsusi  mərhələ 
təşkil  edir.  Məhz  bu  dövrdə  Azərbaycan  ədəbiyyatının  görkəmli 
nümayəndələri  -   Cəfər  Cabbarlı,  Səməd  Vurğun,  Mehdi  Hüseyn, 
Süleyman  Rüstəm,  Osman  Sarıvəlli,  Rəsul  Rza,  Məmməd  Rahim, 
Mirzə  İbrahimov,  Süleyman  Rəhimov,  Əli  Vəliyev,  Mir  Cəlal  və 
Əliağa  Vahid  kimi  böyük  söz  ustadlarının,  mütəfəkkirlərinin 
yazıb-yaratdıqları  həmin  mərhələni  xalqımızın  tarixindən  necə 
çıxarmaq,  bu  böyük  şəxsiyyətləri  necə  inkar  etmək  olar?  Onlar 
uzun  illər “Sovet yazıçısı” adını  fəxrlə daşısalar da, azərbaycançılıq 
dünyagörüşünün  formalaşmasında,  demək  olar  ki,  həlledici  rol
151


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə