N. C əfərov, M . Ç oban ov, Q. P a şa yeva
Yuxarıda qeyd olunanlara baxmayaraq, hamin dövrdə Şərq
mütəfəkkirləri, o cümlədən, Azərbaycan mütəfəkkirləri də milli
birlik, ictimai ittifaq, müstəqil dövlətçilik idealları üzərində daha
ardıcıl, daha intensiv düşünməyə ehtiyac duyurlar. Azərbaycanda
da belə ideallı mütəfəkkirlər də çox olmuşdur. Onlardan A.
Bakıxanovun, M.F. Axundovun, Ş.C.Əfqaninin adlarını qeyd etmək
olar. Məhz bu dövrdə geri qalmış Şərqlə irəli getmiş Qərbin yeni
dövrdəki çoxtərəfli münasibətlərinin tarixi xarakteri ən obyektiv
şəkildə Ş.C.Əfqaninin fəlsəfı-ideoloji yaradıcılığında öz əksini
tapmışdır. Onun fəlsəfi yaradıcılığının əsasında “milli vəhdət
fəlsəfəsi” dayanırdı. O, bu fəlsəfi ideyasını çox cəsarətlə irəli sürüb,
hər bir müsəlman eyni zamanda bir türk, ərəb, fars, yaxud hind
olduğunu dedi... Həmin dövrdə o xalqlann milli özünüdərk prosesini
tam dəyəri ilə yaşayırlar, onlarda milli dövlətçilik düşüncəsi lazımi
keyfiyyətdə qərarlaşır... Bu baxımdan, müsəlman xalqlan arasında
Azərbaycan türkləri xüsusi fərqlənmişlər...
Bu münasibətlə, C.Əfqani “Milli vəhdət fəlsəfəsi və dil birliyi
nin həqiqi mahiyyəti” traktatında yazmışdır: “ Heç şübhə yoxdur ki.
dil birliyi, yəni milli birlik din birliyindən daha möhkəm və sabitdir.
Çünki dil az müddət ərzində dəyişməyi və başqası ilə əvəz olunmağı
qəbul etmir. Din isə belə deyil. Tarix göstərir ki, eyni dildə danışan
bir millət min illər ərzində öz dilinə ciddi xələl gətirmədən dinini
dəyişir, başqası ilə əvəz edir. Buna görə də, dil birliyindən yaranan
əlaqə və ittifaqın təsiri dini əlaqələrin təsirindən daha güclüdür”.
Ümumiyyətlə, C. Əfqani dilin fəlsəfi mahiyyəti barədə, nəinki,
müsəlman dünyası (bütövlükdə) dünya üçün maraqlı və orijinal
mülahizələr söyləmişdir: “Dil birliyi olmasa, milli vəhdətin həqiqi
mahiyyəti və həyati gücü ola bilməz”.
132
A zərb a yca n şü n a slığ ın əsasları
C.Əfqaninin müsəlman Şərqini tənəzzüldən xilas etmək
uğrunda apardığı ideya mübarizəsi XIX əsrin sonu və XX əsrin əv
vəllərində, nəinki, davam etdirildi, həm də, daha da genişləndirildi və
bu ideya XX əsrin əvvəllərindən yeni tarixi şəraitin mütəfəkkirləri tə
rəfindən ümumiləşdirildi: “Milliləşməli, İslamlaşmalı, Müasirləşmə
li...”.
Onu da qeyd edək ki, həmin dövrdə C.Əfqaninin fəlsəfi ideyala-
n Azərbaycanın, ümumən, türk-müsəlman dünyasının böyük ideo
loqları İsmayıl bəy Qasparlı, Ziya Göyalp, Əli bəy Hüseynzadə, Əh
məd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə... üçün bir məktəb ol
muşdur...
XX əsrin ikinci onilliyində, yəni 28 may 1918-ci ildə yaradılmış
Azərbaycan Xalq Cümhuriyyəti 1828-ci ildə Türkmənçay Müqa
viləsinin qərarı ilə tamamilə dağıdılmış Azərbaycan milli dövlətçilik
təfəkkürünü yenidən bərpa etdi və canlandırdı... M.Ə.Rəzsulzadənıin
təbirincə desək, AXC “millətə azadlığın nə olduğunu anlatdı”... La
kin, AXC-nin ömrü çox qısa-cəmisi 23 ay oldu, “xalqlar həbsxanası”
adlanan Çar Rusiyasının varisi kimi çıxış edən Sovet Rusiyası 28
aprel 1920-ci ildə Azərbaycanı yenidən - ikinci dəfə işğal etdi. Belə
cə də, milli dövlətçilik təfəkkürünün inkişafına son qoyuldu... Onu da
qeyd edək ki, Sovet dövründə Azərbaycanda milli dövlətçilik təfək
kürünün bilavasitə imkanı olmasa da, az da olsa, milli kadrların ha
zırlanmasında və mədəni muxtariyyət sahəsində böyük işlər görül
müşdür...
Azərbaycanın xilaskarı. XX əsrin ortalarında Azərbaycanda
milli dövlətçilik təfəkkürünün yenidən inkişaf etməsi üçün daha
münasib şərait yaranır. Lakin milli dövlətçilik təfəkkürü olan
kadrların yetişməsinə diqqət yetirilməlidir... Ancaq, Heydər Əliyev
14 iyul 1969-cu ildə Azərbaycanda rəhbər vəzifəyə gəldikdən sonra
133
N C əfa ıo v, M. Ç obanov, Q. P aşayeva
Mərkəzi hökumət tərəfindən düşünülmüş müəyyən maneələri dəf
edərək, müstəqil düşüncəyə meydan açıldı. XX əsrin 70-80-ci illə
rində Azərbaycanda gedən milli oyanış, siyasi-ideoloji dirçəliş
prosesinin nəticələri 80-cı illərin sonu və 90-cı illərin əvvəllərindəki
xalq hərəkatında özünü göstərdi. Məhz bu dövrdə Heydər Əliyev
xalqın eneıjisini, milli müstəqillik hissinin təzahürünə çalışır, onu
dünyanın inkişaf etmiş xalqlarının səviyyəsinə çatdırmaq istəyirdi.
Onu da qeyd edək ki, 1920-1993-cü illərdə Azərbaycanın dövlət
rəhbərləri arasında Heydər Əliyev qədər
böyük idarəçilik təcrübəsinə
(və istedadına) malik ikinci bir şəxs olmamışdır... Heydər Əliyevin
yaratdıqları (birinci rəhbərliyi dövründə - 1969-1982) xalqın gözləri
qarşısında dağıldıqca böyük dövlət qurucusuna, ictimai harmoniya
ustasına meyl də güclənirdi. Bütün bunları nəzərə alan müdrik
xalqımız 1993-cü ilin ortalarında parçalanmaq və dağılmaq
astanasında olan Azərbaycanı xilas etmək üçün Heydər Əliyevi
Bakıya dəvət edərək, onu ikinci dəfə ölkəyə rəhbər seçdi...
Beləcə də, Heydər Əliyev Azərbaycanın milli dövlətçiliyini
itirməkdən xilas etdi... Onu bir dövlət kimi məhv olmaq
təhlükəsindən azad etdi. Bizim mülahizəmizə görə, Azərbaycanın
Qurtuluşu Heydər Əliyevin şəxsində təzahür edən böyük bir milli,
ictimai-siyasi eneıjinin fəaliyyəti nəticəsində mümkün ola bilərdi və
oldu da... Ümummilli liderin Azərbaycanın xilası üçün gördüyü
işlərin miqyasını müəyyənləşdirmək yox, ancaq təsəvvür etmək
mümkündür. Bu, epik bir miqyasdır - bu fəaliyyət xalqın yalnız bu
gününü müəyyən etmir, onun gələcəyinə də əhəmiyyətli dərəcədə
təsir göstərir. Bu mənada, Azərbaycanın qurtuluşu bu günlə
məhdudlaşmayan, gələcəyə də getdikcə, tarixi məzmunu daha yaxşı
dəyərləndiriləcək və böyük bir hadisəyə çevriləcəkdir...
134
A zərb a yca n şü n a slığ ın əsasları
Bir sözlə, Azərbaycanın qurtuluşunun yekunu, yaxud
nəticəsi qurtuluşun Azərbaycanıdır. O Azərbaycan ki, müxtəlif
nəsillərdən olan azərbaycanlılar daim onu arzulamış, onun qurulması
uğmnda fəal mübarizə apannışlar... Azərbaycan Respublikası Milli
Məclisinin 15 iyun 1993-cü il tarixli iclasındakı çıxışında xalqın
iradəsini ifadə edərək Heydər Əliyev demişdir:
“Azərbaycan Respublikasının Dövlət müstəqilliyi 1918-ci ildə
yaranmış ilk Azrəbaycan Demokratik Respublikasının ənənələri
əsasında müasir tələblərlə, dünyada gedən proseslərlə bağlı olaraq
təmin olunmalıdır. Bu sahədə mən daim çalışacağam və heç kəsin
şübhəsi olmasın ki, ömrümün bundan sonrakı hissəsini harada olursa
- olsun, yalnız və yalnız Azərbaycan Respublikasının müstəqil
dövlət kimi inkişaf etməsinə həsr edəcəyəm”. Həqiqətən də,
görkəmli strategiyaçı Heydər Əliyev öz xalqına
verdiyi bütün vədləri,
demək olar ki, artıqlaması ilə yerinə yetirdi. O, Müstəqil Azərbaycan
Dövlətinin əsaslarını yaratdı, onu demokratik inkişaf yoluna
istiqamətləndirdi... Obrazlı desək, Heydər Əliyevin zəkası öz nuru ilə
yalnız bu günü deyil, sabahı da, Müstəqil Respublikanın gələcəyini
də işıqlandıracaq, ona müasir dünyanın üzvi tərkib hissəsi olmaq
üçün hər cür stimul verəcəkdir. Çünki, Heydər Əliyev müdrikliyi və
kamilliyi, onun strateji görüşləri, ümumilikdə, mənsub olduğu xalqın
tarixi təfəkkürünün - iradəsinin ifadəsidir...
Milli Məclisdə çıxış edən Heydər Əliyev daha sonra demişdir:
“Azərbaycan
Respublikası, bundan sonra onun başına nə
gəlirsə-gəlsin, müstəqilliyini itirməyəcək, yenidən heç bir dövlətin
tərkibinə daxil olmayacaq, heç bir başqa dövlətin əsarəti altına
düşməyəcəkdir”... Bununla belə, Heydər Əliyev bildirdi ki,
müstəqillik uğrunda illər boyu, tədricən, həm tələsmədən, həm də
gecikmədən mübarizə aparmaq, millətin daxilindəki-beynindəki
135