Dərs vəsaiti m £


N .  С иf a r  o v,  M .  Ç obarıov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə32/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   28   29   30   31   32   33   34   35   ...   83

N .  С иf a r  o v,  M .  Ç obarıov,  Q.  P a şa yeva
4. 
Azərbaycan  türk  dövlətçiliyi  tipi.  Bu  mərhələ,  əsasən, 
eramızdan  əvvəlki  I  minilliyin  ortalanndan  sonrakı  dövrü  əhatə 
edir.  Burada  isə,  yalnız  Azərbaycanda  türk  dövlətçilik  ənənələri 
üzərində dayanmaq nəzərdə tutulub.
Azərbaycan  milli  dövlətçilik  təfəkkürünün  əsas  mənbəyini 
qədim türk (şumer) dövlətçilik mədəniyyəti təşkil edir. Onu da qeyd 
etmək lazımdır ki, qədim türk dövlətinin (Şumer dövlətinin -  Altay 
imperiyasının) dövlətçilik ənənələrinin varisidir. Qədim türk dövləti 
dedikdə,  ilk növbədə,  eramızdan əvvəlki  I  minilliyin sonlan və era­
mızın  I-V  əsrlərində  mövcud  olmuş  Hun-türk  dövləti  (imperiyası) 
nəzərdə  tutulur...  Bu  imperiya,  görünür,  Azərbaycanın  Şimalını  da 
əhatə  etmişdir...  Məhz  bunun  nəticəsidir  ki,  III-V  əsrlərdə 
Huıı-qıpçaqlar  Qafqazda  möhkəm  etno-siyasi  mövqeyə  malik  ol­
muşlar...  Hətta,  uzun  müddət  ərəb-müsəlman  hücumlarına  qarşı 
müqavimət  göstərmişlər.  Bu,  o  deməkdir ki,  Ш-VII  əsrlərdə Azər­
baycanda  kifayət  qədər  güclü  dövlət  olmuşdur...  Odur  ki,  qədim 
türk  dövlətinin  bilavasitə  davamı  olan  türk  müsəlman  -  
Oğuz-səlcuq  dövlətini  yaratdılar...  Oğuz-səlcuqlan  Azərbaycanda 
və  onun  hüdudlarında  yayılaraq,  ölkənin  idarəsini  öz  əllərinə 
almışlar.  Bütün bunlar “Kitabi-Dədə Qorqud” eposunda da öz geniş 
əksini tapmışdır...
Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  Azərbaycanda 
Qədim  (ümum)  türk  (Hun-qıpçaq)  və  Türk-müsəlman  (Oğuz-səl- 
cuq) dövlətçilik mədəniyyəti mövcud olmuşdur...
Azərbaycanda milli dövlətçilik təfəkkürünün formalaşması 
və  I  Şah  İsmayıl  Xətai.  Azərbaycanda  milli  dövlətçilik 
təfəkkürünün  formalaşmasında  I  Şah  İsmayıl  Xətainin  yaratdığı 
Azərbaycan  Səfəvi lər  dövləti  xüsusi  mərhələ  təşkil  edir.  Səfəvilər 
dövlətinin  araşdırıcısı  qeyd  etmişdir  ki,  Azərbaycanda  biri  digərini
1 2 8
A zərb a yca n şü n a slığ ın  əsasları
əvəz  edən  Qaraqoyunlu,  Ağqoyunlu  və  Qızılbaş-Səfəvi  dövlətlə­
rinin  məhz azərbaycanlılar (Azərbaycan  türkləri -  M.Ç.)  qurub ya­
ratmışlar,  bu  dövlətlər  arasında  bilavasitə  tarixi  varislik  əlaqəsi 
mövcud idi (O. Əfəndiyev).
Səfəvilərin  Azərbaycan  dövləti  olmasını  sübut  edən  başlıca 
faktlara,  həmin  dövlətin  qurucusu  olan  Şah  İsmayıl  Xətainin 
islahatlanna  nəzər  salmaq  kifayətdir.  Bu  sahədə  onun  Dil, 
Mədəniyyət...  siyasəti  daha  çox  maraq  doğurur...  Belə  ki,  Qaraqo­
yunlular,  Ağqoyunlular  kimi  Səfəvilərin  sarayında  da,  Ordusunda 
da, ədəbi məclislərdə də, folklorda da, ümumictimaiyyətdə də geniş 
yayılmış  ünsiyyətdə  də,  hətta,  dövlətlərarası  yazışmalarda  da 
ünsiyyət  vasitəsi  məhz  Azərbaycan  türkcəsi  olmuşdur.  Beləcə  də, 
Türk-Oğuz mədəniyyətindən Azərbaycan-türk mədəniyyətinə keçid 
mərhələsi  başlanır...  Odur  ki,  Səfəvilər  dövründə  sarayda  xalq 
ədəbiyyatının,  incəsənətinin  nümayəndələri  xüsusi  nüfuza  malik 
idilər...  Məhz bunun nəticəsidir ki, Şah  İsmayıl Xətai XVI əsrdə də , 
XV11-XVII1  əsrlərdə  də  xalq  sənətkarları-aşıqlar  tərəfindən 
“mürşidi-kamil”  (yol  göstərən,  rəhbər,  məsləhətçi,  elmli-təcrübəli) 
sayılırdı. Qurbaninin aşağıdakı sözləri bunu təsdiq edir:

M
ü
r ş i d
i - k a
m
i l i m
,
 şeyx 
o
ğ
l u
  ş a
h
ı m
,
B
i r   ə r z i m
  v a r   q
u
l l u
ğ
u
n
d
a
,   ş a h ,   m
ə
n
i m
” .
Şah  Abbas  və  Azərbaycan  dövlətçiliyinin  farsların 
ixtiyarına  verilməsi.  Lakin  Şah  İsmayıl  Xətainin  davamçıları, 
övladları  milli  dövlət  quruculuğu  sahəsində  müəyyənləşdirilmiş 
ideologiyanı  qoruyub  saxlaya  bilmədilər.  XVI  əsrin  sonu  və  XVII 
əsrin  əvvəllərində  isə,  I  Şah  Abbas  bir  əsrdən  çox  yaşamış 
Azərbaycan  Səfəvilər  dövlətini  farsların  ixtiyarına  verdi.  Bu,  milli
129


N.  C əfərov,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
dövlətçilik  ənənələrinə,  mənsub  olduğu  xalqa  (  Azərbaycan 
türklərinə)  qarşı  tarixi  xəyanət  idi...  Şah  Abbas  Səfəvilərin 
mərkəzini  İrana  köçürməklə  Azərbaycan  Şimal  və  Cənub olmaqla 
iki  yerə  parçalanmış  oldu...  Bu,  o  deməkdir  ki,  doğma  Vətənini -  
Azərbaycanı yadlann -  farsların  ayağı altına verdiyi  barədə düşün­
məmişdir...
Tarixi  düşmənlərimizin bu  istiqamətdə “fəallaşması” məqsədli 
olaraq,  tarixi  ünvanlarımızın  dəyişdirilməsinə  istiqamətləndirilmiş­
dir.  Burada “xalqlar həbsxanası” adlanan Çar Rusiyasının Azərbay­
cana  olan  maraqlarını  reallaşdırmaq  məqsədilə  Azərbaycana  qarşı 
böyük  müharibələrə  başlamasını  və  onun  xalqımız  üçün  “acı  nə­
ticələrini” xatırlamamaq olmur:
1803- 
cü  ilin  yazı  -   Tarixi  düşmənimiz  “Çar  Rusiyasının  qo­
şunları  tarixi  torpaqlarımızın  şimal-qərb  bölgəsini  -  Balakəni  işğal 
edir.  Beləliklə də, Azərbaycan ərazisinin parçalanması və işğal edil­
məsi başlanır.
1804- 
cü  il  3  yanvar  -   Çar  Rusiyasının  qoşunları  tərəfindən 
Gəncə qalası və Gəncə xanlığının ərazisi işğal olunur.
1805- 
ci  ilin  14  mayında  imzalanmış  Kürəkçay müqaviləsinin 
şərtlərinə  görə,  Qarabağ  xanlığı  Rusiya  qoşunları  tərəfindən  işğal 
edilir.
1805-ci  ilin  21  may  -   müqaviləsinin  şərtlərinə  görə,  Şəki 
xanlığı da Rusiya qoşunlan tərəfindən işğal olunmuş hesab edilir.
1805- 
ci  il  25  dekabr  -   Rusiya  qoşunlan  tərəfindən  Şirvan 
işğal olunur.
1806- 
ci  il  23  iyun -  Rusiya  qoşunlan  tərəfindən  Dərbənd işğal 
olunur.
1806-cı  il  3  sentyabr -   Rusiya  qoşunları  tərəfindən  Bakı  işğal 
olunur.
130
A zərb a yca n şü n a slığ ın   əsasları
1813-cü  il  1  yanvar  -   Rusiya  qoşunlan  tərəfindən  Lənkəran 
işğal olunur.
1813-cü il  12 oktyabr -  Gülüstan müqaviləsinin şərtlərinə görə, 
Talış,  Şirvan, Quba,  Bakı, Gəncə, Qarabağ və Şəki xanlıqlan  Rusiya 
imperiyasının  tərkibinə  qatılır.  Beləliklə  də,  tarixi  Azərbaycan 
dövlətçiliyi zəiflədilir və ərazisi parçalanır.
1828-ci il  10 fevral -  Rusiya imperiyası ilə İran şahlığı arasında 
bağlanan Türkmənçay müqaviləsinin şərtlərinə görə, Tarixi Azərbay­
canın  144  min  kvadrat  kilometrlik  şimal  əraziləri  Çar  Rusiyasının; 
356 min kvadrat kilometrlik cənub əraziləri  isə,  İran şahlığının  müs­
təmləkəsinə çevrilir.
1918-ci  ilin  28  mayında  Azərbaycanın  şimal  ərazisində  Azər­
baycan Xalq Cümhuriyyəti yaradılır.  Bu zaman AXC-nin ərazisi  114 
min kvadrat kilometr olmuşdur.
1920- 
ci  ilin  27-28  aprelində Sovet  Rusiyası  Şimali  Azərbaycan 
ərazisini  -   AXC-nin  tabeliyində  olan  əraziləri  yenidən-ikinci  dəfə 
işğal  etdi  və  beləliklə  də,  dövlətçiliyimizə  son  qoydu,  ölkədə 
ermənilərin  və  bolşeviklərin  vasitəsilə  kütləvi  soyqırımı  və  qırğınlar 
törədildi.
1921- 
ci  ildə  Sovet  Rusiyası  Azərbaycanın  siyasi  xəritəsini 
yenidən  “ölçüb-biçdi”  və  Azərbaycan  Respublikasının  ərazisini  114 
min  kvadrat  kilometrdən  86.6  min  kvadrat  kilometrə  endirdi. 
Azərbaycan  torpaqlarının  20  min  kvadrat  kilometrlik  ərazisini  -  
Qərbi  Azərbaycanı  “haylara” -  ermənilərə pay  verir və beləliklə də, 
29  min  kvadrat  kilometrlik  ərazisi  olan  gəlmə  ermənilər  üçün 
Ermənistan Respublikasını -  dövlətini yaratdı... Qədim Borçalının bir 
hissəsini  Gürcüstana  pay  verdi,  Dərbənd  xanlığının  ərazisini  isə 
özünə  pay  götürdü.  Beləcə  də,  xalqımızın  ağrılı-acılı  günləri 
başlandı... nəticəsi də göz qabağındadır...
131


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə