Dərs vəsaiti m £


N.  C əfərov,  M.  Ç obatıov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə34/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   30   31   32   33   34   35   36   37   ...   83

N.  C əfərov,  M.  Ç obatıov,  Q.  P a şa yeva
“kimdənsə  asılı  olmaq”  hissini  inersiyasını  (başqasına  inamını) 
öldürmək lazımdır... Heydər Əliyev iradəsi bütün bunları məhv etdi...
Qurtuluşun  Azərbaycanı  yalnız  1995-ci  ildən  sonra  normal 
inkişaf  yoluna  düşməyə  başladı  ki,  bunun  da  ilk  rəsmi  ifadəsi 
“Azərbaycan  Respublikasının  Konstitusiyasf’nın  qəbul  edilməsi 
oldu.  Ümummilli  liderin  rəhbərliyi  altında  hazırlanmış  və  qəbul 
edilmiş  bu  Konstitusiya,  əslində,  “Qurtuluş  Azərbaycanf’nm  ilk 
rəsmi  “Pasportu”  idi...  Heydər  Əliyev  tərəfindən  əsası  qoyulmuş 
“Müstəqillik  strategiyası”nın  bütün  müddəalan  indiki  dövrdə  Azər­
baycan prezidenti İlham Əliyev tərəfindən davam etdirilməkdədir...
136
A zə rb a yca n şiin a slığ m   əsasları
«Biz bir ınillət iki dövlətik»
Heydər Əliyev
«Bir elm öyrənmək istədikdə sən 
Çalış ki, hər şeyi kamil biləsən».
Nizami
«İnsan  qılıncının  kəskinliyi  ilə  qəhrəman 
ola bilməz, ağılın kəskin olması lazımdır» 
M. S. Ordubadi
TÜRK DÜNYASI  BİRLİYİNİN STRATEGİYASI: 
HEYDƏR ƏLİYEVDƏN  İLHAM ƏLİYEVƏ
Türk 
dünyasının 
birliyi 
strategiyasından 
bəhs 
edən 
Ümummilli  lider  Heydər  Əliyev  demişdir:  “...Bizim  xalqlarımız 
əsrlər  boyu  bir-birinə  yaxın  dost  olmuşlar.  Biz  bir  kökdənik,  biz 
birdilli  xalqlarıq.  Bizim  milli  ənənələrimiz  çox  yaxındır,  bir-birinə 
bənzərdir,  oxşardır.  Ona  görə  də,  bunlar hamısı  xalqlarımızı,  hələ, 
biz  müstəqil  olmadığımız  vaxtda,  ayrı-ayrı  dövlətlərin  əsarəti 
altında 
yaşadığımız 
vaxtda 
da 
bir-birimizdən 
ayırmayıb, 
bir-birimizə bağlayıb,  bir-birimizlə daha çox  əlaqədə saxlayıb.  İndi 
də xalqlanmız öz müstəqilliyini əldə edəndən soma müstəqil dövlət 
kimi  Dünyada  tanınandan  sonra  bir tarixi  ənənələr əsasında  həmin 
fundamental  əsaslar  üzərində  bundan  sonra  da  irəliyə  getməliyik, 
inkişaf etməliyik”.
Müstəqil 
Azərbaycan 
Dövlətinin 
qurucusu 
və 
banisi 
Azərbaycan  xalqının  milli  lideri  Heydər  Əliyevin  siyasi-ideoloji 
fəaliyyəti  Azərbaycanla  məhdudlaşmayıb, onun hüdudlarını  aşıb və
137


/V . 
C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
bütövlükdə,  Türk  dünyasını  (və  ümumən  dünyam)  əhatə  edir. 
Böyük  tarixi  şəxsiyyətin  türk  dünyası  ilə  bağlı  gördüyü  işlər,  irəli 
sürdüyü  ideyalar,  söylədiyi  mülahizələr elmi-nəzəri  mükəmməlliyi 
ilə  yanaşı,  praktik  perspektivliliyi  ilə  də  böyük  tarixi  əhəmiyyətə 
malikdir.
1.  Müstəqil  Türk  dövlətləri  ilə  strateji  əlaqələr  proqramı.
Ümummilli  lider Heydər Əliyev Azərbaycanın Türk dünyası, xüsu­
silə,  müstəqil  türk  dövlətləri  ilə  əlaqələrinin  müfəssəl  proqramım 
vennişdir ki, buraya, əsasən, aşağıdakılar daxildir:
-  Azərbaycanın  iqtisadi,  siyasi,  ictimai  problemlərinin həllində 
Türk dünyasının imkanlarından istifadə etmək;
- Türk dünyasının qüvvələrini  birləşdirmək, hər hansı türk döv­
lətinin  (xüsusilə,  beynəlxalq)  problemlərinin  həllində  Türk  dünya­
sının birgə hərəkətini təmin etmək;
-  Türk  dünyasının  beynəlxalq  nüfuzunun  daha  da  gücləndiril­
məsinə çalışmaq və bunun üçün hər bir müstəqil türk dövlətinin im­
kanlarından yararlanmaq və s.
2.  Türk-müsəlman  intibahının  yeni  istiqamətləri.  Ümum­
milli  lider  Heydər  Əliyevin  Türk  dünyasının  (eləcə  də,  müsəlman 
dünyasının)  problemləri  ilə  daha  çox  məşğul  olduğu  mərhələ,  əsa­
sən,  1993-cü ildən onun Müstəqil Azərbaycan Dövlətinin prezidenti 
seçildikdən  sonra  başlayır.  Heydər  Əliyev  İstanbulda  İqtisadi 
Əməkdaşlıq  Təşkilatının  ikinci  görüşünün  iştirakçılarına  5  iyul 
1993-cü il tarixli müraciətində demişdir:  “İqtisadı  Əməkdaşlıq Təş­
kilatı ölkələrinin -  Türkiyənin,  İranın,  Pakistanın, Əfqanıstanın, Qa­
zaxıstanın,  Özbəkistanın,  Türkmənistanın,  Qırğızıstanın,  Tacikista­
nın,  Azərbaycanın  istifadə  edilməmiş  zəngin  təbii  sərvətləri,  ma­
terial  ehtiyatlan  vardır.  Onlardan  birgə istifadə olunması əsl müsəl­
man  intibahına çevriləcək,  bütün bəşəriyyətin inkişafına töhfə verə-
138
Л zərb a yca n şiin a slığ ın   ə sa sla n
çəkdir”. Bu “Müraciət’’də türklük (ümumən müsəlmanlıq) düşüncə­
sinin aşağıda qeyd olunan əlamətləri öz əksini tapmışdır:
- Türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması;
-  Türk  (və'ümumən  müsəlman)  dünyasının  birliyinə  cəhd 
edilməsi;  -  •
-  Həmin  birliyin  dünyada  harmoniya  yaradılmasına  xidmət 
etməsi ideyasının müdafiəsi;
Türk Birliyinin yaradılmasında Türkiyənin  müstəsna  rolu.
Ümummilli  lider  Heydər  Əliyev  Türk  Birliyinin  möhkəmlənib 
inkişaf  etməsində  qardaş  Türkiyənin  müstəsna  rolunu  həmişə 
yüksək qiymətləndirmişdir.  O, bu sahədə Türkiyə Cümhuriyyətinin 
yaradıcısı  Mustafa  Kamal  Atatürkün  tarixi  fəaliyyətini  dönə-dönə 
dəyərləndirmiş,  onu  “XX  əsrin  bəşəriyyətə  verdiyi  böyük 
dühalardan” saymışdır.
Qardaş  Türkiyə  haqqında  deyilmiş  ən  xoş  mülahizələrin 
müəllifi də Heydər Əliyev olmuşdur:
“Türkiyə  hazırda  dünyanın  siyasi  durumunda  niifiızlu  təsir 
qüvvəsinə  malik,  ümumbəşəri  dəyərləri  qorumaq  əzmində  olan, 
iqtisadi  və  mədəni  səviyyəsi  etibarı  ilə  inkişaf etmiş  dövlətlərdən 
birinə çevrilmişdir...”
- “Azərbaycanlıların qəlbində Türkiyənin xüsusi yeri var...”
- “Türkiyə Azərbaycan üçün qardaş, dost ölkədir....”
-  “Türkiyə  ilə  Azərbaycan  arasındakı  əlaqələrin  qədim  və 
zəngin tarixi var”.
-  “İndi  Azərbaycan  Respubi  kası  bir  müstəqil  dövlət  kimi 
Türkiyə  Cümhuriyyəti  ilə  bütün  sahələrdə  əlaqələrin  inkişaf 
etdirilməsinə çalışır...”
-  “Yeni  doğulmuş  Müstəqil  Azərbaycan  dövləti  Türkiyənin 
köməyini, yardımını, qayğısını daim hiss edir”.
139


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə