Dərs vəsaiti m £


TV.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə40/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   36   37   38   39   40   41   42   43   ...   83

TV. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
«Amal uğrunda ölmək
 - 
əbədi yaşamaqdır» 
Ş. M. Xiyabani
“DÜNYA AZƏRBAYCANLILARININ 
I QURULTAYI” VƏ AZƏRBAYCANÇILIĞIN 
YENİDƏN TƏŞƏKKÜLÜ
“Azərbaycançılıq”  ideologiyasının  inkişaf  etdirilməsinə  və 
xalqımızın  geniş  miqyasda  yayılmasına  böyük  önəm  verən 
Ümummilli  lider  Heydər  Əliyevin  təşəbbüsü  və  təşkilatçılığı  ilə 
2001-ci  ilin  9  noyabrında  Bakıda  Dünya  azərbaycanlılarının  I 
Qurultayı  öz  fəaliyyətinə  başladı  və  iki  gün  davam  etdi.  Həmin 
Qurultayda  Azərbaycan  Respublikasının  prezidenti  Heydər Əliyev 
iştirak  etmiş  və  geniş  məruzə  ilə  çıxış  etmişdir.  Ümummilli  lider 
Heydər Əliyev  məruzəsində  Dünya  azərbaycanlılarının  təşkilatlan­
masının  və  birliyinin  əhəmiyyətindən,  Müstəqil  Azərbaycan  Döv­
lətinin  bütün  azərbaycanlılara  qayğı  göstərəcəyindən,  Azərbaycan 
hamımızın-Dünya  azərbaycanlılarının  Vahid  və  Dönməz  Mənəvi 
Vətəni olacağından, müasir dövrdə Azərbaycançılıq ideologiyasının 
geniş  vüsət  almasından  və  onun  əhəmiyyətindən  yüksək  pafosla, 
qayğıkeşliklə söhbət açdı.
Həmçinin,  Ulu  Öndər  I  Qurultaydakı  çıxışında  Azərbaycan 
Respublikasının  dövlət  siyasətini  geniş  şəkildə  səciyyələndirərək, 
onun müasirliyini, aktuallığını  və bütün azərbaycanlılar üçün önəm- 
liliyini  və  əhəmiyyətini  vurğulayaraq  demişdir:  “Dünya  Azərbay­
canlılarının I  Qurultayı öz işini bitirdi.  Biz tam qətiyyətlə deyə bilə­
rik ki, Qurultay qarşısına qoymuş vəzifələri uğurla yerinə yetirdi...
160
A zə rb a y ca n şiin a slığ m   ə sa sla n
Dünya Azərbaycanlılarının Həmrəyliyinin, birliyinin yaranma­
sı  və  inkişaf etdirilməsi  sahəsində  I  Qurultay  mühüm  əhəmiyyətə 
malikdir  və  demək  olar  ki,  dünya  Azərbaycanlılarının  həyatında, 
Müstəqil  Azərbaycanın  həyatında  tarixi  bir  hadisə  olmuşdur  və 
Dünya  Azərbaycanlılarının  bundan  sonra  daha  da  həmrəy  olması, 
daha da təşkilatlanması üçün yeni bir mərhələnin başlanğıcıdır...
Siz razı olarsınınz ki, bu Qurultay bizim hamımıza -  həm Müs-  ■
 
təqil  Azərbaycan  dövlətinə,  həm  Azərbaycanda  yaşayan  azərbay­
canlılara,  bütün  Azərbaycan vətəndaşlarına,  həm  də Qurultaya  gəl­
miş nümayəndələrə, böyük nümayəndə heyətinə çox faydalı oldu...
Ауп  -ayn  ölkələrdə  azərbaycanlılar bir çox  ildir təşkilatlanıb­
lar,  həmrəy olmağa  çalışıblar və həmrəy  olublar və Azərbaycan  ilə 
əlaqələr qurublar.  Azərbaycan dövləti isə müstəqil dövlət kimi ayaq 
üstündə  möhkəm  duraraq,  dünyanın  müxtəlif ölkələrində  yaşayan 
həmyerlilərimizi  daha  da  təşkilatlanmağa  çağırıb,  müəyyən  yar­
dımlar edib və bu məsələni, bu işi daha da yüksək səviyyəyə qaldır­
maq üçün  biz  I Qurultayın çağırılmasını  lazım hesab etdik...  Bu da 
çox  vacibdir.  Çünki  hər  bir  ölkədə  olan  bizim  həmyerlilərimiz  öz 
icmalarını  bu  və  ya  digər  şəkildə  təşkil  ediblər.  Amma,  onların 
bir-biri  ilə, yəni digər ölkələrdə yaşayan həmyerlilərimiz ilə əlaqələr 
qunnası  və  bu  əlaqələrin  nəticəsində  dünya  azərbaycanlılarının 
həmrəyliyini, birliyini təmin etməsi çox əhəmiyyətlidir...
Qurultayda  dediyimiz  kimi,  biz  işimizi  bundan  sonra  daha  da 
gücləndirəcəyik.  Azərbaycan  diasporunun  müxtəlif ölkələrdə  təşkil 
olunması  və  Qurultayda  sizin  irəliyə  sürdüyünüz  arzuların,  istək­
lərin  yerinə  yetirilməsi  üçün  lazımi  tədbirlər  görəcəyik.  Mən  Qu­
rultayın  sonunda  belə  bir  nəticəyə  gəldim  ki,  həqiqətən  Azərbay­
canda  Azərbaycan  diasporu  ilə  iş  üçün  xüsusi  bir  dövlət  orqanı 
yaradılmalıdır və yaxın günlərdə belə bir orqan yaradılacaq....
161


N.  C əfəro v,  M .  Ç o b a n o v,  Q.  P a şa yeva
Sizdən  isə,  çox  şey  tələb  olunmur.  Sadəcə,  Siz  unutmamalısı­
nız ki,  dünyada Müstəqil  Azərbaycan dövləti  var.  Unutmamalısınız 
ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Unutmama­
lısınız ki, Azərbaycan Dövləti mümkün olan çərçivədə hər birinizin 
hüquqlarınızın qorunması  üçün lazımi  işlər görəcəkdir və bilməlisi­
niz  ki,  biz  dünyanın  müxtəlif ölkələrində  yaşayan  azərbaycanlılar 
haqqında  daim  düşünürük,  maraqlanınq,  hər  bir  həmvətənimizin 
yaxşı,  firavan  yaşamasını  istəyirik,  yaşadığı  ölkədə  özünə  layiqli 
yer tutmasını  istəyirik.  Azərbaycanlı -  bizim həmyerlilərimiz, həm- 
vətənlilərimiz  gərək  yaşadığı  hər  yerdə  digər  xalqlara,  millətlərə, 
yaşadıqları  ölkənin  vətəndaşlarına  daim  çatdırsınlar  ki,  bu  gün 
Azərbaycan nədir, Azərbaycanın keçmişi nə olubdur, Azərbaycanın 
bu günü nədir, Azərbaycanın gələcəyi nədir?..
Biz  arzu  edirik  ki,  yaşadığınız  ölkələrdə  olan  icmalarda 
bir-birinizlə  mehriban  olasınız,  dost  olasınız,  bir-birinizə  yardım 
edəsiniz.. .Mən Azərbaycanda xalqımızı buna dəvət edirəm ki, xalq 
daha  da  yekdil  olmalıdır,  daha  da  həmrəy  olmalıdır,  daha  da  bir 
olmalıdır...
Qurultayda 37 ölkədən gəlmiş nümayəndələr iştirak edir.  Biz 
ümidvanq ki, bu nümayəndələr yaşadıqları  ölkələrdə Azərbaycanın 
tarixini,  ədəbiyyatını,  mədəniyyətini  bütün  dünyada  təbliği  sahə­
sində fəaliyyətlərini daha da artıracaqlar».
162
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
«Bugünkü  Müstəqil  Azərbaycan  Respublikası 
bütün  Dünya  azərbaycanlılarının  dayağıdır  və 
bütün Dünya azərbaycanlıları üçün örnəkdir».
Heydər Əliyev
AZƏRBAYCAN  DİASPORU
Diaspor  anlayışı.  Diaspor  anlayışının  mahiyyəti  təqib  olunan 
hər  hansı  bir  xalqın  və  ya  etnosun,  onun  müəyyən  hissəsinin  öz 
doğma  Vətənindən  kənarda məskunlaşan hissəsini  bildirir.  Diaspor 
dünyada  təqib  edilən  xristianlara-haylara  (ermənilərə),  irlandlara, 
çinlilərə  və  həmçinin,  Azərbaycan  türklərinə-azərbaycanlılara  və  s. 
etnik birliklərə aid edilir.
Diasporun  formalaşmasının  səbəbləri.  Ümumiyyətlə,  xalqın 
və  ya  etnosun  tarixən  məskunlaşdığı  coğrafi  ərazilərdən  kütləvi 
halda  başqa  ölkələrə  mühacirət  etməsi,  onlann  tarixi  vətənlərində 
sabit  ictimai-siyasi  vəziyyətin  qənaətbəxş  olmaması  ilə  əlaqədar 
olmuşdur. Bunun əsas səbəbləri aşağıdakılardan ibarətdir:
-  Təbii  şəraitin  yaşayış  üçün  münasib  olmadığı  halda  əhalinin 
yerini dəyişməsi;
- İqtisadi problemlərin yaranması ( yoxsulluq);
- Sosial-siyasi şəraitin gərginliyi (müharibələr, inqilablar);
-  Genosid  və  ya  soyqırımının  yaranması  təhlükəsinin 
gözlənilməsi;
-  Daha  yaxşı,  daha  əlverişli  iqtisadi,  sosial-siyasi,  mədəni 
şəraitdə yaşamağa meyl göstərməsi;
163


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə