Dərs vəsaiti m £


TV.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə48/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   44   45   46   47   48   49   50   51   ...   83

TV. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
xalqımızın tarixi də, etnik mənşəyi də, dili  də yadelli siyasətçilər və 
alimlər 
tərəfindən 
saxtalaşdırılır. 
Hətta, 
belə 
qeyri-elmi 
münasibətləri  gücləndirmək  məqsədilə  xalqımızı  da,  onun  milli 
sərvətlərinə  qarşı  da  fasiləsiz  soyqırımı  və  repressiyalar  tətbiq 
edilirdi. Xalqımızın  10-12 minillik etnik tarixə malik olan tarixi də , 
tarixi  ünvanı  olan  əraziləri  də,  xalqımızın  açıq  səma  altında 
yaratmış  olduğu  etnoqrafik  muzeylər  (kurqanlar,  qəbiristanlıqlar, 
müxtəlif məqbərələr, kümbəzlər, digər memarlıq abidələri, körpülər 
və  s).  dağıdılır,  ya  da  özününküləşdirilirdi.  Xalqımızın  tarixi 
möhürü  olan yer-yurd adlarımız  (milli  toponimlərimiz)  dəyişdirilir, 
bir  növ,  özlərinin  tarixi  mənafelərinə  uyğun  olaraq  özəlləşdirilirdi. 
Ana dilimizin  türk köklü olmasına qeyri-obyektiv yanaşılırdı,  onun 
mənşəyi  də,  tarixi  kökləri  də  saxtalaşdırılırdı,  fars  dilinin  pozuq 
ləhcəsi  kimi  təqdim  edilirdi...  xalqımızın  qədim  tarixə  malik  olan 
folkloru  (şifahi  xalq  ədəbiyyatı  da,  xalq  musiqisi  də,  xalq  rəqsləri 
də),  hətta,  qədim tarixə  malik  olan  ədəbiyyatımızı  da,  onun  inkişaf 
tarixi də saxtalaşdırılırdı...
Hətta,  1950-ci  ildə  Moskva  hökuməti  tərəfindən  xalqımızın 
mədəniyyət  incisi 
sayılan  məşhur  “Kitabi-Dədə  Qorqud” 
dastanlarının  mürtəce  xarakterli  olması  adı  altında  onun  nəşr 
edilməsini  və  öyrənilməsini  qadağan  edən  qərar  da  verilmişdir 
(“Pravda” qəzeti,  1950).
Lakin  tarixin,  demək  olar  ki,  bütün  mərhələlərində  xalqımızın 
milli  ruhlu  mübariz  ziyalıları  mədəniyyətimizə,  ədəbiyyatımıza 
qarşı  olan  bütün  hücumlara  qarşı  sinə gərir,  öz  sözlərini  deyirdilər. 
Sadəcə  bir  neçə  nümunəni  qeyd  etmək  olar:  Babəkin  doğma 
vətəninin azadlığı uğrunda apardığı mübarizə; Nəsiminin öz müdrik 
fikirlərini həyatı bahasına müdafiə etməsi və s....
192
A zərb a yca n şü n a slığ ın   əsasları
"incitək sözlər seç, az danış, az din, 
qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz, 
çox sözün nərgiz tək qiyməti olmaz" 
Nizami
III  BÖLMƏ
AZƏRBAYCAN-TÜRK DİLİNİN TƏŞƏKKÜLÜ 
TARİXİ
Azərbaycan-türk  ədəbi  dilinin  təşəkkülü  tarixinə  keçməzdən 
əvvəl,  keçmiş  Sovet  və  Azərbaycan  tarixşünaslığında  özünü 
göstərən  qeyri-elmi,  qeyri-məntiqi  və  subyektiv  baxışlara,  ötəri  də 
olsa, nəzər salmaq yerinə düşərdi...
AZƏRBAYCAN TARİXİNDƏ SUBYEKTİV BAXIŞLAR
Müasir  Azərbaycanşünaslıqda  bilavasitə  Azərbaycan  xalqının 
tarixi  ilə əlaqədar olan əsərləri nəzərdən keçirdikdə belə bir nəticəyə 
gəlmək  olur  ki,  həmin  tarixçilər  arasında  "tarix"  anlayışına,  onun 
ümumi  məğzinə  və  məzmununa  yanaşma,  tədqiq  etmə  və 
araşdırma 
prinsiplərində 
ikitirəlik, 
ikili 
münasibət 
hökm 
sürməkdədir:
Azərbaycan tarixində mövcud olan subyektiv baxışlar bir neçə 
səbəbdən yaranmışdır:
193


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
I.  Birinci qrup tarixçilər "tarix"  anlayışına  dar mənada yanaşır, 
tarixdə xronologiya axtarır,  məntiqi  nəticələri  isə arxa plana salırlar 
və  hətta,  məntiqi  qanunauyğunluqları  unudurlar  və  beləliklə  də, 
tarixi  tədqiqatları  və  araşdırmaları  bu  və  ya  digər  mənbələrdəki 
qeydləri,  bəzən  yerli  -   bəzən  yersiz,  sistemə  salmaq  və  xalqın 
təşəkkülü  tarixini  təhrif etmək  və  saxtalaşdırmaqla  məşğul  olurlar. 
Bütün  bunlar,  sovet  "tarixşünaslığının"  "parçala  hökmranlıq  et" 
ideologiyasının  bilavasitə  həyata  keçirilməsi,  xalqımızı  tarixi 
soykökündən, mədəniyyətindən, şərəfli ənənələrindən ayırmaq, türk 
dünyasından  ауп  salmağa,  uzaqlaşdırmağa  xidmət  edirdi.  Digər 
tərəfdən  də,  Azərbaycan-türk  xalqının  tarixini  ауп-ауп  etnik 
qrupların  nümayəndələrinin  təhrif  etməsi,  saxtalaşdırması,  qədim 
Oğuz  türklərinin  tarixi  Azərbaycan  ərazisinə  XI  əsrdən  sonra 
gəlmələrinə 
dair  qeyri-tarixi, 
qeyri-məntiqi, 
qeyri-humanist 
konsepsiya  irəli  sürmələri  ilə  bağlı  olmuşdur.  Bu  qrup  "tarixçilər" 
xalqımızın  tarixinə  dair  nə  mövcud  xüsusi  ədəbiyyata,  nə  türk 
xalqları  ilə  ortaq  ümumi  ədəbiyyata,  nə  qonşu  xalqların  tarixi 
sənədlərindəki  mötəbər  mənbələrə  əhəmiyyət  verirlər.  Məsələn, 
bədxah qonşularımızdan erməni alimləri etiraf edirlər ki, hələ V-VII 
əsrlərdən  erməni  dilində  türk  sözləri  işlənməyə  başlanmışdır  və 
müasir  erməni  dilində  5  mindən  çox  türk  sözləri  indi  də 
işlənməkdədir.  Həmçinin, analoji  fikirlərə tarixi qonşularımız gürcü 
xalqının  tarixi  mənbələrində  də  rast  gəlirik.  Onların  V-VIII  əsrlərə 
aid edilən tarixi  mənbələrində  160-dan  çox  türk sözləri  işlənmişdir,- 
Bu  proses,  yəni  Azərbaycan-türk  dilindən  sözalma  ənənələri 
sonrakı  əsrlərdə də davam etdirilmiş, müasir gürcü dilində isə minə 
yaxın  türk  sözləri  işlənməkdədir.  Həmçinin,  VIII  əsrə  aid  edilən 
gürcü  mənbəyində  qeyd  olunur  ki,  Makedoniyalı  İskəndərin
194

hücumu  dövründə  Kür  çayı  vadisində  buntürklər  (qədim  türklər) 
yaşayırdılar. Belə ruhlu digər mənbələr gürcü dilində çoxdur...
Yuxarıda  qeyd  olunanları  nəzərə  aldıqda  istər-istəməz  belə 
suallar  meydana  çıxır:  “Əgər  Oğuz  türkləri”  tarixi  Azərbaycan 
ərazisinə  XI  əsrdən  sonra  gəlibsə,  bəs,  onda  V-VII  əsrlərin  erməni 
və  gürcü  mənbələrinə  qədim  dövrlərdən  türk  sözləri  necə 
keçmişdir?..  Yaxud,  bəs,  dünya  mədəniyyəti  xəzinəsinin  incisi 
sayılan  məşhur  "Kitabi-Dədə  Qorqud"  dastanı  tarixi  Azərbaycan 
ərazisində  necə  yaranmışdır?  Yaxud,  tarixi  Azərbaycan  ərazisi  ilə 
bilavasitə yaxından bağlı olan şifahi  xalq ədəbiyyatı  nümunələri  XI 
əsrdən  əvvəlki  Azərbaycan  ərazisində  necə  yaranmış  və 
əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçə-keçə bu günə necə gəljb 
çatmışdır?..
Dərd də elə buradadır ki, Azərbaycan tarixşünaslığı  ilə məşğul 
olan  birinci  qaıp  "bəsit  tarixçilər"  bu  sualların  heç  birinə  cavab 
vermirlər,  yaxud  da  tariximizi  saxtalaşdırmaq,  təhrif  etmək 
məqsədilə qəsdən bu sualların üstündən "sükutla" keçirlər...
Yuxarıda  qeyd  olunanlardan  göründüyü  kimi,  birinci  qrup 
tarixçilərin  tədqiqatlarında xalqımızın bir neçə  min  illik  tarixi  kimi, 
onun  dövlətçilik  tarixi  də,  dilinin  tarixi  də,  hətta,  adət-ənənələrinin 
tarixi də başdan-başa saxtalaşdırılmış və təhrif olunmuşdur.
"Azərbaycan türklərinə gəlincə, bu xalq da ulu türk dünyasının 
mənşəcə  eyni  olan  bir  qolu  olub,  Qafqaz  və  Kiçik  Asiyanın 
şərqində böyük bir ərazidə dövlət qurmuşlar.  Onlar "azər (asər)  adı 
ilə  tarix  elminə  altı  min  il  qədimdən  məlum  olan  bu  xalq  barədəki 
faktı  öz  tədqiqatlarına  və  yazılı  Norveç  saqasına  əsasən  böyük 
müasirimiz  Tur  Heyerdal  da  təsdiq  edir".  Digər  bir  tədqiqatçı  isə 
yazır:  "Azərbaycan dövlətçiliyinin 4200 il yaşı var"...
A zərb a yca n şü n a slığ ın   əsasları
195


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə