Dərs vəsaiti m £


TV.  C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə47/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   43   44   45   46   47   48   49   50   ...   83

TV. 
C əfərov,  M.  Ç obanov,  Q.  P a şa yeva
tariximizi  gənclərimizə  bu  istiqamətdə  öyrətməli  və  bu  ruhda 
tərbiyə etməliyik...
Tarixi  ünvanımız  -   Azərbaycan.  Böyük  və  qədim  vətəni­
miz-tarixi  Azərbaycandır.  Azərbaycan  xalqımızın  tarixləşmiş  və 
əbədiləşmiş tarixi  ünvanıdır.  Məhz  bu  ünvanda  "Ana dili"mizin  ilk 
səslərinin,  ilk  sözlərinin,  ilk  cümlələrinin,  ilk  danışıq  dilinin 
mətnlərinin,  analarımızın  -  ağbirçək  nənələrimizin  ilk  laylaları  və 
ilk ağılan, bayatı və nağıllannın, qışın uzun gecələrində səhərə kimi 
damşılıb-qurtannayan ibrətamiz dastanları  bu doğma ölkəsində indi 
də  yaşayır.  Qüzey  Azərbaycanının  Şimal-Qərb  ərazisində  (indiki 
Ermənistanda)  yaşayan  Azərbaycan  türkləri  isə  XIX-XX  əsrlərdə 
əvvəlcə  «xalqlar  həbsxanası»  adlanan  Çar  Rusiyası,  sonralar  isə, 
onun  varisi  kimi  çıxış  edən  sovetlər  imperiyası  tərəfindən 
hissə-hissə  parçalanmış,  bu  torpaqlar  tarixən  yeri-yurdu  olmayan 
ermənilərlə  məskunlaşdırılmışdır.  XIX  əsrin  ortalarından  isə,  üstü 
örtülü  siyasətlə  xırda-xırda  erməni  inzibati-idarələri  yaradılmış  və 
beləliklə  də,  ermənilərin  gizlin  strateji  planlarının  tədricən 
reallaşması üçün «yollar» açılmışdır.
1917-ei  ildə  üç  əsrdən  çox  hökmranlıq  edən  Romanovlar 
sülaləsinin  hakimiyyətinə  son  qoyuldu  və  1918-ci  ildə  imperiyanın 
ağalıq etdiyi ölkələrin əksəriyyəti öz müstəqilliyini  və dövlətçiliyini 
bəıpa  etdi.  Belə  bir zamanda  1918-ci  ilin  28  mayında  Azərbaycan 
türkləri  də  öz  müstəqilliyini  elan  etdi  və  cəmisi  23  ay  yaşamış 
Azərbaycan  Xalq  Cümhuriyyətini  yaratdı.  Bu  dövrdə  Azərbaycan 
Xalq  Cümhuriyyəti  Vətənin  bolşevik  və  daşnak  təcavüzündən 
müdafiəsi  üçün  zəruri  tədbirlər  gördüyü  kimi,  ölkənin  mədəni 
həyatının  inkişafı  üçün də həyati xarakterli bir sıra tədbirlər, planlar 
hazırlayıb  həyata  keçirməyə  başladı,  o  cümlədən,  maarif  və 
mədəniyyətin  inkişaf  etdirilməsi  problemlərini  ön  plana  çəkdi,
188
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
ölkədə  Bakı  Dövlət  Universitetini  təsis  etdi,  Ana  dilimizi  -  
Azərbaycan-türk dilini  rəsmi dövlət dili elan etdi.
Azərbaycanın  tarixi ərazisinin (500 min kv.km) mükəmməl 
öyrənilməsi  və  xalqımızın  tarixi  ünvanının  tarixdə  olduğu  kimi, 
obyektivliyi  ilə  öyrənilməsinə  nəzər  -   diqqət  yetirilməsi  daim 
gündəmdə 
olmalıdır. 
Deməli, 
azərbaycançıhq 
strategiyası 
baxımdan, Azərbaycan xalqının tarixi  ünvanı yuxanda qeyd olunan 
ərazilər  dairəsində  araşdınlmalı  və  tədris  müəssisələrində  öyrənil­
məlidir.
Azərbaycan  türklərinin  tarixi  ünvanı  və  onun  tarixi 
mövqeyi aşağıdakılardan ibarətdir:
- Azərbaycanın coğrafi mövqeyi;
- hərbi strateji  mövqeyi;
- qədim ticarət yolu üstündə yerləşməsi:
-  torpaqlarımızın  genişliyi  və  münbitliyi,  əhalinin  yaşaması 
üçün əlverişli  iqlim şəraitinə malik olması;
- yeraltı və yerüstü sərvətlərlə zənginliyi;
- təbii yanacaq ehtiyatına malik olması (neft və qaz).
Bütün  bunlar  da,  tarixin  lap  qədim  dövrlərindən  üzü  bəri 
yaxın  və  uzaq  qonşularımızın  torpaqlarımıza  göz  dikməsi  və 
ölkəmizin  müharibələr  meydanına  çevrilməsinə  səbəb  olmuşdur. 
Onu  da qeyd  edək ki,  xalqımızın tarixi  düşmənləri  (şimal  və cənub 
qonşularımız)  Azərbaycan  ərazisində  irili-xırdalı  350  dəfədən  çox 
müharibə  aparmış  və  ərazilərimizi  döyüş  meydanına  çevir­
mişdir....Xüsusilə,  son  iki  əsrdə  Azərbaycan  xalqının  xüsusi  ün­
vanını  ləğv  etmək,  başqa  sözlə  desək,  tarixi  ərazilərimizi  işğal  et­
mək məqsədi  ilə istər şimal qonşularımız Rusiya və istərsə də cənub 
qonşularımız İran özlərinin siyasi və hərbi imkanlarını daha da fəal­
laşdırırlar...
189


N.  C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
Xalqımızın  tarixi  tərcümeyi  -  halı  və  ya  milli  etnik 
tariximiz  və  ya  həyatnaməmiz  dedikdə,  hər  şeydən  əvvəl, 
xalqımızın  etnik  milli  tarixi  yada  düşür.  Bu  həyatnamədə  isə, 
dilimizin  və  xalqımızın  varlığı  da,  təşəkkülü  və  inkişaf tarixi  də; 
Vətənimizdə  tarixən  baş  vermiş  ictimai-siyasi  hadisələr  də, 
xalqımızın  qələbələrlə  dolu  qəhrəmanlıq  səhifələri  də,  şan-şöhrəti 
də,  dünya  xalqları  arasındakı  ictimai-siyasi  mövqeyi  də,  iqtisadi 
inkişafı  da,  dünya  mədəniyyəti  tarixinə  bəxş  etdiyi  maddi-mənəvi 
mədəniyyət  abidələrimiz  də,  bu  sahədə  qazandığımız  tarixi 
nailiyyətlərimiz  də,  tarix  boyu  itirdiklərimiz  də  yada  düşür.  Bütün 
bunlar isə,  hər şeydən  əvvəl,  ulu  babalarımızdan  bizə  miras  qalmış 
doğma milli tariximizdə əbədiləşmişdir.
Xalqımızın  tərcümeyi-halı  və  ya  həyatnaməsi  dünyanın 
digər  xalqlarının  tarixi  ilə  müqayisədə  dövlətçilik  ənənələri  həm 
çox qədim, həm də müxtəlif dövlət qummlarından  ibarət olmuşdur. 
Tarixin  ən  qədim  dövrlərindən  üzü  bəri  tarixi  Azərbaycan 
ərazisində yüzdən çox müxtəlif dövlət qurumları yaranmış, mövcud 
olmuş,  fəaliyyət  göstərmiş  və  müəyyən  ictimai-siyasi  hadisələrlə 
əlaqədar olaraq, ya süqut etmiş, ya parçalanmış, müəyyən bir dövlət 
tərəfindən  işğal  olunmuş,  ya  da  onun  ərazisində  yeni  bir  dövlət 
qurumu yaranmışdır.
XX  əsrdə  isə  tale  xalqımızın  üzünə  üç  dəfə  parlaq  səhifələr' 
açmış,  xalqımız  öz  dövlətçilik  ənənələrini  bərpa  etmişdir.  Quzey 
Azərbaycanında  xalqımız  Rusiya  müstəmləkəsindən  azad  olub. 
1918-1920-ci  illərdə  114  min  kvadrat  kilometrlik  ərazisi  olan 
Azərbaycan  Xalq  Cümhuriyyətini  yaratmışdır.  Sovet  Rusiyasının 
28  aprel  1920-ci  il  tarixli  işğalı  ilə Azərbaycan Xalq Cümhuriyyəti 
süqut  etdi  və  onun  əvəzinə  sabiq  SSRİ  imperiyasının  (əslində, 
Rusiya  Federasiyasının)  tərkibində  Azərbaycan  SSR  yarandı. 
Nəhayət,  1991-ci  ildə  70  il  dünyaya  meydan  oxuyan  SSRİ
190
A zərb a yca n şü n a slığ ın   ə sa sla n
imperiyasının  çökməsi  və  xalqımızın  milli  azadlıq  mübarizəsinin 
nəticəsi  olaraq,  1991-ci  ilin  18  oktyabrında  Müstəqil  Azərbaycan 
Dövləti  yaradıldı...Bu  dövlətin  özülünün  yaradılmasında,  strateji 
planlarının  hazırlanmasında  və  həyatda  tətbiq  edilməsində, 
Azərbaycan  dövlətinin  əbədiliyinin  əsasının,  idarəetmə  sisteminin 
yaradılmasının 
əsasını 
görkəmli 
dövlət  xadimi, 
müdrik 
strategiyaçı  Heydər  Əliyev  qoymuşdur.  Bu  mənada,  onun  bir 
müdrik  kəlamında  deyilirdi:  “Mənim  həyat  amalım bütün varlığım 
qədər  sevdiyim  Azərbaycan  xalqına,  dövlətçiliyimizə,  ölkəmizin 
iqtisadi,  siyasi,  mənəvi  inkişafına  xidmət  olub...  bu  yolda  bütün 
gücümü  və  iradəmi  yalnız  müdrik  və  qədirbilən  xalqımdan 
almışam.  Ən  çətin  anlarda,  ən  mürəkkəb  vəziyyətlərdə  yalnız  və 
yalnız  xalqıma  arxalanmışam.  Bu  da  mənə  dözüm,  iradə  verib  və 
bütün uğurlarımı təmin edib”.
Heydər 
Əliyevin 
proqram 
xarakterli 
bu 
müdrik 
kəlamından  belə  qənaətə gəlmək  olur ki,  ilk  növbədə,  xalqın  güclü 
birliyi  yaradılmalı,  dövlətçilik  ənənələri  yaşadılmalıdır,  bu 
məqsədlə  də,  “Azərbaycan  dövlətinin  strateji  planlarını  uğurla 
həyata  keçinnək  üçün,  ilk  növbədə,  azərbaycançılıq  mənəviyyatı 
ilə,  azərbaycançılıq  ruhu  ilə  silahlanmalıyıq  və  bu  istiqamətdə 
fasiləsiz  fəaliyyət  göstərməliyik.  Bu  sahədə,  ümummilli  liderimiz 
Heydər  Əliyevin  həyat  və  fəaliyyətini,  xalqımıza  tövsiyələrini  və 
gənclərimizə  məsləhətlərini  bir ömək  kimi  dərindən  öyrənməliyik. 
Əlbəttə, Heydər Əliyevdən ömək kimi  istifadə etmək dedikdə, etnik 
tariximizin  dərindən  öyrənilməsi  nəzərdə  tutulur.  Məlum  olduğu 
kimi  XIX  əsrin  birinci  rübündə  tarixi  düşmənlərimiz  olan  “xalqlar 
həbsxanası»  adlanan  Car  Rusiyası  və  İran  şahlığı  tərəfindən  tarixi 
Azərbaycanın  təxminən  4  minillik  dövlətçilik  ənənələrinə  son 
qoyuldu.  500 min  kv.  km  ərazisi  parçalandı.  Xalqımız  müstəmləkə 
halında  yaşamağa  məcbur  edildi...  Bütün  bunlar  bir  yana 
qalsın...hətta,  tarixi  düşmənlərimiz və onların  ideoloqları  tərəfindən
191


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə