Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə44/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   40   41   42   43   44   45   46   47   ...   83

N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa y e v a
DÜNYANIN GÖRKƏMLİ SİYASƏTÇİLƏRİ VƏ 
DÖVLƏT XADİMLƏRİ  HEYDƏR ƏLİYEV 
HAQQINDA
Heydər  Əliyev  Cənubi  Qafqazda  uzun  müddət  ərzində  ən 
əsas şəxsiyyət olmuşdur.  Bu günlərdə Amerika Birləşmiş Ştatlan və 
Azərbaycanın  bəhrələndiyi  dostluq  əlaqələrinin  qurulmasında  və 
Azərbaycanın  müstəqilliyinin  qorunmasında  onun  şəxsi  səyləri 
həyatı əhəmiyyət daşımışdır.  Məhz onun rəhbərliyi altında Amerika 
Birləşmiş  Ştatlan  və  Azərbaycan,  Əfqanıstan  və  İraqdakı 
əməliyyatlar da daxil olmaqla, terrorizmə qarşı  mübarizədə tərəfdaş 
olmuşlar.  Dağlıq  Qarabağ  faciəsinin  sülh  danışıqları  vasitəsilə 
ədalətli  və  uzunmüddətli  həllinə  nail  olmaq  sahəsində  onun 
nümayiş 
etdirdiyi 
qətiyyət 
regionda 
sülh 
və 
sabitliyin 
saxlanılmasında  mühüm  əhəmiyyət  kəsb  etmişdir.  Eyni  zamanda, 
onun mövqeyi  və göstərdiyi  səylər Azərbaycanın  iqtisadi  inkişafını 
möhkəmləndirən 
böyük 
həcmli 
xarici 
sənnayələrin 
cəlb 
olunmasında əsas rol oynamışdır.
Corc BUŞ, Amerika Birləşmiş 
Ştatlarının sabiq prezidenti
Uzun  illər  ərzində  Heydər  Əlirza  oğlu  Əliyevin  səmərəli 
fəaliyyəti  xalqlarımızın  ümumi  tarixi  ilə  bilavasitə  bağlı  olmuşdur. 
O, Rusiya və Azərbaycanın strateji  tərəfdaşlığının təməlini qoymuş, 
dostluğumuzun  və  qarşılıqlı  anlaşmamızın  möhkəmlənməsinə 
böyük şəxsi töhfə vennişdir.
Vladimir PUTİN, 
Rusiya Federasiyasının prezidenti
176
A zərb a yca tışiin a sh ğ ın   ə sa sla n
Heydər  Əliyev  təkcə  Azərbaycanda  deyil,  bütün  türk 
dünyasında  tanınan  və  sevilən  lider  idi.  Türkiyə  -  Azərbaycan 
dostluğunu çox gözəl  ifadə edən “Bir millət, iki dövlətik” ifadəsi də 
ona  məxsusdur.  Biz  çalışmalıyıq  ki,  bu  hikmətanə  deyimin  ifadə 
etdiyi  amal  bundan  sonra da  davam  etsin.  Böyük  Heydər Əliyevin 
ruhu  şad  olsun  deyə,  biz türk  dünyasının  qardaşlıq  münasibətlərini 
və  birliyini  qoruyub  möhkəmləndirməyə  çalışmalıyıq.  Vəfatı 
hamımızı  sarsıtmış  möhtərəm  Heydər  Əliyev  regionun  inkişafı 
üçün 
çox 
böyük 
səy 
göstərdi. 
Bu 
dahi 
şəxsiyyət
Bakı-Tbilisi-Ceyhan 
neft,  Bakı-Ərzurum 
qaz 
kəmərləri
layihələrinin  həyata  keçirilməsi  üçün  çox  çalışırdı.  Türkiyə  - 
Azərbaycan münasibətləri elə möhkəm təməl üzərində qurulmuşdur 
ki,  bunu  heç  bir  qüvvə  sarsıda  bilməz.  Əminəm  ki,  Azərbaycan 
Prezidenti İlham Əliyev hönnətli  Heydər Əliyevin yolu  ilə gedərək, 
münasibətlərimizin inkişafına yeni töhfələr verəcəkdir.
Rəcəb TAYYİB ƏRDOĞAN, 
Türkiyənin  Baş naziri
Bu  qeyri-adi  şəxsiyyət  Azərbaycanı  çiçəklənmə yoluna  gətirib 
çıxannışdır.  Müxtəlif  görüşlərimiz  zamanı,  xüsusilə,  Dağlıq 
Qarabağ  münaqişəsi  ətrafında  müzakirələr apararkən,  münaqişənin 
sülh  yolu  ilə  həllində  onun  cəsarətini,  müdrikliyini  və  qətiyyətini 
yüksək qiymətləndirdim.
Jak ŞİRAK,
Fransa Respublikasının sabiq prezidenti
Heydər Əliyev mənim yaxın dostum və ən çox hönnət etdiyim 
bir siyasətçi idi.  Heydər Əliyev həm MDB ölkələri, həm də öz xalqı 
üçün  çox  işlər  görmüşdür.  Onun  öz  xalqı  qarşısında  xidmətlərinin
177


TV. 
C əfərov,  M .  Ç obanov,  Q.  P a şa yeva
əsl  qiymətini  gələcək  nəsillər  verəcəkdir.  Əziz  və  unudulmaz 
dostum  haqqında  keçmiş  zamanda  danışmaq  mənim  üçün  çox 
ağrılı,  olsa da,  deməliyəm  ki,  Heydər Əliyev son  nəfəsinə qədər öz 
xalqının rifahı üçün çalışmışdır.
Nursultan NAZARBAYEV, 
Qazaxıstan Respublikasının prezidenti
Heydər  Əliyev  Azərbaycanın  böyük  lideri  idi.  O,  böhranlar 
dövründə  öz  ölkəsinə  sabitlik  gətirdi.  Azərbaycan  xalqı  onun 
qoyduğu irs ilə fəxr edə bilər.
Onun  prezident  kimi  fəaliyyəti  dövründə  ölkələrimiz 
arasında  münasibətlərdə  tərəqqi  yarandı  və  Azərbaycan  Avropa  ilə 
əlaqələrini  daha  da  yaxınlaşdırdı.  Onun  1998-ci  ilin  iyulunda 
Britaniyaya  uğurlu  səfəri,  xüsusilə  də,  Dauninq  küçəsi  10 
ünvanında  yerləşən  iqamətgahımda  bizim  görüşümüz  yaxşı 
yadımdadır.  O,  Azərbaycanla  Birləşmiş  Krallıq  arasında  hazırda 
mövcud  olan  güclü  əlaqələrin  təməlini  qoydu.  Fəxr  edirik  ki, 
Britaniya  şirkətləri  tərəfindən  qoyulan  böyük  sənnayələr vasitəsilə 
Birləşmiş Krallıq Azərbaycanın gələcək tərəqqisinə töhfələr verir.
Toni BLEYER, 
Böyiik Britaniyanın sabiq Baş naziri
Heydər Əliyev onun yaşıdlarının və hətta, ondan cavan olan bir 
çox  siyasi  xadimin  bacarmadığı  xüsusiyyəti-müasir  dövrün  ən 
aktual çağırışlarına hazır olmağı nümayiş etdirə bilmişdir.
Məhz Heydər Əliyevin zəngin siyasi təcrübəsinin və humanitar 
dünyagörüşünün  genişi iyi  nəticəsində  indi  Azərbaycanda  sabitlik, 
tolerantlıq,  mədəniyyət,  maarifçilik  hökm  sürməkdədir.  Bütün
178
A zərb a yca n şü n a slığ ın   əsasları
bunlar  isə,  Azərbaycan  dövlətinin  müasir  inkişafını  və  tərəqqisini 
təmin edəcək əsas amillərdir.
Çingiz AYTMATOV, 
məşhur qırğız yazıçısı
Cənab  Heydər  Əliyevin  böyük  qüdrət  sahibi  olduğu  hamıya 
bəllidir.  Onun  nadir  şəxsiyyəti,  cahanşümül  əməlləri  barədə 
saatlarla,  günlərlə,  aylarla  yorulmaq  bilmədən  danışmaq  olar. 
Ömrünün  çox  hissəsini  xalqına,  onun  bugünkü  rifahı  və  xoşbəxt 
gələcəyinə  sərf  etmiş,  ölkəmizin  hər  yerində  silinməz  quruculuq 
işləri  qoymuş  cənab  Heydər Əliyevin  nə  bənzəri,  nə  də  alternativi 
var  idi.  Onun  yoxluğu  bu  itki  zaman  keçdikcə  bizi  daha  çox 
yandıracaq.
Namiq Kamal Zeybək, 
Türkiyə
Prezident  Heydər  Əliyev  Azərbaycanı  müstəqillikdən  sonra 
nümunəvi  bir  tərzdə  irəli  apardı.  Azərbaycan  xalqının  etimadı  və 
inamı  onun  alicənab  liderlik keyfiyyətlərinə  sayğının  nümunəsi  idi. 
Pakistan  hökuməti  və  xalqı  ölkələrimiz  arasında  yaxın  və  səmimi 
münasibətlərin  inkişafı  üçün  görkəmli  töhfələrinə  görə  Prezident 
Heydər Əliyevi daim yadda saxlayacaqdır.
Mir Zəfərulla Xan CAMALİ, 
Pakistan İslam Respublikasının 
sabiq  Baş naziri
Heydər  Əliyev  əsrimizin  nadir  yetişdirdiyi  dövlət  xadimlərin- 
dəndir.  Heydər Əliyev yaşadığı  fırtınalı həyatı boyu hər zaman Xal­
qını, 
Vətənini 
düşünmüşdür. 
Azərbaycanın 
müstəqilliyinin
179


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə