Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə41/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   37   38   39   40   41   42   43   44   ...   83

/V . 
C əfərov,  M.  Ç oban ov,  Q.  P a şa yeva
Müasir  dünyamızda  İnteqrasiya  və  Qloballaşma  prosesinin 
gücləndiyi dövrdə Diaspor anlayışının məzmunu da dəyişir və d a h a  
da  zənginləşir.  Diaspor  dedikdə,  hər  şeydən  əvvəl,  ta rix i 
Vətənindən  mühacirət  etməyə  məruz  qalaraq,  ayn-ayn  ölkələrdə 
məskunlaşmış milli azlıqlann etnoqrafik,  sosial-siyasi, mədəni  v ə  s. 
özünəməxsusluqlannı  mühafizə  etmək  məqsədilə  təşkilatlanmaları 
(qeyri-rəsmi) nəzərdə tutulur.
Diaspor  təşkilatlarının  funksiyaları.  Diaspor  təşkilatlanmn 
fiınksiyalanna aşağıdakılar aiddir:
-  Həmvətənləri  bir  yerə  toplamaq,  onların  məişət,  təhsil, 
hüquq-vətəndaşlıq və s. problemləri ilə məşğul olmaq:
-  Mənsub  olduqlan  adət-ənənə,  dil,  din  və  s.  etnokulturoloji 
vərdişlərin həyata keçirilməsini təmin etmək;
-  Məskunlaşdıqları  ölkənin  vətəndaşlığını  qəbul  etdikləri, 
yaxud  mühacir  kimi  yaşadıqları  dövlətin  ictimai-siyasi,  mədəni 
həyatında icma olaraq iştirak etmək;
-  Tarixi  Vətənin,  mənsub  olduqları  xalqın  ümummilli 
mənafeyinin 
məskunlaşdıqları 
ölkədə 
ümumən 
beynəlxalq 
miqyasda müdafiəsinə çalışmaq;
-  Dünyanın  müxtəlif ölkələrindəki  milli  diaspor  qurumları  ilə 
birgə fəaliyyət prinsipləri işləyib hazırlamaq və həyata keçirmək;
Diaspor 
təşkilatlarının 
formalaşması. 
Ümumiyyətlə, 
Diaspor təşkilatları  tarixən müxtəlif dərnəklər,  icmalar, cəmiyyətlər 
və  s.  halında  formalaşır  və  sonralar  mütəşəkkil  Birliyə  çevrilirlər. 
Onlar 
özünün 
yığıncaqlarını 
(iclaslarını, 
konfranslarını, 
qurultaylarını)  keçirir,  rəhbər  orqanlarını  seçir,  kütləvi  informasiya 
vasitələrini  yaradır.  Müasir  dövrdə  hər  bir  dövlət  xarici  ölkələrdə 
məskunlaşmış  həmvətənlərinin  Diaspor  qurumlarını  yaradıb 
möhkəmlənməsində,  beynəlxalq  nüfuzunu  təmin  etmək  üçün
164
A zərb a yca n şü n a slığ ın   əsasları
həmin  qurumların  gücündən  istifadə  olunmasında  maraqlıdır. 
Çünki  belə  qurumlar  (qeyri-rəsmi)  ictimai  səfirlik  funksiyasını 
həyata  keçirən  Diaspor  təşkilatlanmn  funksiyalan  get-gedə 
genişlənməkdə,  dünyada  demokratiyanın  inkişafı  ilə  bağlı  olaraq, 
yeni 
fəaliyyət  üsullan, 
formaları  düşünüb  həyatda  tətbiq 
etməkdədirlər.
Azərbaycan  Diasporunun  tarixi.  Azərbaycan  Diasporunun 
sosial  bazasını  hələ  XIX  əsrdə  başlayan  və  XX  əsrdə  daha 
mütəşəkkil  xarakter  alan  mühacirət  hərəkatlan  təşkil  edir... 
Yuxarıda 
qeyd 
olunanlan 
nəzərə 
aldıqda, 
Azərbaycan 
mühacirətinin tarixi üç mərhələyə bölünür:
Birinci  mərhələ  -  XIX  əsrin  əvvəllərindən  (Rusiya-İran, 
Rusiya-Osmanlı  müharibələri  nəticəsində  Tarixi  Azərbaycan 
ərazilərinin 
parçalanmasından) 
və 
XX 
əsrin 
əvvəllərinə 
(Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına) qədər olan dövrü 
əhatə  edir.  Birinci  mərhələdə Azərbaycan türkləri-azərbaycanlıların 
ilk  mühacirəti  dərəbəyilik  (hərc-mərclik)  həyat  tərzindən,  uzun 
zaman  davam  edən  müharibələrdən  canlarını  qurtararaq,  müasir 
dünyaya  qovuşmaq,  Şərq  mədəniyyətini,  Qərbdə  yaymaq,  Qərb 
mədəniyyətinə  yiyələnmək  istəyinin  nəticəsi  olub,  əsas  etibarı  ilə, 
yeni  dünyagörüşlü  ziyaldan  əhatə  edirdi.  Onlardan  A.  Bakıxanov, 
M.Ş.Vazeh,  M.  F.  Axundzadə,  M.Şahtaxtlı,  C.  Məmmədquluzadə 
və b.  müxtəlif dövrlərdə  Cənubi  Qafqazın  İnzibati-mədəni  mərkəzi 
olan  Tiflis  şəhərində  məskunlaşmış,  geniş  miqyaslı  milli-mədəni, 
ideoloji  mühit  yaratmışlar.  Onların  fəaliyyəti  nəticəsində  Tiflisdə 
“Şərqi  -  Rus”  qəzeti,  “Molla  Nəsrəddin” jurnalı  təsis  olunmuş  və 
Tiflisdə  ilk Azərbaycan  Dram Teatn  yaradılmışdır....  Həmçinin, bu 
sahədə  Azərbaycanda  Rusiyaya  və  Qərbi  Avropa  ölkələrinə  təhsil 
almaq arxasınca gedən soydaşlanmız da böyük rol oynamışdır.
165


N.  C əfərov,  M .  Ç oban ov,  Q.  P a şa yeva
İkinci  mərhələ  -  XX  əsrin  əvvəllərindən  (Azərbaycan  Xalq 
Cümhuriyyətinin  süqutundan  sonra  )  və  həmin  əsrin  70-  ci  illərinə 
(Şimali  Azərbaycanda  Sovet  rejiminin  zəifləməsinə  və  Cənubi 
Azərbaycanda  İran  şahlığının  süqutuna)  qədər  olan  dövrü  əhatə 
edir.
XX  əsrin  əvvəllərində  Azərbaycan  Xalq  Cümhuriyyətinin 
yaranıb -  süqut  etməsi  ilə  (28  may  1918-ci  il  -28  aprel  1920-ci  il) 
ölkədə  ictimai-siyasi,  ideoloji  mübarizələrin  genişlənməsi  ilə 
Azərbaycan  mühacirəti  tarixinin  ikinci  dövrü  başladı.  Bu 
mərhələnin  xarakteri  birinci  dövrdən  tamamilə  fərqli  olaraq,  siyasi 
xarakter  daşıyırdı.  Azərbaycan  Xalq  Cümhuriyyətinin  süqutu, 
Sovet-kommunist  repressiyasının  güclənməsi  və  fasiləsiz  davam 
etdiyi  illərdə  50  mindən  çox  Azərbaycan  türkü-azərbaycanlı 
Türkiyəyə  köçməyə  məcbur  olmuşdur.  Onlann  arasında  süqut 
etmiş  Cümhuriyyətin  onlarla  rəhbəri  də  var  idi.  Soralar onlann  bir 
hissəsi  Fransaya,  Almaniyaya,  ABŞ-na  və  s.  ölkələrə yayılmışlar... 
Sonralar  onlann  sırası  II  Dünya  müharibəsi  dövründə  İran 
şahlığının 
təqibindən 
canlannı 
qurtarmaq 
istəyən 
Cənubi 
Azərbaycan vətəndaşlan hesabına daha da genişlənmişdir.
Həmçinin,  1949-cu  ildə Türkiyənin paytaxtı  Ankara şəhərində 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  lideri  M.Ə.Rasulzadənin 
rəhbərliyi  ilə  Azərbaycan  Kültür  Dəməyi  yaradılmışdır.  Bu,  XX 
əsrin  ortalannda  azərbaycanlılann  Diaspor  fəaliyyətinin  ilk  addımı 
idi.  1956-cı  ildə  isə,  ABŞ-ın  Nyu-Cersi  ştatında  Azərbaycan  - 
Amerika Cəmiyyətinin əsası qoyulmuşdur...
Üçüncü  mərhələ  -  XX  əsrin  80-cı  illərindən  sonrakı  dövrdən 
hal-hazırkı vaxta qədər olan dövrü əhatə edir.
Ümumiyyətlə,  XX  əsrin  70-ci  illərindən  başlayan  Azərbaycan 
mühacirətinin  hal-hazıra  qədər davam  edən  sonuncu-üçüncü  dövrü
166
A zərb a yca n şü n a slığ ın   əsasları
həm  siyasi,  həm  iqtisadi,  həm  də  mədəni-intellektual  amillərlə 
səciyyələnsə  də,  əsas  səbəb  qloballaşan  dünyanın  iqtisadi  (bazar) 
münasibətlərinin tələbləri  ilə bağlı olmuşdur.
Onu  da  qeyd  edək  ki,  həm  Şimali,  həm  də  Cənubi 
Azərbaycandan 
köçərək, 
müxtəlif  ölkələrdə 
məskunlaşmış 
Azərbaycan  türkləri-azərbaycanlılar  Cəmiyyətlər  təşkil  etmiş, 
mətbuat  orqanlan  yaratmış,  milli  ideya  ətrafında  birləşməyə 
çalışmışlar...  1988-ci  ildə  Moskva  şəhərində  yaradılan  “Ocaq” 
Mədəniyyət 
Mərkəzi 
elə 
həmin 
il 
Azərbaycan 
Xalq 
Cümhuriyyətinin  yaradılmasının  70  illik  Yubileyini  qeyd  etməklə 
öz milli ideoloji mövqeyini göstərməkdən çəkinməmişdir...
Həmçinin,  XX  əsrin  80-90-cı  illərindən  başlayaraq,  dünyanın 
müxtəlif  ölkələrində  onlarla  Azərbaycan  Diaspor  cəmiyyətləri 
yaradılmış  və  həmin  cəmiyyətlər  sosial-siyasi,  ictimai-mədəni 
sahədə  geniş  fəaliyyət  göstərmişlər.  Həmin  Cəmiyyətlərin  işini 
əlaqələndinnək  məqsədilə  1997-ci  ildə  ABŞ-ın  Los-Anceles 
şəhərində  təsis  olunan  Dünya  Azərbaycanlıları  Konqresi  (DAK) 
yaradıldı.  Bu  Konqres  vaxtaşırı  öz Qurultaylarını  keçirərək,  Dünya 
azərbaycanlılarının  sosial-siyasi,  iqtisadi,  mədəni-mənəvi  həyatının 
ən müxtəlif problemlərini müzakirə edir...
XX  sərin  80-cı  illərinin ortalarından  sabiq  SSRİ  imperiyasının 
süquta 
getdiyi 
illərdə 
Azərbaycanda 
“Vətən” 
Cəmiyyəti 
(Azərbaycan  Mədəni  Əlaqələr  Cəmiyyəti)  yaradılır.  “Vətən” 
Cəmiyyəti  Dünya  azərbaycanlılarının  birliyinə,  tarixi  Vətənlə 
münasibətlər  yaradıb,  genişlənməsinə  xidmət  etsə  də,  müxtəlif 
ziyalılar  bu  cür  əlaqələr  qurmağa  şəxsi  təşəbbüs  göstərsələr  də, 
xarici  ölkələrdə  yaşayan  azərbaycanlılarla  sıx  əlaqə  yarada 
bilmirdilər.  Lakin sonralar bu əlaqələr sürətlə yaradılır.
167


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə