Dərs vəsaiti m £



Yüklə 8,17 Mb.
Pdf görüntüsü
səhifə46/83
tarix23.08.2018
ölçüsü8,17 Mb.
#63883
1   ...   42   43   44   45   46   47   48   49   ...   83

A '. 
C əfərov,  M.  Ç obanov,  Q.  P aşayeva
Məhz  buna  görə  də,  Azərbaycan  dövlət  dilinin  statusu 
Azərbaycançılıq  ideyasının  və  metodologiyasının  müəllifi  olan 
böyük  strategiyaçı  Heydər  Əliyevin  rəhbərliyi  altında  hazırlanan 
«Azərbaycan  Respublikasının  Konstitusiyası»  nın  “Dövlət  dili” 
adlanan  21-ci  Maddəsində  təsbit  olunmuşdur:  “Azərbaycan 
Respublikasının  Dövlət  dili  Azərbaycan  dilidir.  Azərbaycan 
Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.
Azərbaycan  Respublikasının  Konstitusiyasının  bu  maddəsinin 
həyatımızın bütün sahələrində tətbiq edilməsini geniş şəkildə həyata 
keçirmək  məqsədilə  ümummilli  liderimiz 
bir  sıra  Fərmanlar 
vermişdir.  Həmçinin,  görkəmli  strategiyaçi  Heydər  Əliyevin 
yaxından  iştirakı  ilə  hazırlanmış  “Azərbaycan  Respublikasında 
Dövlət  Dili  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”nun 
təsdiq  edilməsi  haqqında  Fərman  imzalanmışdır  (2  yanvar  2003). 
Məhz  buna  görə  də,  dilimizin  bütün  səciyyəvi  xüsusiyyətlərini 
dərindən  bilən  Heydər  Əliyev  özü  də  Ana  dilimizdə  geniş 
intellektual  potensiala  malik  dilçi  kimi  nitq  söyləyir,  Ana  dilində 
danışmaqla  başqalarına  da  nümunə  olan  məharətli  bir natiq  idi.  O, 
Ana dilində yüksək səviyyəli nitq mədəniyyətinə malik idi...
Burada  müdriklərimizin  bir  neçə  kəlamını  da  yada  salmaq 
yerinə düşərdi:
Ə.H.Bəhnıənyarın  bir  müdrik  kəlamında  deyilir:  “Elə 
adamlar  axtarın  ki,  onlarla  söhbət  yaxşı  kitaba  bərabər  olsun,  elə 
kitablar da axtarın ki, mütaliəsi filosoflarla söhbətə dəysin”.
M.S.Ordubadi  demişdir:  “Cəbhədə  qılınca,  məclisdə  nitqə 
malik olanlar qəhrəmandır”.
Bu  ifadələr,  sanki,  ümummilli  liderimiz,  Azərbaycançılıq 
konsepsiyasının müəllifi  Heydər Əliyev haqqında deyilmişdir.
184
A zərb a yca n şım a slığ ın   əsasları
Həqiqətən  də,  belədir:  Heydər Əliyevlə  söhbət ən yaxşı  kitaba 
bərabərdir,  kitabları  və  ya  çıxışları  isə  məşhur  filosoflarla  söhbətə 
dəyər;  Həmçinin,  Heydər  Əliyev  gözəl  nitqi  ilə  məclislərin 
qəhrəmanı adına  layiqdir.
Bu  münasibətlə,  Heydər  Əliyev  demişdir:  “Bizim  ən  böyük 
sərvətimiz  ondan  ibarətdir ki, dilimiz yaşayıb  və  ilbəil  zənginləşib­
dir”.
Burada  yeri  gəlmişkən,  1883-1887-ci  illərdə  Tiflis  şəhərində 
nəşr  olunan  “Kəşkül”  qəzetindən  bir  kəlamı  da  yada  salmaq  yaxşı 
olardı. Həmin qəzetin səhifələrində yazılmışdır:
“Öz  millətini  əbədi  saxlamaq  istəyənlər  öz  Ana  dillərini 
saxlamağa  çalışmalıdırlar  və  o  dildə  elm  və  fənni  övladi-millətə 
verməlidirlər”.
1969-cu  ildə  Azərbaycanda  ilk  dəfə  hakimiyyət  başına  gələn 
ümummilli  liderimiz  Heydər Əliyev  Azərbaycançılıq  ruhunda  irəli 
atdığı  ilk addım  Ana dilimizin kütləviləşməsi və xalqımızın əbədiy- 
yən  yaşaması  üçün,  ilk  növbədə,  Bakını  “beynəlmiləlçi”  şəhərdən 
milli  şəhərə çevirmək  olmuşdur.  Bu  məqsədlə,  şəhərdə  yeni  güclü 
sənaye kompleksinin yaradılması planı  reallaşdırılmışdır, yəni  Bakı 
güclü  sənaye  şəhərinə  çevrilmişdir.  Həmin  sənaye  kompleksində 
işləyən  mühəndis-fəhlələrin  əksəriyyəti  rayonlardan  gətirilmiş  və 
onların  ailələrinin  yaşaması  üçün  Bakı  ətrafında  onlarla  mikro­
rayonlar salınmışdır...  Beləcə  də,  Bakı  şəhərinin  əhalisinin  əksəriy­
yətinin  azərbaycanca  danışması  ilə  şəhərin  də  milli  Azərbaycan 
şəhərinə çevrilməsinə geniş şərait yaradılmış oldu.
Əlbəttə,  bu  sahədə xalqımızın böyük oğlu  Heydər Əliyevin hər 
vaxt  və  hər  yerdə  müxtəlif  tədbirlərdə  doğma  Ana  dilimizdə  - 
hamının  başa  düşəcəyi  sadə  və  aydın  nitq  söyləməsi  də  başlıca  rol 
oynamışdır.
185


N.  Са f a r  ov,  M .  Ç obanov,  Q.  P a şa yeva
Deməli,  Ana  dili  dedikdə  rəsmi  dövlət  dili,  rəsmi  dövlət  dili 
dedikdə isə “Ana dili” nəzərdə tutulur.  Bir sözlə “Ana dili” dedikdə, 
hər  şeydən  əvvəl,  milli  sərvətimiz;  ünvanımız  -   dedikdə  böyük 
Vətənimiz  -  Tarixi  Azərbaycan;  tərcümeyi-halımız  (həyatnamə) 
dedikdə  isə,  milli  tariximiz  yada  düşür.  Bu,  heç  də,  təsadüfi  deyil. 
Çünki  “Ana  dili”  xalqımızın  tarixi  varlığı,  xalqımızın  həyatı, 
xalqımızın tarixləşmiş, əbədiləşmiş milli sərvətidir.  Elə bir sərvət ki, 
onu  heç  nə  ilə  əvəz  etmək  mümkün  deyil.  “Ana  dili”  xalqımızın 
rəmzi,  simvolu, dövlət himni, dövlət  bayrağı, dövlət gerbi, müstəqil 
və suveren Azərbaycan respublikasının rəsmi dövlət dilidir.
Yuxarıda  qeyd etdiyimiz fikir və mülahizələrdən aydın olur ki, 
xalqın  yaşaması  üçün,  birinci  növbədə,  onun  dilinin  yaşaması  və 
inkişaf  etdirilməsi,  xalqın  gənc  nəslinə,  övladlarına  elmin  Ana 
dilində  öyrədilməsi  zəruridir,  vacibdir.  Bir  sözlə,  Azərbaycan-türk 
dili  öz  varlığını  saxlamaq  və  əbədiləşdirmək  üçün  tarixin  müəyyən 
mərhələlərində  hakim  ərəb  və  fars,  eləcə  də,  rus  dili  ilə  mübarizə 
apannış və bu  mübarizədən qalib çıxmış və dövrünün  inkişaf etmiş 
ədəbi dili olaraq, geniş dairələrdə işlənmiş və hətta, XI əsrdən sonra 
Güney  Qafqazda  və  yaxın  Şərqdə  xalqlararası  ünsiyyət  vasitəsi 
olmuş  və  beynəlxalq  dil  kimi  istifadə  olunmuşdur.  Bu  mülahizəni 
ayrı-ayn  xalqların  müxtəlif dövrlərdə  yaşamış  klassik  alimləri  və 
yazıçılan da təsdiq edirlər.
Tarixən  doğma  ana  dilimizdə  dünya  mədəniyyətinin  şah 
əsərləri  və  incəsənət  inciləri  yaranmışdır.  O  cümlədən,  V-VII 
əsrlərdə  məşhur  "Kitabi-Dədə  Qorqud"  dastanları,  XIV  əsrdə 
Həsənoğlunun və Nəsiminin şeir sənətinin ən qiymətli  inciləri, XVI 
əsrdə  dünya  poeziyasının  korifeylərindən  Ş.İ.Xətai  və  M.Füzuli, 
XVIII  əsrdə  Vaqif,  XIX  əsrdə  M.F.Axundov,  XX  əsrdə  Sabir, 
C.Məmmədquluzadə,  S.Vurğun,  Ç.Abdullayev,  Z.Yaqub  və
186
A zərb a yca n şü n a slığ ın   əsasları
başqaları  dünyanın  klassik  ədəbiyyatı  səviyyəsində  eyni  sırada 
özünə  layiqli  yer  tuta  bilən  yetkin,  kamil,  qüdrətli,  əbədiyaşar 
ədəbiyyat  inciləri  yaratmışlar.  Deməli,  milli  sərvətimizin  də,  milli 
ünvanımızın 
da,  tarixi 
torpaqlarımızın 
da,  ucsuz-bucaqsız 
ərazilərimizin də tarixi məkanı doğma Azərbaycandır.
Tarixi  ünvanımız  dedikdə  isə,  ilk  növbədə,  xalqımızın 
tarixən  məskunlaşdığı  500 min kvadrat  kilometrlik böyük  bir ərazi, 
həmin  ərazilərdə  təxminən  4500  illik  qədim  tarixə  malik  olan 
minlərlə yaşayış  məntəqələri  -  şəhərlər,  kəndlər,  qəsəbələr salınmış 
və beləliklə də,  xalqımızın  ünvanı  əbədiləşdirilmişdir.  Bir sözlə,  bu 
böyük  ərazi  vətənimizə  çevrilmiş  və  bizim  üçün  doğmalaşmış, 
şanımız-şöhrətimiz  Vətən  olmuşdur.  Bu ərazinin ayn-ayn  bölgələri 
də,  başı  ağ  çalmalı  uca  və  məğrur  dağları  da,  sıldırım  qayaları  da, 
keçilməz  dərələri  də,  at  işləməz  yolları  da,  daim  bərq  vuran  dənizi 
də,  gölü  də,  çayı  da,  büllur  bulaqları  da,  bol  nemətli  zəmiləri  də, 
meşələri  də,  kol-kosları  da, dağların döşündə dəniz kimi  dalğalanan 
gül-çiçəyi 
də, 
hətta, 
gül-çiçəyin 
ауп-ауп 
ləçökləri 
də, 
bağ-bostanları  da,  odu-ocağı  da,  hətta,  ocaqdakı  daşı  da  Vətəndir. 
Odur  ki,  tarixi  taleyimizlə  bizə  yoldaşlıq  edən,  bizi  böyüdüb 
boya-başa çatdıran, müqəddəs Vətənimizin ən kiçik xirdacä bir daşı 
da,  gül-çiçəyin  bir  ləçəyi  də,  ağacların  bir  yarpağı  da 
sərhədlərimizdən  kənara  düşməməlidir.  Çünki  Vətən  müqəddəsdir! 
Vətən  anadır!..  Vətəndən,  Toıpaqdan  pay  verilməz.  Bu  mənada, 
Vətənimizin  ərazi  bütövlüyünün  təmin  edilməsi,  əbədi  qorunması, 
müdafiə  edilməsi  bizim  ən  müqəddəs  vəzifəmiz  olmalıdır.  Bu 
münasibətlə,  Heydər  Əliyev  demişdir:  "Mən  Azərbaycan  tarixini 
araşdırarkən  gördüm  ki,  quzeyli-güneyli  Azərbaycan  da,  Dərbənd 
də,  Borçalı  da,  Kərkiik  də  bir  bütövün  parçalarıdır".  Məhz
187


Yüklə 8,17 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə