TV.
C əfərov, M . Ç obanov, Q. P a şa yeva
xalqımızın tarixi də, etnik mənşəyi də, dili də yadelli siyasətçilər və
alimlər
tərəfindən
saxtalaşdırılır.
Hətta,
belə
qeyri-elmi
münasibətləri gücləndirmək məqsədilə xalqımızı da, onun milli
sərvətlərinə qarşı da fasiləsiz soyqırımı və repressiyalar tətbiq
edilirdi. Xalqımızın 10-12 minillik etnik tarixə malik olan tarixi də ,
tarixi ünvanı olan əraziləri də, xalqımızın açıq səma altında
yaratmış olduğu etnoqrafik muzeylər (kurqanlar, qəbiristanlıqlar,
müxtəlif məqbərələr, kümbəzlər, digər memarlıq abidələri, körpülər
və s). dağıdılır, ya da özününküləşdirilirdi. Xalqımızın tarixi
möhürü olan yer-yurd adlarımız (milli toponimlərimiz) dəyişdirilir,
bir növ, özlərinin tarixi mənafelərinə uyğun olaraq özəlləşdirilirdi.
Ana dilimizin türk köklü olmasına qeyri-obyektiv yanaşılırdı, onun
mənşəyi də, tarixi kökləri də saxtalaşdırılırdı, fars dilinin pozuq
ləhcəsi kimi təqdim edilirdi... xalqımızın qədim tarixə malik olan
folkloru (şifahi xalq ədəbiyyatı da, xalq musiqisi də, xalq rəqsləri
də), hətta, qədim tarixə malik olan ədəbiyyatımızı da, onun inkişaf
tarixi də saxtalaşdırılırdı...
Hətta, 1950-ci ildə Moskva hökuməti tərəfindən xalqımızın
mədəniyyət incisi
sayılan məşhur “Kitabi-Dədə Qorqud”
dastanlarının mürtəce xarakterli olması adı altında onun nəşr
edilməsini və öyrənilməsini qadağan edən qərar da verilmişdir
(“Pravda” qəzeti, 1950).
Lakin tarixin, demək olar ki, bütün mərhələlərində xalqımızın
milli ruhlu mübariz ziyalıları mədəniyyətimizə, ədəbiyyatımıza
qarşı olan bütün hücumlara qarşı sinə gərir, öz sözlərini deyirdilər.
Sadəcə bir neçə nümunəni qeyd etmək olar: Babəkin doğma
vətəninin azadlığı uğrunda apardığı mübarizə; Nəsiminin öz müdrik
fikirlərini həyatı bahasına müdafiə etməsi və s....
192
A zərb a yca n şü n a slığ ın əsasları
"incitək sözlər seç, az danış, az din,
qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mənası solmaz,
çox sözün nərgiz tək qiyməti olmaz"
Nizami
III BÖLMƏ
AZƏRBAYCAN-TÜRK DİLİNİN TƏŞƏKKÜLÜ
TARİXİ
Azərbaycan-türk ədəbi dilinin təşəkkülü tarixinə keçməzdən
əvvəl, keçmiş Sovet və Azərbaycan tarixşünaslığında özünü
göstərən qeyri-elmi, qeyri-məntiqi və subyektiv baxışlara, ötəri də
olsa, nəzər salmaq yerinə düşərdi...
AZƏRBAYCAN TARİXİNDƏ SUBYEKTİV BAXIŞLAR
Müasir Azərbaycanşünaslıqda bilavasitə Azərbaycan xalqının
tarixi ilə əlaqədar olan əsərləri nəzərdən
keçirdikdə belə bir nəticəyə
gəlmək olur ki, həmin tarixçilər arasında "tarix" anlayışına, onun
ümumi məğzinə və məzmununa yanaşma, tədqiq etmə və
araşdırma
prinsiplərində
ikitirəlik,
ikili
münasibət
hökm
sürməkdədir:
Azərbaycan tarixində mövcud olan subyektiv baxışlar bir neçə
səbəbdən yaranmışdır:
193